Binder pdf



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/44
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18310
1   ...   4   5   6   7   8   9   10   11   ...   44

19 
 
haqqında tarixi məlumatları son dövrlərədək bu heyvanların mövcudluğunu təsdiq 
edir. 
Qədim rəssamların ən çox sevdiyi süjetlərdən biri maral təsvirləri idi. Bu 
süjetə  Qobustan, Abşeron, Kəlbəcər və  Gəmiqaya qayaüstü təsvirlərində, tunc 
dövrü gil qabları və bəzək əşyalarında, Xocalı tunc bel kəmərlərində, Kilikdağ və 
Xanlar kurqanlarının son tunc dövrü saxsı qablarında rast gəlmək olar [55,124-
126]. 
Nəcib maral (Cervus elaphus binagadenisis Subsb. nova) Abşeron 
yarımadasının (Lökbatan və Binəqədi yaxınlığında) üst dördüncü dövr Binəqədi qır 
tapıntıları qalıqlarından məlumdur. Abşeron yarımadasının Pirallahı adasında 
dördüncü dövr çöküntülərindən müasir Qafqaz tipinə oxşar Cervus elaphus Maral - 
Ogilby maralının sümük və kəllələri aşkar olunmuşdur [11, 20-21]. Bu qrup maral 
qalıqlarına Qafqazda pleystosen dövründən indiyədək təsadüf etmək olar. Livan, 
Suriya və Fələstin paleolit dövrü ovçuları üçün nəcib marallar ən adi qida mənbəyi 
idi [40, 339]. 
Qobustanda Böyükdaş dağının yuxarı səkisində  24 №-li daş üzərində  xallı 
maral təsviri əsasında son pleystosen dövründə (Cervus (Sica) Nippon Temminck) 
xallı marallarının mövcudluğu haqqında mülahizə yürütmək olar (şək. 3), (162, 7-
9; 158, 390-391; 10,31). Külli miqdarda maral sümükləri Naxçıvan ərazisində, 
erkən və orta tunc dövrü mədəni təbəqələrinin arxeoloji qazıntıları zamanı aşkar 
edilmişdir [15,17]. 
Skiflərin, hunların, qıpçaqların və  monqolların hərbi səfərləri zamanı, orta 
əsrlərdə isə  İran şahlarının, xan və  bəylərin Gilyan və  Qarabağ meşələrində ov 
etmələri zamanı bu heyvanların kökləri sürətlə kəsilməyə başlamışdır. Buna misal 
olaraq Qobustan, Gəmiqaya, Kəlbəcər qayalarında təsvir olunmuş ov səhnələrini 
göstərmək olar (ill. 24). 
Qobustanın ən qədim mağaralarında tapılmış ceyran sümüklərinin qalıqları 
və  bu heyvanların çoxsaylı təsvirləri onların paleolit dövrü ovçularının əsas ov 
obyektlərindən biri olmasını təsdiq edir. 
Qayaarası düşərgəsində ceyran sümükləri ilə  yanaşı, onların Qafqazda 
buzlaqlardan sonrakı vaxtlarda [40, 339] görünmələri haqqında ehtimalları inkar 
edən üst paleolit dövrünə aid nümunə aşkar olunmuşdur [165,7-8]. 
Gazella Subgutturoza Guld ceyranlarının mövcudluğu Livan, Fələstin, 
Suriyadakı aşel dövründən son neolit dövrünədək olan paleolit mağaralarından 
məlumdur [287, 270]. Qobustanda ceyranlar hələ üst paleolit dövründə 
məskunlaşmışlar. Buna nümunə  olaraq Qobustanın üst paleolit mədəni 
təbəqələrindən tapılmış heyvanların sümük qalıqlarını göstərmək olar. 
Çoxsaylı qayaüstü təsvirlərindən biri (Capra aegagrus Erxl) dağ keçiləridir. 
Analoji təsvirlərə  əsasən Şərqi Qafqazın son tunc dövrü saxsı qablarında - 
Gəncəçay, Xanlar, Kilikdağ və s. torpaq kurqanlarından tapılmış gil qablarda [55, 


20 
 
100-126], həmçinin Qərbi Azərbaycanın metal məmulatlarında [241,112, tablo 
XXIII] rast gəlmək olar. 
Qazıntılar zamanı aşkar olunmuş bu növlərin qalıqları İtaliya, Livan, Suriya 
və  Fələstin mağaralarının pleystosen və holosen dövrünə  aid tapıntılardan 
məlumdur (Cibex L.) [287; 288]. Azərbaycanda  (Capra aegagrus Erxl) dağ 
keçilərinin qalıqları Qobustan, Abşeron, Gəmiqaya və  Kəlbəcərin neolit və tunc 
dövrü yaşayış məskənlərindən aşkar olunmuşdur (ill. 25; 26; şək. 14-a,b). 
Naxçıvanda bu növ heyvanlar son dövrlərədək Zəngəzurda və onun cənub 
qollarında, Culfa və Ordubad arasında Nehrəm dağlarında və İlanlı dağda daha çox 
olmuşdur. Tunc dövründə  Capra aegagrus Erxl mövcudluğu bu dövrə aid olan 
keçi təsvirləri ilə  də  təsdiq olunur. Azərbaycanda qaban qalıqları dördüncü dövrə 
aid edilir. Qabanların qayaüstü təsvirləri və Qobustanda qazıntılar zamanı tapılmış 
qabanın köpək dişləri bu heyvanların Azərbaycan  ərazisində  təxminən e.ə. IV 
minillikdə  yaşamasını təsdiq edir [68, 5-347]. Qobustan qayalarında bəbir və  şir 
təsvirləri isə  sonrakı dövrlərə  aid edilir. Kiçikdaşda qaya üzərində  həkk olunmuş 
nəhəng balıq təsviri, güman ki, delfin təsviridir (daş №5) (ill. 27). Hazırda Xəzər 
dənizində delfınlər yaşamır. Ehtimal etmək olar ki, bu heyvanlar Xvalın dənizində 
(indiki Xəzər dənizi) yaşamış və buzlaqların gəlişi ilə yox olmuşlar [33, 153, 154]. 
Binəqədi çöküntüləri nəinki ciddi tarixi problemləri, həm də son paleolit 
(üst pleystosen) dövrünün və  onun ayrı-ayrı mərhələlərinin geoloji yaşını, son 
paleolit dövrü insanlarının paleocoğrafi yaşayış şəraitlərini müəyyən etmək kimi 
vacib təbii-tarixi məsələləri həll etmək üçün dayaq nöqtəsidir. Eyni zamanda 
geoloji-geomorfoloji ma-teriallar bu regionun, xüsusilə  Qobustanın yaşayış 
məskənlərinin qədimliyinə  dair sxemin yaradılması üçün əsasdır. Bu sahədə  hələ 
aydın olmayan bir sıra məsələlər qalmaqdadır. Əsas səbəb hələ də tədqiqat işlərinin 
(xüsusilə laborator metodla) lazımi səviyyədə olmamasıdır. 
Azərbaycanın son pleystosen dövrünün flora və  faunasının daha dəqiq 
öyrənilməsi qayaüstü rəsmlərin tarixinin müəyyənləşdirilməsində düzəlişlər etmək 
üçün mühüm rol oynayır. Biz üst pleystosen dövründə  coğrafi mühitin 
dəyişilməsini səciyyələndirən ən vacib faktları göstərdik. Həqiqi mənzərə isə daha 
mürəkkəbdir. Landşaft zonalar mövcud idi. Quru, dəniz relyefi və ümumi təsvir 
başqa cür olmuşdur. Belə  müşahidələrin nəticələri qədim incəsənət  əsərlərinin 
xronoloji tarixlərinə yenidən baxılmasına imkan yaradır. 
 
 


21 
 
II FƏSİL 
 
AZƏRBAYCAN PETROQLİFLƏRİNİN MÖVZU 
VƏ İŞLƏNİLMƏ TEXNİKASINA GÖRƏ TƏSNİFATI 
 
II.  1. QAYAÜSTÜ TƏSVİRLƏRİN MÖVZUSU 
 
Azərbaycanın qayaüstü təsvirlərini mövzu və süjetinə görə  aşağıdakı kimi 
təsnif etmək olar: 
 
1. Heyvan təsvirləri; 
2. İnsan təsvirləri; 
3. Antropomorf və zoomorf təsvirlər; 
4. Kompozisiya səhnələri; 
5. Hərəkət vasitələrinin təsvirləri
6. İşarələr, damğalar və su çalaları. 
 
II. 1. 1. HEYVAN TƏSVİRLƏRİ 
 
Məlum olduğu kimi, insanı əhatə edən fauna təsviri incəsənətin  ən qədim 
süjetidir. Bu, xüsusilə üst paleolit və  sonrakı dövrlərin incəsənəti üçün 
səciyyəvidir. Məsələn, Qobustandakı bəzi ibtidai öküz təsvirlərinin (ill. 28; 29; 19; 
şək. 4; 5; 6; 7; 8; 9; 10) geniş sifəti, dalğavari buynuzları, kürək kimi fərqli 
əlamətləri kifayət qədər real göstərilir. Bu təsvirlərdə öküzlərin növ fərqləri aydın 
görünür. Belə ki, Qobustanda öküz təsvirlərinin  əksəriyyəti son paleolit dövründə 
(üst pleystosen) Azərbaycanın cənub-şərq hissəsində  geniş yayılmış Bos 
Primigenius boj növünə aiddir [190,25; 192, 292-294]. Öküzlər  əsasən təbii 
ölçüdə, ucları xaricə istiqamətlənmiş iri, dalğavari buynuzlarla təsvir  olunmuşlar. 
Onlar ev turlarından daha böyükdür. 
 
Öküz təsvirləri 
 
Öküz təsvirləri qədim tayfa və xalqların öküzə sitayişi ilə bağlı müşahidələr 
üçün çox qiymətli materiallardır. Azərbaycan süjet motivləri Ukraynanın 
cənubunda Çertomliks kurqanında tapılmış  qızıl möhür üzərindəki böyürən öküz 
təsviri ilə [40, 382 ] bəzi oxşarlığa malikdir. Sonralar, tunc dövründə müxtəlif qızıl, 
gümüş, tunc bəzək  əşyalarında və qablarda öküz təsvirlərirıə tez-tez təsadüf 
olunurdu. Maykop kurqanının tədqiqi zamanı gümüş qab üzərində öküz təsvirləri, 
tunc fiqur şəklində  və öküzləri yandan təsvir edən qızıl yastı nişanlar formasında 
heykəl təsvirləri aşkar edilmişdir [198,15-78]. Qədim Misir, Şumer, Babilistan
Assuriya, Xett rəssamlarının öküz təsvirli əsərləri məlumdur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə