Binder pdf



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/44
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18310
1   ...   12   13   14   15   16   17   18   19   ...   44

36 
 
Arabaların ən səciyyəvi nümunəsi Gəmiqaya kolleksiyasında təqdim olunur. 
Məsələn. 76 və  77 №-li daşlarda [237,18 (I), 22 səh. 46-47], [cədvəl VI] yandan 
arxalan bir-birlərinə tərəf uzanmış iki heyvan təsvir olunmuşdur. Onların kürəkləri 
boyunca çox güman ki, qoşqu ağacını təsvir edən uzun şırım vardır. Onların 
arxasında iki dairə - milsiz təkər təsvir olunmuşdur. Təkərlər qısa şırımla - oxla 
birləşirlər. Digər variant - bir heyvan qoşulmuş araba  təsviridir [ yenə orada]. 
Bir qədər başqa cür təsvir olunmuş arabaya Qobustanın Cingirdağ dağında 
55 №-li daş üzərində rast gəlmək olar (şək. 52). Bu təsvir e.ə. II minilliyə aid edilir. 
Bu arabalar Monqolustanın qayaüstü araba təsvirləri ilə bir 
sıra oxşar cəhətlərə malikdir [cədvəl IV [129, 59-90, şək. 24,75 23, 162, 
159-198]. Onlar əsason inkişafetmiş tunc dövrünə aiddir [l29, 59-90] və 
quruluşuna görə  ən qədim Mesopotamiya arabalarına bənzəyirlər. Arxeoloqlar 
ehtimal edirlər ki, 3 min il bundan əvvəl bu iri Yaxın Şərq taxta arabaları Altay 
dağlarını keçərək bütün Mərkəzi Asiyada, [ 127,43] güman ki, elə bu yolla da 
Azərbaycan ərazisində yayılmışdır. 
Gəmiqayada araba təsvirləri erkən tunc dövrü Valkamonika (İtaliya, Foppe 
di Matro əyaləti) petroqlifləri ilə  [277, 17, şək. 22], Çaqanka (Qara Oyuq) [211, 
səh. 57-63, şək. 5], Yeniseyin Sayan dərələri, Tıvanın Sın-Çurek, Üstü-Mozaqi 
dağının ətəklərindəki Altay arabaları ilə qəribə oxşarlığa malikdir. 
Alimlər araba təsvirlərini müxtəlif cür şərh edirlər. Bəziləri onlarda 
şumlama ayini və ya araba ilə gəzinti görürlər [216, 277]. Digərləri əkinçi təqvimi 
hesab edirlər [yenə orada, 279]. 
Azərbaycanın yüksək və  əlçatmaz dağ yerlərində araba təsvirlərinin 
olmasını tədqiqatçılar onunla izah edirlər ki, tunc dövründə Naxçıvanda araba əsas 
nəqliyyat vasitəsi olmuşdur. Buna görə  də bu yerlərin qədim  əhalisi düzən 
zonalarda istifadə edilən arabaları təsvir edirdilər [l5,176; 252, 24-29, 3-210]. 
Bundan  əlavə, yüksək dağ yerlərində araba təsvirləri həm də günəşli arabalar 
haqqında qədim inanclarla əlaqədardır [ 15, 176]. 
 
II. 1.6. İŞARƏ VƏ DAMĞALAR 
 
Qədim dini rəsmlərin tədqiqi böyük ənənəyə malikdir. Dairə, svastika, xaç, 
üçbucaq kimi qədim rəmzlərin mənası artıq tədqiq olunmuşdur. Onlar bütün 
dünyada yayılmış və od, günəş, su, həyat, torpaq kimi eyni məna kəsb etmişdir. 
Lakin Qobustanın bir çox qədim işarələri tədqiqatçıların diqqətini hələ  də  cəlb 
etməmişdir. Bunlardan ehtimal edilən qadın işarələrini göstərmək olar. Bu cür 
qadın işarələri Şonqardağ 4 kolleksiyasının 1, 2, 3, 4 №-li daşlarında aşkar 
olunmuşdur [170, 98-100]. 
Bu tədqiqat işinin aparılmasına səbəb Böyükdaş dağının aşağı səkisində 
olan 8№-li daşın şimal tərəfində üzə  çıxarılmış tapıntı olmuşdur (ill.72; 73). 
Burada qayıq təsviri üzərində  işarə  həkk olunmuşdur.  Bu işarə  Fransanın Abri 


37 
 
Selye (orinyak) və  La Ferasi (II orinyak) mağarasındakı qadın cinsi əlamətlərinin 
rəmzi təsvirləri ilə  oxşardır. [78, şək. 590, 372; 5, 37 şək. 5]. Ən qədim təsvirlər 
tipinə  aid qadın cinsi işarələri Kombarel, Arsi-sür Kür, Perqonsse, Qarqas, 
Bedeyak kimi azsaylı üst paleolit dövrü ərazilərindən bizə  məlumdur. [78, 370] 
Monqolustanın qayaüstü təsvirlərində - Delqer-Murena dağlıq ərazisində  və Tes 
çayı vadisində oxşar işarələrə rast gəlmək olar. Yerli əhali bu işarələri  «dırnaqlar»  
(tədqiqatçılar bunu nəsli artıran anatomik orqan kimi izah edirlər) adlandırırlar [23, 
163, 174,197], (şək. 53). 
Qadın cinsi işarələrinin təsvirlərinə  Boliviyanın, Kaliforniyanın (ABŞ), 
Santa-Krusun (Argentina) qayaüstü təsvirlərində də rast gəlmək olar. [269, 74-76] 
Bu qrup təsvirlərə Qobustan qadın işarələrini də aid etmək olar. Buraya, həmçinin 
Böyükdaş dağının yuxarı səkisində yerləşən Kənizə  düşərgəsindən aşkar olunmuş 
kiçik ölçülü incəsənət abidələri - daşdan hazırlanmış qadın cinsi işarələrinin heykəl 
təsvirləri aiddir. (166, 92-95), (ill.57). Bu növ oxşar təsvirlər Rusiyanın Kostenki 
paleolit düşərgəsində də tapılmışdır. (78, şək. 592, 373). 
Qobustanın qədim işarələri sırasına dairə, yarımdairə, çala işarələrini daxil 
etmək olar. Qədim Şərq dinlərində, xüsusilə  qədim induizm dinində, həmçinin 
qədim Çinin ayin təsvirlərində bu cür çalalar nəsli artıran ana torpağa sitayişlə 
əlaqələndirilir. Bu, həyatın başlanğıcı olan ana bətninin rəmzidir. (131, tablo 26, № 
608, tablo 27, №  635). Qədim Hindistanda su çalalarını ana bətninin simvolu ilə 
əlaqələndirirdilər. Bunların bəzilərini tədqiqatçılar hətta alt paleolit dövrünə, 
mustye dövrünə aid edirlər (281. 19). Təbii daş çatlarından istifadə edərək oyulmuş 
çalalara da rast gəlmək olur. Bu, şübhəsiz, vulva (qadının xarici tənasül orqanı) 
işarəsidir. Bu işarələri arxeoloqlar ilahiləşdirmə, sitayiş və  hətta ayin aktları ilə 
əlaqələndirirlər və qeyd edirlər ki, bütün bunlar hind-avropa mifologiyasında geniş 
yayılmış süjetlərdir. (279, 127  128). 
Qobustanda bu cür çalalar çoxluq təşkil edir (Böyükdaşın aşağı və  yuxarı 
səkisi, Kiçikdaş və  Cingirdağ). Tədqiqatçılar hesab edirlər ki, Qobustanda bu cür 
çalalar mərasim məqsədilə qurbankəsmə  (Böyükdaşın aşağı səkisi, 21, 25 №-li 
daşlar) və  su yığımı üçün nəzərdə tutulmuşdur. Qobustanda şirin su mənbələrinin 
olmamasını nəzərə alararaq bu fikir istisna edilmir.  Eyni  zamanda ehtimal etmək 
olar ki, bəzi çalalar ayin üçün nəzərdə  tutularaq boyaların hazırlanması üçün 
istifadə olunurdu. 
Dairələr başqa məna kəsb edirlər. Solyar dairələr günəşin həyatverici gücü 
haqqındakı ideya ilə  əlaqədardır. (102, №23). Paleolit və  sonrakı dövrlərin 
incəsənətində tez-tez təkrarlanan dairə və yarımdairə formalı obrazlar günəş və ay 
mənasına malikdir. Azərbaycanın qayaüstü incəsənətində kifayət qədər bu cür 
işarələr vardır. Qobustanın Kiçikdaş dağındakı Firuz-2 düşərgəsindən şərq və 
cənub-şərqə 18, 19, 20, 97, 98, 99№li daşların arasında əmələ gəlmiş qapalı sahədə 
öküzə, günəşə  və  oda sitayiş izləri aşkar olunmuşdur. (249, 144- 148), (ill. 74-a). 
97№-li daşın şərq hissəsində daxilində bir neçə dairəcik olan dairə şəklində 20-dən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə