Binder pdf



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/44
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18310
1   2   3   4   5   6   7   8   9   ...   44

15 
 
Adətən, mütəxəssislər Xvalın dənizini Qafqaz sıra dağlarının son iri 
buzlaşma mərhələsi ilə əlaqələndirirlər [56, 27]. Vürm buzlaşma dövrü üçün dünya 
okeanı səviyyəsinin 90-100 m aşağı düşməsi səciyyəvidir. Lakin bəzi alimlərin 
hesablamalarına görə, maksimal buzlaşma dövründə enmə 135-140 m-ə çatırdı. Bu 
yaxınlarda aparılmış tədqiqatlar təxminən 16 min il əvvəl okean səviyyəsinin indiki 
səviyyədən 75 metr aşağıda olduğunu göstərir. Vürm buzlaşmasının son həddi 
Tseynerə görə  hər iki yarımkürədə 27-20 min il bundan əvvəl olmuşdur. [209, 
452]. Hesablamalara görə, onun əvvəlinin Qobustanda «mağara» incəsənətinin 
inkişafı dövrü ilə üst-üstə düşməsini məntiqi qəbul etmək olar. 
Qobustanda vaxtilə  dəniz olmuş yerlərdə  aşkar edilən düşərgələr qədim 
insan məskənlərinin izləridir. Xəzər dənizi səviyyəsinin dəyişkənliyi transqressiya 
çöküntüləri ilə bu və ya digər münasibətdə olan qədim abidələrin xronologiyasını 
təyin etməyə kömək edir. Belə nümunələrə  dəfələrlə  Qobustanın Böyükdaş və 
Kiçikdaş dağlarında təsadüf olunur. Anazağanın divarlarının birində  qalın torpaq 
qatı altından qədim qayaüstü təsvirlər aşkar olunmuşdur (ill. 10). Onlar dəniz 
səviyyəsinin aşağı olduğu dövrə aiddir. Bu qayaüstü təsvirlər sahildən 12-15 km 
məsafədə, dəniz (Dünya okeanı) səviyyəsindən 117 m hündürlükdə yerləşmişdir. O 
dövrdə yaranmış sahil xəttinin çıxıq hissələri və ya onun izləri indi də sahildən bir 
neçə km ərazi boyunca görünür (ill. 11). 
Kiçikdaşda Qayaarası yaşayış məskənində  balıqqulağı ilə  çınqılın 
qarışığından ibarət təbəqə  aşkar olunmuşdur. Maraqlıdır ki. Böyükdaş dağının 
yuxarı səkisindəki öküzlər 2 düşərgəsinin mədəni təbəqəsində (163, 40, 49, 43) 
tapılmış Didakna balıqqulağı düşərgənin tarixini və geoloji dövrünü müəyyən edən 
amillərdən biridir. Didaknanın ancaq duzlu dəniz və  okean sularından təcrid 
olunmuş şəraitdə  mövcudluğunun mümkünlüyü nəzərə  alınsa, aydın olar ki, 
düşərgə tarixi Xəzər dənizinin şirin sulu geoloji dövrünə, yəni yarımşirin sulu 
faunaya malik Xvalın dənizi dövrünə aiddir. Tədqiqatçılar hesab edirlər ki, bəzi 
molyusklar üçün hətla 3-5% duzluluq təhlükəlidir, bu da onların daha şor sularda 
yayılmasının qarşısını alır (21). 
Növbəti kiçik dəniz transqressiyası müasir sərhədlərdən kənara çıxmayaraq 
hologen dövründə  baş vermişdir. Xəzərin son transqressiyası təxminən e.ə. I 
minilliyə aid edilir [101, 1-129]. Arxeoloqlar Qafqazın müasir florasının təhlili 
nəticələrinə  əsasən isti buzlaqlararası dövrlərin mövcudluğunu mümkün hesab 
edirlər. Qobustan zonasında buzlaqların olmamasını ehtimal etsək [40-84], onda 
kəmərçinli paleolit ovçu təsvirləri [ill. 12; 13; 14; 15] bu fərziyyəni təsdiq edər. 
Qobustanın ilkin məskunlaşma dövründə, indiki günəşdən yanmış 
yarımsəhralıqdan fərqli olaraq, püstə, yemişan, armud, ardıc və  nar ağacları olan, 
quraqlığa davamlı seyrək meşələr uzanırdı [41. 50]. Üst pleystosen dövründə təbii 
şərait daha çox rütubətli iqlimi olan Tuqay (Çaybasar) tipli meşələrə (qalereya 
meşələri) oxşar idi. Qobustanın Böyükdaş dağında yerləşən Anazağadakı ocaq 
qalıqlarından götürülmüş tozcuqların təhlili burada şam və  palıd ağaclarının 


16 
 
bitməsini təsdiq edir [257.14]. Bütün bunlar Qobustanın yaxın ətrafında, Xəzər 
dənizinin sahilyanı ərazilərində  şam-palıd meşə sahələrinin mövcud olmasını 
ehtimal etməyə  imkan verir. Şam ağaclarına hazırda Kiçikdaş dağında yerləşən 
Qaraatlı pirinin ətrafında rast gəlmək olar (ill. 16. 17). 
Üst pleystosen dövrünün Binəqədi bitum çöküntülərindən ağacabənzər arça 
(Juniperus polycarpos) qalıqları aşkar olunmuşdur. Bu, o dövrdə  həm də arça 
meşələrinin geniş yayılmasını göstərir. Binəqədi çöküntülərində  aşkar olunmuş 
armud (Pirus salisifolia), kol albalısı (Prunus microcarpa), narağacı 
(Punicagranatum), doqquzdon kolu (Lonicera), qarağac, üzüm meynəsi son 
dövrlərədək Qobustanda da yetişirdi. Bu növlərdən bəzilərinə indi də rast gəlmək 
olar. 
Abşeronda ağac, bitki qalıqlarının tapıntıları əsasında arxeoloqların 
ehtimallarına görə, üst pleystosen dövründə  burada savanna relyefi inkişaf 
etmişdir. Binəqədidə  cır üzüm meynəsinin (Vitis conf.silvestris) aşkar olunmuş 
qalın parçası burada tuqay meşələrinin mövcudluğunu ehtimal edir [140, 100-107]. 
Şübhəsiz ki, Binəqədi üst pleystosen dövrünün iqlimi Qobustanın iqliminə 
uyğun gəlir. Belə ki, hər iki zona eyni iqlim qurşağında yerləşir (Qobustanla 
Binəqədi arasında məsafə 50-60 km-dir). 
Arxeoloqlar dağlarda dənizə tökülən şirin su mənbələrinin kifayət qədər 
olmasını ehtimal edərək, o dövrdə rütubətin artıq olması faktını təsdiq edirlər. Bu 
ehtimallar üst dördüncü dövrdə  şirin sulu Xvalın (indiki Xəzər) dənizinin 
transqressiya sərhədlərinin Mingəçevir su anbarınadək uzanması ilə izah olunur 
(ill. 18). Bu dənizin yarımşirin sulu molyusk faunasından ibarət çöküntüləri hətta 
Uralsk və Kazan ətrafında da aşkar olunmuşdur [40, 80]. 
Qobustan dağının ətəklərində dənli bitkilər tipində olan otlar üstünlük təşkil 
edirdi [47. 341]. Bunlara hazırda Qobustanın yüksək rütubətli bəzi yerlərində rast 
gəlmək olar. Məsələn, Kiçikdaşın Qayaarası düşərgəsində son vaxtlaradək hətta 
qoz ağacı bitirdi [259. 6]. Bununla belə,  çoxsaylı maral qayaüstü təsvirləri (çox 
güman ki, sonralar insan tərəfindən məhv edilmiş) yaxşı inkişaf etmiş tuqay 
meşələrinin olmasını təsdiq edir [40, 171]. Aşkar olunmuş ağac bitkilərinin 
qalıqları əsasında arxeoloqlar hesab edirlər ki, üst pleystosen dövründə onun 
dağətəyi hissəsində  savanna landşaftı inkişaf etmiş, lakin bu müasir Afrika 
savannalarından fərqli quruluşda olmuşdur. Bu şimal savannaları ağacların təşkil 
etdiyi seyrək meşələrdən ibarət idi [140, 100-107]. 
Qobustanın üst pleystosen dövrünün landşaft -  coğrafi florasının ümumi 
mənzərəsi belə idi. Bu isə hələ də məlum olmayan Binəqədi pleystosen faktlarına 
daha çox uyğun gəlir. 
Buzlaqların geri çəkilməsi ilə  əlaqədar açıq landşaftların bütöv səhralara 
çevrilməsi şimal savannalarının landşaftının tənəzzülünə, onun yerində yarımçöl və 
yarımsəhra bitkilərinin inkişafına və  duzlaşma prosesinin güclənməsinə  təsir 
etmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə