Gəncə Bölməsi



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə15/31
tarix01.07.2018
ölçüsü1,36 Mb.
#52704
1   ...   11   12   13   14   15   16   17   18   ...   31

Akif  Bayramov 
 
 
68 
 
Söylə, hardadır Züleyxa? Hanı ona qarşı etibarın?  
Necə gözəl, sonsuz-nəhayətsiz qəribə gecələr idi...  
 
***  
Biz  yenə  “Divani-hikmət”  ədəbi  məclisinə 
yığışmışdıq.  
-
 
Mirzə Şəfi, – deyib ustadıma müraciət etdim. 
Hafiz vəfasız qadınlar barəsində necə demişdir?  
Mirzə Şəfi qəlyanını yana qoydu, şərabdan bir-
iki qurtum içib, oxumağa başladı:  
 
Gözəllikdə nöqsan olmaz 
Desəm yanılmaram.  
Gözəl qızda vəfa olmaz  
Desəm yanılaram.  
 
Ustad 
oxumağa 
başlayanda, 
qurtarmaq 
bilmirdi. O, axırıncı misranı qurtaran kimi Hafizdən 
başqa bir nəğmə oxudu.  
 
Mən sənə baxanda yanaqlarının parlaq izlərini 
qəlbimdə daşıyıram.  
Bax, günəş də sənin yanaqlarının arlaqlığında 
titrəyir.  
 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
69 
-
 
Bu  barədə  daha  bəsdir  –  dedim.  Mən 
istəyirəm  ki,  sən  mənə  bu  gün  başqa  məsələləri 
öyrədəsən.  Mənə  de  görüm,  Mirzə,  vəfasız  kişilər 
barəsində Hafiz necə deyib?  
-
 
Sən  yersiz  sual  verirsən!  Vəfasız  kişilər 
haqqında  Hafiz  necə  şeir  deyə  bilərdi?  Sənin 
sözündən  belə  çıxır  ki,  o,  qadınlara  xain  çıxmaqda 
özü-özünə düşməndir?  
O,  mənə  diqqətlə  nəzər  yetirdi,  əlini  əlinə 
vurub  təzə  qəlyan  sifariş  etdi  və  məni  razı  salmaq 
üçün öz fikrinə qayıtdı.  
Kişi 
vəfasızlığını 
qadın 
vəfasızlığı 
ilə 
müqayisə  etmək  olar?  Bir  gülü  ancaq  bir  dəfə 
dərmək olar. O solsa, ətri özündə qalar. Külək incə 
qızılgülü,  pöhrəni  sındıra  bilər,  ancaq  möhtəşəm 
ağacların  başı  üstündə  əsib  keçər,  iz  də  qoymaz. 
Təzə  açmış  qızılgülü  soldurmaq  üçün  heç  onun 
üstündə əsməyə qıyarmı?  
-
 
Sən düz danışırsan, oğlan! Sən öz düşüncənlə 
mənim  fikirlərimə  yaxınlaşırsan.  Bir  bax,  qadın 
surəti  gözəllik  rəmzi  kimi  sanki  möhkəm  dəfnə 
ağacına  məhəbbətlə  sarmaşıb,  həm  ağacı,  həm  də 
özünü  əyir.  Gənc  çağlarında  yerə  sərilmiş  ağacı 
götür.  O,  insanların  ayağı  altında  əzilib  məhv 
olacaq.  Əgər  başqa  xatalar  gözləməsə,  yenidən 
dirçələ bilər, yaşıllaşar.  


Akif  Bayramov 
 
 
70 
-
 
Fikrini  mənə  çatdırmaq  üçün  əyanilik  lazım 
deyil, Mirzə?  
-
 
Əyanilik  olmasa,  danışıq  nəyə  dəyər?  Yaxşı 
işi ayan gənc kimə gərəkdir?  
-
 
Sən haqlısan, ustad, sözünə davam et.  
-
 
Sənin həyata baxışını yoxlamaq üçün bir sual 
vermək  istəyirəm.  Mənə  de  görüm,  qadınlar 
arasında  axmaqlar  çox  olar,  yoxsa  kişilər  arasında 
müdriklər?  
Mən axırıncıya daha çox inanıram! Mirzə başı 
ilə  dediyimi  təsdiq  edib,  dolu  qədəhdəki  şərabdan 
içdi və sözünə davam etdi:  
-
 
Ağıllı  adamla  söhbət  etmək  yaxşıdır,  yoxsa 
dəli ilə?  
-
 
Mən  inanıram  ki,  əvvəlinci  ilə  söhbət  etmək 
yaxşıdır.  
-
 
Biz  eyni  fikirdəyik.  Sən  gərək  elə  bir 
vəziyyətdə  olasan  ki,  qadınlar  və  kişilər  arasındakı 
vəfasızlığın sirlərini ilk baxışdan ayırd edə biləsən.  
Əgər  ürək  məhəbbətlə  dolarsa,  onda  başqa 
şeyə yer qalarmı?  
-
 
Mirzə,  mən  xahiş  edərdim  ki,  sənin  üçün 
çətin  deyilsə,  öz  hikmətlərindən,  şəxsi  həyatından 
danışasan.  


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
71 
Mən  əvvəllərdə  olduğu  kimi,  özümü  sakit 
apardım. Buna görə ustad mənə yoxlayıcı bir nəzər 
yetirdi.  
-
 
Elə  mənim  həyatım  başdan-ayağa  qeyri-
adidir!  
Mirzə qısa tənəffüsdən sonra sözə başladı. 
-
 
Heç kəs mənim kimi aşiq ola bilməzdi! Lakin 
mənim  günəşim  çoxdan  sönübdür,  ancaq  onun 
canda  qoyduğu  hərarət  insanların  öyrəşdiyi  adi 
odun  hərarətindən  daha  qiymətlidir.  Hafiz  necə 
demişdir:  
 
Qop yerindən, mənim parçalanmış ürəyim. 
Min yerə parçalan,  
Min qiymətli şeylərdən daha çox ol.  
 
Qadınlar  bunu  bilib  məni  sevirlər.  Vaxt  vardı 
biri mənə hamını əvəz edirdi. Indi hamı mənə birini 
əvəz edə bilmir! Gecələr sayrışan ulduzlar həyatıma 
işıq  salsa  da,  mən  buna  sevinmirəm,  çünki  günüm 
keçibdir.  
Biz 
gördüyümüz 
qadınların 
ağır 
zəhmətlərindən,  onların  böyük  daşlardan  soba 
tikmələrindən  danışanda,  Mirzə  Şəfini  fikir 
götürmüşdü.  Biz  hiss  etdik  ki,  o,  qadınların  əli  ilə 
tikilmiş  sobaların  gələcəkdə  nifrət  damğası  olaraq 


Akif  Bayramov 
 
 
72 
onların 
kişilərini 
təhqir 
edəcəyi 
barəsində 
düşünürdü.  
-
 
Eyib  olsun  onların  kişilərinə!  –  deyib  Mirzə 
fikrindən  ayrıldı.  Ən  yüksək  qiyməti  qadınlara 
vermək  lazımdır.  Bu  gözəl  məxluqun  əziyyət 
çəkməsində  ancaq  kişilər  günahkardırlar.  Mənə  de 
görüm, günəş olmasa gül necə açar? Şoran torpaqda 
bənövşə  bitərmi?  Qadınlar  o  zaman  gözəlləşər, 
çiçək kimi açılar ki, onu bəsləyib qoruyasan. Kişilər 
gözəl  bağban  olar,  bağçaları  güllərin  ətri  bürüyər. 
Onlar 
çiçəkləri 
gobud 
əlləri 
ilə 
məhv 
etməməlidirlər.  Fikirlərini  çiçəklərinin  açmasına, 
qorunmasına  sərf  edənlər  pis  əməllərdən  uzaq 
olurlar.  Qızılgülü  ayaqların  altında  tapdalasan, 
onun tikanları mütləq ayaqlarına batacaq. Əgər sən 
qızılgülün  qayğısını  məhəbbətlə  çəksən,  o  açacaq, 
ətirli  olacaq,  həm  özünü,  həm  də  səni  bəzəyəcək. 
Əgər  sən  bir  qadını  könüllü  qul  etmək  istəsən,  o 
buna  dözməsə  də,  özünün  ağası  kimi  qarşında  baş 
əyib  minnətdarlıqla  öz  məhəbbətini  bildirəcək. 
Əgər sən qadını zorla öz qulun etmək istəsən, onda 
o  buna  heç  vaxt  dözməyəcək,  məkr  və  hiyləsi  ilə 
sənin  üzərində  hakim  olmağa  çalışacaq.  Çünki 
məhəbbət səltənətində təzadlar aləmi də var. Ağıllı 
adamlar  bunu  fikirləşib,  öz  bildikləri  kimi  hərəkət 
edirlər.  


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə