Gəncə Bölməsi



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə23/31
tarix01.07.2018
ölçüsü1,36 Mb.
#52704
1   ...   19   20   21   22   23   24   25   26   ...   31

Akif  Bayramov 
 
 
108 
 
Mirzə Şəfi şeirdə məna  çatışmazlığını bəzəkli 
sözlərlə əvəz etməzdi. O, sözü obrazlı, yerli-yerində 
işlətməyin  ustası  idi.  Ustad  seirini  oxuyub  bir  an 
dayandı, qəlyanından dərin bir qulab vurub, şeirinə 
davam etdi: 
Ulduz işıqsız olunca, 
İşıq ulduzsuz olsun. 
Meyvə çiyidsiz olunca, 
Çiyid meyvəsiz olsun. 
Cibsiz pul olunca
Pul cibsiz olsun. 
Şərab şüşəsiz olunca, 
Şüşə şərabsız olsun. 
 
Mən  ustadımın  hörmətini  qazanmaq  üçün 
ingilis  dilindən  Azərbaycan  dilinə  tez-tez  tərcümə 
edirdim. Bu bir növ mənim üçün məşqə çevrilmişdi. 
Tərcümə  vaxtı  dillərin  estetik  üstünlüklərinə  nəzər 
yetirirdim.  Biz  bilirdik  ki,  Mirzə  Şəfi  şeirin 
səlisliyinə, formasına, xüsusən əslin itməməsinə çox 
fikir verirdi. O, şeiri xüsusi ifadə ilə oxuyurdu. Mən 
xarici  dildən  tərcümə  etdiyim  şeiri  pis  oxuyanda 
Mirzə  Şəfinin  acığı  tuturdu.  Çünki  şeirin  mənasını 
istənilən  kimi  nəzərə  çatdıra  bilmirdim.  Bu  vaxt 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
109 
mənə  tərcümə  etdiyim  şeirlər  barəsində  öz 
məsləhətlərini verirdi. 
Bunu  əyani  olaraq  göstərmək  üçün  mənim 
hikmətli 
şeir 
dəftərimdə 
Qərbi 
Avropa 
poeziyasından  tərcümə  etdiyim  əsərlər  haqqında 
Mirzə Şəfinin fikirlərini izah edək. Mənim Hötedən, 
Heynedən  seçib  tərcümə  etdiyim  şeirlər  onun  çox 
xoşuna  gəlirdi.  Xüsusən  Hötenin  şeirləri  onu  valeh 
edirdi.  H.Heynenin  “Elə  bir  ölkə  bilirsənmi?” 
şeirinin sonluğu belədir: 
 
Mənim qəlbim elə bir dənizdir ki
Orada boran da var, dalğa da. 
Aşıb-daşmağına söz olmaz
Onun dərinliyində incilər yatar. 
 
Şillerin şeirlərinin gözəlliyi ilə onu tanış etmək 
çox  çətin  idi,  çünki  o  bu  dilin  incəliklərinə  bələd 
deyildi: “Əgər biz bu şeirləri dilin çətinliyi olan qızıl 
örtükdən təmizləsək, görərik ki, onların hər birində 
çox  gözəl  bir  özək  vardır”,  deyə  Mirzə  öz  fikrini 
bildirdi. 
Dillərdən 
çətinlik 
çəkəndə 
dostumuz 
L.Budaqov bizə kömək edirdi. O, gimnaziyada fars 
dili  müəllimi  idi,  alman,  ingilis,  fransız  dillərini 
gözəl  bilirdi.  O,  bu  dillərdəki  nəğmələri  Şərq 
donunda  verməkdən  xüsusi  ləzzət  alırdı.  Bununla 


Akif  Bayramov 
 
 
110 
mənə  məlum  oldu  ki,  xarici  dili  bilmədiyinə  görə 
Mirzə Şəfi kimi nə qədər ağıllı adam başqa xalqların 
ədəbiyyatından zövq almaqdan kənarda qalır. 
Bir  dəfə  biz  Heynenin  bir  şeirini  tərcümə 
etməyi qərara aldıq. Heyne ulduzlar haqqında belə 
deyirdi: 
Ulduzlar min illərdir. 
Səpilib asimana, 
Bir sevda həsrətilə 
Baxarlar yana-yana. 
Gözəl bir dildə onlar 
Danışır milyon ildir. 
Heç dilçilər də bilmir 
Dilləri neçə dildir. 
Mən isə öyrənmişəm 
Onlaradır xitabım. 
Yarın ulduz camalı 
Əzəl gündən olubdur 
Dil öyrədən kitabım. 
 
L.Budaqov  bu  şeirin  mənasını  yaxşı  başa 
düşmüşdü,  lakin  orijinaldakı  “filosof”  sözünü  heç 
cür tərcümə edə bilmirdik, çünki bu sözün mənasını 
izah etmək üçün nə Azərbaycan, nə də fars dilində 
qarşılığını  tapa  bilirdik.  Biz    onu  “dil  bilir”  kimi 
tərcümə  etdik.  Mirzə  Şəfi  bu  dili  bilməsə  də,  mən 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
111 
deyərdim ki, əsl dilbilən elə Mirzə Şəfidir. O, şeirin 
mənasını 
bizim 
tərcüməmizdən 
yaxşı 
başa 
düşmüşdü  və  belə  deyirdi:  “Özgələr  ulduzların 
dilini  özləri  düşündükləri  kimi,  yaxşı  başa 
düşürlər”. 
Tomas  Morun,  Corc  Bayronun  şərqiləri  onun 
çox xoşuna gəlirdi. O bunları başa düşürdü. Volfun 
gözəl şeirləri onun qəlbini daha çox oxşayırdı. 
Mirzə Şəfi Azərbaycan və fars xəttat alimlərin 
yanında  böyük  hörmətə  malik  idi.  Lakin,  o  Tiflisin 
“kübar cəmiyyət” ilə bir o qədər də tanış deyildi. Bu 
cəmiyyət  əsasən  rus  zabitlərindən,  gürcü,  tatar 
knyazlarından  ibarətdi.  “Kübar  cəmiyyət”də      bur 
dəstə  almanın,  bir-iki  fransızın  və  ispanın  da 
adlarına rast gəlmək olardı… 
Bir  gün  mən  xaricdən  gələn  dostlarımla 
ustadımın  yaşadığı  mənzilə  gedib,  ondan  dərsi 
başqa  günə  keçirməyi  xahiş  etmək  istədim.  Biz 
Tiflisin  yoxuşu  ilə  qalxaraq,  balaca  bir  döngəyə 
çatdıq.  Burada  alçaq,  uzun  bir  bina  vardı.  Binanın 
kiçik,  bir  az  pərakəndə  həyətinin  dörd  tərəfindən 
taxta  daravazası  vardı.  Evin  sol  tərəfi  ağaclıq  idi. 
Mirzə  Şəfi  bu  tərəfdə  yaşayırdı.  Biz  həyətə  yenicə 
girmişdik ki, böyük bir it hürərək üstümüzə cumdu. 
Qorxub dala çəkildik. Bir az keçmiş yoldaşlarımdan 
biri  eybəcər  səslər  çıxararaq,  itin  üstünə  yeridi.  Biz 


Akif  Bayramov 
 
 
112 
də  onun  ardınca  itin  üstünə  atıldıq.  İt  qorxub 
yolumuzdan  çəkildi.  Və  biz  bir  neçə  addım  atıb 
evin  astanasına  çatdıq,  ustadımın  qapısını  döydük. 
Qapını  arıq,  cılız  bir  oğlan  açdı  və  bizi  evə  dəvət 
etdi.  İçəri  keçib  ayaqqabılarımızı  çıxardıq.  Burada 
içiçə  açılan  iki  otaq  vardı.  Birincisi  balaca  və  bər-
bəzəksiz  idi,  o  biri  otaq  nisbətən  babatdı.  Otaqlar 
ağardılmış, 
döşəmələrinə 
həsir 
salınmışdı. 
Divarlarda  taxçalar  vardı.  Böyük  otağın  dal 
küncündə divar peçi görünürdü. Otaqlarda hər şey 
sadə və səliqə səhmanda idi. Biz içəri girəndə Mirzə 
Şəfi  qırmızı  mütəkkəyə  söykənib  qəlyan  çəkirdi. 
Ustad  qəlyanı  yenicə  doldurmuşdu.  O  bizi  görcək 
sevindi, 
yerindən 
qalxıb 
öz 
dilində 
“xoş 
gəlmisiniz”,  deyə  bizi  mehribanlıqla  qarşıladı.  Biz 
onu  dövrəyə  alıb,  əyləşdik.  Bir  az  keçmiş  oğlan 
hərəmizə  bir  fincan  qəhvə  və  qəlyan  gətirdi. 
Qəhvədən  içib,  qəlyandan  tüstülədərək  əsl  söhbətə 
keçdik. Mən ustadımın evindəki hər şeyə yaxından 
bələd  olmaq  arzusunda  idim,  lakin  özümü 
saxlayırdım,  qorxurdum  ki,  naşı  hərəkətlərimlə 
ustadımın  gözündən  düşə  biləm.  Ona  görə  ehtiyat 
edirdim.  Yanımdakı  yoldaşlarımdan  da  xahiş 
etmişdim  ki,  özlərini  layiqli  aparsınlar.  Söhbət 
ərəfəsində mən ustadıma, onun mənzilinə gələrkən 
çəkdiyimiz çətinliklər barədə dedim:  


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə