Gəncə Bölməsi


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə25/31
tarix01.07.2018
ölçüsü1,36 Mb.
#52704
1   ...   21   22   23   24   25   26   27   28   ...   31

Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
117 
xoş  gəlir,  nəinki  qoca  bir  möminin  əzan  səsi.  Bir 
qədəh  şərabın  nəşəsindən  daha  çox  həzz  alıram, 
nəinki sufi filosofların uydurmalarından. 
Mirzə  Şəfi  sönməkdə  olan  qəlyanını  tütünlə 
doldurdu.  Bu  vaxt  mən  saatıma  baxdım.  Axşam 
düşmüşdü. Özümüz də hiss etmədən vaxtımız gəlib 
keçmişdi. 
- Getmək vaxtıdır, - dedim, - çünki biz bir toya 
da  getməliyik.  Ancaq  səndən  bir  xahişimiz  var, 
ustad.  İstərdik  sənin  nəğmələrindən  birini  öz 
nitqində  eşidək.  Bülbül  necə  gül  bağçasında 
oxumağı  sevər,  nəğməkar  da  şərab  məclisində 
dinər.  Mən  şeir  məclisində  xoş  əhvalla  getməyi 
sevirəm. Ustad cavab verdi: 
-Hər kəsin bir  həvəsi  olar. Dərdli adam qəmli 
görünər.  Ümidini  itirənə  gələcək,  müdrik  adama 
ağıl 
xoş 
gələr. 
Müdrik 
nəğmələrin 
şərab 
qədəhlərinin cingiltisinə səs verməsindən xoş nə ola 
bilər? Ustad bizə gözəl bir şeir oxudu: 
 
Dindarlar pis əməllərini,  
Dərd çəkən qəmli görünməyi
Ümidlə yaşayan gələcəyi
Ustadlar isə əqlin gücünü sevər. 
 
Mirzə  Şəfi  şeiri  oxuyub  qurtardıqdan  sonra 
dedim: 


Akif  Bayramov 
 
 
118 
-
 
Hikmət  nəğməsinin  yanında  qədəh  cingiltisi 
nədir ki?! 
Ustad yenidən oxumağa başladı: 
Mirzə Şəfi, badəni qaldıranda  
Dodaqlarından süzülən pis söz belə 
Xoş bir xəbər kimi sərxoşun da 
Qəlbini şadlandırır. 
Onlar bunu hər saat hiss edirlər ki,  
Həyatda axmaqlığa qarşı 
Mənim qəlbimdə hikmət dolu  
Bir qədəh qalxır. 
 
Ustad  bizi  evinin  qabağındakı  bağçadan  yola 
salanda, mən dedim: 
-
 
Sənin  nəğmənin  təsirindən  adam  ayrıla 
bilmir,  Mirzə  Şəfi.  Mənim  sənə  bildirəcəyim 
təşəkkürümü  sanki  sən  qabaqcadan  bilib,  öz 
nəğmənə çevirmisən.  
Onunla xudahafizləşəndə dedim: 
-
 
Ustad,  necə  olur  ki,  sən  öz  fikrini  ifadə 
edərkən  belə  tez  qafiyə  tapırsan?  Bu  nəğmələrin 
yaranması üçün heç bir hazırlıq lazım gəlmirmi?  
Mirzə  Şəfi  evin  qarşısındakı  bağçaya  çıxana 
qədər  sualıma  cavab  vermədi.  Bayırda  bahar  öz 
əlvan  libasını  geymişdi.  Otların  arasında  çiçəklər 
boylanırdı. 
Tənəklərdə 
üzüm 
gilələri 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
119 
düymələnmişdi. Ağacların bəziləri qar kimi ağ çiçək 
açmış,  qızılgül  kolları  qönçələnmişdi.  Mirzə  Şəfi 
əyildi, bir dəstə gül dərib mənə göstərdi və dedi: 
-  Görürsən,  mən  bu  çiçəkləri  bircə  anda 
dərdim.  Ancaq  onlar  bircə  anda  çiçəkləməmişlər. 
Bax, mənim nəğmələrim də belədir.  
-  Gəlinə  toy  libası  yaraşan  kimi,  sənin 
nəğmələrin  də  mənim  qəlbimi  elə  bayram  libasına 
bürüyür.  Ustad  gözəl  nəğmələrinə  görə  sənə 
minnətdarıq. 
Mən bu sözləri vidalaşarkən ona dedim. Mirzə 
Şəfi bizi başqa bir qapıdan yola saldı. Bu yol yaxın 
və rahat idi... 
Bu  illərdə  Tiflisdə  Danimarkanın  məşhur 
şərqşünas alimi cənab Vestqart mənə baş çəkmişdi. 
O, Şərqi Hindistanda uzun müddət qaldıqdan sonra 
vətəninə  qayıdarkən,  daşbasma  yazının  surətini 
əldə  etmək  üçün  yolunu  İranın  Persipolis 
şəhərindən  salmış  və  Şərqin  zəngin  ədəbiyyatı  ilə 
yüklənmişdi. 
Öz 
yükünü 
yüngülləşdirmək 
məqsədilə,  Kəlküttə  şəhərində  fars  dilində  çap 
edilmiş  bəzi  kitabların  surətinin  mənə  verdi.  Mən 
bu  kitabların  surətini  Mirzə  Şəfinin  köməyilə 
növbəti 
məşğələdə 
oxumağı 
qərara 
aldım. 
Müəllimimin  bu  kitablara  nəzər  yetircək  bir  anda 
onları  əsəbi  halda  bir  yana  atması  məni 


Akif  Bayramov 
 
 
120 
təəccübləndirdi. O məndən qəti tələb edirdi  ki, çap 
kitabları  ilə  məşğul  olmayım.  Bir  azdan  sonra  başa 
düşdüm  ki,  Mirzə  Şəfini  əsəbiləşdirən  kitabların 
mənası  deyildi.  Onu  əsəbiləşdirən  kitabların 
əlyazmasında 
olmaması 
və 
çap 
yolu 
ilə 
hazırlanması idi. 
-
 
Mirzə Şəfi,  - dedim,  -  nə üçün sən kitabların 
çap  yolu  ilə  hazırlanmasının  əleyhinəsən?  Onlar 
sənin  xəttin  səviyyəsində  hazırlanmasa  da,  hər 
halda  pis  xətlərdən  üstündür.  Bu,  eyni  zamanda 
şairlərin,  alimlərin  əsərlərinin  tez  bir  müddətdə 
hazırlanıb  yayılması  və  şöhrətləndirilməsində 
xalqın xeyrinədir. 
Mirzə  Şəfi  ara  vermədən  qəlyanından  dərin 
nəfəs  alıb,  tüstüsünü  qarşısına  üfləyir,  başını  ağır-
ağır  tərpədib,  mənə  cavab  vermirdi.  Kitab  çapı 
mədəniyyətinin əhəmiyyəti barəsində əyani şəkildə 
apardığım  söhbətin  mənası  yox  idi.  Ustad  kitab 
çapının  zərərli  olması  fikrinin  üstündə  inadla 
durdu.  O,  şərab  içib  məst  olandan  sonra  öz  fikrini 
tədricən  sübut  etmək  həvəsinə  gəldi.  O,  kitab  çapı 
barəsində  heç  zaman  belə  əsaslı  düşünməmişdi, 
fikri də heç vaxt indiki kimi dəqiq olmamışdı.  
Əlbəttə,  o,  əsərlərin,  əlyazmasına  görə  kitab 
çapı  yolu  ilə  daha  tez  yayılmasına  etiraz  etmirdi. 
Lakin  onu  inandırmaq  olmurdu  ki,  bu  yolla  daha 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
121 
böyük  mənfəət  əldə  etmək  mümkündür.  Bunun 
əksinə,  o  elə  düşünürdü  ki,  asan  yolla  əldə  edilən 
kitab öz dəyərini aşağı  salır, çətin yolla  əldə edilən 
kitabın  isə  qiyməti  daha  böyükdür.  O  deyirdi  ki, 
varlı  adamlar  hikmət  xəzinəsi  olan  kitabları  almaq 
üçün  öz  varlarını  qıymazlar.  Atalar  demişkən: 
”Ağıllı  adam  nadir  halda  varı,  varlılar  isə  nadir 
halda hikməti qiymətləndirər”. 
Kasıb  alim  çalışar  ki,  öyrənmək  üçün  bu 
kitabların üzünü köçürsün, ya da onu çətinliklə ələ 
keçirib,  öz  məqsədi  üçün  istifadə  etsin.  Axır 
nəticədə isə o öz varını heç zaman pis kitablara sərf 
etməz.  Kitabların  tez  hazırlanıb  yayılmasına 
gəldikdə,  bu,  mənasız  bir  şeydir.  David  deyib 
ki:”Allahın əlində min il bir günə bərabərdir”. 
O  kitablar  ki,  insanlara  asan  yolla  və  tez 
çatdırılır,  bunlar  insanların  bilik  ehtiyacını  təmin 
etmir.  Əksinə,  bu,  şərab  qədəhi  ətrafında  şən 
dəqiqələr  keçirmək  kimi  bir  işdir.  Həmin  kitablar 
insana xidmət edib, bilik vermək əvəzinə, dolaşıqlıq 
yaradıb, bədbəxtlik mənbəyinə çevrilir. Ən nəhayət, 
onlar  alimlərə  lazım  olurlar.  Alimlər  onlardan 
istifadə yolunu bilirlər. Xalq ehtiyac duysa, alimləri 
ilə  məsləhətləşə  bilər.  Bir  xalq  ki,  kitablar  içində 
batıb  qala,  o  hardan  özünə  vaxt,  ağıl  tapar  bu 
kitabların  yaxşısını  seçsin?  Kitab  çapı  bəyəm 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə