Gəncə Bölməsi



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə27/31
tarix01.07.2018
ölçüsü1,36 Mb.
#52704
1   ...   23   24   25   26   27   28   29   30   31

Akif  Bayramov 
 
 
126 
- Ayının başına sahibi nə oyun açıb? 
-  Nə  oyun  açacaq  ...  Əvvəla,  onun  dişlərini 
çıxardıb,  sonra  ağzına  buruntağı  keçirib.  Sən 
“İskəndərnamə”  hekayətini  bilmirsən?  Şeytanın 
İskəndərin  yanına  gəlib  ona  şahlıq  öyrətmək 
istədiyini? 
- Xeyr, bilmirəm. Onu mənə danış! 
Bir  dəfə  şeytan,  ayı  təlimçisi  sifətində,  böyük 
bir  ayının  boğazına  zəncir  salıb,  şahın  hüzuruna 
gəlir.  O,  ayının  qulaqlarına  öz  sözü  ilə  nə  deyirsə, 
ayı  tullanıb  oynayır.  Sonra  o,  üzünü  şaha  tutub 
deyir;  “Sən  öz  xalqını  yaxşı  idarə  etməyi 
bacarmalısan.  Onu  çaldığın  tütəyin  havasına 
oynatmaq  istəyirsənsə,  əvvəla  onların  dişlərini 
çıxar, sonra ağızlarına ağızlıq tax!” 
Mirzə  Şəfinin  müfti  ilə  ciddi  mübahisəsi 
olduğundan, mən dərinə gedib söhbəti uzatmadım. 
Hərtərəfli  və  nəğmələrilə  dindarlara  sataşdığına 
görə  müfti  Ustadı  pozğun,  həyasız  adlandırıb, 
yerin-göyün lənətindən yaxa qurtara bilməyəcəyini 
söyləmişdi. 
Mirzə Şəfi dedi: 
-
 
Onların  hədəsi  məni  qorxutmur.  Əgər 
Tiflisdə  şiə  sürüsünün  başında  hökmünü  itirmiş 
qoca  bir  mömin  dayanıbsa,  bu,  məni  heç  narahat 
etmir.  Onun  özü  adi  xəttatın  güc-bəla  ilə  tapıb 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
127 
içdiyi  şərabdan  daha  çox,  daha  yaxşısını  tapıb 
içəcək.  O  da  dünya  ləzzətini  özünə  haram 
etməyəcək.  Bu,  pələngin  qızmar  gündə  düşmənlə 
vuruşa getməməsini xatırladır. Allah bilir ki, mənim 
xoş  çağırışıma  cavab  verməmək  üçün  hansı 
əyriayaq bir div onu  da belinə atıb aradan  çıxacaq. 
Mirzənin sözünü tədqiq etmək üçün sizə deyim ki, 
mən  müctəhidi  tanıyırdım,  bilirdim  ki,  şərabı 
hardan  alıb  içir.  Buna  mənim  əsasım  vardı. 
Mübahisələrdə  mənim  iştirakım  həmişə  təsəlliyə, 
barışığa  gətirib  çıxarırdı.  Beləliklə,  mən  müdrik 
müəllimimi  bir  neçə  dəfə  sakitləşdirməyə  nail 
oldum.  Mirzə  Şəfi  ayaqlarını  divandan  aşağı  saldı, 
qəlyandan çəkib, nəğmə oxumağa başladı. 
 
Mən oxuyanda sevənlərlə sevənin
“Böyüklərin” qarşısında günahkartək baş əyməyin. 
Özündən kiçiklərin qarşısında lovğalanma, 
Bil, hikmət nəğmələrdə şöhrətləndirirlər. 
 
İkiüzlü yanıma gələndə dedim: 
Kim ki özlüyündə müqəddəsdir, o allahdır. 
Kin ki onun adına nifrət edir, söyür, 
O öz müqəddəsliyində yəqin bir kinayə daşıyır. 
 
Mən gözəlliyi, məhəbbəti, şərabı tərifləyəndə, 
Bu, mənə min ahəngli tərifdən irəlidir. 


Akif  Bayramov 
 
 
128 
Ey Abdullahın oğlu Mirzə Şəfi, 
Alçaqlıqdır mollanın ikiüzlüyü. 
Sevgi aləmində, şərab məclisində 
Unutma ala gözləri, bir də dolu qədəhin  
şəfəqini sən. 
 
Gözəllikdən, məhəbbətdən, şərabdan 
ləzzət alanda, 
Həyatda yaşamağım məni gözəlləşdirir. 
Eşidəndə ki, əsəbləşib məni söyürlər, 
Bütün dünya birdən məni kədərləndirir. 
 
Onlar dini ziddiyyətləri ilə, 
Göyə inanıb ona xidmət etmək istəyirlər. 
Lakin intiqam hissi damarlarında coşur, 
Nifrət isə sifətlərinə rəng verir. 
 
Əllərində ölüm qılıncı, 
Onlar bizdən inam və peşmançılıq tələb  
edirlər. 
Onlar elə hesab edirlər ki, bu “yaxşı” yolda 
Allah da onlarladır. 
Lakin mən deyirəm: Allah pis əməllərdən 
 uzaqdır, 
Nifrət Allahsızlıqdır, məhəbbət Allahlılıq! 
 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
129 
Kim xoşbəxtdirsə, o, yaxşı adamdır. 
Bu özünü hər addımda göstərir. 
Kim ki yer üzündə pis əməllərlə məşğuldur, 
O öz cəzasını özü ilə daşıyır! 
*** 
Coşma, ey dəhşətli dindar, sən ey 
Nifrət və alçaqlıq qulu. 
Sən xoşbəxt, yaxşı adam deyilsən, 
Sənin bizə nifrətin sənin öz cəzandır! 
 
Xoşbəxt adam həyata xoşbəxtlik gətirir, 
O, bu xoş amalı başqalarından almır. 
Yaxşılıq ondan gəlir, ona da qayıtmalıdır,  
Çünki əzəldən bu ona verilib! 
 
Nə qədər ki mən yaxşı şərabdan dadıb, 
Gözəl biliklə silahlanmışam, 
Qorxma alçaqlığa, pis yola yuvarlanım, 
 
*** 
Bəzi məhəbbət incilərinin parıltısı bizə sirli qalardı 
Yaxşı şərab ətri dəyib onu oyatmasaydı. 
Nə qədər ki mən yaxşı şərab içirəm, 
Xoş zarafatımla öz əqlimi göstərirəm
Onda mənim böyüklüyümü dərinliyimdə axtar! 
*** 


Akif  Bayramov 
 
 
130 
Ustad qədər heç kəs şərabın ləzzətini duya bilməz. 
Çünki bizim içkidə qiymətləndirdiyimiz şey  
                                       axmaqlar üçün əlçatmazdır! 
*** 
Şərabla çiçəkli çəməni əfsanəyə döndərmək olar, 
Orada Allahın nəfəsi duyulur, gözəlliyin ruhu 
orda gəzər! 
Güllər ayaqlarımız altında çiçək açır, 
Ulduzlar başımızın üstündə sayrışır, 
Biri yaxından bizi oxşayır, o biri 
Uzaqdan bizi salamlayır. 
*** 
Necə xoş bir aləmdir, hər addımımda 
sevinc üzümə gülür. 
Sanki bütün kainat ulduzlarını bir dəstə çiçək  
özümlə  daşıyıram. 
*** 
Allahın əmri ilə günəş yanır, 
Bütün dünyaya şəfəq salır. 
Onun əmrilə qızılgül açır 
Ətirli çiçək çəmənində. 
 
Onun əmri ilə dağlar qatarlaşıb, 
Yer üzündə yüksəlirlər. 
Küləyə də əmr edib ki, əsib coşsun 
Canlı həyatımıza min rəng versin. 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə