Gəncə Bölməsi


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə30/31
tarix01.07.2018
ölçüsü1,36 Mb.
#52704
1   ...   23   24   25   26   27   28   29   30   31

Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
141 
Direktor  məni  saat  beşdə  gimnaziyaya  gəlib 
Azərbaycan  dilindən  imtahan  verməyə  dəvət 
edirdi. 
Ustad  bir  an  sözünü  kəsdi,  həyəcanını 
sakitləşdirmək  üçün  şərabdan  dalbadal  bir  neçə 
qurtum  içdi.  Görünür,  işi  ilə  bağlı  əhvalatlar  onu 
həyəcanlandırırdı.  Xüsusən  ona  əziyyət  verən  rus 
gimnaziyasında  ana  dilindən  imtahan  vermək 
məsələsi  idi.  Bu,  onun  qəlbinə  bərk  toxunmuş  və 
hər  şeyi  ona  unutdurmuşdu.  Mirzə  Şəfi  –  Şərqin 
böyük  Ustadını,  öz  xalqının  fəxri  şeir  səltənətinin 
nadir  gövhərini  doğma  dilindən  imtahan  etmək 
istəyirlər.  Mən  onun  hirsindən  qızaran  sifətinin 
alovunu  və  qəlbinə  dolan  qəmin  səbəbini 
anlayırdım.  Bu  hiss  məni  onun  yarasına  məlhəm 
qoymağa vadar etdi. Ucadan dedim: 
-
 
Günəşə necə demək olar ki, sən şəfəq saçma! 
Qızılgüldən  necə  soruşmaq  olar  ki,  sən  ətir 
saçırsanmı?  Bu  da  eyni  axmaq  sual  deyilmi  ki, 
Mirzə  Şəfidən  soruşasan  və  yaxud  onun  biliyini 
yoxlayasan?  Axmaq  günəşin  şəfəqlərinə  inanmır 
deyə,  günəş  solmalıdırmı?  Savadsızlar  sənin 
biliyinə şübhə edirlər deyə, sən hirslənməlisənmi? 
 
Qovla qəmini incə məhəbbətin
Şirin nəğmələrinin ahəngi ilə. 


Akif  Bayramov 
 
 
142 
Özünə bir misal qızılgüldən, 
Bir misal da bülbüldən götür. 
 
Qızılgül, o rəng qönçəsi 
Palçıqsız yerdən çıxmaz. 
Nəğmə vurğunu sarı bülbülün 
Bəzən qidasıdır zəhərli qurdlar. 
 
Sən  mənə  Hafizən  barəsində  nəğmə  oxu, 
kefimiz açılsın. Gəl şərab içək, sonra Hafizə ilə bağlı 
tarixçəni mənə danış. 
Ustadım bir qədəh şərab süzüb, “Allah verdi” 
deyə  mənə  təqdim  elədi  və  qəlyanını  yana  qoyub, 
ayaqlarını  divandan  aşağı  saldı.  Şeir  oxumağa 
başladı: 
Allahın  əmri  ilə  cənnətin  qapısı  açılanda  hər 
yerdən  insanlar  axışıb,  şübhə,  qorxu,  ümidlə 
qapısında 
duracaqlar. 
Onda 
mən 
bütün 
günahkarlardan  fərqli  olaraq,  şübhəsiz,  qorxusuz 
dayanacağam.  Artıq  çoxdandır  ki,  yer  üzündə 
cənnətin qapıları sənin sayəndə üzümə açıqdır. 
Mən  onun  şeirini  təriflədim.  O  özündən  razı 
halda  gülümsədi.  Məsləhətimin  yaxşı  nəticə 
verdiyini görüb, ona dedim: 
-
 
Görürsənmi, Mirzə Şəfi, məhəbbət barəsində 
aydın fikrin səni neçə şənləndirir?! Sevginə nail ola 
bilsən,  xoşbəxt    adamsan.  Rəxşəbi  yaxşı  demirmi: 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
143 
“Yer üzündə məhəbbət o zaman gözəlləşir ki, şahla 
dərvişin fikirlərindən üstün olur”. 
Mirzə Şəfi məni qabaqlayıb, dedi: 
-  Rəxşəbi  həmçinin  deyib:  “Pulsuz  kişinin 
görkəmi  olmaz,  pulsuz  ev  boş  görünər”.  Kaş  mən 
pulsuz  evə  məhəbbət  gətirə  biləydim!  Qabaqlar 
mən  belə  şeylər  barəsində  düşünməzdim.  İndi 
bunlar məni daha çox kədərləndirir. 
-  Mirzə  Şəfi,  kədərlənmə,  -dedim.  –Hər  şey 
yaxşı  olacaq.  Rus  yazısı  ilə  bağlı  olan  kiçik  bir 
anlaşılmazlıq  işin  gedişinə  mane  ola  bilməz.  Bir 
halda  ki  sən  Hafizəyə  öz  etibarını  göstərmək  üçün 
onun  məhəbbəti  yolunda  öz  azadlığını  qurban 
vermək  istəyirsən,  niyə  gimnaziyada  yer  ala 
bilməyəsən? Mən burada heç bir maneə görmürəm. 
- Bəs imtahan? 
-  Ona  əncam  şəkmək  olar.  Sənin  biliyinə 
şübhələnmək  ağılsızlıqdır.  Moskvanın  belə  bir 
qərarı var ki, dövlət idarəsinə işə gələn hər bir adam 
əvvəla  imtahan  edilməlidir.  Çünki  axmaqlar  çox, 
ağıllılar 
azdır. 
Demək, 
bu 
qanun 
düzgün 
əsaslandırılıbdır. Səninlə müstəsna hərəkət edərlər. 
-  Qoy  o  zaman  mənimlə  müstəsna  hərəkət 
etsinlər  ki,  mən  nəğmələrimdə  şərabın  gözəlliyi 
əvəzinə,  uzun-uzadı  duaları,  Qarabağın  qazısı 
Mirzə  Əbdül  Qasım  kimi  adamların  hiyləgərliyini, 


Akif  Bayramov 
 
 
144 
ikiüzlülüyünü,  yalançılığını  tərifləmiş  olum.  Hər 
yerə soxulmaq ilanın adətidir! 
Mən onunla bağlı tarixçənin bütün səbəblərini 
suallar  vasitəsilə  aydınlaşdırdıqdan  sonra  hiss 
etdim  ki,  ona  ürək-dirək  verməyimə  baxmayaraq, 
qəlbində  ağır  bir  kədərin  izi  qalıb.  Hətta  Hafizənin 
atası  Mirzə  Şəfiyə  öz  xəbərdarlığılnda,  var-dövləti 
kimi,  onun  biliyinin  də  şübhəli  olduğunu  və  buna 
görə  moskvalıların  onu  imtahan  etdiyini  bildirmiş-
di. Mirzə Şəfini kədərləndirən məsələlərdən biri də 
rus  dilində  yazılmış  məktubu  Hafizənin  evinə 
göndərməsinin kələk işlətməsi kimi başa düşülməsi 
və qız evində onun ustadlığına şübhənin yaranması 
idi. Bunlar onun qəlbini narahat edirdi. Mən ondan 
soruşdum: 
-  Sən  inanırsanmı  Hafizə  bunlara  görə  səni 
sevməz? 
- İnanıram. 
- Bəlkə sən onun anasından çəkinirsən?  
– Ondan qorxmuram. Qızı mənə vurulan kimi, 
o da nəğmələrimə heyran olub. 
- Bəs nədən ehtiyat edirsən? Qızın pulgir atası 
ilə  o  vaxt  məşğul  olarıq  ki,  artıq  sən  özünə  iş 
tapasan.  Evlənmək  üçün  hazırlıq  görmüsən? 
İmtahanla  əlaqədar  çətinliyi  mən  öz  üzərimə 
götürürəm. 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
145 
Mən  məktəb  idarəsində  dostcasına  söhbətlər 
vasitəsilə  vəziyyətdən  çıxış  yolu  tapacağıma  və 
qanuna ciddi əməl edilməklə Ustadımın mənliyinin 
alçaldılmamasına  nail  olacağıma  şünhə  eləmirdim. 
Mənim aşiq olan müəllimimi işin hər tərəfi ilə tanış 
etdikdən  sonra  onu  arxayınlaşdırmağa  nail  oldum. 
O, gecə yarıya qədər mənim yanımda qaldı. 
-
 
Mənə elə gəlir ki, mənim hakimlərim gecənin 
qaranlıqlarında  havaya  uçmuşdur,  -  deyə  o 
gülümsünürdü.  –  Mən  hikmət  öyrətmək  üçün 
gəlmişdim,  görünür,  özüm  öyrənməliyəmmiş. 
Qadınlar  sevimli  məxluq  olmasaydılar,  qəlbən 
bağlandıqları  adamın  başını  qatmaq  üçün  oyun 
çıxardıqlarına  görə  onlara  acıqlanmaq  olardı. 
Onlarda ağıl məhəbbətlə yüksəlir, bizdə isə azalır: 
 
Mirzə Şəfi, sənin o böyük ağlın 
Güclə başında yer tapıbdır. 
Necə olub ki, o balaca ağ əllər 
Ürəyini, ağlını qarət edibdir? 
 
-
 
Məhəbbətin  bu  anlaşılmazlığında  qüvvətli 
bir  əl  belə,  qəlbini  çətin  yerindən  çıxarıb  apara 
bilərdi, - deyə sözə qarışdım. 
O gülərək cavab verdi: 

Doğru 
deyirsən. 
Gəl 
həyatın 
bu 
anlaşılmazlığı  barəsində  çox  danışmayaq.  Ürək 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə