Gəncə Bölməsi



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə26/31
tarix01.07.2018
ölçüsü1,36 Mb.
#52704
1   ...   23   24   25   26   27   28   29   30   31

Akif  Bayramov 
 
 
122 
əvvəllərdə  yaşayan  şairlərdən,  ustadlardan  daha 
böyüklərini yetirə bilər? 
İran  və  ona  qonşu  ölkələr  çap  olunmuş 
kitablarla  bazarları  doldurub  satdığı  gündən  bu 
ölkələrin əsası ildən-ilə laxlamadımı? 
Firdovsi,  Hafiz,  Sədi  insanların  ürəyinə, 
beyninə  yol  tapmaq  üçün  kitab  çapına  ehtiyacını 
duymuşdular? 
Mirzə  Şəfi  kitab  çapı  əleyhinə  olan  fikrini 
əsaslandırmaq  üçün  bir  saata  qədər  danışdı.  O, 
həqiqətən  inanırdı  ki,  hər  bir  şairin  öz  xəttinin 
itməsi  onun  şeirinin  əsas  mənasının  itməsi 
deməkdir. Diqqətli və zövqlü xəttat az və yaxud çox 
dərəcədə  çalışır  ki,  əsərini  köçürdüyü  şairin  dəst-
xəttinə yaxınlaşdırsın və başqaları üçün də nümunə 
olsun. Onun fikrincə, soyuq dəmir hərflər şairə xas 
yaxşı  cəhətləri  itirir,  dəmir  hərflərlə  onun 
özünəməxsus  yazısını  olduğu  kimi  vermək  çətin 
olur.  Çap  yolu  ilə  hazırlanan  kitablarda  şair  və 
alimlərin fikri də təhrif olunur. 
Mən 
alman 
oxucularına 
bu 
kitabın 
əvvəllərində  fikrimi  əyani  surətdə  çatdırmışam  ki, 
Şərqin  ustadları  istər  şifahi,  istərsə  yazılı  nitqdə 
mənalı  fikrin  gözəl  formada  verilməsinə  həmişə 
çalışmışlar.  Buna  görə  fars  yazısının  incəliyini, 
gözəlliyini  çap  yolu  ilə  olduğu  kimi  tam  vermək 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
123 
çətindir. Mirzə Şəfinin kitab çapına olan mənfi fikri 
də  burdan  doğurdu.  Elə  bunun  üçün  də  çap 
kitabları  onu  əsəbiləşdirirdi.  Mirzə  Şəfi  öz  gözəl 
dəst-xətti  ilə  hərfləri  elə  canlı,  elə  rəngarəng 
şəkillərdə  verirdi  ki,  onlar  əsərin  mənası  ilə  sanki 
bir  səviyyədə  dururdu.  Onun  özü  demişkən,  “adi 
şeyə  gündəlik,  gözəlliyə  isə  bayram  paltarı” 
geydirirdi.  Onun  hikmətili  şeirləri  incə  xətlə 
yazılırdı,  aydın  və  sadə  qadınlara  həsr  etdiyi 
nəğmələrinin  yazısı  qadın  kimi  cilvəli  və  nazlı  idi, 
qadın  təbiətinə  oxşayırdı.  Mirzə  Şəfinin  şərabı, 
xoşbəxt  məhəbbəti  mədh  edən  nəğmələrinin  yazısı 
isə  rəngarəng  və  hərarətli  idi.  Bunlarda  böyük  ruh 
duyulurdu.  Şikayət  nəğmələrinin  yazısı  bəzəksiz, 
aydın  və  təmiz  olardı.  Bu  yazıda  göz  yaşını 
xatırladan ləkə belə görünməzdi. Mirzə Şəfi mənim 
xəttimdən  narazı  olanda  deyirdi:  “Xəttini  də  fikrin 
kimi aydın, səlis elə ki, onu başa düşə bilsinlər”. O 
öz  fikrini  adəti  üzrə  şeirlə  tamamlayırdı.  Dünya 
gözəlliklərinin  müzakirəsindən  sonra  da  Ustad 
şifahi və yazılı nitqə aid şeir oxudu: 
Əgər  sən  nəzərlərini  göyə  dikib,  Allahdan, 
Şeytandan danışmaq istəyirsənsə bərabər olur. 
Mirzə  Şəfi  xəttinin  gözəlliyinə  ciddi  fikir 
verirdi.  Elə  bunun  üçün  də  onun  yazısına  tay  yazı 
çox azdı. Mirzə Şəfiyə görə, şairin fikrini oxuculara, 


Akif  Bayramov 
 
 
124 
ancaq  gözəl  xətlə  çatdırmaq  olar.  Ən  yaxşısı  isə 
odur ki, şair şeirini yazmasın, onu xalqın qarşısında 
sinədən  oxusun.  Bu  yol  bütün  şübhələri  aradan 
qaldırar və onun üçün yaxşı sınaq olar. 
Qeyd  etmək  istəyirəm  ki,  kitab 
çapı 
məsələsində  Mirzə  Şəfinin  fikri  yeganə  deyildi. 
Onun  bu  fikrinə  Şərqin  bütün  fikirləri  eyni 
məktəbdən qidalanırdı. Onlar elə hesab edirdilər ki, 
hər cür yenilik onların şəxsi gəlirlərinin azalmasına 
səbəb  olur.  Bizdə  bir  vaxt  araba  sürənlərin  dəmir 
yolu  çəkilməsinin  əleyhinə  çıxması  da  onların 
yüklərinin  azalacağı  və  şəxsi  gəlirlərinə  əngəl 
törədəcəyi  ilə  bağlı  idi.  Bu  gün  də  Şərq  alimlərinin 
kitab çapı əleyhinə çıxması şəxsi gəlir mənbələrinin 
itirilməsi ilə bağlı idi. (Onların bu fikirləri XV əsrdə 
kilsə  rahiblərinin  kitab  çapı  əleyhinə  olan 
münasibətinə  bənzəyirdi).  Yeri  gəlmişkən,  kitab 
çapının mədəni-tarixi əhəmiyyətini nəzərə alıb qeyd 
etməliyəm ki, çap işinə 400 il bundan əvvəl başlansa 
da,  hələ  İranda,  Türkiyədə  geniş  yayılmamışdır. 
Burada  çap  işi  ancaq  rəsmi  qəzetlərin  çap  olunub 
yayılmasına xidmət edirdi. Burada hər bir alim çap 
kitabı  əldə  etmək  əvəzinə,  gözəl  xətlə  yazılmış 
əsərin  əldə  olunmasını  daha  üstün  tutur.  Parisdə, 
Leypsiqdə,  Vyanada  və  başqa  ədəbi  mərkəzlərdə 
fars  dilində  daha  çox  əsərlər  çap  olunur,  nəinki 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
125 
İranda.  Bu  yerlərdə  kitab  çapına  senzura  mane 
olmur. 
Mirzə Şəfi ertəsi günü bizə çox kefsiz gəlmişdi. 
Mən  onun  kefini  açmaq  üçün  onu  şəraba  qonaq 
etdim.  Şərabın  təsiri  də  onun  qəlbinin  dumanını 
dağıda bilmədi. Mənim: “Sənə nə olub, nə edim ki, 
kefin  açılsın?”-  sualıma  o  öz  dilində  elə  gözəl  söz, 
misra  ilə  cavab  verdi  ki,  mən  öz  aləmimdə  onların 
mənasını çətin anlaya bilərdim. 
Mən səbirsizliklə ucadan: 
-
 
Sən  bilirsənmi,  -  dedim,  -  sənin  söz 
incilərinin  mənasını  axtarıb  tapmaq  mənim  üçün 
çox  çətindir.  Sən  sözünün  mənasını  məndən  niyə 
gizlədirsən? 
Ustad  üzümə  baxmadan  divanın  üstündə 
bardaş  qurub  əyləşdi  və  yazı  əşyalarını  çıxarıb 
masanın üstünə qoydu. O, qələmini bıçaqla itiləyib, 
bir beyt oxudu: 
Yaxşı dişənmiş bıçaq iti olar. 
Lakin koruş bıçaqla bundan yaxşı kəsilər. 
Qanqaralığının 
səbəbini 
bilmək 
üçün 
soruşdum: 
-
 
Deyəsən sənin qəlbin də itiləşibdir? 
Bu  belə  deyil!  -deyə  o  cavab  verdi.  –  Mənim 
başıma  ayının  başına  sahibinin  gətirdiyi  oyunu 
açmaq istəyirlər. 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə