Gəncə Bölməsi



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə29/31
tarix01.07.2018
ölçüsü1,36 Mb.
#52704
1   ...   23   24   25   26   27   28   29   30   31

Akif  Bayramov 
 
 
136 
Muri-məhəqqirəm ki, sərasimə çox gəzib 
Nagah barigahi-Süleymana yetişəm 
Miskin Füzuliyəm ki, sənə tutmuşam üzüm 
Ya bir gəminə qətrə ki, ümmanə yetmişəm. 
-  Qəzəlin  axırında  Füzulinin  adının  əvəzinə 
sənin  adın  olsaydı,  onun  mənası  mənim  daha  çox 
xoşuma gələrdi, Ustad, - dedim. 
-  Mənim  nəğmələrimi  dinləmək  istəyirsən? 
Mən onları sənə oxuyuram! 
-  Sənin  nəğmələrin  həmişə  mənə  xoş  gəlir. 
Qəzəlin  müəllifinin  yerinə  sənin  adının  olması  və 
yaxud  onun  mənasının  mənə  xoş  gəlməsi  fikrini 
deməkdə sözümün canı var. 
Mirzə Şəfi təəccüblə və pərt halda mənə baxdı. 
-
 
Məndən  incimə,  Ustad,  -  deyə  sözümə 
davam  etdim.  –  Mən  sənin  qəlbinin  dərinliklərin-
dəki  sirləri  öyrənmək  məqsədilə  bu  sözləri  dedim. 
Bu,  sənin  dərdinə  şərik  olmağım  və  dostluq 
münasibətimdir.  Mən  bilirəm  ki,  sən  kimisə 
sevirsən.  Bunu  özün  etiraf  etmisən.  Özümdən  heç 
nə  uydurmuram,  xalq  arasında  necə  deyirlər: 
“Müşgülə  məhəbbət  sirli  qala  bilməz”.  Sənin  özün 
mənə  demişdin:  “Məhəbbət  şöhrətpərəstlik  və 
yaxud vaxt keçirmək üçün deyil”. Məhəbbət ətirsiz 
bir  zanbaq  deyil  ki,  onu  yüngül  meh  istədiyi  yana 
tərpədə  bilsin.  O,  kökləri  dərinə  işləmiş  elə  bir 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
137 
qısılgül koludur ki, gözəl ərti var. Açıb ətir saçmaq 
qızılgülün  adətidir.  Sevənlərin  adəti  də  sevib-
sevilməkdir.  Lakin  sən  kədərli  görünürsən,  Mirzə 
Şəfi. Bu, məni narahat edir. Sən şərab içəndə, nəğmə 
oxuyanda  sirrini  gizlətməyə  çalışsan  da,  qəmini 
gizlədə  bilmirsən.  Mən  sənin  dərdinin  kökünü 
bilmək  arzusundayam.  Bəlkə  sənə  kömək  edə 
bildim. Lakin sən sirrini gizlədirsən. Bu o deməkdir 
ki,  sən  nəğmələrini  də  məndən  gizlədirsən!  –  mən 
onun cibində gizlətdiyi kağıza işarə etdim. 
Mirzə  Şəfi  dərin  fikrə  getdi,  qəlyanına  dərin 
qullab  vurub,  tüstüsünü  havaya  üflədikdən  sonra 
şərabdan  bir-iki  qurtum  içdi,  yazdığı  vərəqi  mənə 
uzadıb, dedi: 
-
 
Al  oxu!  Ürəyimdə  nə  varsa,  hamısını  sənə 
danışacağam. Əgər sən bunu istəyirsənsə! 
Kağısda  yazdığı  sözlərə  baxmaq  üçün  vərəqi 
aldım. Vərəqdə tələsik yazılmış bir cüt nəğmə vardı. 
Hər ikisinin üzərində Hafizə yazılmışdı. 
 
Sən mənə sarı əyil, gözəl tumurcuq
Nə istəyirəmsə yerinə yetir. 
Mən sənə qulluq edib bəsləyəcəyəm
Sən mənim qoynumda isinəcəksən. 
Gözəl bir gülə dönəcəksən. 


Akif  Bayramov 
 
 
138 
İkinci  nəğmənin  birinciyə  oxşarlığı  yox  idi. 
Lakin o da eyni mövzuya həsr edilmişdi. 
Sən  ey  axmaq  ürək,  ağrılardan  şikayət  edib 
əyilirsən, 
Halbuki, o ağrıları özün yaratmısan. 
Bu gün isə qorxu içində buna təəssüflənirsən. 
Özün axmaq olduğun üçün məni də axmaq yerinə 
qoymusan. 
-  Bilirsənmi,  -  deyə  Mirzə  Şəfi  hekayəsinə 
başladı.  –  Hafizənin  atası  öz  fikrini  başdan  mənə 
bildirib,  dedi  ki,  mən  bir  ailəni  təmin  etmək 
imkanım  barəsində  ona  bir  sənəd  göstərməyincə, 
Hafizə ilə evlənməyi heç ağlıma gətirməyim. 
- Bunu əldə etməyə nə var ki?! – dedim. – Mən 
sənə 
nə 
qədər 
demişəm 
ki, 
gimnaziyada 
Azərbaycan dili dərsini götür. 
-  Əgər  bu,  asan  olsaydı,  mən  Hafizənin 
məhəbbətinə ümid bağlardım. Ancaq bu, baş tutan 
iş deyil! 
- Sən özün günahkarsan! Bir neçə gün bundan 
əvvəl mən gimnaziyanın direktoru Kulşinski ilə bu 
haqda  danışmışam.  Onun  dilindən  eşitdim  ki, 
həqiqətən  istəsən,  bütün  çətinliyi  aradan  qaldıra 
bilərsən. 
-  İstəyimə  nail  ola  bilmədimmi?  Danışmaqda, 
susmaqda  dilimə  hakim  kəsilmədimmi?  Dərviş 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
139 
kimi  bir  evdən  başqa  evə  zəvvarlıq  edib,  taleyimlə 
razılaşmadımmı?  Sənin  göstərişinlə  yazıb  iş  xahiş 
etmədimmi?  Lakin  iki  həftədir  ki,  ümid  xalçasının 
üstündə  əyləşib,  gözləyirəm.  Niyyətimin  hasil 
olacağına heç əvvəldən ümid eləmirdim. 
- Hələ dəqiq cavab almamısan? 
-  Cavablar  kifayət  qədərdir.  Mənə  elə  gəlirdi 
ki,  arzumun  yerinə  yetəcəyinə  ümid  var.  Lakin 
ümidimi  bu  günə-sabaha  bağlayırdım.  Nəhayət,  iri 
hərflərlə yazılmış bir məktub aldım. Lakin orada nə 
yazıldığını başa düşmədim. İnandım ki, şübhələrim 
həqiqətə  dönərmiş.  Bu  mənim  xəyal  aləmində  işə 
düzələcəyimin  yazılı  təsdiqi  imiş.  Mən  tez  ara 
adamının yanına gedib, məktubu ona göstərdim və 
xahiş  etdim  ki,  evlənmə  işimlə  məşğul  olsun. 
Məktubun 
mənim 
var-dövlətim 
barəsində 
Hafizənin  atası  üçün  əsaslı  zəmin  olduğunu  da 
söylədim.  Ara  adamı  məktubu  məndən  alıb, 
tələbimi  istiqamətləndirdi.  İki  gündən  sonra  hirsli 
halda üstümə gəldi və onu aldatdığıma görə ağzına 
gələni mənə dedi. Bu vaxt nə vəziyyətə düşdüyümü 
heç kim təsəvvür edə bilməz. 
- Bu necə olan işdir? 
- Hafizənin atası da rus dilini mənim kimi pis 
bilirmiş.  O  mənimlə  işlərini  sahmana  salmaq  üçün 
məktubu  müftinin    üstünə  göndərib,  xahiş  edib  ki, 


Akif  Bayramov 
 
 
140 
bu 
yazının 
mənim 
var-dövlətim 
barəsində 
qənaətbəxş olub-olmadığı haqda öz fikrini bildirsin. 
Müftinin də cavabı qeyri-kafi olub. 
- Müfti fikrini necə yazıb? 
-  Başqalarına  yazdığı  kimi.  Onun  ancaq  bir 
yazı üsulu var, həmin üsulun tələbini yerinə yetirir. 
O  da  bir  sözdən  ibarətdir.  Ara  adamım  onun 
yazdığının bir surətini mənə gətirib. 
- Sən onun nə yazdığını deyə bilərsənmi? 
-  Niyə  demirəm?  Lakin  mən  istəyirəm  onun 
məndə olan surətini sənə göstərəm. 
Ustad  ipək  dəsmala  büküb  özü  ilə  gəzdirdiyi 
dəftərlərin  arasından  müftinin  cavabının  surətini 
çaxardı. Orada belə yazılmışdı: 
“Kömək Allahdan gəlir! 
Sual:  Bu  rus  hərifləri  ilə  yazılmış  məktub 
Mirzə Şəfinin var-dövləti barəsində lazımi məlumat 
verirmi? 
Cavab: Yox! Bunu Allahın özü yaxşı bilir. 
Bu sözləri yazdı yazıq Molla Hacı Yusif. 
Allah adından”. 
Mirzə Şəfi sözünə davam etdi: 
Hafizənin  atası  hirsindən  rus  yazısının  bütöv 
tərcüməsini 
tələb 
edib. 
O, 
bu 
məktubu 
gimnaziyanın  direktoru  Kulsinskinin  dəvətindən 
başqa  bir  şey  olmadığını  bilib  təəccüblənibmiş. 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə