Gəncə Bölməsi


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə28/31
tarix01.07.2018
ölçüsü1,36 Mb.
#52704
1   ...   23   24   25   26   27   28   29   30   31

Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
131 
*** 
Quşlara uçmaq üçün qanad verilib, 
Dənizə də öz səsi, öz ahəngi. 
Mənə də nəğmə oxumaq qismət olub ki, 
Qulaqlarınız onu eşitsin. 
Günəş niyə yanır, 
Külək, dalğa nə oxuyur
Qızılgül niyə açır, 
Göydə coşan nədir, yağan nə, 
Onları ancaq mən duyuram, 
Nəğmələrimdə həvəslə oxuyuram. 
 
*** 
Bu dünyada Allah bizə nə veribsə
Ona zaman deyirlər. 
Biz öləndən sonra o dünyaya əbədiyyət deyiblər. 
 
Bizi bədbəxtliyə, xoşbəxtliyə zaman hazırlayır. 
Sonra ölüm körpü salır mavi əbədiyyətə. 
 
Biz öləndən sonra pisliyimizdən, yaxşılığımızdan  
                                                                  ayrılırıq. 
Mən isə ürəkdən sevinərək deyirəm: 
Kim zamanı dərk edirsə, o xoşbəxtdir zamanında. 
O da xoşbəxt qalacaq əbədiyyətdə. 
 
*** 


Akif  Bayramov 
 
 
132 
Gecə yuxumda göydən bir mələk ayrılıb gəldi  
                                                                   üstümə. 
Çünki onu göydən qovmuşdular. 
Onun da yerdəkilər kimi nöqsanı çox idi. 
Buna görə də o, yerlə göyü səhv salmışdı. 
 
*** 
Allah məhşər günü ona dedi: 
Hər şey necə varsa, elə də qalmalıdır. 
Səmada səma sifəti, yer öz paraqlığı ilə olmalıdır. 
 
Yerin şərabı, nəğməsi, məhəbbəti var. 
Səmanın da öz xeyir-duası var. 
Nə qədər ki sənin ürəyin yerə bağlıdır, 
Gərək yer gözəlliyinə adət edəsən. 
 
Kim ki həyatda yaxşılığa çalışmır, 
Mənim rəhmim yerə nə verə bilər? 
Onun yer üzündə o qədər günahı olar ki, 
Göyə qalxsa belə, xoşbəxt ola bilməz! 
 
*** 
Siz  Mirzə  Şəfi  ilə  ay  işığında  Tiflisin 
küçələrində  gəzintimizi  və  Mirzə  Şəfinin  yeni  bir 
gözəl  barəsində  həyəcanla,  məftunluqla  oxuduğu 
nəğmələri,  yəqin  ki,  xatırlayırsınız.  Mən  əvvəldən 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
133 
anlamışdım  ki,  bu  məhəbbət  onun  qəlbində  dərin 
kök salmışdır. 
“Sevənlər  heç  zaman  mənalı  şeir  yaza 
bilməzlər!”  iddiasına  baxmayaraq,  onun  bir  çox 
gözəl  şeirləri  elə  bu  vaxtlarda  yaranmışdı.  Onun 
əvvəllər  yazdığı  “Əgər  qızlar  rəqs  etsələr”  qəzəli, 
“Çadranı  üzündən  götür”  şeiri  artıq  sizə  tanışdır. 
Bunlardan  başqa  mən  burda  onun  sizə  tanış 
olmayan  yeni  bir  şeiri  barədə  məlumat  vermək 
istəyirəm.  Bu  şeirin  mənası  Mirzə  Şəfinin  ikinci  və 
axırıncı  məhəbbəti  olan  Hafizə  adlı  bir  qızın 
tərifindən ibarətdir: 
Oh, qəlbim bir duyğudan 
Necə məhəbbətlə döyünür, 
Sən yüngül qədəmlərinlə 
Qarşımdan ötüb gedəndə. 
 
Valehedici ağ çarşabın 
Kürəyində yelləndikcə, 
Sanki gözlərində alışır 
Qəribə bir alov. 
 
O, qara, burma tellərin 
Boynuna dolaşıb oynaşır. 
O ağ, mərmər sinən bu örtükdə 
Elə bil ki, bədənində darıxır. 


Akif  Bayramov 
 
 
134 
Vücudunda olan bu hərəkət, bu şövq 
Əqlimi alıb aparır, güclü bir təsirdən 
Qəlbimdə məhəbbət baş qaldırır, 
Sən yüngül qədəmlərinlə qarşımdan  
keçəndə, 
Mavi səma paltarını geymək üçün 
Nərgizlər, qızılgüllər açır. 
 
Al-qırmızı ipək tumanın altından 
Balaca, zərif ayaqların bir aləmdir. 
İncə, totuq əllərin, 
Şirin dodaqlarınsa sanki sehrlənmiş
sonsuz bir aləmdir. 
 
Oh, güclü bir təsirdən 
Qəlbimdə məhəbbət baş qaldırır, 
Sən yüngül qədəmlərinlə qarşımdan 
ötüb keçəndə! 
 
Ağıllı  müəllimimin  kefi  yaxşı  olanda,  ya  da 
qəmli  söhbətlər  etdiyi  vaxtlarda  ondan  hər  dəfə 
yeni  şeirlər  eşitmək  mənə  nəsib  olurdu.  Lakin 
mənim 
qəribə 
ustadım 
çalışırdı 
ki, 
onun 
Hafizəsindən 
söhbət 
düşməsin. 
Bir 
təsadüf 
olmasaydı, mən müəllimimin bu hərəkətinin sirrini 
aydınlaşdıra  bilməyəcəkdim.  Bir  gün  şən  gəzinti 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
135 
vaxtımı  adət  etdiyimdən  çox  uzatmışdım.  Evə 
qayıdanda  gördüm  ki,  Mirzə  Şəfi  məni  artıq 
“Divani-hikmət”  dərsində  gözləyir.  O  adəti  üzrə 
stulda  əyləşib,  düşündüyü  misraları  bir  parça 
kağızda  yazar,  yaxud  təbi  gəlməyəndə  bir  anlıq 
onları  unudur,  bunun  əvəzində  yazdığı  misralara 
ibrətamiz  izahat  vermək  üçün  fikrini  yenidən 
davam  etdirərdi.  Bu  dəfə  o  məni  görcək  yazdığı 
kağız  parçasını  tez  gizlətdi.  Mən,  heç  nəyi 
görməmiş kimi, geyimimi dəyişmək üçün artırmaya 
keçdim.  O  bu  vaxt  Hafizə  barədə  şeiri  oxumağa 
başladı: 
Gözəl qız, sənin tellərinin ətrini 
Külək Hafizin qəbrinə aparsa, 
Onun sakit qəlbindən minlərlə 
Gözəl güllər baş qaldırar. 
 
-
 
Bu  gün  nədən  başlayacağıq,  Mirzə  Şəfi?  – 
deyə soruşdum və şərab süzüb, onunla içdim. O öz 
qəlyanını təmizləyib dedi: 
-
 
Qələm-kağız 
götür, 
mən 
Füzulidən 
deyəcəyəm, sən yaz. 
Canlar verib, sənin kimi canə yetişəm. 
Rəhm eylə ki, yetincə sənə canə yetişmişəm. 
Halım deyib, muradıma yetsəm əcəb deyil
Bir bəndəyəm ki, dərgahi-Sultanə yetmişəm. 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə