Gəncə Bölməsi


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə22/31
tarix01.07.2018
ölçüsü1,36 Mb.
#52704
1   ...   18   19   20   21   22   23   24   25   ...   31

Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
103 
Tək özün bəyənər, tək özün sevər, 
Xəyalı göylərdə gəzər həmişə. 
Həqiqət axtarmaq istəsə əgər, 
Həqiqi sənətə salmaz bir nəzər. 
Mirzə Şəfi onun aldadıcı görkəmindən, 
Kədərindən onunçün gözəl bir nəğmə  
    
 
 
 
yazar. 
 
Mənim ağıllı müəllimim bu şeiri mənə növbəti 
dərsində  oxudu.  Ustadım  məndən  qəlyanını 
gətirməyi xahiş etdi. Mən ustadımın xahişini yerinə 
yetirdim.  O,  şərabdan  bir  qədəh  doldurub  içdi  və 
Mirzə  Yusiflə  münasib  bir  gündə  yarışacağından 
danışdı. 
Mirzə  Yusif  isə  heç  cür  sakitləşmirdi. 
Ustadımın 
şeirləri 
onun 
ürəyinə 
ox 
kimi 
sancılmışdı.  Bunun  əvəzində  o,  dostları  arasında 
xoşagəlməz  şayələr  yayırdı.  Guya  mən  şəkil 
çəkməyi  çox  sevdiyimə  görə  onu  özümə  müəllim 
götürmək istəyirəm. Mirzə Şəfinin bu sənətdən başı 
çıxmır,  buna  görə  mən  gəncəli  ustadımla  yola 
getmirəm.  Mirzə  Yusifi  özümə  cəlb  etmək  üçün 
müxtəlif  yollardan  istifadə  edirəm.  Ən  başlıcası, 
mən  ona  ərəb  güzgüsü  bağışlamışam  və  ayrı 
hədiyyələr də verəcəyimi vəd etmişəm ki, o, mənim 
müəllimim olsun. 


Akif  Bayramov 
 
 
104 
-
 
Söylənilənlərdən ancaq bu həqiqətdir ki, mən 
ona balaca bir cib güzgüsü göndərmişəm, deyə sözə 
başladım.  -  Mənə  elə  gəlir  ki,  bu,  çox  da  böyük 
hədiyyə  deyil  ki,  mən  ondan  istifadə  edəm.  Siz 
bilirsiniz  ki,  Mirzə  Yusifə,  nə  də  başqalarına  belə 
hədiyyə  lazım  deyil.  Mən  Mirzə  Yusifə  əziyyət 
çəkib şeirləri, şəkilləri evimə göndərdiyi üçün ancaq 
öz minnətdarlığımı bildirmişəm. Onun şeirlərindən 
xoşagələnləri də var. 
Mirzə Şəfi gülümsünüb dedi: 
-
 
Demək, şeirləri özü yazmayıb. O, qəlyandan 
bir qullab vurub, sözünə davam etdi: 
-
 
Səni  necə  başa  salım  ki,  aydın  olsun.  Mənə 
elə  gəlir,  sən  Mirzə  Yusifin  şeirlərini  yaxşı 
oxumamısan  və  bunun  üçün  də  onun  yaradıcılığı 
haqqında düzgün fikirdə deyilsən. Əgər mən çalışıb 
desəm  ki,  çeyillikdə  su  yerinə  şərab  var,  sarmaşıq 
qızılgül bitirir və yaxud çayda qızıl üzür, buna necə 
inanmaq  olar?  Demək,  Mirzə  Yusif  də  sənə 
göndərdiyi “yaxşı” şeirləri özü yazmayıb, kimdənsə 
oğurlayıbdır.  Onun  hikməti  barsız  ağaca  bənzəyir. 
Ağac  kötüyü  üzərində  yazılan  həriflər  kimi,  onun 
hikmətinin  kökü  də  dayazdır.  Onun  hikmətində 
cücərmək  üçün  nə  bir  çiyid,  nə  də  cücərə  bilən  bir 
taxıl toxumu var. Onun şeirlərini göstər, mən deyim 
hardandır. 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
105 
Doğrusu,  mən  Mirzə  Yusifin  qabiliyyəti 
barəsində  yaxşı  fikirdəydim.  Onun  hikmətdə 
səriştəsini  öyrənmək  məqsədilə  mənə  göndərdiyi 
şeirlərdən  bir  neçəsini  ustadım  Mirzə  Şəfiyə 
göstərdim.  
Ustad  şeirlərin  təhlilinə  çox  az  vaxt  sərf  etdi. 
O, müdrik bir müəllim kimi düşüncələrimə düzgün 
istiqamət  vermək  üçün  hikmətin  sirlərindən,  Şərq 
şeirinin  özünəməxsus  gözəlliklərindən  danışdı. 
Obrazlı  dildə  yazılmış  xoşagələn  şeirlərin  kimə 
məxsus  olduğunu  dəlillərlə  sübuta  yetirdi.  Artıq 
ustadımın  hər  şeirə  münasibətini  aydın  dərk 
edirdim,  hərəkətlərindən  duyurdum  ki,  nə  demək 
istəyir.  O,  bir  şeiri  və  yaxud  ürəyi  istəyən  bir  şeyi 
mənə 
yazdırmaq 
istəyəndə 
əvvəlcə 
Kaxet 
şərabından  aramla  içər,  içərisi  əla  tütünlə 
doldurulumuş  qəlyandan  qullab  vurub,  fikrə 
gedərdi. Sonra şeiri oxuyardı. Mirzə Şəfi az danışan 
adamdı, deyəcəyi sözü çox qısa, mənalı deyərdi. Biz 
Mirzə  Yusifin  dini  mövzuda  yazdığı  bir  şeirini 
nəzərdən keçirdikdə, Mirzə Şəfi dedi:  
-
 
Əgər  bir  şeirdən  məscid  qoxusu  gəlirsə,  o 
cansıxıcıdır,  demək,  şeir  deyil.  Belə  şeir  sahibinin 
başı boş, işi zay olar.  
Məhəbbət  mövzusunda  yazılmış  belə  bir  şeir 
diqqətimizi cəlb etdi.  


Akif  Bayramov 
 
 
106 
 
Sənin baxışların ox tək qəlbə sancılır,  
Sən ki bunu yaxşı bilirsən?  
Bəs mənim baxışlarımdan niyə qızarırsan!  
Söylə, nədir buna çarə!  
Razıyam, canan, öldürməyinə,  
Ancaq icazə ver xəfif qızartıları görməyimə.  
 
Mən soruşdum:  
-
 
Necədir, xoşunuza gəldimi?  
Mirzə Şəfi:  
-
 
Pis  deyil  –  dedi.  Şeirdə  hər  nə  varsa,  hamısı 
Hafizindir.  Bu  kəlamlar  Hafiz  şeirində  daha  gözəl 
səslənir.  
Mirzə Şəfi astadan oxumağa başladı: 
Ah, Hafiz! Sənin möcüzəli nəğmələrini eşidən 
ürəklər  arzuyla  dolur,  səni  unutmaq  da  çox  çətin 
olur! 
Sonra Mirzə Yusifin mənə ithaf etdiyi bir neçə 
şeirini  oxuduq.  Mirzə  Şəfi  bu  şeirin  məzmununun 
Camidən,  Sədidən,  Xaqanidən  olduğunu  dedi. 
Gözəl dildə yazılmış olduğunu güman etdiyim belə 
bir şeirə də diqqət yetirdik: 
 
Həyat camını sıxıb dodaqlarına, 
Tüllər üzərində uzanmış canan. 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
107 
Xəfif qızartı çökür yanaqlarına, 
Külək duvağını yellədən zaman. 
Günəş tək yandıqca al yanaqları, 
Əqlimi itirir bal dodaqları. 
İstərəm diz çöküb bu zaman, bu dəm, 
Mən öz günəşimə səcdə eyləyəm. 
 
Mirzə Şəfi gülərək dedi: 
-
 
Hər 
nə 
varsa, 
hamısı 
Xaqanidəndir, 
Hafizdəndir, Camidəndir, eləcə də Sədidəndir.  
Mirzə  Şəfi  bunu  deyib  fikrə  getdi,  sonra  işarə 
elədi ki, dəftər, qələm götürüm. O, şeir oxudu, mən 
yazdım: 
 
Ziyalı adama bənzəyir MirzəYusif
Gah Hafizi oxuyur, gah da Quranı, 
Gah Camini oxuyur, gah da “Gülüstanı”, 
Gah Xaqaniyə, Sədiyə atır göz, 
Hərədən bir üsul, hərədən bir söz? 
Hərədən bir gözəl misra götürür, 
Sonra özgələrin dediklərindən 
Özüyçün bir misra çələngi hörür. 
Mirzə Şəfi parlaq bir ulduz
Qəlbi daim işıqlı bir gündüz, 
Sinəsi çiçəkli bir bağça-bağdır, 
Onun hər sətrinin öz ətri vardır. 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə