Gəncə Bölməsi



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə19/31
tarix01.07.2018
ölçüsü1,36 Mb.
#52704
1   ...   15   16   17   18   19   20   21   22   ...   31

Akif  Bayramov 
 
 
88 
dostunu  ortada  aparırdılar.  Mənzil  başına  düz 
gəlmək üçün onlar vaxtaşırı dayanırdılar. 
İrəlidə gedən türk soruşdu: 
- Bu, kimin komasıdır? 
-  Tacir  Abdullanın  mənzilidir,  -  deyə  ikinci 
türk  cavab  verdi.  -Bura  qorxulu  yerdir,  qala 
bilmərik! 
Onlar  aşağı  enib,  balaca  bir  evə  çatdılar. 
Birinci türk yenə soruşdu: 
- Bu kimin evidir? 
-  Bu  ev  dərzi  İbrahimin  dul  qadınının 
komasıdır. 
Onlar  burada  gecələməli  oldular.  O  biri  gün 
rus  zabiti  səyahətini  davam  etdirdi.  Yusif  və  onun 
qohumları  Axalsixə  qayıtdılar.  Mən  Georgi  ilə 
birlikdə  Ömər  əfəndinin  yanında  qaldım.  Burada 
qaldığım  müddətdə  Adıgöyün  yaxınlığındakı  və 
türk sərhədlərindəki kəndləri, mal örüşlərini gəzib-
dolaşdıq, xristian kilsələrinin qalıqlarına rast gəldik. 
Kilsələrin yazılarından öyrəndik ki, onlar XIV əsrdə 
tikilmişdir.  Mən  dağılmış  kilsələrin  birindən  bir 
şəkil  tapıb  sürətini  çıxardıqdan  sonra  Adıgöyə 
qayıtdıq  və  Ömər  əfəndinin  yanında  yaxşı  günlər 
keçirdik.  Bizim  kef  məclisləri  gözəl  arxlarla  əhatə 
olunmuş sulu meyvəli bağlarda qurulurdu. Qızılgül 
kolunun  kölgəsinə  xalça  sərilirdi,  xalçanın  üstünə 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
89 
stolu  əvəz  edən  altı  mütəkkə  qoyulurdu.  Biz 
mütəkkəyə söykənib, əyləşirdik. 
Həmişəki  kimi,  məclisimizə  kəndin  hörmətli 
adamları  çağrılmışdı.  Onların  çoxu  bizim  xidməti-
mizdə  dayanmışdı.  Ağzına  qədər  dolmuş  qədəhlər 
içilirdi.  Həzin  səslə  oxuyan  xanəndənin  əvəzinə 
yaxşı əhval-ruhiyyə doğuran bir melodiya lazım idi, 
mən  Ömər  əfəndinin  şəraba  olan  münasibətini 
öyrənə  bilmədim  ki,  o,  ətraf  camaatın  qatı  dindar 
olmasından  çəkinir,  yoxsa  Quranın  tələbinə  ciddi 
əməl etdiyinə görə şərabın ləzzətindən imtina edir. 
Mənə elə gəlir, o, dindar camaatın onu tənbeh 
edəcəyindən  çəkinib  şərab  içmirdi.  Onun  mənə 
oxuduğu  nəğmələrinin  hamısında  şərabın  tərifi 
göylərə  qaldırılırdı.  Qonaq  qaldığım  evin  ciddi 
qayda-qanunlarını  öyrənə  bilməsəm  də,  Ömər 
əfəndinin  etirazına  səbəb  olmamaq  üçün  onun  hər 
tələbini yerinə yetirirdim. 
Mən  Mİrzə  Şəfidən  öyrəndiyim  hikmətlərdən 
Ömər  əfəndiyə  oxumaq,  bunun  əvəzində  isə  onun 
nəğmələrini  dinləmək  istəyirdim.  Mən  Mİrzə  Şəfi 
kimi  onun  nəğmələrində  nə  qədər  güclü  daxili 
hisslər,  özünə  inam  olduğunu  kəşf  etdim.  Lakin 
nəğmələrinin  bir  qismi  məna  dərinliyindən, 
orijinallıqdan uzaq idi. 


Akif  Bayramov 
 
 
90 
Ev  yiyəsinin  mənim  gəlişimlə  şadlanması  və 
uzun  ayrılıqdan  sonra  gələcəkdə  mənimlə  yenə 
görüşüb,  xatirələrimizi  yada  salmaq  arzusunda 
olduğu  barədə  birlikdə  Mİrzə  Şəfiyə  məktub 
yazdıq. 
Biz  bir-birimizin  xəttini  təriflədik.  Yaxşı 
yazmaq Şərq aləmində yüksək qiymətləndirilir. Bu, 
elmiliyin  ayrılmaz  hissəsidir.  Burada  bir  xəttatın  o 
birini  dəvət  edib,  öz  yazısını  ona  nümunə  kimi 
göstərmək  və  yaxud  onu  pis  xəttinə  görə  təhqir 
etmək halları heç olmur. Nəzakət xatirinə yazdığım 
məktubu  Ömər  əfəndiyə,  o  da  yazdığını  mənə 
göstərdi. Mən isə hər ikisinin üstünə “Mirzə Şəfinin 
xəttidir” yazdım. Ömər əfəndi dedi: 
-
 
Müəllimini  mükafatlandırmaqda  haqlısan, 
ancaq  ustadlıq  başqa  əşyalar  kimi  paylanılmır. 
Yarısını 
sənə 
verərlər, 
yarısını 
da 
özün 
qazanmalısan.  Daş  üstündə  ağac  bitmədiyi  kimi, 
axmağın da başında ağıl olmaz. Hafiz necə deyib: 
 
Bəzən əziyyət çəkməklə arzuna çata bilmirsən.  
Eh Hafiz! Bəzən də o sənə əziyyətsiz nəsib olur. 
 
 Bunun  əvəzində  mən  İncildən  bir  yeri  misal 
gətirdim.  Orada  deyilir:  “Kimin  varıdırsa,  demək, 
ona verilib, kimin yoxudursa, demək, onun olanı da 
əlindən alınıb”. 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
91 
O,  anladığını  başı  ilə  təsdiqlədi,  mən  isə 
sözümə  davam  etdim:  “Dilənçinin  əlinə  pul  necə 
gəlirsə, axmağın da başına ağıl o cür gəlir. Bu haqda 
Sədi  yaxşı  deyib:  “Sevənin  başında  səbr,  dilənçinin 
əlində pul ələkdə su duran kimi durur”. 
Ömər əfəndi dedi: 
-
 
Ağılsıza  ağıl  öyrətməkdən,  ağıllının  da 
başından ağılı çıxartmaqdan çətin şey yoxdur. 
Mən onu qabaqladım: 
-
 
Bu  o  deməkdir  ki,  bol  məhsul  verən  zəmidə 
yaxşı məhsul əvəzinə, gözəl bitmiş sarmaşıq görsən, 
əlbəttə,  sarmaşıq  əvəzinə,  gərək  bol  məhsul  olsun. 
Bunun  üçün  zəhmət  çəkmək,  mübarizə  aparmaq 
gərəkdir.  Bu  da  insandan  bacarıq  və  şəxsi  ləyaqət 
tələb  edir.  Düzgünlük  nə  deməkdir?    Əyriliklə 
mübarizədir.  Gərginlik  nə  deməkdir?  Bütün  yaxşı 
şeylərin  əksi  olan  pisliyə  qarşı  mübarizədir.  Bu 
insanın  daimi  fəaliyyəti,  həm  də  şöhrətdir.  Çünki 
onun gücü tükənməzdir, o, mübarizədə özünü daha 
qabarıq göstərir. 
Ömər əfəndi gözlərini bir an qarşısına zilləyib, 
əlindəki  əsanı  dinməzcə  oynatdı.  Sonra  çalmasını 
geri itələyib, üzünü mənə tutdu: 
-
 
Mən  bilmək  istərdim,  ikimizdən  hansımız 
ustad olarıq? 


Akif  Bayramov 
 
 
92 
Mən  bu  qeyri-adi  sual  qarşısında  özümü 
gülməkdən saxlayıb, məcburən dedim: 
-
 
Siz  bu  suala  necə  cavab  verərdiniz?  Xırdaca 
su  damlası  cəvahirin  yanında  nədir?  Və  yaxud  bir 
toz  zərrəsi  almazla  müqayisədə  nə  ola  bilər?  Mən 
özümü sizinlə necə müqayisə edə bilərəm? 
O,  cavabımızdan  razı  qalıb  güldü.  Lakin 
hansımızın  ustad  olduğumuzu  öyrənə  bilmədi. 
Mən  onun  bu  məcələni  necə  öyrənəcəyi  ilə 
maraqlandım. 
Ömər  əfəndi  içəri  keçib,  eyni  boyda  iki  parça 
kağız  gətirdi.  Onun  birini  mənə  verdi,  o  birini 
yazmaq üçün dizinin üstə qoyub dedi: 
-  Di  yaz,  mən  də  səninlə  birlikdə  yazacağam! 
Mən  onun  nə  məqsədilə  haşiyə  çıxdığını  başa 
düşmədim. Odur ki, soruşdum: 
-  Ömər  əfəndi,  xahiş  edirəm  arzu,  istəyinizi 
deyəsiniz, nə etməliyik? 
O, məni başa saldı ki, mən onun haqqında şeir 
yazım, o da mənim barəmdə şeir yazsın. Hansımız 
vərəqi  axıra  qədər  yazıb  qurtarsaq,  ustad  o 
olmalıdır. 
Mən  qəzəli  başqa  dildə  öz  istədiyim  kimi 
aydın  şəkildə  ona  çatdırmaqda  əziyyət  çəkirdim. 
“Mən  iyirmi  il  də  türk  dilini  öyrənsəm,  yenə  sizin 
kimi gözəl cümlələr tapıb yaza bilmərəm”, - dedim. 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə