Gəncə Bölməsi


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə18/31
tarix01.07.2018
ölçüsü1,36 Mb.
#52704
1   ...   14   15   16   17   18   19   20   21   ...   31

Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
83 
-Sən  nə  yersiz  danışırsan,  oğlan?  Onların 
məsciddə  təriqət  ayrılığı  mənim  nəyimə  gərəkdir? 
Hər  sürüyə  özünün  çobanı,  hər  birliyə  özünün 
azançısı  lazımdır.  Hərə  közü  öz  tərəfinə  çəkir  ki, 
isinsin! Ustadlar isə öz hikmətlərini ağılsızlara tərəf 
yönəltməlidirlər.  Çünki  ağılsız  adamlar  çoxdur, 
ağıllılar  az.  Tacir  öz  malını  nə  qədər  tərifləsə, 
insanlar  ondan  öz  tələbləri  qədər  alacaqlar.  Molla 
cənnətin  suvarılan  məhsullu  bağlarını  nə  qədər 
tərifləsə, 
insanlar 
ona 
düşündükləri 
qədər 
inanacaqlar.  Əgər  tacir  ucadan  qışqırıb  alıcılarına 
desə ki, mənim malım pisdir, bununla o,var-dövləti 
itirər,  dilənçi  vəziyyətinə  düşər.  Alıcılar  isə 
istədikləri şeyi başqasından alarlar. 
Əgər molla istəsə ki desin, “mənim oxuduğum 
şey  yalandır”,  onda  axmaqlar  onu  daşqalaq  edib, 
başqasını  özlərinə  molla  seçəcəkdir.  Onu  öz 
axmaqlıqlarına  uyğunlaşdırandan  sonra  özlərinə 
ustad  sayacaqlar.  Həqiqət  tədricən  insanlara  yol 
tapır. 
Gecələr 
günəş 
çıxmır 
deyə, 
çıraq 
yandırmamalıyıq?  Sədi  nə  demişdir:  çöl  siçanları 
günəş 
işığına  dözmədikləri  üçün  günəşdən 
şikayətmi  etməliyik?  Qoy  minlərlə  çöl  siçanı  kor 
qalsın, ancaq Günəş sönməsin. 


Akif  Bayramov 
 
 
84 
Biz  Ömər  əfəndinin  yanında  olduğumuz  vaxt 
Mirzə  Şəfi  bu  barədə  belə  yazmışdı:  “Avropadan 
gənc  bir  alim  gəlmişdi.  O,  məndən  hikməti 
öyrənirdi. Sonralar o, Ömər əfəndinin yanına gedib, 
onun  da  həkimanə  sözlərindən  faydalanmaq 
istədi”.  Mənim  burada  olmağım  təkcə  adıgöylü 
ustad  Ömər  əfəndiyə  bəlli  idi.  Onun  barəsində 
yaxın  yerlərdə  belə  təsəvvür  yaranmışdı  ki,  Ömər 
əfəndi  bir  yanda  bir  an  görünüb  danışsa,  demək, 
ağzından  hikmət  tökür,  elə  buna  görə  də  avropalı 
ustad  onun  hikmətindən  istifadə  etmək  üçün  uçub 
gəlibdir. 
Deyilənləri  yerinə  yetirməkdən  başqa  əlacım 
yox  idi.  Mən  Axalsixə  gələndə  öyrəndim  ki,  Ömər 
əfəndi  artıq  bir  neçə  həftədir,  Adıgöydəki  yay 
mənzilində  yaşayır.  Mən  paşalıqda  gəzəndə  Ömər 
əfəndi xəbər göndərdi ki, gərək ziyarətə gedənlərin 
dəstəsinə  qoşulam  və  bu  yolla  onunla  rastlaşıb 
görüşəm. Hələ mən Abastumanda Ömər əfəndidən 
belə  cavab  almışdır  ki,  o  məni  canbaşla  öz  evində 
görmək  arzusundadır.  Mənim  gəlişimlə  xoşbəxt 
olacağını bildirdi. 
Ölkənin  daxilində  ezamiyyətə  çıxan  bir  rus 
zabiti  məndən  xahiş  etdi  ki,  onu  Adıgöyə  qədər 
müşayət  edim.  Georgi  də  getmək  üçün  məndən 
icazə  istədi.  Bizim  yol  ağamız  Yusif,  bir  neçə 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
85 
qohumunu  da  götürüb,  kazak  müşayiətçilərlə 
dövlət  elçilərini  xatırladan  bir  dəstə  düzəltdi. 
Səyahət 
vaxtı 
keçdiyimiz 
kəndlərin 
içində 
böyüklüyü və gözəl məscidləri ilə xoşumuza gələni 
Suxuli  kəndi  idi.  Atlara  istirahət  vermək  üçün  bir 
saat  burada  dincəlməli  olduq.  Qanımızdan  ötüb 
keçən  atlı  terklər  Adıgöydən  xəbər  gətirirdilər  ki, 
Ömər  əfəndi  bizi  qarşılamaq  üçün  bir  atlı  dəstəsi 
göndərib.  Biz  kəndə  çataçatda,  Ömər  əfəndinin 
göndərdiyi elçi bizi yolda qarşıladı. Ayağımız altına 
xalça  döşəyib,  bizi  südə  və  dadlı  meyvəyə  qonaq 
etdilər. 
Biz  Adıgöyün  kiçik  və  palçıqlı  döngələri  ilə 
irəliləyib  üstümüzə  gələn  böyük  itlərin  əhatəsində, 
axşamçağı Ömər əfəndinin malikanəsinə çatdıq. 
Yerli  adətə  görə,  Ömər  əfəndi  hamını 
salamladıqdan  sonra  mənə  yaxınlaşdı,  əlini 
ürəyinin üstünə qoyub dedi: 
-
 
Qədəmləriniz  xoş  olsun!  Mənim  evim  sənin 
evindir.  Sənin  bir  arzun  sanki  mənə 
əmrdir! 
Bizim şərəfimizə xoş sözlər deyildi. 
Ustad ucadan: 
-Toğrul  bəy  Arslan,  -dedi:  -qonaqlarımla 
üzbəüz oturmaq mənə xoşdur. Bu, qəlbimi sevinclə 
doldurur. 


Akif  Bayramov 
 
 
86 
Mən onu qabaqladım: 
-
 
Füzuli necə deyib? “Mən kasıb bir yolçuyam 
ki,  sənə  pənah  gətirmişəm,  xırdaca  bir  damlayam 
ki, dənizə qovuşmaq istərəm”. 
Bu  vaxt  sazəndələr  çalıb-oxumağa  başladılar. 
Onlar  mənə  həsr  etdikləri  mahnını  iyirmi  dəfə, 
həyəcanlı  səslə  oxudular.  O  mahnını  sizə  təqdim 
edirəm. 
Avropadan gələn qəribin şərəfinə oxuyuruq. 
Onun hikmətinin zirvəsinə yolu uğurlu olsun. 
Onun zəhmətinin, qoçaq görkəminin, 
Gözəl atının, onun zərli-zibalı geyminin  
şərəfinə oxuyuruq. 
Güllər səpirik uçub gələn ayaqlarının altına,  
Onun hikmətinin, düşüncəsinin şərəfinə  
oxuyuruq.  
Qərib, xoş gəlmisən bizim evə!  
Sizə, öz çətin yolunuzda qalib gəlməyiniz  
şərəfinə oxuyuruq. 
 
Biz axşam, neft lampalarının zəif işıqlandırdığı 
ensiz,  uzun  eyvana  çıxdıq.  Süfrəyə  hər  meyvə, 
süddə  bişirilmiş  müxtəlif  növ  dadlı  yeməklər 
daşınırdı. Mənim şən görünən rus dostumun əhvalı 
xarablaşdı.  O,  süddən  o  qədər  içmişdi  ki,  az  qala 
boğulurdu.  Narahatçılığını  büruzə  vermirdi,  lakin 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
87 
vəziyyətindən  çıxış  yolu  tapmayıb,  öz  halından 
mənə şikayət edirdi. 
Evin  eyvanından  qəbul  otağına  yol  vardı. 
Qəbul  otağı  isə  evin  qalan  mənzilləri  ilə  birləşirdi. 
Qonaqlardan  ayrılıb  qəbul  otağına  tək  getmək, 
onların  adətinə  görə,  hörmətsizlik  sayılırdı.  Evdən 
çıxmağa  bircə  əlac  qalırdı,  o  da  eyvandan  keçib 
mənzillərin aşağı damlarına düşməkdi. Bu, qorxulu 
idi, çünki ətrafda it çoxdu. 
Mən  Ömər  əfəndiyə  tərəf  çevrilib  dedim: 
“Ustad,  bir  məsələni  mənə  başa  sal.  Belə  yazılıb 
ki,ruh bədəndən qüvvətlidir. Əgər ruh göyə çıxarsa, 
nə  üçün  bədəni  özü  ilə  aparmır?  Bədən  isə  sağlam 
vəziyyətdə olanda ruhu özündə saxlayır?” 
Ömər əfəndi mənim sözümə güldü və bir neçə 
adam  çağırıb,  əmr  etdi  ki,  yol  üçün  lampalar, 
itlərdən  qorunmaq  üçün  ağaclar  hazırlasınlar.  Bir 
neçə  dəqiqədən  sonra  mənim  rus  dostum  səkkiz 
nəfər  qoldan  qüvvətli  türklə  birlikdə  eyvandan 
aşağı,  terras  üsulunda  tikilmiş  evlərin  damlarına 
endi. 
Əynində  tünd  qırmızı  geyim,  boydan  uca  bir 
türk,  əlində  böyük  bir  lampa  tutub,  dəstənin 
qabağında  gedirdi.  İkinci  türk  isə,  əlində  lampa  və 
böyük  bir  dəyənək,  arxadan  gəlirdi.  Canavara 
oxşayan  itlərin  hücumundan  qorunmaq  üçün  rus 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə