Gəncə Bölməsi


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə20/31
tarix01.07.2018
ölçüsü1,36 Mb.
#52704
1   ...   16   17   18   19   20   21   22   23   ...   31

Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
93 
-Onda sən öz dilində yaz, -deyə o əlavə etdi. –
Mən  də  öz  dilimdə  yazacağam.  Lakin  nə  yazdığını 
axırda mənə deyərsən. 
Mənim  üçün  bir  səhifə  alman  dilində  yığcam 
sətirlər  yazmaq  qədim  əlifba  ilə  türkcə  yazmaqdan 
daha asan idi. O, ərəb əlifbasını naxış kimi düzərək 
gördü  ki,  mən  ağlıma  gələni  sakit,  tələsmədən, 
diqqətlə  yazıram.  Çünki  o,  mənim  yazımı  özündə 
saxlayıb,  Avropadan  yenə  onun  yanına  gələcək 
adamlara göstərəcəkdi! Pis şair tutduğumdan, yaxşı 
yaza  bilmirdim.  Odur  ki,  hikmətdən  yaşadığım 
kobud  sətirləri  tələsmədən  yazıb  qurtardım.  O  isə 
hələ  yazırdı.  Mən  cibimdən  qeyd  dəftərçəmi 
yavaşca çıxarıb, Adıgöydə nadir hikmət yarışından 
xatirə yazdığım şeiri köçürməyə başladım. 
Yazımın  surətini  çıxarandan  sonra  da  Ömər 
əfəndinin yazısı hazır deyildi. 
Məndən soruşdu: 
- Sən şeirini yazıb qurtarmısanmı? 
- Bəli,-dedim. 
- Göstər görüm nə yazmısan? 
Mən  yazdığımı  ona  yaxşı  başa  salmaq  üçün 
tərcümə etməyə başladım. 
Yəqin  oxucular  həmin  şeirin  məzmunu  ilə 
tanış  olmaq  istəyirlər.  Mən  onu  qeyd  dəftərçəmə 
necə köçürmüşəmsə, elə də sizə təqdim edirəm. 


Akif  Bayramov 
 
 
94 
Allah  həyatda  hər  kəsə  öz  taleyini  bəxş  edib, 
qəlbin narahatçılığı ilə yaşar insan. Allah insana nə 
bəxş edibsə, onu yerinə yetirər. Biz elə bir enişik ki, 
mən  də  oradan  keçib  dünyanı  gəzirəm  ki,  insanın 
arzu  və  əməllərini  öyrənim.  Ölkə-ölkə  gəzdim. 
Gözümə dəyən, ürəyimə yatanları xoşbəxtlikdən tez 
tanıdım,  yenə  də  bunlar  vətənimi  mənə  əvəz  edə 
bilməz.  Mənim  ulduzumun  taleyi  gah  şən,  gah  da 
tutqun,  mənim  gözlərim  uzaqdan  vətəni  aradı. 
Ancaq,  Ömər  əfəndi,  sənin  yanında,  uzaqlarda 
olsam da, qəribsəmirəm! Bu gün görüb-eşidirəm ki, 
sənin  evində  məni  necə  dostcasına  qəbul  edirlər. 
Mən sənin bağçanda əyləşib, ağaclarının kölgəsində 
sərinləmişəm.  Sazın  şən  və  inlər  ahəngi  altında 
xidmətçilərin  qulluğumuzda  durmuşdu.  Sənin 
hikmətli  sözlərinlə  mən  nəşələndim.  Sən  əzabımı, 
dərdimi,  təəssüfümü  uzaq  etdin.  Mən  sənin  dost 
nəzərlərindən  sevindim.  Xoşbəxtəm  ki,  sənin 
yanındayam  Ömər.  Allaha  min  şükür  olsun  ki, 
həyatda  sənin  vasitənlə  gözəl  dəqiqələri  mənə 
verib.  Alqış,  şərəf  olsun  ona  ki,  bizi  görüşdürdü. 
Allah sənə yar olsun! 
Şeirimdə 
Ömər 
əfəndini 
və 
onun 
qonaqpərvərliyini  tərif  etdiyimdən,  o  çox  sevindi. 
Lakin  özü  yazdığı  şeiri  mənə  verməyə  etiraz  etdi. 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
95 
Mənə dedi ki, istədiyi kimi yaza bilməyib, yaxşısını 
yazıb bağışlayacağını bildirdi. 
Elə  ki,  mən  hikmət  deyişməsinə  hazır  oldum, 
mübarizəmizi  belə  başladıq:  “Mən  öz  vətənimdə 
ustadam,  sən  öz  vətənində  ustadsan”.  Bundan 
sonra  o,  əlini  bərk  sıxıb,  öz  otağına  getdi.  Lakin 
sərtləşmişdik ki, o tez qayıdacaq. On beş dəqiqədən 
sonra  yenidən  qayıdıb,  dedi  ki,  həyat  yoldaşı 
Fatmaya  mənim  onun  evində  gözəl  danışıb, 
dilimdən  evinə  çiçək  səpdiyimi  deyib  və  bunun 
üçün  Fatma  özü  toxuduğu  gözəl  tütün  kisəsini 
mənə hədiyyə verir. 
-Bizdə kişilər qonağın yanında qadınla söhbət 
etməzlər.  Mən  sizə  hörmət  məqsədilə,  müstəsna 
olaraq,  arvadımla  sənin  yanında  danışdım.  Və  bu 
da, - deyə o, çuxasının cibindən köhnə kitab çıxardı, 
-  məndən  sənə  yadigar  qalsın.  Burada  mənim 
atamın, 
babamın 
şeirləri 
toplanıb! 
Hikmət 
məclisində  qələbə  çaldığına  görə  mükafat  kimi 
qəbul et! 
Ömər  əfəndi  özünün  bu  xeyirxahlığından 
narazı  kimi,  əyləşib  mənim  üçün  şeir  yazmağa 
başladı.  Bu  şeir  Fatmanı  sevməsi  barədə  idi.  O 
tərcümədə belə səslənir: 
De görüm, olardımı qızılgülün qiyməti 
Yaşıl bağça olmasaydı? 


Akif  Bayramov 
 
 
96 
Olardımı tellərinin qiyməti 
Hörüklərin gərdənində yellənməsəydi? 
Olardımı o qamətin qiyməti 
Aşiq gərdənini qucmasaydı? 
Mən də istərdim o gözəl, şux qaməti, 
Yanağının  qızılgülə bənzər rəngini. 
Ah Fatma, qaytat mənim qaynar arzumu 
Məni heyran edən o məsum, incə,  
məlahətli quzumu. 
 
Mənə  bağışlanan  o  gözəl  tütün  kisəsini 
Konstantinopolda  oğurladılar.  Mən  o  qiymətli 
kitabı  qoruyub  saxlayıram.  Kaş  bu  kitab  bir  anlıq 
cənab professor Pitermanın əlinə düşəydi!  Mən bu 
kitabı çox sevsəm də, ona verərdim. Çünki bu kitabı 
oxuyub  üzə  çıxarmaq  üçün  vaxt,  dili  bilmək  və 
elmilik tələb olunurdu. 
* * * 
Mən qışı Tiflisdə keçirmək üçün Zalka, Ertvisi 
və  Mənkilisdən  qayıdıb  gəldim.  Ömər  əfəndinin 
yolüstü  mənə  verdiyi  hikmətlərdən  biri  yenə 
Sədinin  “Gülüstan”ından  idi.  Orada  deyilirdi: 
“Qüvvətli  bir  adam  yeni  əkilmiş  ağacı  yenidən 
qopara  bilər.  Lakin  köklərini  dərinə  atıb  bərkitmiş 
ağacı  yerindən  qoparmaq  üşün  atlar  da  qoşsan, 
yerdən üzülməz”. 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
97 
Mən Tiflisə gələndə köhnə təqvimlə avqustun 
8-i,  yeni  təqvimlə  20-si  idi.  Tiflisdə  istiyə  dözmək 
olmurdu.  İşlərimi  sahmana  salandan  sonra  uzun 
müddətə dağlara qalxıb, dincəlmək qərarında idim. 
İstilik  kölgədə  25  dərəcə  idi.  Ancaq  axşamlar  hava 
azca sərinləşirdi. Örtülü otaqlarda yatmaq mümkün 
deyildi.  İstidən  hərə  birtəhər  qorunurdu.  Kimi 
yerini eyvanda, kimi dəhlizdə salıb yatırdı ... 
Mən  yaşadığım  evin  yiyəsi  Tumanov  şəhərin 
yerli  sakinlərindən  idi.  O,  mənim  yaşadığım  otağı 
Şərqsayağı  bəzədiyinə  görə,  ürəyimcə  deyildi.  Özü 
yaşadığı  otağın  əşyaları  isə  zahirən  Avropasayağı 
idi.  İlin  isti  aylarında  evin  dəhlizi  həmişə  sərin 
olardı.  Yayı  burda  işləyib,  burda  yatırdım.  Mən 
Adıgeydən  qayıdana  qədər  Mirzə  Şəfi,  “Divani-
hikmət”  ədəbi  məktəbini  bu  mənzildə  davam 
etdirirdi.  Şəhər  nə  qədər  isti  olsa  da,  Mirzə  əziyyət 
çəkmirdi,  bu,  onun  gündəlik  fəaliyyətinə  heç  də 
təsir etmirdi ... 
*** 
Səfərdən  qayıdanda  Mirzə  Şəfi  mənə  93 
nəğmələr  toplusunu  bağışlamışdı.  O  öz,  vicdanı 
qarşısında borclu qalmamaq üçün lirik nəğmələrini 
kağıza  köçürmüş,  nəğmələri,  onların  şöhrəti,  öz 
zəhməti barədə ön söz də yazmışdır. Onu da deyim 
ki,  şeirlərindən  böyük  xəzinə  yaradan  bir  adam 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə