ميحرلا نمحرلا الله مسب BİSMİllahir-rәhmanir-rәHİM Ön söZ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə17/22
tarix14.07.2018
ölçüsü0,96 Mb.
#55628
1   ...   14   15   16   17   18   19   20   21   22

 
72 
barmağından 
orta 
barmağına 
qədər 
məsafə 
qədərində yumaq. (Şəkil 1) 
3. Sağ  qolu  sol  əlimizlə  dirsəkdən  barmaqların 
ucuna qədər yuxarıdan aşağı yumaq. Әgər aşağıdan 
yuxarı yuyulsa, dəstəmaz batildir. (Şəkil 2) 
4. Sol  qolu  sağ  əlimizlə  dirsəkdən  barmaqların 
ucuna  qədər  yuxarıdan  aşağı  yumaq.  Әks  təqdirdə 
isə dəstəmaz batil olur. (Şəkil 3) 
5. Sağ əlimizin yaşı ilə (suya əl vurmazdan) başın 
qabaq hissəsindən alına tərəf əl ilə məss çəkmək. Bu 
şərtlə  ki,  məssin  rütubəti  alında  olan  üzün  suyuna 
qarışmasın. (Şəkil 4) 
6. Sağ əlin rutubəti ilə sağ ayağın baş barmağının 
ucundan,  ayağın  üstündəki  dik  yerə  qədər  əl  ilə 
məss çəkmək. (Şəkil 5-6) 
7. Sol  əlin  rutubəti  ilə  sol  ayağın  baş  barmağının 
ucundan,  ayağın  üstündəki  dik  yerə  qədər  əl  ilə 
məss çəkmək. (Şəkil 7-8) 
İstibra: 
İstibra müstəhəb bir əməldir ki, kişilər bovl xaric 
olandan sonra (bovl kanalını tam təmizləmək üçün) 
yerinə  yetirirlər.  Bunun  bir  neçə  yolu  vardır.  Әn 
yaxşısı  budur  ki,  bovl  kəsiləndən  sonra  əgər  qaitin 
məxrəci  nəcisdirsə,  əvvəlcə  onu  paklasın,  sonra  üç 
dəfə  sol  əlin  orta  barmağı  ilə  qaitin  məxrəcindən 
alətin dibinə qədər çəksin, sonra baş barmağı alətin 


 
73 
üstünə,  onun  yanındakı  barmağı  isə  alətin  altına 
qoyub üç dəfə dəllək kəsən yerə qədər sıxaraq, daha 
sonra alətin başını üç dəfə sıxsın. 


 
74 
Dəstəmaz barədə lazımı məsələlər 
1. Dəstəmaz,  eləcə  də  bütün  vacib  və  müstəhəb 
əməllərdə  niyyət  edib  qəlbdən  keçirməliyik:  Bu 
əməli  yerinə  yetirirəm  «qürbətən  iləllah».  İlləllah 
demək  isə  tam  əks  mə`na  verir,  bu  barədə  diqqətli 
olmaq lazımdır. 
2. Dəstəmaz  başqa  niyyətlə,  məsələn  sərinləmək 
və ya özünü başqasına göstərmək üçün olsa batildir. 
3. Dəstəmazda  hər  iki  əlin  (qolun)  tamamilə 
yuyulmasına  yəqin  etmək  üçün  bir  az  dirsəkdən 
yuxarı hissəsinidə yumaq lazımdır. 
4. Dəstəmazda  üz  və  əlləri  birinci  dəfə  yumaq 
vacib,  ikinci  dəfə  müstəhəb,  üçüncü  və  daha  artıq 
dəfələrdə  isə  haramdır.  Lakin  haram  olan  surətdə 
dəstəmaz batil olmur. 
5. Başın  alın  tərəfində  olan  dörd  qismindən  biri 
məss yeridir. Onun hər hansı yerinə məss qədərində 
çəkilsə  kifayətdir.  Amma  ehtiyat  müstəhəb  budur 
ki,  başın  məssinin  uzunluğu  bir  barmaq,  eni  isə  üç 
bağlı barmaq qədər olsun. 
6. Başın  və  ayağın  məssində  ələ  hərək`ət 
etdirməliyik.  Әgər  əksinə  əli  saxlayıb  başı  və  ayağı 
hərək`ət  etdirsək  dəstəmaz  batildir.  Həmçinin 
corabın  və  ya  ayaqqabının  üstündən  məss  çəkmək 
dəstəmazı batil edir. 


 
75 
7. Baş  və  ayaqlar  yaş  olarsa,  məss  etməzdən 
qabaq 
onları 
qurulamaq 
vacibdir. 
Amma 
quruladıqdan  sonra  onlarda  qalmış  rutubətin  bu 
şərtlə  eybi  yoxdur  ki,  əldə  olan  yaşlıq,  baş  və 
ayaqda olan rutubətdən çox olsun. 
8. Dəstəmazın suyu pak, mütləq (saf və duru) və 
mübah  olmalı  yə`ni  nəcis,  muzaf  (qarışıq)  və  qəsbi 
olmamalıdır. 
9. Dəstəmazın qabı mübah olmalı, həmçinin qızıl 
və gümüşdən olmamalıdır. 
10. Dəstəmaz  üzvüləri  yuyulub  məss  edildikdə, 
pak olmalıdır. 
11. Dəstəmazı  əvvəldə  qeyd  olunan  ardıcıllıqla 
yerinə  yetirməli,  yə`ni  əvvəlcə  üz  sonra  sağ  əl  və 
daha sonra sol əli yuyub, əvvəlcə baş daha sonra isə 
ayaqlara  məss  etmək  lazımdır.  Ehtiyat  vacibə  görə 
sağ ayağa sol ayaqdan əvvəl məss edilməlidir. Әgər 
dəstəmaz bu ardıcıllıqla alınmasa dəstəmaz batildir. 
12. Dəstəmazın  işləri  fasiləsiz  olaraq  yerinə 
yetirilməlidir. 
13. Üz  və  əllərin  yuyulması  və  habelə  baş  və 
ayağa  məss  çəkilməsini  dəstəmaz  alan  şəxsin  özü 
yerinə  yetirməlidir.  Zərurət  olmayan  vaxtlarda 
başqası  ona  dəstəmaz  alıb,  yaxud  kömək  etsə, 
dəstəmazı batildir.  
14. Dəstəmazda suyun istifadə olunmasının şəxsə 
heç bir zərəri olmaması şərtdir. 


 
76 
15. Dəstəmazın 
üzvlərində 
suyun 
bədənə 
dəyməsinin qarşısını alan maneələr olmamalıdır. 
Dəstəmaz alınması vacib olan əməllər 
Altı şey üçün dəstəmaz almaq vacibdir: 
1. Meyyit  namazından  başqa  sair  vacib  və 
müstəhəbb olan namazlar üçün; 
2. Unudulmuş təşəhhüd və səcdə üçün; (Әgər bu 
vaxt  qıldığı  namazla  bunlar  arasındakı  fasilədə 
hədəs (bol kimi) baş verərsə. 
3. Kə`bənin vacib təvafı üçün; 
4. Dəstəmaz  alması  üçün  Allah-taala  ilə  əhd 
bağlamaq, and içmək və ya nəzir etmək
5. Әgər  bədənin  hər  hansı  bir  yerini  Qur`anın 
yazılarına vurmağı nəzir etsə; 
6. Nəcis olmuş Qur`anı suya çəkmək, yaxud onu 
tualet və sair kimi yerlərə düşdüyü halda çıxartmaq 
üçün;  (Belə  ki,  əl  və  bədən  üzvlərini  Qur`anın 
yazılarına  vurmağa  məcbur  olsalar.)  Amma 
dəstəmaz  almaq  qədərindəki  fasilədə  Qur`ana 
ehtiramsızlıq  olarsa,  dəstəmaz  almadan  Qur`anı 
tualetdən  çıxartmaq,  yaxud  nəcisdən  pak  etmək 
lazımdır.  Bununla  belə  mümkün  qədər  Qur`anın 
yazısına əl vurmaqdan qorunmalıyıq. 
Qeyd:  Әziz  oxuculardan  xahiş  edilir  ki, 
dəstəmazda  qarşıya  çıxacaq  başqa  məsələlər 


 
77 
haqqında 
təqlid 
etdikləri 
müctehidlərinin 
risalələrinə müraciət etsinlər. 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə