|
1. Rəsmi sənədlərRəsmi dövlət sənədlərinin növləriaz dili imtahan sualları (1)2. Rəsmi dövlət sənədlərinin növləri
Rəsmi dövlət sənədləri – dövlətin konstitusiyası, fərmanları, sərəncamları, qanunları aiddir.
Konstitusiya
Konstitusiya sözünün hərfi mənası “qurmaq, yaratmaq, əsasını qoymaq” deməkdir. Dövlətin ali
qanunudur. Konstitusiya bütün ölkədə qanunvеricilik sistеminin başında durur.
"Konstitusiya"nın strukturu:
1. Başlanğıc – preambula;
2. Ümumi müddəalar – əsas prinsiplər;
3. Dövlətin əsas orqanları- qanunverici; icraedici; məhkəmə.
4. Digər maddələr;
5. Konstitusiyanın dəyişdirilməsi və ona əlavələr edilməsi;
6. Keçid müddəalar.
Fərman
Fərman farsca “buyurmaq, əmr etmək” mənasına gəlir. Fərman əsasən, dövlət başçısı tərəfindən
verilir
Fərmanın strukturu aşağıdakılardır:
•
dövlətin gerbi;
•
sənəd növünün adı;
•
başlıq;
•
məzmun;
•
imza;
•
tərtib olunduğu yer;
•
tarix.
Fərmanın məzmununda verilən qərarın səbəbi, qanuna istinad, tarix, əmr və göstərişlər öz əksini tapır.
Cümlənin xəbəri felin xəbər və əmr şəklində olur.
Sərəncam
Sərəncam dövlət idarəetmə orqanlarının qəbul etdikləri, hökmlü xarakter daşıyan, vəzifəli şəxslər,
dövlət ,qeyri-dövlət qurumları və vətəndaşlar üçün məcburi qüvvəyə malik aktdır.
Sərəncamlar məzmu nca 2 yerə bölünür:
1) Dövlət və hüquq aktı olan sərəncamlar;
2) Mülki hüquqa aid olan sərəncamlar.
Fərmandan fərqli olaraq - Sərəncam bir qayda olaraq normativ xarakter daşımır. Qəbul edilmiş
Sərəncam ya televiziya, radio, mətbuat vasitələri ilə yayılır, yaxud şəxsən təqdim olunur. Sərəncamlar
əsasən yazılı olur, lakin şifahi də ola bilər .
Qanun
Qanun hüquq normalarının sistemli toplusu olub, cəmiyyətdə yaranan ictimai münasibətləri
tənzimləyir və insanları hüquq pozuntusundan qoruyur. Həmçinin qoyulan qadağalara əməl etməyən
şəxslərin cəzalandırılmasını müəyyən edir.
Qanunlar qanunvericilik orqanları tərəfindən qəbul olunur. Qanunlar konstitusiya qanunlarına,
məcəllələrə və adi qanunlara bölünür.
Dostları ilə paylaş: |
|
|