20
BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010
Biz necə işləyirik
2010-cu ildə biz işçi heyətinin milliləşdirilməsi
proqramının həyata keçirilməsinə sadiq qalmışıq.
İlin sonunda BP-nin Azərbaycandakı ixtisaslı
işçilərinin 87%-ini Azərbaycan vətəndaşları təşkil
edirdi. Bu faizi artırmaq üçün müxtəlif proqramlar
həyata keçirilir. İl ərzində biz işə 237 nəfər yeni işçi
götürdük və işçi heyətinin təlim və inkişafına
təxminən 5 milyon dollar sərmayə qoyduq.
İşəgötürmə
Ən yaxşı ərizəçilərin işə götürülməsinə əmin
olmaq üçün biz hər il öz rəqabətədavamlı seçmə
prosesimizə yenidən baxırıq. Məqsədimiz konkret
biznes tələblərinə uyğun olaraq bacardıqca ən
yaxşı məzunları və təcrübəli mütəxəssisləri işə
götürməkdir.
Azərbaycandan və xarici ölkələrdən olan
tələbələri cəlb etmək üçün məzun və təcrübəçi
tələbələri işəgötürmə proqramımızda müasir
texnologiyaları istifadə etməklə yüksək səviyyəli
marketinq aparılır. Bu məqsədlə biz Azərbaycanın
və xarici ölkələrin bir çox universitetləri ilə sıx
əlaqələr qurmuşuq. Azərbaycan Dövlət Neft
Akademiyası, Texniki Universitet, Milli Aviasiya
Akademiyası, Xəzər Universiteti və Bakı Dövlət
Universiteti daxil olmaqla ölkənin aparıcı
institutlarında karyera günləri keçirilir.
2010-cu ildə bizə universitetlərdən 2 145
ərizəçi müraciət etdi və biz yeddi ixtisas üzrə 50
nəfər yay təcrübəçisi və 38 nəfər məzunu işə
götürdük. 2011-ci ildə 63 nəfər məzunun işə
götürüləcəyi gözlənilir. Ehtiyac olduqca açılan iş
yerləri haqqında elanlar www.bp.com/caspian
veb-saytında verilib. Ümumiyyətlə, 2010-cu ildə
111 boş iş yeri haqqında elan verilib, 9 171 ərizə
qəbul etmişik və 107 nəfər təcrübəli mütəxəssisi
işə götürmüşük.
İl ərzində biz 2010-cu il üçün texniklərin işə
götürülməsi proqramı üzrə işə qəbul olunmaq
üçün 2009-cu ildə verilmiş 3 350 ərizəyə
Əməkdaşlarımiz
Güclü yerli işçi qüvvəsi yaratmaq barədə
öhdəliyimiz qüvvədə qalır. İşçi heyətimizin keyfiyyətini yüksək
saxlamaq üçün biz şəffaf proseslərdən istifadə etməklə işə yeni
istedadlar götürür, artıq bizim üçün işləyən insanların işini və karyera
inkişafını fəal surətdə idarə edirik.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədə ixtisaslı işçi heyəti
Kateqoriya
Yerli işçilər
Əcnəbi işçilər
Cəmi
İşçilərin sayı
2 388
317
2 705
2010
%
88
12
2009
%
86
14
2008
%
83
17
Kateqoriya
Yerli işçilər
Əcnəbi işçilər
Cəmi
İşçilərin sayı
2 067
312
2 379
2010
%
87
13
2009
%
84
16
2008
%
82
18
BP-nin Azərbaycandakı ixtisaslı işçi heyəti
İş sahəsi
Məzun Təcrübəçilər Texniklər
a
İşəgötürmə üzrə nəzərdə tutulan rəqəmlər 2011-ci ilin aprel ayındakı vəziyyəti əks etdirir.
BP-nin Azərbaycanda yerli ixtisaslı mütəxəssisləri işəgötürmə planı, 2011
a
Resurslar
Quyular
Mühəndis-texniki
Maliyyə
Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit (SƏTƏM)
Tədarük və təchizatın idarə edilməsi (TTİE)
Kadrlar şöbəsi
Əməliyyatlar
Cəmi
9
15
27
2
6
2
2
63
13
12
14
6
3
1
49
110
110
b
2009-cu il üçün Davamlı inkişaf haqqında hesabatda səhvən
verilmiş 340 əvəzinə.
BP-nin Azərbaycanda daimi işçiləri
2008
1438
347
15
13
14
340
297
1589
386
401
436
1723
Yerli
Yerli
Yerli
Yerli
Yerli
Yerli
Əcnəbi
Əcnəbi
Əcnəbi
Əcnəbi
b
Əcnəbi
Əcnəbi
2009
2010
BP-nin Azərbaycanda agentlik müqaviləsi
əsasında işləyən əməkdaşları
2008
140
388
12
8
7
314
328
108
88
108
79
106
2009
2010
BP-də uğurlu namizəd necə olur?
BP-də uğurlu namizəd biznesin getdikcə artan
tələblərinin öhdəsindən gəlmək üçün bizə
kömək edən enerjili, tam yeni yanaşma
tərzinə malik və təzə ideyalar irəli sürə bilən bir
namizəddir – elə bir namizəd ki, çətinliklərdən
qorxmur, öyrənməyə can atır və inkişafı
qiymətləndirir.
Leyla Abbasova
İşəgötürmə üzrə
məsləhətçi
baxmışıq. 92 nəfər texnik işə qəbul edilərək,
qurudakı və dənizdəki obyektlərimizdə
çalışmazdan öncə Xəzər Texniki Təlim
Mərkəzində (XTTM) 14-16 aylıq təlim
proqramında iştirak etməyə göndərilib.
Daimi işçiləri şirkətdə qalıb işləməyə
həvəsləndirmək və onların uzun müddətli
fədakarlığını qiymətləndirmək üçün
rəqabətədavamlı imtiyaz paketinin verilməsi
davam etdirildi. Bu imtiyazlara rəqabətədavamlı
əmək haqları, tibbi sığorta, stomatoloji sığorta,
qəzalara qarşı sığorta, ailəyə dəstək ödənişləri və
sağlamlıq-əyləncə obyektlərindən istifadə daxil
idi. Yerli əməkdaşlar həm də BP qrupunun qlobal
mükafat proqramlarında – alınan səhmlərin ikiqat
artırılması və dəyişən ödəniş planı (illik icra
göstəricilərinə görə stimul bonusu) kimi
mükafatlandırma proqramlarında iştirak edirlər.
Əməyin təhlükəsizliyinin diqqət mərkəzində
saxlanılmasını gücləndirmək məqsədi ilə 2011-ci
ildən başlayaraq şirkət yeniləşmiş bir icra
göstəricilərinin idarə edilməsi və
mükafatlandırılma siyasəti həyata keçirəcək. Bu,
əməyin təhlükəsizliyi və əməliyyat risklərinin
idarə edilməsi sahələrində yüksək göstəricilər
əldə olunmasını təşviq etmək üçün nəzərdə
tutulmuş müntəzəm icra yoxlamalarını nəzərdə
tutacaq.
Kişi
Qadın