- 29 -
Cədvəldən göründüyü kimi tədqiqat aparılan rayonların arıxanalarının hamısında müxtəlif
dərəcəli akarapidoza yoluxma aşkar edilmişdir. Bunların içərisində ən çox yoluxma ekstensivliyi
Dəvəçi rayonunun Dəvəçi kəndindəki arıxanada (40% yoluxma, 8% tələfat) Siyəzəndə (35%
yoluxma, 11,4% tələfat), Masallı rayonunun Mollaoba kəndindəki arıxanada (40% yoluxma, 5%
tələfat), nisbətən az Astara rayonu Siyatük kəndində arıxanada (20% yoluxma, 2.5% təlafat) və
Qax rayonunun Turaclı kəndində arıxanada (30 % yoluxma, 3,3 % tələfat),Tasmalı kəndində
arıxanada (yoluxma 25%, tələfat 1,8%) olmuşdur.
Akarapidoza qarşı işlədilən preparatların səmərəliliyi haqqında bir-birini təkzib
edən müxtəlif
fikirlər mövcuddur. Beləki, hər müəllif, yaxud tədqiqatçı öz işlətdiyi preparatın daha səmərəli
olduğunu iddia edir. Digəri isə əksinə az səmərəliliyini qeyd edir.
Akarapidozun müalicəsi üçün son zamanlar efirsulfonat, keltan, tanis, polisan, akarasan,
tedion və s. preparatlardan istifadə edilir. Bu preparatların akarapidoza görə səmərəliliyi barədə
müxtəlif fikirlər mövcuddur. Buda preparatın müxtəlif iqlim zonalarında işlədilməsi, törədicinin
xarici mühit şəraitindən asılı olaraq bioloji inkişafının uyğunlaşmaması ilə əlaqədar olduğu güman
edilir. Buna görədə bu preparatlardan bəzilərinin akarapidoz xəstəliyinə qarşı səmərəsini öyrənmək
məqsədilə sınaq təcrübələri aparılmışdır.
Təcrübədən əvvəl hər bir arı ailəsindən 50 ədəd arı seçib onların akarapidoza yoluxma
dərəcəsini müəyyən etdikdən sonra ailənin qüvvəsini, yuvanın həcmini və akarapidoza yoluxma
dərəcəsini nəzərə almaqla arı ailələri qruplaşdırılmışdı. Pətəkdə dərman maddəsinin buxarlarının
yuvadan kənar edilməsinin qarşısını almaq üçün pətəyin hava girən yerləri palçıqla suvanmışdır.
Analoji qüvvəyə (çərçivə aralığı arı hesabı ilə) akarapidoza yoluxma dərəcəsinə, ananın yaşına, açıq
və möhürlü sürfələrin miqdarına və yem ehtiyatına görə bərabər olan 12 arı ailəsi seçilmişdir.
Onlardan hər biri 5 ailədən ibarət 2 qrup və 2 ailədən ibarət isə nəzarət qrupu ayrılılmışdır.
Pətəkdə əvvəlcə çərçivə arası məsafə genişləndirilmiş, arı ailələri kifayət qədər yem və su ilə
təmin olunmuşdur. Bir lövhə akarasan preparatı dəmir lövhə üzərində yandırılaraq, alovu
söndürüldükdən sonra tüstüləyən vəziyyətdə pətəyin boş yerində elə yerləşdirilmişdir ki, taxta
hissəsinə toxunmasın. Uçuş bacası 1 saatlığa bağlandıqdan sonra açılıb preparatın tam halda yanıb-
yanmadığı yoxlanılmış, əgər yarıya qədər yanmışsa, preparatın yarısı qədər , bütövlükdə
yanmayıbsa proses təzədən təkrar olunub. Tanis də akarasan işlədilən qaydada 10 çərçivəlik arıya 1
lövhə işlədilmişdir. Akarasan preparatının sınaqları zamanı ana arı ölümü müşahidə edilməmiş,
tanis və nəzarət qrupunda hərəsində 1 ana arı tələf olmuşdur. İşçi arılardan olan tələfat isə təbii
tələfata yaxın olmuşdur. Aparılan sınaqların nəticələri 2 saylı cədvəldə göstərilmişdir.
Cədvəl 2.
Masallı arıçılıq təsərrüfatında arıların akarapidozuna qarşı akarasan və tanis akarasidilərlə
aparılan sınaqların nəticələri
Preparatların
adları
Ailə №-
si
Xəstəliyəyoluxma
%-i
Səmərəlilik
%-i
Tələf
olmuşdur
Preparatdan
əvvəl
sonra
Ana arı İşçi arı
Akarasan
3
40
5
87,5
---
10
8
40
6
85,0
---
15
15
40
4
90,0
---
8
19
40
5
87,5
---
20
21
40
3
92,5
---
18
Yekunu
5
40
4,6
88,5
---
14
Tanis
6
40
10
75,0
---
15
11
40
12
70,0
---
20
14
40
15
62,5
1
19
23
40
9
77,5
---
20
- 30 -
26
40
11
72,5
---
25
Yekunu
5
40
11,4
71,5
---
20
Nəzarət
10
40
40
---
---
25
35
40
40
---
1
36
Yekunu
2
40
40
---
1
30
2 saylı cədvəldən göründüyü kimi akarasan preparatının arıların akarapidozuna qarşı
səmərəliliyi respublikamız şəraitində ədəbiyyatlarda göstərildiyi kimi 91-97 % deyil, 85-90 %
arasında (orta hesabla 88,5%), tanisin isə ondan səmərəliliyi akarasandan xeyli az, yəni 62,5- 77,5
% (orta hesabla 71,5 %) olmuşdur.
Qax rayonunun Turaclı və Tasmalı kəndlərindəki arıxanalarda arıların akarapidozuna qarşı
akarasan və fumisan preparatlarının sınaq təcrübələri aparılmışdır. Təcrübə zamanı pətəkdəki artıq
çərçivələr çıxarılmış, qalan çərçivələr arası məsafə bir qədər artırılmışdır. 8 çərçivəlik pətəkdə 1
fumisan lövhəsi asılmışdır.
Preparat işlədilməzdən əvvəl arı ailələrində hazırlıq işləri aparılmışdı. Pətəklərin içərisi
təmizlənmiş, çatlar palçıqla suvanmışdır.
Beləliklə, republikamız şəraitində arıların akarapidoz xəstəliyinə qarşı sınaqdan keçirdiyimiz
akarisidlərdən yüksək səmərəlisi akarasan (86,7-88,5 %), ondan bir qədər aşağı (78,7 %) fumisan
preparatları olmuşdur. Tanis preparatının səmərəliliyi isə yuxarıdakı 2 preparatdan az (71,5 %)
olmuşdur. Aparılan sınaqların nəticələri 3 saylı cədvəldə göstərilmişdir.
Cədvəl 3.
Qax rayonunun Turaclı və Tasmalı kəndlərindəki arıxanalarda akarapidoza qarşı
akarasan və fumisan preparatlarının sınaqdan keçirilməsi
Preparatların
adları
Ailə №-
si
Xəstəliyə yoluxma
%-i
Səmərəlilik
%-i
Tələf olmuşdur
Preparatdan
əvvəl
sonra
Ana arı İşçi arı
Akarasan
25
30
3
90,0
---
8
37
30
4
86,7
---
12
43
30
3
90,0
---
7
50
30
6
80,0
---
15
54
30
4
86,7
---
20
Yekunu
5
30
4
86,7
---
12,5
Fumisan
7
30
5
83,3
---
10
12
30
6
80,0
---
13
23
30
7
76,7
---
11
34
30
6
80,0
---
8
38
30
8
73,3
---
12
Yekunu
5
30
8
78,7
---
10,8
Nəzarət
19
30
30
---
---
15
28
30
30
---
---
20
Yekunu
2
30
30
---
---
17,3
Qeyd: Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, xəstəliyin yayılmasının səbəbləri
vaxtaşırı diaqnostik müayinələrin aparılmaması, baytar nəzarəti olmadan arıxanaların bir rayondan
digər rayon ərazisinə köçürülməsi, xəstə arıxanalarla sağlam arıxanaların bir-birilə təmasda
olması, aparılan müalicələrin təlimata uyğun olmaması, arıxanalarda sanitariya qaydalarına riayət
edilməməsi,dezinfeksiya edilmədən alət və avadanlıqlardan həm xəstə və həm də sağlam
arıxanalarda istifadə edilməsi və s. olmuşdur.