- 31 -
ƏDƏBİYYAT
1.
Sultanlı Q.H. Başlıca arı xəstəliklərinin diaqnostikasına dair metodik vəsait. Bakı 2011
2.
İbrahimov R.P. Arı xəstəlikləri və ziyanvericiləri. Bakı 2008. Səh.62-67
3.
Gülalıyeva F.R, Şahmarov Ə.T. Azərbaycanın cənub bölgəsində bal arılarının bəzi
infeksiyon və invaziyon xəstəliklərinin yayılması onlara qarşı mübarizə tədbirlərinin işlənməsi.
Bakı 2016. Elmi əsərlər məcmuəsi, BETİ-nin 115 illik yublileyinə həsr olunmuş beynəlxaq elmi
konfrans. cild 34. səh 121-124
4.
Nəcəfov N.İ. “ Arıçılıq haqqında” Bakı 2015 səh. 94-97
5.
Тробов О.Ф. Смирнов А.М, Попов Е. Г Болезни и вредители медоноснох пчел.
Справочник Агропроиздат 1987. с 335
ABSTRACT
DEVELOPMENT OF THERAPEUTIC AND PROPHYLACTIC MEASURES AGAINST
ACARAPIDOSIS OF BEES
2008-2015 years we studied the epizootic situation in the beekeeping farms of Azerbaijan.
As a result of the research, infection of bees with acarapidosis was revealed, which causes
significant damage to beekeeping. With the aim of improving the economy from acarapidosis,
therapeutic and preventive measures were carried out. A number of acaracides were tested. Efficient
drugs Akarasan (86.7-88.5%), Fumisan (78.7%), Tanis (71.5%) were introduced in beekeeping
farms.
РЕЗЮМЕ
РАЗРАБОТКА ЛЕЧЕБНО-ПРОФИЛАКТИЧЕСКИХ МЕРОПРИЯТИЙ ПРОТИВ
АКАРАПИДОЗА ПЧЕЛ
2008-2015 гг. нами была изучена эпизоотологическая ситуация в пчеловодческих хозяйствах
Азербайджана. В результате исследований была выявлена зараженность пчел акарапидозом
который приносит значительный ущерб пчеловодству. С целью оздоровления хозяйства от
акарапидоза были проведены лечебно-профилактические мероприятия. Испытаны ряд
акарацидов. Отличающиeся высокой эффективностью препараты Акарасан (86,7-88,5 %),
Фумисан (78,7 %), Танис (71,5 %) были внедрены в пчеловодческих хозяйствах.
- 32 -
UOT 638.1
FİRUZƏ GÜLALIYEVA
AVTANDİL YUSIFOV
Baytarlıq Elmi-Tədqiqat İnstitutu
BAL ARILARININ SALMONELLYOZ XƏSRƏLİYİNİN LABORATOR
HEYVANLARINDA PATOGENLİYİNİN ÖYRƏNİLMƏSİ VƏ MÜALİCƏ-
PROFİLAKTİKASININ TƏKMİLLƏŞDİRİLMƏSİ
Açar sözlər: Salmonellyoz, müalicə, pozitiv serum, antibiotik
Key words: salmonellosis, treatment, parasitic serum, antibiotics.
Ключевые слова: сальмонеллёз, лечение, позитивная сыворотка, антибиотики.
Salmonellyoz salmonell növündən olan
Sal.thyphimurium,
Sal.pullorum,
Sal.gallinarum
bakteriyaları tərəfindən törədilən xəstəlikdir. Salmonell növundən olan bakteriyalar
Enterobacteriacea ailəsinə mənsubdur. Bu ailəyə aid olan bütün mikroblar qrammənfi, spor əmələ
gətirməyən, cox hissəsi peretrixal qamçilarla hərəkətli və çöp şəkilli bakteriyalardir. Onlar adi qida
mühitlərində yaxşi boy verir, qlükozanı fermentləşdirib qaz əmələ gətirən və gətirməyən hala
çevirir, nitrat və nitritləri bərpa edir. Kaufmanın təsnifatina görə (1954) biokimyəvi xassələrinə görə
bu ailədən olan bakteriyalar escherichia, klebsiella, cloaca, hafina, salmonella, arizona, shigella,
protcus və providencia növünə aiddir. Geniş variobil xarakterik xassəyə malik Enterobacteriaceae
ailəsindən
olan növü orqanizmdən kənarda, o cümlədən suda və qida maddələrində aşkar edilmişdir.
Salmonellalar meyvə və tərəvəzdə uzun muddət həyat fəaliyyətini saxlaya bilir. Mikrobioloq
İ.L.Serbinov (1925) arıların bakterial xəstəliklərini öyrənməklə məşğul olmuşdur. Belə ki, 1915 - ci
ildə o muxtəlif bağırsaq çöpləri Ecsh və Protes tərəfindən arılarda bakterial xəstəliklərin
törədilməsi barədə məlumat vermişdir. Lakin onun bu barədəki işləri dünya ədəbiyyatında
lazımınca qiymətləndirilməmişdir. Paratif törədicisinin morfologiyasının təsviri L.Bar tərəfindən
verilmişdir (1919 -1920). O, ayırdığı xəstəlik törədicisini paratif qrupuna aid edib Bac. Paratypti
alvei, xəstəliyi isə bal arılarının paratif xəstəliyi adlandırılmışdır (L. Bar.1926). E.İ.Skpınikə (1949)
görə arıların paratifi arıxanaların bu xəstəliyə qeyri-sağlam olan kənd təsərrüfatı heyvanlarının
saxlandığı ərazilərdə daha çox təsadüf edilir. Müəllif tələf olmuş arılardan
Sal.gallinarum
kulturasını ayırmışdır. A.M.Smirnov arıların salmonellyozunun törədicisinə
Sal.pullorum,
Sal.typhimurium,
Sal.galinarum,
Sal.enteritidis,
Sal.suis-i aid etmişdir. Salmonellalar böyük
epidemoloji və epizootoloji xarakterə malikdir.
Salmonellyozun
müalicəsində
sintomitsin,
streptomitsin, tetrasiklin, penisilin, norsulfazol və biomitsin daha effektiv təsir göstərmişdir. Y. S.
Kulikov 1964, 1965), Q.F.Buxarov (1971) və b.
Paratifin coğrafi cəhətdən respublikada geniş yayıldığını və arıçılığa vurduğu ziyanı, bu xəstəliyin
Azərbaycanda öyrənilmədiyini nəzərə alaraq tədqiqatlar aparılmışdır.
TƏDQİQATIN MATERİAL VƏ METODLARI
Elmi tədqiqat işi balıq və arı xəstəlikləri və heyvanların infeksion xəstəliklərini öyrənən
laboratoriyalarda aparılmışdır. İşin icrasında qəbul olunmuş son metodlarından istifadə
olunmuşdur.
Masallı, Lənkəran, Biləsuvar, Şəki və Zaqatala rayonlarında fərdi arıçılıq təsərrüfatlarından xəstə
və ölmüş sürfələr olan şandan 10x15 sm ölçüdə kəsib heç bir materiala bükmədən taxta yaxud
karton qutuya qoyularaq və qapağı bərkidilərək nümunələr götrülmüşdür. Eyni zamanda yaşlı
ariların xəstəliyi zamanı hər arı ailəsindən 50 ədəd diri və ya təzə ölmüş arı, tələf olmuş ailədən
ölmüş arıların üst qatından 50 arı və şanın bal və güləm olan hissəsindən 10 x15 sm ölçüdə kəsib
qutuda laboratoriyada müayinələr aparılmışdır. Canlı, xəstə və ölmüş arının döş əzələlərindən,
bağırsağından, hemolimfa (qan limfası) və arı zəhərindən, həmçinin açıq və örtülü qovuq
sürfələrindən (işçi və erkək arı sürfələrindən) steril su əlavə etməklə suspenziya hazırlandmışdır.
Sonra alinmış suspenziyalardan ƏPB, ƏPA, Bismut sulfat aqar, Endo, QQA qida mühitlərinə
əkmələr aparılmışdır. Əkmələr termostatda +37 C temperaturda 3-5 gün inkubasiya edilmişdir.
Həmçinin götürülmüş 15-20 qr bal nümunəsi steril suda həll edilərək, iki dəfə sentrifuqadan 15