Dekabrın
8-də Dövlət Dəniz
Administrasi-
yasında “Azər-
baycan Respub-
likasında dəniz
nəqliyyatı sahə-
sində məsuliyyə-
tin artırılmasında
Dövlət Dəniz Ad-
ministrasiyasına
Dəstək” Tvinninq
layihəsinin yekun
iclası keçirilib.
Layihənin əsas məqsədi Azərbay-
canda dəniz üzgüçülüyünün təhlükə-
sizliyi və dənizin gəmilərdən çirklən-
dirilməsinin qarşısının alınması ilə
əlaqədar beynəlxalq konvensiyalarda
nəzərdə tutulmuş məsuliyyət prose-
durlarının Avropa İttifaqı qanunveri-
ciliyi ilə əlaqəli şəkildə həyata keçi-
rilməsində və tətbiqi məsələlərində
Dövlət Dəniz Administrasiyasının
potensialını gücləndirməkdən ibarət
olub.
Yekun iclasda Dövlət Dəniz Ad-
ministrasiyasının rəisinin müavini
Şahlar Məmmədov, Avropa İttifaqının
Azərbaycandakı nümayəndəliyinin
rəhbəri, səfir Kestutis Yankauskas,
üzv dövlətin layihə rəhbəri Benito
Nunez Quintanilla, Rezident Tvinninq
müşaviri Fernando Juan Collado Si-
mon, eləcə də Nazirlər Kabineti, İqti-
sadiyyat, Ədliyyə, Ekologiya və Təbii
Sərvətlər nazirlikləri və “Xəzər Dəniz
Gəmiçiliyi” QSC-nin nümayəndələri
və digər rəsmilər iştirak ediblər.
Tədbirdə çıxış edən Dövlət Də-
niz Administrasiyasının rəis müavini
Şahlar Məmmədov bildirib ki, res-
publikamızda dəniz nəqliyyatı sahə-
sinin inkişaf etdirilməsi istiqamətində
həyata keçirilən xüsusi əhəmiyyətli
zəruri tədbirlərdən biri və ən önəmlisi
mövcud maddi-texniki bazadan daha
səmərəli istifadə edilməsi məqsədilə
dəniz nəqliyyatı sahəsi üzrə milli qa-
nunvericiliyin beynəlxalq standartlara
uyğunlaşdırılması istiqamətində gö-
rülən işlərdir.
Məhz Avropa Qonşuluq və Tərəf-
daşlıq Alətinin Azərbaycan üzrə Fəa-
liyyət Proqramı çərçivəsində Azər-
baycan Respublikasının Dövlət Dəniz
Administrasiyasında həyata keçirilən
“Azərbaycan Respublikasında dəniz
üzgüçülüyünün təhlükəsizliyinin və
dəniz mühitinin mühafizəsinin tək-
milləşdirilməsi haqqında” Tvinninq
layihəsindən uğurlu nəticələr əldə edi-
lib. Bundan əlavə, bu Tvinninq layihə-
si də respublikamızda dəniz nəqliyyatı
sahəsi üzrə milli qanunvericiliyin bey-
nəlxalq standartlara uyğunlaşdırılması
istiqamətində atılan mühüm addımlar-
dan biri kimi dəyərləndirilə bilər.
Tədbirdə vurğulanıb ki, “Azərbay-
can Respublikasında dəniz nəqliyyatı
sahəsində məsuliyyətin artırılmasın-
da Dövlət Dəniz Administrasiyasına
dəstək” adlı tvinninq layihəsi çərçivə-
sində qarşıya qoyulan məqsədlərə tam
nail olunub.
“Dəniz tələbləri ilə bağlı məsuliy-
yətin məhdudlaşdırılması haqqında”
1976-cı il tarixli Beynəlxalq Konven-
siyaya dəyişikliklər edilməsi barədə”
1996-cı il tarixli Protokol Azərbaycan
Respublikasının 2016-cı il 16 dekabr
tarixli 466-VQ nömrəli Qanunu ilə
təsdiq edilib və həmin Protokola uy-
ğunlaşdırılması məqsədilə hazırlanan
“Azərbaycan Respublikasının Ticarət
Gəmiçiliyi Məcəlləsində dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Res-
publikasının Qanunu qəbul edilib.
Bundan başqa, dəniz nəqliyyatı
sahəsi üzrə inzibati məsuliyyəti müəy-
yən edən normativ hüquqi aktlar, İnzi-
bati Xətalar və Ticarət Gəmiçiliyi Mə-
cəllələrinin müvafiq hissələri bir daha
nəzərdən keçirilib, müvafiq müddəa-
lar ətraflı təhlil edilərək, qiymətlən-
dirilmə aparılıb və qanun layihələri
yenidən işlənərək hazırlanıb. Nəticədə
“Azərbaycan Respublikasının İnziba-
ti Xətalar Məcəlləsində dəyişikliklər
edilməsi haqqında” Qanun 2017-ci il
16 may tarixində Azərbaycan Respub-
likası Milli Məclisi tərəfindən qəbul
edilib.
Avropa İttifaqının Azərbaycan-
dakı nümayəndəliyinin rəhbəri, səfir
Kestutis Yankauskas bildirib ki, bütün
nəqliyyat növlərinin təhlükəsizliyi və
mühafizəsi sahəsində qanunvericilik
və normativ bazanın Avropa və bey-
nəlxalq standartlara uyğunlaşdırılması
prosesində Avropa İttifaqının Azər-
baycana dəstək göstərməsi istiqamə-
tində reallaşan əməkdaşlığı uğurla
davam edir. Səfir Beynəlxalq Dəniz
Təşkilatının üzv Dövlətlərinin Audit
Sxeminə (İMSAS) əsasən keçirilən
audit yoxlamasına hazırlıq prosesində
Tvinninq layihəsinin əhəmiyyətli rolu
olduğunu bildirərək, yoxlamanın nəti-
cələrinin yüksək qiymətləndirildiyini
qeyd edib. O, həmçinin 2014-cü ildə
başa çatan “Azərbaycan Respublika-
sında dəniz üzgüçülüyünün təhlükə-
sizliyinin və dəniz mühitinin müha-
fizəsinin təkmilləşdirilməsi haqqında”
Tvinninq layihəsindən danışıb.
Bundan əlavə, səfir diqqətə çatdı-
rıb ki, hazırda yekun iclası keçirilən
Tvinninq layihəsinin reallaşması da
Dövlət Dəniz Administrasiyasının
təşəbbüsü ilə baş tutub.
Toplantıda çıxış edən Dövlət Də-
niz Administrasiyasının rəsmiləri
bildiriblər ki, dəniz nəqliyyatı sahə-
si üzrə beynəlxalq konvensiyaların
tələblərindən irəli gələn öhdəliklərin
icra vəziyyətinin qiymətləndirilməsi
məqsədilə Beynəlxalq Dəniz Təşki-
latının audit ekspert qrupunun Azər-
baycan Respublikasında keçirdiyi au-
dit yoxlama zamanı Prezident İlham
Əliyevin rəhbərliyi altında iqtisadiy-
yatımızın strateji cəhətdən mühüm
sahələrindən biri olan dəniz nəqliyyatı
sahəsində formalaşdırılmış siyasətə
uyğun olaraq həyata keçirilən davamlı
islahatlar və bu məqsədlə təsdiq olun-
muş mövcud normativ hüquqi aktlar,
habelə dəniz üzgüçülüyünün təhlükə-
sizliyi, dənizdə insan həyatının və
dəniz mühitinin mühafizəsi sahəsində
məqsədyönlü və ciddi tədbirlərin hə-
yata keçirilməsi Audit Ekspert Qrupu
tərəfindən xüsusi rəğbətlə qarşılanıb.
Çıxışlarda audit yoxlamasına ha-
zırlıq işlərinin aparılması, həyata keçi-
rilmiş iki Tvinninq layihəsinin nəticəsi
olaraq qanunvericiliyimizin Azərbay-
can Respublikasının dəniz nəqliyyatı
sahəsində qoşulduğu beynəlxalq kon-
vensiyalara, habelə müvafiq Avropa
İttifaqı direktivlərinə uyğun təkmil-
ləşdirilməsi, treninq və seminarların
təşkilinə dair təcrübə mübadiləsinin
aparılması, aidiyyəti məsələlərin mü-
zakirə edilməsi və lazımi tədbirlərin
görülməsi istiqamətində ispaniya-
lı mütəxəssislərlə həyata keçirilən
əməkdaşlıq xüsusi vurğulanıb.
İclas zamanı administrasiyanın
tabeliyində Dəniz Üzgüçülüyünün
Təhlükəsizliyi Mərkəzinin Uzaq
Məsafədən Tanınma və İzləmə Mil-
li Mərkəzi nümayiş etdirilib. Ən son
və müasir standartlara cavab verən
izləmə avadanlıqları vasitəsilə təmin
olunan belə bir mərkəzin “Dənizdə
insan həyatının mühafizəsinə dair
Beynəlxalq Konvensiya”nın tələblə-
rinə uyğun olaraq Xəzəryanı ölkələr-
də ilk dəfə Azərbaycanda yaradıldığı
qeyd edilərək, görüş iştirakçılarına
uzaq məsafədə üzən gəmilərin izlənil-
məsi prosesi ilə yaxından tanış olmaq
imkanı yaradılıb.
İclasın sonunda tərəflər Avropa İt-
tifaqının dəniz nəqliyyatı sahəsindəki
təcrübəsinin ölkəmiz üçün əhəmiy-
yətindən bəhs edib və Avropa İttifaqı
ilə Azərbaycan Respublikası arasında
digər sahələrdə də əməkdaşlığın ge-
nişləndirilməsinin ölkəmizdə dəniz
nəqliyyatı sahəsində mövcud poten-
sialın inkişafına şərait yaradacağını
vurğulayıblar.
Qeyd edək ki, Azərbaycan Res-
publikasının Dövlət Dəniz Admi-
nistrasiyası qabaqcıl ölkələrin dəniz
nəqliyyatı sahəsində təcrübəsinin öy-
rənilməsinə daim üstünlük verir. Av-
ropa Qonşuluq və Tərəfdaşlıq Proq-
ramları çərçivəsində “Azərbaycan
Respublikasında dəniz üzgüçülüyü-
nün təhlükəsizliyinin və dəniz mühi-
tinin mühafizəsinin təkmilləşdirilmə-
si haqqında” Tvinninq layihəsindən
sonra “Azərbaycan Respublikasında
dəniz nəqliyyatı sahəsində məsuliy-
yətin artırılmasında Dövlət Dəniz
Administrasiyasına dəstək” Tvinninq
layihəsi Avropa İttifaqı tərəfindən
maliyyələşdirilən artıq ikinci uğurlu
layihələrdəndir.
Xəzər Dəniz Layihə Elmi-
Tədqiqat İnstitutu (“Xəzərdənizla-
yihə ETİ”) 1930-cu ildən fəaliyyət
göstərir.
İnstitut bərə əlaqəsinin inkişa-
fına böyük töhfələr verib. Belə ki,
əməkdaşlarının layihələri əsasında
Bakı, Türkmənbaşı, Bekdaş liman-
larında bərə kompleksləri, Saxalin
adasını materiklə birləşdirən Va-
nino – Xolmsk, İliçevsk – Varna
(Ukrayna – Bolqarıstan), Klaypeda
– Mukran (Litva – Almaniya) bərə
keçidləri yaradılıb.
Bakının Qaradağ rayonunda
yerləşən Dərin Özüllər Zavodunun
hidrotexniki qurğularının inşası,
gəmi təmiri zavodlarının və gəmi
üzgüçülüyü kanallarının rekon-
struksiyası da bu institutun adı ilə
bağlıdır. Bundan başqa, institut Su-
riya, Liviya, İran, Bolqarıstan və
Əfqanıstanda da bir çox tədqiqat və
layihə işi həyata keçirib.
Bakının simvoluna çevrilmiş
Bulvar ərazisində yerləşən “Yaxt
Klub” və gəzinti katerləri də Xəzər
Dəniz Layihə Elmi-Təqdiqat İnsti-
tutu əməkdaşlarının layihələri əsa-
sında tikilib.
Bir müddət fəaliyyət istiqaməti-
ni dəyişən “Xəzərdənizlayihə ETİ”
gəmi təmirində layihələndir-
mə işləri aparıb. “Azərbay-
can Xəzər Dəniz Gəmiçiliyi”
QSC-nin
yaradılmasından
sonra demək olar ki, qurum
yenidən təşkil edilib.
İnstitutun direktoru Oy-
rad Abdullayev deyir ki, üzə-
rimizə böyük vəzifə və tapşı-
rıqlar qoyulub:
- Hazırda institutda Xəzər
Dəniz Neft Donanması üçün
yeni gəmilər layihələndirilir.
Belə ki, institut tərəfindən
300kVt gücə malik olan təc-
hizat, dənizin dərinliyi 60 m
qədər olan sahələrdə işləmək
üçün dalğıc və sahilyanı də-
niz neft obyektlərinə işçiləri
daşımaq üçün nəzərdə tutu-
lan 70 nəfərlik sərnişin ka-
terlərinin layihələri uğurla
icra olunur.
– Tikinti işləri nə vaxt
başlayacaq?
-Təchizat katerinin Təs-
nifat Cəmiyyəti tərəfindən
təsdiqini almışıq. Artıq işçi
layihəsinə başlamışıq. Dalğıc
kateri üzrə sənədlərin bəzisi
təsdiqlənib. Növbəti ildə hə-
min gəminin işçi layihəsinə başla-
yacağıq. Sərnişin katerinə gəldikdə
isə eskiz işlərini yeni tamamlamı-
şıq. Hazırda təsnifat layihəsinin ic-
rasına hazırlaşırıq.
Direktorun sözlərinə görə, gə-
milər layihələndirilərkən hər detala
fikir verilir. Bu zaman sifarişçilərlə
yanaşı, istismarçıların, yəni dəniz-
çilərin də rəyləri öyrənilir, təklifləri
nəzərə alınır.
- oyrad müəllim, haqqında
danışdığınız gəmilər hansı üstün-
lüklərə malik olacaq?
- Layihələndirdiyimiz 300 kVt
gücə malik təchizat gəmisi yedək
əməliyyatı da apara biləcək. Gəmi,
həmçinin 12 nəfər sərnişin tutumu-
na, 5 ton qaldırıcı qüvvədən ibarət
yük göyərtəsinə və bir tonluq kra-
na malik olacaq. Həm də kənar ob-
yektlərdə yanğını söndürmək üçün
zəruri vasitələrlə təmin ediləcək bu
gəmi “ “Qaradağ”, “Cə-
mil Niftəliyev” gəmilərini
əvəz edəcək. Dalğıc kateri
də unikallığı ilə seçiləcək.
O, istismarda olan “Ge-
ofizik” və kiçik həcmli
“Orion”u əvəz edə bilə-
cək. Sərnişin katerləri isə
“PSK”-ları əvəzləyəcək.
Sözügedən gəmilər “Azər-
baycan Xəzər Dəniz Gə-
miçiliyi” QSC-nin “Zığ”
Gəmi Təmiri və Tikintisi
Zavodunda inşa olunacaq.
Layihələndirmə
za-
manı xarici təcrübədən də
istifadə olunur. İnstitutun
Odessa Dəniz Mühəndis-
lik Bürosu ilə birgə müəs-
sisəsi fəaliyyət göstərir. Bu
əməkdaşlıq instituta böyük
fayda verir.
Gənclərin üstünlük təş-
kil etdiyi kollektivdə yaş-
lılar da az deyil. Birbaşa
gəmi layihələndirilməsi ilə
məşğul olan veteranların
zəngin təcrübəsi çox işdə
gənclərin köməyinə çatır.
İnstitut təkcə “AXDG”
QSC-nin sifarişlərini ye-
rinə yetirmir. Kənar təşkilatlardan
da sifarişlər daxil olur.
Oyrad
Abdullayev
deyir:
“Lənkəran
Mexanikləşdirmə”
MMC ilə işimiz olub. Bu yaxınlar-
da Azneft İB-nin layihəsini bitirmi-
şik.”
İnstitutda yeni proqram təmi-
natlarından istifadə edilir. Tətbiq
olunan proqramlar arasında “SEA
SOLUTİON” (layihələndirilən gə-
milərin səthlərinin 3D formatın-
da riyazi modelini formalaşdırır),
“SEA Hydro” (layihələndirilən gə-
minin hidrostatik xüsusiyyətlərini
və dayanıqlığını müəyyənləşdirir),
“EBrus” (layihələndirilən gəminin
konstruksiyalarının möhkəmliyi-
nin hesablanmasını təmin edir),
“CADMATİC” (gəminin 3D for-
matında modelini formalaşdırır və
gəminin tikilməsi üçün tələb olu-
nan texniki sənədləri hazırlamağa
imkan verir) var.
İnstitutda bütün layihələrin
üçölçülü formatda həyata keçiril-
məsi strateji hədəf kimi qarşıya
qoyulub. Bu, işin keyfiyyətinə və
icra müddətinin qısaldılmasına tə-
sir göstərən əsas məsələ hesab olu-
nur.
İnstitut Azərbaycan Respubli-
kası Dövlət Dəniz Administrasi-
yasının, “Rusiya Dəniz Gəmiçiliyi
Registri”nin, “Azərbaycan Dəniz
Gəmiçiliyi Registri”nin müva-
fiq şəhadətnamələrinə, tikintisinə
icazə tələb olunan və barəsində
məlumatlandırma icraatı tətbiq
olunan bina və qurğuların la-
yihələndirilməsi üçün Azərbaycan
Respublikası İqtisadiyyat Nazirli-
yinin lisenziyasına malikdir.
“Xəzərdənizlayihə ETİ”-nin
kollektivinin hədəfləri böyük-
dür. İnstitut daha iri gəmilərin la-
yihələndirilməsi barədə düşünür.
Bundan başqa, kadr bazası tam for-
malaşdırıldıqdan sonra xaricdən də
sifariş qəbulu nəzərdə tutulur.
A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
20 dekabr 2017-ci il № 89-92 (9183)
5
www.seanews.az
“XƏZƏRDƏnİZLAYİhƏ ETİ”-DƏ DAhA İRİ gƏMİLƏRİn
LAYİhƏLƏnDİRİLMƏSİ BARƏDƏ DüşünüRLƏR
Azərbaycan “Cənub Qaz
Dəhlizi” layihəsi üzrə maliyyə
öhdəliklərinin 72 faizini icra
edib.
Bu barədə AZƏRTAC-ın sor-
ğusuna cavab olaraq “Cənub Qaz
Dəhlizi” Qapalı Səhmdar Cəmiy-
yətindən (CQD) bildirilib.
Qeyd edilib ki, “Cənub Qaz
Dəhlizi” layihələrində “Cənub
Qaz Dəhlizi” QSC-nin mülkiyyə-
tində olan iştirak paylarının ma-
liyyələşdirilməsinə 2014-2020-ci
illər üzrə tələb olunan 11,7 mil-
yard ABŞ dolları həcmində vəsa-
itdən cari ilin dekabrın 12-dək 8,4
milyard dollarıq hissəsi, yəni 72
faizi investisiya edilib.
Xatırladaq ki, “Cənub Qaz
Dəhlizi” QSC Azərbaycan Prezi-
dentinin “Şahdəniz qaz-konden-
sat yatağının istismarının ikinci
mərhələsi və “Cənub Qaz Dəh-
lizi”nin yaradılmasına dair digər
layihələrlə bağlı bəzi tədbirlər
haqqında” 2014-cü il tarixli 25
fevral Sərəncamı əsasında ya-
radılmış və səhmlərinin 51 faizi
dövlət mülkiyyəti olmaqla İqti-
sadiyyat Nazirliyinə, 49 faizi isə
SOCAR-a məxsus olan qapalı
səhmdar cəmiyyətidir.
Qeyd edək ki, Avropa İttifaqı
üçün prioritet enerji layihələ-
rindən biri olan “Cənub Qaz
Dəhlizi”nin seqmentlərini “Şah-
dəniz-2”, Cənubi Qafqaz Boru
Kəmərinin
Genişləndirilməsi
(CQBKG), TANAP və TAP la-
yihələri təşkil edir. Bu boru xət-
ti Xəzər dənizinin Azərbaycan
sektorundakı “Şahdəniz-2” yata-
ğından hasil olunacaq qazı Tür-
kiyəyə və bu ölkədən də Avro-
paya çatdıracaq. Uzunluğu 3 min
500 kilometr olan “Cənub Qaz
Dəhlizi” vasitəsilə ilkin mərhələ-
də Türkiyəyə 6 milyard kubmetr,
Avropaya 10 milyard kubmetr
qaz nəqli nəzərdə tutulur. Azər-
baycan təbii qazının 2018-ci ilin
ortalarında Türkiyəyə, 2020-ci
ilədək isə Avropaya çatdırılması
planlaşdırılır.
“cƏnUB qAZ DƏhLİZİ” LAYİhƏSİ üZRƏ MALİYYƏ
öhDƏLİkLƏRİnİn 72 fAİZİ İcRA EDİLİB
Gələn il Beynəlxalq
Dəniz Təşkilatı (IMO)
70 illik yubileyini qeyd
edəcək. Elə 2018-ci il
üçün seçilən şüar da
bununla bağlı olacaq.
Bu barədə London-
da keçirilən Beynəlxalq
Dəniz Təşkilatının 30-cu
Assambleyasında çıxış
edən qurumun baş kati-
bi Ki Tak Lim məlumat
verib.
Onun sözlərinə görə,
2018-ci ildə dənizçilər “Daha
yaxşı gələcək üçün, daha yaxşı
dəniz daşımaları” şüarı altında
fəaliyyət göstərəcəklər.
Baş katib əlavə edib ki, IMO
1948-ci ildən qlobal tədarük zən-
cirində vacib rol oynayır. Təşkilat
missiyasını bundan sonra da da-
vam etdirməyə çalışacaq.
“DAhA YAXşI gƏLƏcƏk üçün, DAhA
YAXşI DƏnİZ DAşIMALARI”
“AZƏRBAYcAn RESPUBLİkASInDA DƏnİZ nƏqLİYYATI SAhƏSİnDƏ
MƏSULİYYƏTİn ARTIRILMASInDA DöVLƏT DƏnİZ ADMİnİSTRASİYASInA
DƏSTƏk” TVİnnİnq LAYİhƏSİnİn YEkUn İcLASI kEçİRİLİB