2017-ci il dekabrın 19-dən “Gəncə” tankeri xarici sularda maye yükdaşımalarına cəlb olunub



Yüklə 494,57 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix06.05.2018
ölçüsü494,57 Kb.
#42722
1   2   3   4   5   6   7   8

Dekabrın 

8-də Dövlət Dəniz 

Administrasi-

yasında “Azər-

baycan Respub-

likasında dəniz 

nəqliyyatı sahə-

sində məsuliyyə-

tin artırılmasında 

Dövlət Dəniz Ad-

ministrasiyasına 

Dəstək” Tvinninq 

layihəsinin yekun 

iclası keçirilib.

Layihənin əsas məqsədi Azərbay-

canda  dəniz  üzgüçülüyünün  təhlükə-

sizliyi və dənizin gəmilərdən çirklən-

dirilməsinin  qarşısının  alınması  ilə 

əlaqədar  beynəlxalq  konvensiyalarda 

nəzərdə  tutulmuş  məsuliyyət  prose-

durlarının  Avropa  İttifaqı  qanunveri-

ciliyi  ilə  əlaqəli  şəkildə  həyata  keçi-

rilməsində  və  tətbiqi  məsələlərində 

Dövlət  Dəniz  Administrasiyasının 

potensialını  gücləndirməkdən  ibarət 

olub.

Yekun  iclasda  Dövlət  Dəniz Ad-



ministrasiyasının  rəisinin  müavini 

Şahlar Məmmədov, Avropa İttifaqının 

Azərbaycandakı  nümayəndəliyinin 

rəhbəri,  səfir  Kestutis  Yankauskas, 

üzv  dövlətin  layihə  rəhbəri  Benito 

Nunez Quintanilla, Rezident Tvinninq 

müşaviri  Fernando  Juan  Collado  Si-

mon, eləcə də Nazirlər Kabineti, İqti-

sadiyyat, Ədliyyə, Ekologiya və Təbii 

Sərvətlər nazirlikləri və “Xəzər Dəniz 

Gəmiçiliyi”  QSC-nin  nümayəndələri 

və digər rəsmilər iştirak ediblər.

Tədbirdə  çıxış  edən  Dövlət  Də-

niz Administrasiyasının  rəis  müavini 

Şahlar  Məmmədov  bildirib  ki,  res-

publikamızda  dəniz  nəqliyyatı  sahə-

sinin inkişaf etdirilməsi istiqamətində 

həyata  keçirilən  xüsusi  əhəmiyyətli 

zəruri tədbirlərdən biri və ən önəmlisi 

mövcud  maddi-texniki  bazadan  daha 

səmərəli  istifadə  edilməsi  məqsədilə 

dəniz nəqliyyatı sahəsi üzrə milli qa-

nunvericiliyin beynəlxalq standartlara 

uyğunlaşdırılması  istiqamətində  gö-

rülən işlərdir.

Məhz Avropa Qonşuluq və Tərəf-

daşlıq Alətinin Azərbaycan üzrə Fəa-

liyyət  Proqramı  çərçivəsində  Azər-

baycan Respublikasının Dövlət Dəniz 

Administrasiyasında  həyata  keçirilən 

“Azərbaycan  Respublikasında  dəniz 

üzgüçülüyünün  təhlükəsizliyinin  və 

dəniz  mühitinin  mühafizəsinin  tək-

milləşdirilməsi  haqqında”  Tvinninq 

layihəsindən uğurlu nəticələr əldə edi-

lib. Bundan əlavə, bu Tvinninq layihə-

si də respublikamızda dəniz nəqliyyatı 

sahəsi üzrə milli qanunvericiliyin bey-

nəlxalq standartlara uyğunlaşdırılması 

istiqamətində atılan mühüm addımlar-

dan biri kimi dəyərləndirilə bilər.

Tədbirdə vurğulanıb ki, “Azərbay-

can Respublikasında dəniz nəqliyyatı 

sahəsində  məsuliyyətin  artırılmasın-

da  Dövlət  Dəniz  Administrasiyasına 

dəstək” adlı tvinninq layihəsi çərçivə-

sində qarşıya qoyulan məqsədlərə tam 

nail olunub.

“Dəniz tələbləri ilə bağlı məsuliy-

yətin  məhdudlaşdırılması  haqqında” 

1976-cı il tarixli Beynəlxalq Konven-

siyaya  dəyişikliklər  edilməsi  barədə” 

1996-cı il tarixli Protokol Azərbaycan 

Respublikasının 2016-cı il 16 dekabr 

tarixli  466-VQ  nömrəli  Qanunu  ilə 

təsdiq edilib və həmin Protokola uy-

ğunlaşdırılması  məqsədilə  hazırlanan 

“Azərbaycan  Respublikasının Ticarət 

Gəmiçiliyi Məcəlləsində dəyişikliklər 

edilməsi  haqqında” Azərbaycan  Res-

publikasının Qanunu qəbul edilib.

Bundan  başqa,  dəniz  nəqliyyatı 

sahəsi üzrə inzibati məsuliyyəti müəy-

yən edən normativ hüquqi aktlar, İnzi-

bati Xətalar və Ticarət Gəmiçiliyi Mə-

cəllələrinin müvafiq hissələri bir daha 

nəzərdən  keçirilib,  müvafiq  müddəa-

lar  ətraflı  təhlil  edilərək,  qiymətlən-

dirilmə  aparılıb  və  qanun  layihələri 

yenidən işlənərək hazırlanıb. Nəticədə 

“Azərbaycan Respublikasının İnziba-

ti  Xətalar  Məcəlləsində  dəyişikliklər 

edilməsi haqqında” Qanun 2017-ci il 

16 may tarixində Azərbaycan Respub-

likası  Milli  Məclisi  tərəfindən  qəbul 

edilib.


Avropa  İttifaqının  Azərbaycan-

dakı  nümayəndəliyinin  rəhbəri,  səfir 

Kestutis Yankauskas bildirib ki, bütün 

nəqliyyat növlərinin təhlükəsizliyi və 

mühafizəsi  sahəsində  qanunvericilik 

və  normativ  bazanın Avropa  və  bey-

nəlxalq standartlara uyğunlaşdırılması 

prosesində  Avropa  İttifaqının  Azər-

baycana  dəstək  göstərməsi  istiqamə-

tində  reallaşan  əməkdaşlığı  uğurla 

davam  edir.  Səfir  Beynəlxalq  Dəniz 

Təşkilatının  üzv  Dövlətlərinin  Audit 

Sxeminə  (İMSAS)  əsasən  keçirilən 

audit yoxlamasına hazırlıq prosesində 

Tvinninq layihəsinin əhəmiyyətli rolu 

olduğunu bildirərək, yoxlamanın nəti-

cələrinin  yüksək  qiymətləndirildiyini 

qeyd edib. O, həmçinin 2014-cü ildə 

başa  çatan  “Azərbaycan  Respublika-

sında  dəniz  üzgüçülüyünün  təhlükə-

sizliyinin  və  dəniz  mühitinin  müha-

fizəsinin təkmilləşdirilməsi haqqında” 

Tvinninq layihəsindən danışıb.

Bundan əlavə, səfir diqqətə çatdı-

rıb  ki,  hazırda  yekun  iclası  keçirilən 

Tvinninq  layihəsinin  reallaşması  da 

Dövlət  Dəniz  Administrasiyasının 

təşəbbüsü ilə baş tutub.

Toplantıda çıxış edən Dövlət Də-

niz  Administrasiyasının  rəsmiləri 

bildiriblər  ki,  dəniz  nəqliyyatı  sahə-

si  üzrə  beynəlxalq  konvensiyaların 

tələblərindən  irəli  gələn  öhdəliklərin 

icra  vəziyyətinin  qiymətləndirilməsi 

məqsədilə  Beynəlxalq  Dəniz  Təşki-

latının  audit  ekspert  qrupunun  Azər-

baycan Respublikasında keçirdiyi au-

dit  yoxlama  zamanı  Prezident  İlham 

Əliyevin  rəhbərliyi  altında  iqtisadiy-

yatımızın  strateji  cəhətdən  mühüm 

sahələrindən biri olan dəniz nəqliyyatı 

sahəsində  formalaşdırılmış  siyasətə 

uyğun olaraq həyata keçirilən davamlı 

islahatlar və bu məqsədlə təsdiq olun-

muş mövcud normativ hüquqi aktlar, 

habelə dəniz üzgüçülüyünün təhlükə-

sizliyi,  dənizdə  insan  həyatının  və 

dəniz mühitinin mühafizəsi sahəsində 

məqsədyönlü və ciddi tədbirlərin hə-

yata keçirilməsi Audit Ekspert Qrupu 

tərəfindən xüsusi rəğbətlə qarşılanıb.

Çıxışlarda  audit  yoxlamasına  ha-

zırlıq işlərinin aparılması, həyata keçi-

rilmiş iki Tvinninq layihəsinin nəticəsi 

olaraq qanunvericiliyimizin Azərbay-

can  Respublikasının  dəniz  nəqliyyatı 

sahəsində qoşulduğu beynəlxalq kon-

vensiyalara,  habelə  müvafiq  Avropa 

İttifaqı  direktivlərinə  uyğun  təkmil-

ləşdirilməsi,  treninq  və  seminarların 

təşkilinə  dair  təcrübə  mübadiləsinin 

aparılması, aidiyyəti məsələlərin mü-

zakirə  edilməsi  və  lazımi  tədbirlərin 

görülməsi  istiqamətində  ispaniya-

lı  mütəxəssislərlə  həyata  keçirilən 

əməkdaşlıq xüsusi vurğulanıb.

İclas  zamanı  administrasiyanın 

tabeliyində  Dəniz  Üzgüçülüyünün 

Təhlükəsizliyi  Mərkəzinin  Uzaq 

Məsafədən  Tanınma  və  İzləmə  Mil-

li Mərkəzi nümayiş etdirilib. Ən son 

və  müasir  standartlara  cavab  verən 

izləmə  avadanlıqları  vasitəsilə  təmin 

olunan  belə  bir  mərkəzin  “Dənizdə 

insan  həyatının  mühafizəsinə  dair 

Beynəlxalq  Konvensiya”nın  tələblə-

rinə uyğun olaraq Xəzəryanı ölkələr-

də ilk dəfə Azərbaycanda yaradıldığı 

qeyd  edilərək,  görüş  iştirakçılarına 

uzaq məsafədə üzən gəmilərin izlənil-

məsi prosesi ilə yaxından tanış olmaq 

imkanı yaradılıb.

İclasın sonunda tərəflər Avropa İt-

tifaqının dəniz nəqliyyatı sahəsindəki 

təcrübəsinin  ölkəmiz  üçün  əhəmiy-

yətindən bəhs edib və Avropa İttifaqı 

ilə Azərbaycan Respublikası arasında 

digər  sahələrdə  də  əməkdaşlığın  ge-

nişləndirilməsinin  ölkəmizdə  dəniz 

nəqliyyatı  sahəsində  mövcud  poten-

sialın  inkişafına  şərait  yaradacağını 

vurğulayıblar.

Qeyd  edək  ki,  Azərbaycan  Res-

publikasının  Dövlət  Dəniz  Admi-

nistrasiyası  qabaqcıl  ölkələrin  dəniz 

nəqliyyatı sahəsində təcrübəsinin öy-

rənilməsinə daim üstünlük verir. Av-

ropa  Qonşuluq  və  Tərəfdaşlıq  Proq-

ramları  çərçivəsində  “Azərbaycan 

Respublikasında  dəniz  üzgüçülüyü-

nün təhlükəsizliyinin və dəniz mühi-

tinin mühafizəsinin təkmilləşdirilmə-

si  haqqında”  Tvinninq  layihəsindən 

sonra  “Azərbaycan  Respublikasında 

dəniz  nəqliyyatı  sahəsində  məsuliy-

yətin  artırılmasında  Dövlət  Dəniz 

Administrasiyasına dəstək” Tvinninq 

layihəsi  Avropa  İttifaqı  tərəfindən 

maliyyələşdirilən  artıq  ikinci  uğurlu 

layihələrdəndir.



Xəzər Dəniz Layihə Elmi- 

Tədqiqat İnstitutu (“Xəzərdənizla-

yihə ETİ”) 1930-cu ildən fəaliyyət 

göstərir.

İnstitut  bərə  əlaqəsinin  inkişa-

fına  böyük  töhfələr  verib.  Belə  ki, 

əməkdaşlarının  layihələri  əsasında 

Bakı, Türkmənbaşı, Bekdaş liman-

larında  bərə  kompleksləri,  Saxalin 

adasını  materiklə  birləşdirən  Va-

nino  –  Xolmsk,  İliçevsk  –  Varna 

(Ukrayna – Bolqarıstan), Klaypeda 

– Mukran (Litva – Almaniya) bərə 

keçidləri yaradılıb.

Bakının  Qaradağ  rayonunda 

yerləşən Dərin Özüllər Zavodunun 

hidrotexniki  qurğularının  inşası, 

gəmi  təmiri  zavodlarının  və  gəmi 

üzgüçülüyü  kanallarının  rekon- 

struksiyası  da  bu  institutun  adı  ilə 

bağlıdır. Bundan başqa, institut Su-

riya,  Liviya,  İran,  Bolqarıstan  və 

Əfqanıstanda da bir çox tədqiqat və 

layihə işi həyata keçirib.

Bakının  simvoluna  çevrilmiş 

Bulvar  ərazisində  yerləşən  “Yaxt 

Klub” və gəzinti katerləri də Xəzər 

Dəniz  Layihə  Elmi-Təqdiqat  İnsti-

tutu  əməkdaşlarının  layihələri  əsa-

sında tikilib.

Bir müddət fəaliyyət istiqaməti-

ni dəyişən “Xəzərdənizlayihə ETİ” 

gəmi  təmirində  layihələndir-

mə  işləri  aparıb.  “Azərbay-

can Xəzər Dəniz Gəmiçiliyi” 

QSC-nin 

yaradılmasından 

sonra  demək  olar  ki,  qurum 

yenidən təşkil edilib.

İnstitutun  direktoru  Oy-

rad Abdullayev deyir ki, üzə-

rimizə böyük vəzifə və tapşı-

rıqlar qoyulub:

- Hazırda institutda Xəzər 

Dəniz Neft Donanması üçün 

yeni  gəmilər  layihələndirilir. 

Belə  ki,  institut  tərəfindən 

300kVt gücə malik olan təc-

hizat, dənizin dərinliyi 60 m 

qədər olan sahələrdə işləmək 

üçün  dalğıc  və  sahilyanı  də-

niz  neft  obyektlərinə  işçiləri 

daşımaq  üçün  nəzərdə  tutu-

lan    70  nəfərlik  sərnişin  ka-

terlərinin  layihələri  uğurla 

icra olunur.

–  Tikinti  işləri  nə  vaxt 

başlayacaq?

-Təchizat  katerinin  Təs-

nifat  Cəmiyyəti  tərəfindən 

təsdiqini  almışıq.  Artıq  işçi 

layihəsinə başlamışıq. Dalğıc 

kateri  üzrə  sənədlərin  bəzisi  

təsdiqlənib. Növbəti ildə hə-

min  gəminin  işçi  layihəsinə  başla-

yacağıq. Sərnişin katerinə gəldikdə 

isə  eskiz  işlərini  yeni  tamamlamı-

şıq. Hazırda təsnifat layihəsinin ic-

rasına hazırlaşırıq.

Direktorun  sözlərinə  görə,  gə-

milər layihələndirilərkən hər detala 

fikir verilir. Bu zaman sifarişçilərlə 

yanaşı,  istismarçıların,  yəni  dəniz-

çilərin də rəyləri öyrənilir, təklifləri 

nəzərə alınır.



-  oyrad  müəllim,  haqqında 

danışdığınız gəmilər hansı üstün-

lüklərə malik olacaq?

-  Layihələndirdiyimiz  300  kVt 

gücə  malik  təchizat  gəmisi  yedək 

əməliyyatı da apara biləcək. Gəmi, 

həmçinin 12 nəfər sərnişin tutumu-

na, 5 ton qaldırıcı qüvvədən ibarət 

yük göyərtəsinə və  bir tonluq kra-

na malik olacaq. Həm də kənar ob-

yektlərdə  yanğını  söndürmək  üçün 

zəruri vasitələrlə təmin ediləcək bu 

gəmi  “  “Qaradağ”,  “Cə-

mil  Niftəliyev”  gəmilərini 

əvəz edəcək. Dalğıc kateri 

də  unikallığı  ilə  seçiləcək. 

O,  istismarda  olan  “Ge-

ofizik”  və  kiçik  həcmli 

“Orion”u  əvəz  edə  bilə-

cək.  Sərnişin  katerləri  isə  

“PSK”-ları  əvəzləyəcək. 

Sözügedən  gəmilər  “Azər-

baycan  Xəzər  Dəniz  Gə-

miçiliyi”  QSC-nin  “Zığ” 

Gəmi  Təmiri  və  Tikintisi 

Zavodunda inşa olunacaq.

Layihələndirmə 

za-


manı  xarici  təcrübədən  də 

istifadə  olunur.  İnstitutun 

Odessa  Dəniz  Mühəndis-

lik Bürosu ilə birgə müəs-

sisəsi fəaliyyət göstərir. Bu 

əməkdaşlıq  instituta böyük 

fayda verir.

Gənclərin üstünlük təş-

kil  etdiyi  kollektivdə  yaş-

lılar  da  az  deyil.  Birbaşa 

gəmi layihələndirilməsi ilə 

məşğul  olan  veteranların 

zəngin  təcrübəsi  çox  işdə 

gənclərin köməyinə çatır.  

İnstitut təkcə “AXDG” 

QSC-nin  sifarişlərini  ye-

rinə  yetirmir.  Kənar  təşkilatlardan 

da sifarişlər daxil olur.

Oyrad 

Abdullayev 



deyir: 

“Lənkəran 

Mexanikləşdirmə” 

MMC ilə işimiz olub. Bu yaxınlar-

da Azneft İB-nin layihəsini bitirmi-

şik.”


İnstitutda  yeni  proqram  təmi-

natlarından  istifadə  edilir.  Tətbiq 

olunan  proqramlar  arasında  “SEA 

SOLUTİON” (layihələndirilən gə-

milərin  səthlərinin  3D  formatın-

da  riyazi  modelini  formalaşdırır), 

“SEA Hydro” (layihələndirilən gə-

minin  hidrostatik  xüsusiyyətlərini 

və dayanıqlığını müəyyənləşdirir), 

“EBrus” (layihələndirilən gəminin 

konstruksiyalarının  möhkəmliyi-

nin  hesablanmasını  təmin  edir),  

“CADMATİC”  (gəminin  3D  for-

matında modelini formalaşdırır və 

gəminin  tikilməsi  üçün  tələb  olu-

nan  texniki  sənədləri  hazırlamağa 

imkan verir) var.

İnstitutda  bütün  layihələrin 

üçölçülü  formatda  həyata  keçiril-

məsi  strateji  hədəf  kimi  qarşıya 

qoyulub.  Bu, işin keyfiyyətinə və 

icra müddətinin qısaldılmasına tə-

sir göstərən əsas məsələ hesab olu-

nur.


İnstitut  Azərbaycan  Respubli-

kası  Dövlət  Dəniz  Administrasi-

yasının, “Rusiya Dəniz Gəmiçiliyi 

Registri”nin,  “Azərbaycan  Dəniz 

Gəmiçiliyi  Registri”nin  müva-

fiq  şəhadətnamələrinə,  tikintisinə 

icazə  tələb  olunan  və  barəsində 

məlumatlandırma  icraatı  tətbiq 

olunan  bina  və  qurğuların  la-

yihələndirilməsi  üçün Azərbaycan 

Respublikası  İqtisadiyyat  Nazirli-

yinin lisenziyasına malikdir.

“Xəzərdənizlayihə  ETİ”-nin 

kollektivinin  hədəfləri  böyük-

dür.  İnstitut  daha  iri  gəmilərin  la-

yihələndirilməsi  barədə  düşünür. 

Bundan başqa, kadr bazası tam for-

malaşdırıldıqdan sonra xaricdən də 

sifariş qəbulu nəzərdə tutulur.

A Z


R B A Y C A N

X Z R D N Z G M

L Y

И

ИЧИ И И



20 dekabr 2017-ci il   № 89-92 (9183)

5

www.seanews.az

“XƏZƏRDƏnİZLAYİhƏ ETİ”-DƏ DAhA İRİ gƏMİLƏRİn 

LAYİhƏLƏnDİRİLMƏSİ BARƏDƏ DüşünüRLƏR

Azərbaycan “Cənub Qaz 

Dəhlizi” layihəsi üzrə maliyyə 

öhdəliklərinin 72 faizini icra 

edib.

Bu barədə AZƏRTAC-ın sor-

ğusuna cavab olaraq “Cənub Qaz 

Dəhlizi” Qapalı Səhmdar Cəmiy-

yətindən (CQD) bildirilib.

Qeyd  edilib  ki,  “Cənub  Qaz 

Dəhlizi”  layihələrində  “Cənub 

Qaz Dəhlizi” QSC-nin mülkiyyə-

tində  olan  iştirak  paylarının  ma-

liyyələşdirilməsinə 2014-2020-ci 

illər  üzrə  tələb  olunan  11,7  mil-

yard ABŞ dolları həcmində vəsa-

itdən cari ilin dekabrın 12-dək 8,4 

milyard dollarıq hissəsi, yəni 72 

faizi investisiya edilib.

Xatırladaq  ki,  “Cənub  Qaz 

Dəhlizi” QSC Azərbaycan Prezi-

dentinin  “Şahdəniz  qaz-konden-

sat  yatağının  istismarının  ikinci 

mərhələsi  və  “Cənub  Qaz  Dəh-

lizi”nin  yaradılmasına  dair  digər 

layihələrlə  bağlı  bəzi  tədbirlər 

haqqında”  2014-cü  il  tarixli  25 

fevral  Sərəncamı  əsasında  ya-

radılmış  və  səhmlərinin  51  faizi 

dövlət  mülkiyyəti  olmaqla  İqti-

sadiyyat Nazirliyinə, 49 faizi isə 

SOCAR-a  məxsus  olan  qapalı 

səhmdar cəmiyyətidir.

Qeyd edək ki, Avropa İttifaqı 

üçün  prioritet  enerji  layihələ-

rindən  biri  olan  “Cənub  Qaz 

Dəhlizi”nin  seqmentlərini  “Şah-

dəniz-2”,  Cənubi  Qafqaz  Boru 

Kəmərinin 

Genişləndirilməsi 

(CQBKG),  TANAP  və  TAP  la-

yihələri təşkil edir. Bu boru xət-

ti  Xəzər  dənizinin  Azərbaycan 

sektorundakı  “Şahdəniz-2”  yata-

ğından  hasil  olunacaq  qazı  Tür-

kiyəyə  və  bu  ölkədən  də  Avro-

paya çatdıracaq. Uzunluğu 3 min 

500  kilometr  olan  “Cənub  Qaz 

Dəhlizi” vasitəsilə ilkin mərhələ-

də Türkiyəyə 6 milyard kubmetr, 

Avropaya  10  milyard  kubmetr 

qaz  nəqli  nəzərdə  tutulur.  Azər-

baycan təbii qazının 2018-ci ilin 

ortalarında  Türkiyəyə,  2020-ci 

ilədək  isə Avropaya  çatdırılması 

planlaşdırılır.



 “cƏnUB qAZ DƏhLİZİ” LAYİhƏSİ üZRƏ MALİYYƏ 

öhDƏLİkLƏRİnİn 72 fAİZİ İcRA EDİLİB

Gələn il Beynəlxalq 

Dəniz Təşkilatı (IMO) 

70 illik yubileyini qeyd 

edəcək. Elə 2018-ci il 

üçün seçilən şüar da 

bununla bağlı olacaq.

Bu  barədə  London-

da  keçirilən  Beynəlxalq 

Dəniz Təşkilatının 30-cu 

Assambleyasında  çıxış 

edən  qurumun  baş  kati-

bi  Ki  Tak  Lim  məlumat 

verib.


Onun sözlərinə görə, 

2018-ci  ildə  dənizçilər  “Daha 

yaxşı  gələcək  üçün,  daha  yaxşı 

dəniz  daşımaları”  şüarı  altında 

fəaliyyət göstərəcəklər.

Baş katib əlavə edib  ki, IMO 

1948-ci ildən qlobal tədarük zən-

cirində vacib rol oynayır. Təşkilat 

missiyasını  bundan  sonra  da  da-

vam etdirməyə çalışacaq.



“DAhA YAXşI gƏLƏcƏk üçün, DAhA 

YAXşI DƏnİZ DAşIMALARI”

“AZƏRBAYcAn RESPUBLİkASInDA DƏnİZ nƏqLİYYATI SAhƏSİnDƏ 

MƏSULİYYƏTİn ARTIRILMASInDA DöVLƏT DƏnİZ ADMİnİSTRASİYASInA 

DƏSTƏk” TVİnnİnq LAYİhƏSİnİn YEkUn İcLASI kEçİRİLİB


Yüklə 494,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə