2017-ci il dekabrın 19-dən “Gəncə” tankeri xarici sularda maye yükdaşımalarına cəlb olunub



Yüklə 494,57 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix06.05.2018
ölçüsü494,57 Kb.
#42722
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


20 dekabr 2017-ci il   № 89-92 (9183)

4

www.seanews.az

Beynəlxalq Dəniz Təşkilatına 

üzv dövlətlər Azərbaycan Respubli-

kasının Dövlət Dəniz Administrasi-

yasının təcrübəsindən yararlanmaq 

üçün rəsmi müraciət ediblər.

Dövlət  Dəniz  Administrasiya-

sından    bildirilib  ki,  administra-

siyanın  rəisi  Qüdrət  Qurbanovun 

rəhbərlik  etdiyi  nümayəndə  heyəti 

noyabrın  27-si  dekabrın  6-sı  ta-

rixlərində Beynəlxalq Dəniz Təşki-

latının 30-cu Assambleyasının ses-

siyasında  iştirak  edib.  Beynəlxalq 

Dəniz  Təşkilatının  Londonda  yer-

ləşən mənzil-qərargahında keçirilən 

iclasda assambleyanın prezidenti və 

vitse-prezidentləri  seçilib,  etimad-

namə  komitəsi  və  digər  komitələr 

yaradılıb, Beynəlxalq Dəniz Təşki-

latının Şurasının və digər komitələ-

rinin  2017-ci  il  ərzində  keçirilən 

sessiyalarının yekunları barədə mə-

ruzələr dinlənilib.

Dəniz  nəqliyyatı  sahəsi  üzrə 

beynəlxalq  konvensiyaların  tələb-

lərindən irəli gələn öhdəliklərin icra 

vəziyyətinin 

qiymətləndirilməsi 

məqsədilə  Beynəlxalq  Dəniz  Təş-

kilatının  Audit  Ekspert  Qrupunun 

2017-ci ilin 28 may–6 iyun tarixlə-

rində  Azərbaycan  Dövlət  Dəniz 

Administrasiyasında keçirdiyi audit 

yoxlamasının  uğurlu  nəticələri  ilə 

bağlı Azərbaycan nümayəndə heyə-

tinin rəhbəri Qüdrət Qurbanov çıxış 

edib. Dövlət Dəniz Administrasiya-

sının  rəisi  bildirib  ki,  audit  yoxla-

manın nəticələrinə əsasən Azərbay-

can  Respublikası  172  dünya  dəniz 

dövləti sırasında ən qabaqcıllar olan 

Avropa dövlətlərini geridə qoyaraq, 

statistika üzrə ön sırada yer tutub.

Azərbaycan  nümayəndə  heyə-

tinin  rəhbəri  vurğulayıb  ki,  Audit 

Ekspert  Qrupunun  keçirdiyi  audit 

yoxlamasının  müsbət  nəticələ-

ri  Azərbaycanda  dəniz  nəqliyyatı 

sahəsində  həyata  keçirilən  tədbir-

lərin, qəbul edilən normativ hüquqi 

aktların,  gəmilərin  standartlarına 

nəzarət  və  müfəttişlər  tərəfindən 

yoxlanılmasının, Dövlət Dəniz Ad-

ministrasiyasının  tabeliyində  olan 

liman  kapitanlarının  fəaliyyətinin, 

liman  akvatoriyalarında  və  ümu-

miyyətlə Azərbaycan Respublikası-

nın bütün ərazi sularında gəmilərin 

hərəkətinin  idarə  edilməsi  sistemi-

nin  Beynəlxalq  Dəniz  Təşkilatının 

bütün tələblərinə uyğun olaraq yük-

sək səviyyədə təşkil olunması barə-

də fikir yürütməyə əsas verir.

Audit  yoxlamasından  uğurla 

çıxan Azərbaycan Dövlət Dəniz Ad-

ministrasiyasının qazandığı müsbət 

nəticələr Beynəlxalq Dəniz Təşkila-

tına üzv dövlətlərin rəğbətinə səbəb 

olub. Beynəlxalq Dəniz Təşkilatına 

üzv dövlətlər Belarus və Ukrayna-

nın təmsilçiləri Azərbaycanın təcrü-

bəsindən  yararlanmaq  istədiklərini 

və tezliklə geniş nümayəndə heyəti 

ilə ölkəmizə səfər edəcəklərini bil-

diriblər.

Qeyd  edək  ki,  Türkmənistan 

Respublikasının Çay və Dəniz Nəq-

liyyatı  Dövlət  Xidmətinin  Dəniz 

Üzgüçülüyünə nəzarət üzrə Dövlət 

Administrasiyasının  rəhbərliyi  də 

noyabr  ayında  bu  məqsədlə  Azər-

baycana səfərə gəlib.

İclasda  2017-ci  ildə  keçirilən 

digər  audit  yoxlamaların  nəticələ-

rinə  dair  məlumatlar  verilib,  Bey-

nəlxalq Dəniz Təşkilatına üzv olan 

172  dövlətin  hesabatı,  Beynəlxalq 

Dəniz  Təşkilatının  təlim–tədris 

mərkəzlərinin  hesabatları,  2016-cı 

və 2017-ci illərdə qeyd edilən “Bey-

nəlxalq Dənizçi Günü” ilə əlaqədar 

hesabatlar dinlənilib.

Uzun  illər  ərzində  Beynəlxalq 

Dəniz  Təşkilatına  verdiyi  töhfəyə 

görə,  seçilən  karyera  sahibi  4  il 

ərzində  Beynəlxalq  Dəniz  Təşki-

latının  baş  katibi  olmuş  Koji  Se-

kimizuya  2016-cı  il  üçün  nüfuzlu 

Beynəlxalq Dəniz Mükafatı təqdim 

edilib. Mükafatı Beynəlxalq Dəniz 

Təşkilatının  baş  katibi  Kitak  Lim 

təqdim edib.

Assambleyanın  iclasının  gedi-

şində  “Beynəlxalq  Dəniz  Təşkilatı 

haqqında”  Konvensiyanın  16-cı 

və  17-ci  maddələrinə  uyğun  ola-

raq  növbəti  iki  illik  müddətə  Bey-

nəlxalq Dəniz Təşkilatının Şurasına 

seçkilər keçirilib. Nəticələrə əsasən 

A kateqoriyası üzrə 10, B kateqori-

yası üzrə 10, C kateqoriyası üzrə 20 

dövlət seçilib.



BEYnƏLXALq DƏnİZ TƏşkİLATInA üZV DöVLƏTLƏR DöVLƏT DƏnİZ 

ADMİnİSTRASİYASInIn TƏcRüBƏSİnDƏn YARARLAnMAq İSTƏYİRLƏR

Müsahibimiz “General Əsə-

dov” gəmisinin kapitanı Kamil 

Muxtarovdur.

- kamil müəllim, söhbətimizə 

sizi  tanımaqla  başlayaq.  Bilirəm 

ki, Bakıda doğulmusunuz...

-  Bəli,  1956-cı  il  iyunun  1-də 

Bakıda  anadan  olmuşam.  Babam 

dənizçi, atam neftçi olub. 



- Deməli, dənizçi olmağınız tə-

sadüfi deyil?

- Düzü, bu peşəni məni dənizçi 

görmək  istəyən  babamın  təkidi  ilə 

seçmişəm. 1973-cü ildə sənədlərimi 

Qafur Məmmədov adına Bakı  Də-

niz Yolları  Məktəbinə verdim. Bu-

rada  “Gəmi  sürücülüyü”  ixtisasına 

yiyələndim.  1977-ci  ildə  təyinatla 

Xəzər  Dəniz  Neft  Donanmasına 

gəldim. 


- Elə o vaxtdan Xəzər 

Dəniz neft Donanmasın-

da işləyirsiniz? 

- Bəli, 40 ildən çox də-

nizçilik təcrübəm var. Su-

lar qoynunda fəaliyyətimə 

kapitanın  3-cü  köməkçisi 

kimi başlamışam. 30 ildir 

kapitanam.

-  kamil  müəllim, 

dənizçi  olmaq  asan  de-

yil.  kapitanlıq  isə  yəqin 

ikiqat çətindir.

- Təbii  ki,  asan  deyil. 

Amma  bu  işin  çətinliklə-

rini  izah  etmək  ondan  da 

çətindir.  Dənizdə  olanları,  fırtına-

nın  yaratdığı  həyəcanı,  fırtınadan 

çıxdığımız  zaman  yaşadığımız  se-

vinci  heç  cür  təsvir  edə  bilmərəm. 

Bunun üçün dənizdə olmaq, dəniz-

çi  işləmək  lazımdır.  Ümumilikdə, 

işimiz  çox  məsuliyyətlidir.  Hər  anı 

diqqət  və  sevgi  tələb  edir.  İradəli 

olmalı, dənizi və dənizin sənə bəxş 

etdiklərini sevməlisən, onun nazıy-

la  oynamalısan.  Əks  halda,  dənizə 

uduzacaqsan. 



- Dənizçi olduğunuza, babanı-

zın  sözünə  qulaq  asdığınıza  görə 

heç  peşmançılıq  hissi  keçirmisi-

nizmi?

-  Bu  nöqtəyə  heç  gəlmədim. 

Əksinə, hər zaman qarşıma qoydu-

ğum  məqsədləri  düşündüm.  Adam 

var, dörd il oxuyur və işə gəldiyi ilk 

gün də geri çəkilir. Qorxur... Bu işin 

bir sirri var. Hər gün bugün bitsin, 

evə dönüm deyərsinizsə, o gün doğ-

rudan da keçməyəcək. Buna görə də 

dənizçi olmaq istəyən hər kəs bu işi 

həyat tərzinə çevirməlidir.

-  gəmi  kapitanı  kimi  heyəti-

nizlə  münasibəti  necə  tənzimlə-

yirsiniz? 

- Heyətimiz 21 nəfərdən ibarət-

dir.  Onların  hər  biri  mənə  ayrı-ay-

rılıqda  doğmadır.  Ümumiyyətlə, 

heyətimiz çox yaxşıdır. Bir-birimizə 

dəstək  olmağı  bacarırıq,  ailə  kimi-

yik.

-  kamil  müəllim,  idarə  etdi-

yiniz  “general  Əsədov”  gəmisi 

ilə neftçilərə xidmət edirsiniz. Bir 

qədər  də  işinizdən,  sərnişinlərlə 

münasibətinizdən danışın.

-  Hər  gün  500  neftçini    “Neft 

Daşları”na aparır və geri gətirirəm. 

Qarşıma qoyulan əsas vəzifə bu işi 

təhlükəsiz  yerinə  yetirməkdir.  Bu-

nun  üçün  əlimdən  gələni  edirəm. 

Onu da deyim ki, neftçilərə xidmət 

etməkdən qürur duyuram. 



-  Yeri  gəlmişkən,  bu  gün-

lərdə  Prezident  İlham  Əliyev 

iki milyardıncı ton neftin hasi-

li  münasibətilə  sizi  “Tərəqqi” 

medalı ilə təltif etdi.  nə deyə 

bilərsiniz?

- Əməyimiz hər zaman qiy-

mətləndirilir. Dənizçilərə bu cür 

diqqətin  olması  sevindiricidir. 

Buna görə, dövlətimizin başçısı 

cənab İlham Əliyevə və Gəmiçi-

liyin  rəhbəri  Rauf Vəliyevə  də-

rin minnətdarlığımı bildirirəm. 



-  Son  olaraq  əlavəniz  var-

sa, buyurun. 

-  Hər  kəsə  cansağlığı  arzula-

yıram.  Sizə  də  təşəkkür  edirəm  ki, 

şərəfli  dənizçi  peşəsinə  maraq  ya-

radırsınız.  “Dəniz”  qəzeti  və  “Se-

anews.az”  saytı  biz  dənizçilərin 

sevimli  informasiya  mənbəyidir. 

İşlərinizdə uğurlar!



Rövşən Abdurəhmanov

“nEfTçİLƏRƏ XİDMƏT ETMƏkDƏn qüRUR DUYURAM”

ASTARA (İRAn) – ASTARA (AZƏRBAYcAn) DƏMİR YoLU 

XƏTTİ DEkABRIn 25-DƏ İSTİSMARA VERİLƏcƏk

Azərbaycan və İranın 

dəmir yolları sistemlərini 

birləşdirəcək Astara (İran) – 

Astara (Azərbaycan) dəmir 

yolu xətti dekabrın 25-də 

istismara veriləcək.

Bu  barədə  məlumatı  İran 

Dövlət  Dəmir  Yolları  İdarəsi-

nin  beynəlxalq  əlaqələr  idarə-

sinin  direktoru  Abbas  Nəzəri 

verib.  O  bildirib  ki,  tərəflər 

arasında  gömrük  qeydiyyatı, 

viza  rejimi  və  İran Astarasın-

da  tikilən  yük  terminalından 

istifadə qaydaları haqqında da 

razılıq əldə olunub.

Xatırladaq  ki,  “Şimal-Cə-

nub”  Beynəlxalq  Nəqliyyat 

Dəhlizinin  əsasını  təşkil  edən 

Qəzvin-Rəşt  dəmir  yolunun 

davamı  olan  Astara(İran)-As-

tara(Azərbaycan)  dəmir  yolu 

xətti  İran  ilə  Rusiyanın  dəmir 

yolları  sistemlərini  Azərbay-

can vasitəsilə birləşdirəcək.



Rabil Kətanov

“Azərbaycan Xəzər Də-

niz Gəmiçiliyi” QSC Xəzər 

Dəniz Neft Donanmasının 

kran gəmilərində müvafiq 

işləri görən bir qrup əmək-

daş üçün “ilməçi-siqnalçı”, 

“takalej avadanlıqları ilə 

iş” adlı təlim keçirilir.

Təlimlər  zamanı  kran 

gəmilərində  yükqaldırmaya 

nəzarət,  yüklərin  bağlanma-

sı,  qoşulması,  takelaj  ava-

danlıqları ilə iş əməliyyatları 

nəzəri  və  praktiki  şəkildə 

izah olunur.

Ümumilikdə  40  nəfərə 

yaxın əməkdaşın iştirak edə-

cəyi  təlimlər  qrup  şəklində 

təşkil  edilir.  Hər  qrup  üçün 

təlim müddəti  3-5 gündür.

Onu  da  deyək  ki,  təlim 

“Safety  Qualification  Advi-

sory  Group”  şirkətinin  bu 

sahədə beynəlxalq sertifikat-

lara  malik  təlimçisi  tərəfin-

dən aparılır.

Xatırladaq  ki,  Gəmiçili-

yin Təhlükəsizliyin və Key-

fiyyətin İdarəetmə Sisteminə 

əsasən kran gəmilərinin yük 

əməliyyatlarını  yerinə  ye-

tirən  müvafiq  əməkdaşları 

“Yükqaldırma əməliyyatları və qaldı-

rıcı qurğularla iş qaydaları” (LOLER 

98), “İş avadanlıqlarının təchizatı və 

istifadəsi  qaydaları”  (PUWER  98), 

“İş  yerində  sağlamlıq  və  təhlükə-

sizliklə bağlı 1974-cü il Akt”ı (HA-

SAWA 1974) kimi beynəlxalq tələb-

lərə uyğun  təlimləndirilməlidirlər.

Qazaxıstanın Kurık lima-

nından “Azərbaycan Xəzər Də-

niz Gəmiçiliyi” QSC-yə məxsus 

“Ro-RO” tipli “Bəstəkar Qara 

Qarayev” gəmisi ilə ilk dəfə 

minik və yük avtomobilləri yola 

salınıb.

“RO-RO” 


tipli 

gəmi 


göyərtəsinə  27  TIR,  1  minik 

avtomobili və 30 sərnişin qəbul 

edib.  Gəmi    Bakı  Beynəlxalq 

Dəniz Ticarət Limanına dekab-

rın 10-da çatıb. 

Məlumat  üçün  bildirək  ki, 

uzunluğu  125.25,  eni  16.22 

metr  olan  Gəmiçiliyin  Dəniz 

Nəqliyyat  Donanmasına  məx-

sus “ Bəstəkar Qara Qarayev” 

gəmisinin yükgötürmə qabiliy-

yəti 3463 tondur.

Qeyd  edək  ki,  bundan  əv-

vəl  Kurık  limanından  yalnız 

vaqonların  yüklənməsi  müm-

kün idi. “RO-RO”  tipli gəmilər 

üçün yeni yanalma körpüsünün 

istifadəyə verilməsi isə TIR və 

minik  avtomobillərinin  də  da-

şınmasına şərait yaradıb.

Liman  rəsmilərinin  söz-

lərinə  görə,  yeni  körpü  ildə  2 

milyona yaxın əlavə yük gön-

dərməyə imkan verir.



kRAn gƏMİLƏRİnDƏ İşLƏYƏnLƏR üçün TƏLİM kEçİRİLİR

Beynəlxalq Hidroqrafiya Təş-

kilatının Texniki Dəstək Qrupu-

nun nümayəndələri Dövlət Dəniz 

Administrasiyasının rəsmiləri ilə 

görüşüblər.

Azərbaycan Dövlət Dəniz Admi-

nistrasiyasının  mətbuat  xidmətindən  

bildirilib  ki,  Azərbaycan  Respubli-

kasının  Müdafiə  Nazirliyinin  Na-

viqasiya  və  Kartoqrafiya  İdarəsinin 

nümayəndələrinin  də  iştirak  etdiyi 

görüşdə,  ilk  olaraq,  Dövlət  Dəniz 

Administrasiyasının  Uzaq  Məsafə-

dən Tanınma və İzləmə Milli Mərkə-

zi ilə tanışlıq olub.

Qonaqlara  məlumat  verilib  ki, 

Azərbaycan  Respublikası  Preziden-

tinin  14  mart  2014-cü  il  tarixli  338 

nömrəli Sərəncamına əsasən ölkəmi-

zin  ərazisində  dəniz  üzgüçülüyünün 

təhlükəsizliyinin  daha  səmərəli  təş-

kilini  təmin  etmək  məqsədilə  Azər-

baycan  Respublikası  Dövlət  Dəniz 

Administrasiyasının 

tabeliyində 

Dəniz  Üzgüçülüyünün  Təhlükəsiz-

liyi  Mərkəzi  yaradılıb.  Nazirlər  Ka-

binetinin  23  may  2014-cü  il  tarixli 

164  nömrəli  qərarı  ilə  təsdiq  edilən 

nizamnaməyə  əsasən  adıçəkilən 

mərkəzin funksiyalarına Azərbaycan 

Respublikasının  ərazi  sularında  və 

liman akvatoriyalarında dəniz üzgü-

çülüyünün  təhlükəsizlik  sisteminin 

təşkil  olunması,  gəmilərin  hərəkəti-

nin idarə edilməsi, gəmilərdə yoxla-

maların  həyata  keçirilməsi,  bələdçi 

xidmətinin  göstərilməsi,  gəmilərin 

uzaq məsafədən izlənilməsi və dəniz 

üzgüçülüyünün  təhlükəsizliyinə  aid 

digər funksiyalar daxildir. Dəniz Üz-

güçülüyünün  Təhlükəsizliyi  Mərkə-

zinin  yaradılması  Azərbaycanın  qo-

şulduğu Beynəlxalq Konvensiyaların 

tələblərinin  yerinə  yetirilməsinə  və 

gəmilərin nəzarət yoxlamasının bey-

nəlxalq  standartlara  uyğun  olaraq 

daha səmərəli və effektiv həyata ke-

çirilməsinə xidmət göstərməkdədir.

Dövlət  Dəniz  Administrasiyası-

nın rəsmiləri bildiriblər ki, “Dənizdə 

insan  həyatının  mühafizəsinə  dair 

Beynəlxalq  Konvensiya”nın  tələb-

lərinin  yerinə  yetirilməsi  məqsədilə 

Xəzəryanı  ölkələrdə  ilk  dəfə  olaraq 

Azərbaycanda yaradılmış, ən son na-

viqasiya  və  müşahidə  avadanlıqları 

ilə  təchiz  edilmiş  Uzaq  Məsafədən 

Tanınma  və  İzləmə  Milli  Mərkəzi-

nin  əsas  funksiyaları  –  Azərbayca-

nın  ərazi  sularında  üzən  gəmilərin 

mövqeyinin peyk və radarlar vasitə-

silə  izlənilməsi,  onların  hərəkətinin 

təhlükəsizliyinin təmin edilməsi, na-

viqasiya  xəbərdarlıqlarına  və  hava 

haqqında  proqnozlara  dair  müvafiq 

məlumatların  gəmilərə  çatdırılması, 

“Azərbaycan  Respublikasının  ərazi 

sularında  üzmə  Qaydaları”na  riayət 

olunmasına nəzarətin həyata keçiril-

məsi, gəmilərdən daxil olan həyəcan 

siqnallarının  (SOS)  və  digər  məlu-

matların  aidiyyəti  dövlət  qurumla-

rına  çatdırılmasının  təmin  edilməsi 

və  əlaqələndirmənin  təşkili,  habelə 

beynəlxalq  təşkilatlar  daxil  olmaq-

la,  digər  ölkələrin  eyni  adlı  milli 

mərkəzləri  və  gəmiçilik  şirkətləri 

ilə  mütəmadi  olaraq  operativ  əlaqə-

nin  yaradılması  və  informasiya  mü-

badiləsinin  həyata  keçirilməsindən 

ibarətdir.

Qonaqlara,  həmçinin  Müdafiə 

Nazirliyinin  Naviqasiya  və  Kar-

toqrafiya  İdarəsinin  Dövlət  Dəniz 

Administrasiyasının  Milli  Mərkəzi 

ilə  birgə  əməkdaşlığı  barədə  mə-

lumat  verilərək  əldə  edilən  uğurlu 

nəticələr  diqqətə  çatdırılıb.  Dövlət 

qurumlarının  birgə  əməkdaşlığını 

yüksək  qiymətləndirən  qonaqlara 

Uzaq Məsafədən Tanınma və İzləmə 

Milli Mərkəzinin öz texniki təchizatı 

baxımından bir çox qabaqcıl Avropa 

dövlətlərinin  oxşar  qurumlarından 

daha  üstün  olması,  Milli  Mərkəzdə 

işə cəlb olunmuş mütəxəssislərin xa-

rici ölkələrin müvafiq mərkəzlərində 

xüsusi  təlimlər  keçməsi  barədə  də 

məlumat verilib.

Daha  sonra  Azərbaycan  Res-

publikasında  Hidroqrafiya  Xidməti-

nin  imkanlarının  dəyərləndirilməsi, 

ölkəmizin  Beynəlxalq  Hidroqrafiya 

Təşkilatına  üzv  olması  prosesinin 

sürətləndirilməsi məqsədilə keçirilən 

tədbirlər  və  bu  istiqamətdə  görülən 

işlər  barədə  müzakirələr  aparılıb. 

Azərbaycanda  yaradılan,  ən  son  na-

viqasiya  və  müşahidə  avadanlıqları 

ilə  təchiz  edilən  Uzaq  Məsafədən 

Tanınma və İzləmə Milli Mərkəzinin 

imkanlarını  yüksək  qiymətləndirən 

qonaqlar Milli Mərkəzlə tanışlıq za-

manı  onlarda  yaranan  təəssüratları 

və  əldə  etdikləri  məlumatları  hesa-

batlarında  xüsusi  vurğulayacaqlarını 

deyiblər.

Görüşdə  maraq  doğuran  digər 

məsələlər  ətrafında  fikir  mübadiləsi 

aparılıb.

BEYnƏLXALq hİDRoqRAfİYA TƏşkİLATInIn nüMAYƏnDƏLƏRİ 

UZAq MƏSAfƏDƏn TAnInMA VƏ İZLƏMƏ MİLLİ MƏRkƏZİnİn 

İMkAnLARInI YükSƏk qİYMƏTLƏnDİRİBLƏR

İLk DƏfƏ gƏMİçİLİYİn “Ro-Ro” TİPLİ gƏMİSİ İLƏ kURIk 

LİMAnInDAn Yük VƏ Mİnİk AVToMoBİLLƏRİ gönDƏRİLİB



Yüklə 494,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə