2017-ci il dekabrın 19-dən “Gəncə” tankeri xarici sularda maye yükdaşımalarına cəlb olunub



Yüklə 494,57 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix06.05.2018
ölçüsü494,57 Kb.
#42722
1   2   3   4   5   6   7   8

Okean və dənizlər ətraf mühi-

tin qorunub saxlanılmasında həll- 

edici rol oynayır, dünyanın ekoloji 

sisteminin balansını təmin edir. 

Bu baxımdan, dənizləri qorumaq 

dünyanı qorumağa bərabərdir.

  Quru  yük  gəmiləri,  tankerlər 

və  bərələr  vasitəsilə  müxtəlif  növ 

dəniz  daşımalarını  həyata  keçirən, 

habelə  Xəzərin  Azərbaycana  aid 

kontinental  şelfindəki  neftqazçıxar-

ma obyektlərinə nəqliyyat-texnoloji 

xidmət göstərən və Avropa – Qafqaz 

–  Asiya  (TRASEKA)  nəqliyyat 

dəhlizində  əlaqələndirici  rolunu 

oynayan “Azərbaycan Xəzər Dəniz 

Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiy-

yətinin çoxşaxəli fəaliyyətində ətraf 

mühitin mühafizəsi əsas davamlı  in-

kişaf  meyarlarından  biri  sayılır. 

Cəmiyyətin gəmilərinin və sahil 

obyektlərinin istismarı zamanı yara-

nan  müxtəlif  çeşidli  bərk  və  maye 

tullantıların,  habelə  qaz  atqılarının 

su  mənbələrinə,  qrunta  və  atmos-

ferə  ekoloji  təsirlərinin  minimuma 

endirilməsi  Gəmiçiliyin    rəhbərliyi  

tərəfindən  daim diqqət  mərkəzində  

saxlanılır. 

Məsələn,  yaradıldığı  vaxtdan 

cəmi  6  ay  müddətində  Cəmiyyət 

üçün  “Tullantıların  İdarə  Olunması 

Planı” tərtib edilərək təsdiq və tətbiq  

olunmuşdur. 

Cəmiyyət  üçün  könüllü  surətdə  

İSO  9001  (Keyfiyyət  menecmenti), 

İSO  14001  (Ekoloji  menecment) 

İSO  50001  (Enerji  səmərəliyi  me-

necmenti)  və  OHSAS  18001  (Peşə 

təhlükəsizliyi və əməyin mühafizəsi             

menecmenti) 

kimi 

beynəlxalq 



idarəetmə standartlarının tələblərinə 

uyğun tərtib olunmuş “Təhlükəsizli-

yin Keyfiyyətli İdarəedilməsi  Siste-

mi“ isə 2015-ci ilin sonundan tətbiq     

olunur  və  bu  gün  də  işləyir.

Qeyd  etməliyik  ki, Gəmiçilikdə  

ətraf    mühitin    müxtəlif    çirkləndi-

ricilərdən,  o cümlədən neft və neft 

məhsullarından  mühafizəsi  tədbir-

ləri  ekoloji  yönümlü  milli  və  bey-

nəlxalq    qanunvericilik    aktlarının, 

o    cümlədən    Birləşmiş    Millətlər  

Təşkilatının və  Beynəlxalq  Dəniz  

Təşkilatının  egidası  altında  qəbul  

olunmuş  konvensiyaların  tələbləri  

və  tövsiyyələri   nəzərə  alınmaqla  

həyata  keçirilir.  

Məsələn, Azərbaycan  Respubli-

kasının 18 iyun 2004-cü il tarixdən 

qoşulduğu  "Dənizin  gəmilərdən 

çirkləndirilməsinin  qarşısının  alın-

ması  haqqında”  MARPOL  73/78  

(Əlavə 1, Qayda 37), habelə “Neftlə 

çirkləndirmə hallarına hazırlığın tə-

min edilməsi,  bunlara qarşı müba-

rizə və əməkdaşlıq haqqında” (Mad-

də  3)  1990-cı  il  tarixli    beynəlxalq  

konvensiyaların  tələblərinə  uyğun  

tərtib  olunmuş  “Cəmiyyət  üçün       

Fövqəladə və  Qəza Hallarında  Eko-

loji  Təhlükəsizlik  Proqramı”  təsdiq 

edilərək (206 saylı 24 oktyabr  2014-

cü  il  tarixli  əmrlə)  Gəmiçilik  üzrə  

qüvvəyə   minmişdir.

“Sahil  Tədbirlər  Planı”  hissə-

sində qəza hallarında lazımi tədbir-

ləri  mərkəzləşdirilmiş  şəkildə  idarə 

edən fəaliyyət qərargahı səlahiyyətli 

“Bohran Qrupu” barədə, habelə mü-

vafiq  tədbirlərə  cəlb  olunacaq  “İn-

san resursları”, “Техniki vasitələr və 

materiallar”, “Məlumat  qovluqları”  

(“İstismar  -texnoloji”,  “Üzgüçü-

lük-naviqasiya”, “Gəmilər üzrə Тех-

niki”, “Sahil Obyektləri üzrə Texni-

ki” və “Kadr” qovluqları), həmçinin 

“İctimaiyyətin  məlumatlandırılma-

sı“, “Qəza vəziyyəti  barədə  məlu-

matın    qəbulu“,  “Maraqlı  tərəflərin 

və  səlahiyyətli  dövlət  strukturları-

nın  rekvizitləri”,  “Gəmilərlə  rabitə 

əlaqələri“, “Qəza          halları  barə-

də  məlumatın  kimlərə  və necə ve-

rilməsi  üzrə  Təlimat“,  “Тəlim    və 

məşqlər“  və  “Neft  axıntısının  sə-

viyyələri və mübarizə  prosedurları”  

haqqında  ətraflı  məlumat   verilib.  

“Cəmiyyət  üçün  Fövqəladə  və  

Qəza  Hallarında  Ekoloji  Təhlükə-

sizlik    Proqramı”  sənədinin  “Gəmi 

Tədbirlər  Planı”  hissəsində  isə  Cə-

miyyətin  balansındakı  gəmilərdə         

“Neft  dağılmalarına  qarşı  gəmi 

fövqəladə  mübarizə  planı”  sənə-

dinin  olması  tələbi,  həmin  tələbin 

konvension hüquqi-normativ bazası,  

məqsədi   və   tərtibat  şərtləri  barədə  

məlumat verilib.

Belə ki, dənizdə baş verə biləcək 

hər  hansı  bir  qəza  zamanı  екоloji 

təhlükəsizliyi  təmin  etmək,  zərər-

li  maddələrin  dənizə  dağılmasının 

qarşısını  almaq  və  ekoloji  ziyanı 

minimuma  endirmək  məqsədilə 

Beynəlxalq Dəniz Təşkilatının xətti 

ilə  qəbul  olunmuş  beynəlxalq  kon-

vensiyaların, xüsusilə də  MARPOL 

73/78 konvensiyasının tələbi (Əlavə 

I,  Qayda  37,  Bənd  1)  əsasında  Cə-

miyyətin ümumi tutumu 400 registr 

ton və daha çox olan bütün gəmilə-

ri, habelə ümumi tutumu 150 registr 

ton və daha çox olan bütün neft da-

şıyan gəmiləri Dövlət Dəniz Admi-

nistrasiyası ilə razılaşdırılmış “Neft 

dağılmalarına  qarşı  gəmi  fövqəladə 

mübarizə planı”  ilə  təmin  olunub.   

Həmin  Plan  özündə  aşağıda-

kı  məqamları  əks  etdirir. 

-  Neft  dağılması  zamanı  fəa-

liyyət  ardıcıllığının  qəbul  edilmiş  

sxemi;


-  Məlumatın  ötürülməsinə  dair  

tələblər; 

-  Məlumatın  verilməsi  zəruri-

liyi;


-  Faktiki  tullantı; 

-  Ehtimal  olunan  tullantı;

-  Tələb  olunan  məlumat; 

-  Kimlərlə  əlaqə  saxlanmalıdır. 

O cümlədən 

-  Sahilyanı  dövlətlə  əlaqə; 

-  Limanla  əlaqə; 

-  Gəminin  istismarçı  orqanları  

ilə  əlaqə;

-  Gəmidə  maraqlı  olan  təşki-

latların  əlaqə  rekvizitləriəri; 

-  İstismar  zamanı  heyətin  neft-

lə  çirklənməyə  qarşı  təcili  müba-

rizə tədbirləri  barədə  xülasə;  

-  Atqılara  nəzarətin  həyata  ke-

çirilməsi  üzrə  tədbirlər. O cümlə-

dən 

-   İstismar  zamanı  axıntı; 



-   Qəza  axıntısı; 

-  İlkin  mübarizə; 

-  Qəza  axıntısı    nəticəsində  

heyətin    neftlə    çirklənməyə    qarşı  

qısa zamanda  qəbul  edəcəyi  qərar-

lar; 


-  Gəminin  dayanıqlığı  və  möh-

kəmliyi  haqqında  anlayış; 

-   Yerli  və  beynəlxalq  səviy-

yələrdə  görülən  tədbirlərin  koor-

dinasiyası; 

Həmçinin  Əlavə  məlumat  qis-

mində  

-   Plan  və  sxemlər (cizgilər);



-   Neft  dağılmasına  qarşı  mü-

barizə  avadanlıqları; 

-   İctimaiyyətlə  əlaqə;  

-   Qeydiyyatın   aparılması;  

-   Planın  tərkibi;    

-   Planın  yoxlanması 

-   Gəminin  fövqəladə  mübarizə  

planına  əlavələr  

-   Gəmidən  verilən  xəbərlərə  

qoyulan  tələblər  haqqında ƏLAVƏ   

Qətnamə  (Qərardad) 137(53) 

Məlumatların  ötürülmə  forması 

Xüsusi qeyd olunmalıdır ki, eко-

loji təsir nəticəli qəza hallarının baş    

vermə ehtimallarının identifikasiya-

sı  zamanı  aşağıdakı  səbəblər  aşkar 

edilmişdir:

q

  Тoqquşma;



q

  Saya  (qrunta)  oturma;

q

  Gəminin  idarə  oluna  bil-



məməsi;

q

  Yanğın;



q

  Gəminin  tərk  edilməsi;

q

  Fırtına  xəbərdarlığı;



q

  Yükün  yerdəyişməsi;

q

  Yükün  itirilməsi    və  zə-



dələnməsi;

q

  Gəminin  zədələnməsi ;



q

  Maşın  şöbəsində  qəza ;

q

  Su  basması,  batma ;



q

  Neft  və  zərərli  maddələrin  

dağılıb  yayılması  (çirklənmə);

q

  Тexniki qurğu, cihaz və ava-



danlığın  təlimatlara  uyğun  istismar  

edilməməsi.

Qeyd  olunan   fövqəladə   hal-

ların  sayı  mütləq  deyil,  onlar  arta  

da  bilər.    

Əvvəldə  qeyd  edildiyi  kimi, 

baş vermiş  fövqəladə hadisələrə, o 

cümlədən  ekoloji  fəsadlı  qəza  hal-

larına  qarşı  tədbirləri  idarə  etmək, 

gəmi  heyəti  və  sahil  personalının  

işini  uzlaşdırmaq,  aidiyyəti  qu-

rumları  məlumatlandırmaq  və  işə 

cəlb  etmək  məqsədilə  Cəmiyyətdə 

“Qəza Hallarına Qarşı Böhran Qru-

pu”  yaradılmış,  gəmilərdə  isə  İSM           

(MKUB)  sertifikatlı  gəmi  rəhbər  

heyəti  üzvləri   seçilmişdir.

Gəmiçiliyin  “Böhran  Qrupu” 

fövqəladə və qəza hallarında düzgün 

qərarlar  qəbul    etmək  üçün  digər 

aidiyyəti  sənədlərlə  yanaşı,  ehtiyac 

yaranarsa  “Cəmiyyət  üçün    Fövqə-

ladə  və  Qəza  Hallarında  Ekoloji  

Təhlükəsizlik  Proqramı”na  da  isti-

nad  edə  bilər.

Ümumilikdə  hər  hansı  bir,  o 

cümlədən  ekoloji  yönümlü,  qəza 

və ya fövqəladə vəziyyət yaranarsa, 

Cəmiyyətin  gəmiləri  və  sahil  böl-

mələrində  tədbirlər   aşağıdakı   zən-

cir   ardıcıllığı   ilə  icra  olunur:  

Qəza  vəziyyəti  barədə  məlumat 

gəmi  kapitanı  və  ya  sahil  obyek-

ti  rəhbəri  tərəfindən  təcili  surətdə 

Cəmiyyətin  növbətçi  dispetçerinə 

ötürülür, oradan isə dərhal “Böhran 

Qrupu”nun  rəhbərinə  və  üzvlərinə 

çatdırılır. Məlumatlandırılmış “Böh-

ran  Qrupu”nun  üzvləri  Cəmiyyətin 

idarəetmə  aparatında  ayrılmış  xü-

susi  otaqda  (işin  səciyyəsi  və  gedi-

şatından  asılı    olaraq  toplaşma  yeri 

dəyişdirilə  bilər)  toplaşmalıdırlar. 

“Böhran Qrupu” rəhbərinin (Cəmiy-

yət  sədrinin)  gəlişinədək  əməliyya-

tın  gedişatına  rəhbərlik  vəzifəsini       

“Böhran  Qrupu”  rəhbərini  əvəzlə-

yici  şəxs  (sədrin  birinci  müavini)  

icra  edir.  

“Böhran  qrupu”  təcili  surətdə:

q

  Qəza  baş  vermiş  obyekt 



barədə  bütün  zəruri  məlumatların 

(qabaqcadan  hazırlanmış  qovluqla-

rın) gətirilməsi barədə sərəncam  ve-

rir ;


q

  Cəmiyyətin  bütün resursla-

rını tam hazırlıq vəziyyətinə  gətirir;

q

  Bütün  mümkün  rabitə  va-



sitələrilə  qəza  baş  vermiş  obyekt 

–  gəmi  ilə  əlaqə  yaradıb  rabitənin 

davamlığını  təmin  edir,  qəzanın  il-

kin  səbəblərini  və  nəticələrini,  gə-

minin  vəziyyətini  (qəza  rayonu  və 

hidrometeo şərait nəzərə alınmaqla) 

müəyyənləşdirir, görülmüş tədbirlər, 

tələb olunan sahil yardımı (kömək) 

barədə məlumatlar alır,  təcili surət-

də zəruri sahil yardımının (köməyin) 

təmin  olunmasını  təşkil  edir,  çevik  

dəstələrin  həmin  sahəyə  çatması 

vaxtını  hesablayır,  həmin  dəstələr 

və  texniki  vasitələrlə  etibarlı  rabitə 

yaradıb saxlayır, lazım gələrsə qəza 

yerində  müvafiq  əməliyyatlara  bir-

başa rəhbərliyi icra edən şəxsi təyin 

edir.  Bütün  hallarda  gəmilərdə  baş 

vermiş qəza zamanı yerində qərarla-

rın qəbul edilməsi prioriteti gəmi ka-

pitanına məxsusdur  (Cəmiyyət  bu  

məsələdə  həmişə  kapitanı  dəstək-

ləyir);

q

  Səlahiyyətli  dövlət  qurum-



larını,  fəaliyyət  dairəsi  üzrə  partn-

yorları  (Təsnifat  Cəmiyyətlərinin 

Beynəlxalq Assosiasiyasının  üzvlə-

rini,  icarədarları, sığorta şirkətləri-

ni və s.), habelə milli və beynəlxalq 

təhlükəsizlik  xidmətlərini  qəza  ha-

disəsinin  səciyyəsi,  yerin  koordi-

natları,  onun  lokallaşdırılması  və 

fəsadlarının aradan qaldırılması yö-

nümlü  tədbirlər  barədə  mütəmadi 

məlumatlandırır, lazım  gələrsə  yar-

dım  göstərmələrinə  dair  müraciət  

edir. 

“Böhran Qrupu”nun göstəriş və 



tapşırıqlarının icrası Cəmiyyətin bü-

tün  əməkdaşları üçün mütləqdir.

Gəmiçilikdə fövqəladə hallara, o 

cümlədən neft  dağılmalarına  qarşı  

növbəti  qabaqlayıcı  tədbir  aidiyyə-

ti  təlimlərin  keçirilməsidir.  Belə ki, 

müvafiq beynəlxalq idarəetmə stan-

dartlarının və konvensiyaların tələb-

ləri,  habelə  Cəmiyyətin  “Təhlükə-

sizliyin  Keyfiyyətli  İdarəedilməsi 

Sistemi”nin  prosedurları  əsasında  

gəmilərimizdə “Dənizdə adam”, “Su  

basma”, “Yanğın”, “Toqquşma”  və  

digər  həyəcan təlimləri  ilə yanaşı, 

həm  də  rübdə  bir  dəfə  olmaq  şər-

tilə    hami  kapitanın  mütləq  iştirakı 

ilə  “Neftlə  mübarizə”  məşqləri  də 

keçirilir.  Müvafiq həyəcan təlimləri 

vaxtaşırı  olaraq  Cəmiyyətin  “Böh-

ran  Qrupu”  tərəfindən  də    yerinə  

yetirilir.       

  Yekun  olaraq  bildirmək  istər-

dik  ki,  Gəmiçiliyin  gəmilərindəki 

neft  dağılmalarına  qarşı  mübarizə 

tədbirləri  qəzanın  böyüklük  və  çə-

tinlik dərəcələri, habelə dağılmanın          

həcmindən  asılı  olaraq  3  səviyyə-

də  həyata  keçirilə  bilər: 

— 

Dağılma az miqdarda və bort  

daxilindədirsə gəmi heyəti  səviyyə-

sində; 

— 

Dənizə  neft  dağılması  sa-



hilə  yaxın  akvatoriyada  baş  ve-

ribsə  və  10 - 100 litr civarındadır-

sa, daxili insan və texniki resursları 

cəlb  etməklə  “Böhran  Qrupu”  sə-

viyyəsində; 

— 

Dənizə neft dağılması sahil-



dən  uzaq  akvatoriyada  baş  verərsə 

və     böyük  miqdarda  olarsa,   Cə-

miyyətin  “Böhran  Qrupu”nun  mü-

raciəti    əsasında  Fövqəladə  Hallar 

Nazirliyi  səviyyəsində. 

Xüsusi  qeyd  etmək  istərdik  ki, 

“Azərbaycan  Xəzər    Dəniz    Gəmi-

çiliyi“  Qapalı  Səhmdar  Cəmiyyə-

tinin  təsis  olunduğu  4  illik  zaman 

kəsiyi ərzində   görülmüş  qabaqla-

yıcı  tədbirlər  nəticəsində  şükürlər  

olsun  ki, hələ  nə  orta, nə də yük-

sək səviyyəli neft dağılmaları halları  

qeydə  alınmamışdır  və   ümidvarıq  

ki,  gələcəkdə  də  baş  verməyəcək.

Ələkbər   Əzizli,  

“AXDG” QSC, Keyfiyyət, sağlam-

lıq, əməyin təhlükəsizliyi və  ətraf  

mühitin  mühafizəsi (KSƏTƏMM) 

departamentinin  rəisi 

Sabir  kərimzadə,

KSƏTƏMM  departamentinin  

ətraf  mühitin mühafizəsi üzrə  

 aparıcı  mühəndisi 

A Z


R B A Y C A N

X Z R D N Z G M

L Y

И

ИЧИ И И



www.seanews.az

20 dekabr 2017-ci il   № 89-92 (9183)

3

qABAqLAYIcI  TƏDBİRLƏR  nƏTİcƏSİZ qALMIR

Bakı-Tbilisi-Qars dəmir 

yolu xətti Avropa ilə Asiyanı 

birləşdirən qısa nəqliyyat dəh-

lizidir. Qara dəniz ölkələri bu 

dəmir yolu xəttindən səmərəli 

istifadə edə bilərlər.

Bu  fikirləri  Kiyevdə  Qara 

Dəniz İqtisadi Əməkdaşlıq Təş-

kilatının  Xarici  İşlər  Nazirləri 

Şurasının  37-ci  sessiyasında 

çıxışı  zamanı  Azərbaycanın 

xarici  işlər  nazirinin  müavini 

Mahmud Məmməd-Quliyev de-

yib.

Nazir  müavini  deyib  ki, 



Azərbaycan yeni yaratdığı bey-

nəlxalq nəqliyyat dəhlizləri va-

sitəsilə regional layihələri həya-

ta keçirməyə hazırdır.

“Bakı-Tbilisi-Qars  dəmir 

yolu  xətti  vasitəsilə  Qara  də-

niz  ölkələrinə  idxal  və  ixrac 

əməliyyatlarını  artırmaq  olar”, 

-  deyə  M.Məmməd-Quliyev 

əlavə edib.

Sessiyada  çıxış  edən  Tür-

kiyə  xarici  işlər  nazirinin 

müavini  Əhməd  Yıldız  da  bil-

dirib ki, Qara dəniz ölkələri Ba-

kı-Tbilisi-Qars  dəmir  yolu  xət-

tindən  istifadə  etməklə  ticarət 

dövriyyələrini  artıra  bilərlər. 

Türkiyə  yeni  nəqliyyat  infrast-

rukturu vasitəsilə birgə iqtisadi 

layihələri həyata keçirməyə ha-

zırdır.

Emil Hüseynli

qARA DƏnİZ öLkƏLƏRİ BAkI-TBİLİSİ-qARS DƏMİR YoLU 

XƏTTİnDƏn fƏAL İSTİfADƏ ETMƏYƏ çAğIRILIB

Qazaxıstanın paytax-

tı Astanada “Beynəlxalq 

Transxəzər Nəqliyyat  

Marşrutu” Beynəlxalq  

Assosiasiyası Hüquqi Şəxslər 

Birliyinin ümumi yığıncağı 

keçirilib.

Toplantıda  “Azərbaycan 

Dəmir  Yolları”QSC,  “Azər-

baycan Xəzər Dəniz Gəmiçili-

yi” QSC, eləcə də Qazaxıstan, 

Gürcüstan,  Türkiyə,  Ukrayna 

və  Polşanın  dəmir  yolu  və 

dəniz  daşınmaları  ilə  məşğul 

olan rəsmiləri  iştirak ediblər.

Tədbirdə 

“Beynəlxalq 

Transxəzər Nəqliyyat Marşru-

tu”  Beynəlxalq  Assosiasiyası 

Hüquqi  Şəxslər  Birliyi  İdarə 

Heyətində  dəyişiklik  edilmə-

si  haqqında,  Türkiyə  Dövlət 

Dəmir Yollarının  (Türkiyənin 

müvafiq  dövlət  orqanlarının 

razılığı əsasında) “Beynəlxalq 

Transxəzər  Nəqliyyat  Marş-

rutu”  Beynəlxalq  Assosiasi-

yası  Hüquqi  Şəxslər  Birliyi-

nin  üzvlüyünə  daxil  edilməsi 

haqqında  və  digər  məsələlər 

müzakirə olunub.

Müzakirələrdə Beynəlxalq 

Transxəzər Nəqliyyat Marşru-

tunun  potensialından  səmərə-

li  istifadə,  bu  istiqamətə  yük 

axınının  cəlbinin  zəruriliyi 

vurğulanıb.  Eyni  zamanda 

rəqabətə  davamlı  tariflərin 

müəyyənləşdirilməsi məsələsi 

də müzakirə predmeti olub.

Qeyd olunub ki, oktyabrın 

30-da  Bakı-Tbilisi-Qars  də-

mir  yolunun  istifadəyə  veril-

məsindən  sonra    Beynəlxalq 

Transxəzər Nəqliyyat Marşru-

tuna tranzit axını güclənəcək.



BEYnƏLXALq TRAnSXƏZƏR nƏqLİYYAT MARşRUTU üZRƏ YEnİ 

RƏqABƏTƏ DAVAMLI TARİfLƏR MüƏYYƏnLƏşDİRİLƏcƏk

Söhbət  “Azərbaycan  Xəzər  Dəniz  gəmiçiliyi” qapalı  Səhmdar  

cəmiyyətində dənizin  neftlə  çirklənməsinin  qarşısının  alınması 

istiqamətində həyata keçirilən tədbirlərdən gedir


Yüklə 494,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə