2017-ci il dekabrın 19-dən “Gəncə” tankeri xarici sularda maye yükdaşımalarına cəlb olunub



Yüklə 494,57 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix06.05.2018
ölçüsü494,57 Kb.
#42722
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


20 dekabr 2017-ci il   № 89-92 (9183)

www.seanews.az

2

Xəzər dənizinin hüquqi statusu-

nun həll olunması həm də bu əvəz-

siz su hövzəsinin beynəlxalq hüquq 

normaları çərçivəsində qorunması 

deməkdir

Xəzərsahili  ölkələrin  rəhbərləri-

nin  müxtəlif  səviyyələrdə  keçirilən 

ikitərəfli  və  çoxtərəfli  görüşlərində 

dünyanın  ən  böyük  qapalı  su  höv-

zəsinin  hüquqi  statusu  məsələsi  ilə 

bağlı  müzakirə  və  danışıqlar  uzun 

illərdir davam edir.

Vaxtaşırı keçirilən görüşlər, irəli 

sürülən  təşəbbüslər  bu  istiqamətdə 

irəliləyişlərlə  müşayiət  edilsə  də, 

hələlik  yekun  qərarı  qəbul  etmək 

mümkün olmur.

Bu  da  öz  növbəsində  Xəzər 

dənizinin  ekologiyasının,  bioloji 

müxtəlifliyinin,  ümumilikdə  təbii 

resurslarının  qorunmasına,  eləcə 

də  sahilyanı  ərazilər  üçün  müəyyən 

təhlükələrin  yaranmasının  qarşısı-

nın  alınmasına  əngəl  törədir. Ancaq 

deyəsən, məsələnin həllində işıq ucu 

görünməyə başlayıb. 

Xəbər  verildiyi  kimi,  bu  günlər 

Moskvada Xəzəryanı ölkələrin xari-

ci  işlər  nazirlərinin  7-ci  müşavirəsi 

keçirilmişdir.  İndiyə  qədərki  sam-

mitlərin və toplantıların davamı olan 

Moskva müşavirəsində bildirilmişdir 

ki,  Xəzər  dənizinin  hüquqi  statusu 

ilə  bağlı  məsələlər  son  mərhələdə-

dir. Yekun sənədin mətni hazırdır və 

konvensiyanın  Xəzəryanı  ölkələrin 

dövlət  başçılarının  V  sammitində 

imzalanacağı gözlənilir. 

Moskva  müşavirəsində  iştirak 

edən Azərbaycanın xarici işlər nazi-

ri  Elmar  Məmmədyarov  ölkəmizin 

mövqeyini bir daha iştirakçı dövlət-

lərin  diqqətinə  çatdıraraq  bildirmiş-

dir ki, Xəzərin statusu ilə bağlı bütün 

görüşlər  mehriban  qonşuluq  müna-

sibətlərinin 

möhkəmləndirilməsi, 

əməkdaşlığın  inkişafı,  Xəzər  regio-

nunun  çiçəklənməsi  baxımından  ta-

rixi  əhəmiyyət  daşıyır.  Azərbaycan 

tərəfi  eyni  zamanda,  Xəzər  dənizi-

nin  hüquqi  statusu  ilə  bağlı  bütün 

məsələlərin  beynəlxalq  təməl  prin-

sipləri  əsasında  həllini  vacib  sayır. 

Xatırladaq  ki,  Azərbaycan  bundan 

öncə də tərəflərin iştirakı ilə keçirilən 

bütün  görüşlərdə  beynəlxalq  təməl 

prinsiplərini əsas tutmuş və hər dəfə 

ədalətli mövqe ilə çıxış etmişdir. Bu 

baxımdan, çox müsbət haldır ki, son 

toplantıda  Xəzər  dənizinin  hüquqi 

statusu  ilə  bağlı  konvensiyada  açıq 

qalan  bütün  əsas  məsələlərlə  bağlı 

nəticə əldə edilmiş və konvensiyanın 

mətni hazırlanmışdır.

Sözsüz  ki,  Xəzər  dənizinin 

hüquqi statusu haqqında konvensiya-

nın imzalanması digər istiqamətlərdə 

də işləri sürətləndirəcək. Hələ 2010-

cu  ildə  Bakıda  Xəzəryanı  ölkələrin 

dövlət  başçılarının  zirvə  görüşündə 

çıxış  edən  Prezident  İlham  Əliyev 

bildirmişdir ki, bizi birləşdirən Xəzər 

dostluq, əməkdaşlıq dənizidir: “Mən 

əminəm ki, Xəzəryanı ölkələrin döv-

lət başçılarının növbəti zirvə görüşü 

Xəzərdə  sülhün,  təhlükəsizliyin  tə-

min edilməsi, əməkdaşlığın dərinləş-

məsi üçün mühüm addım olacaqdır. 

Ümid  edirəm  ki,  gələcək  dövrlərdə 

bu  istiqamətdə  əməli  nəticələr  əldə 

olunacaqdır”. 

Məsələ burasındadır ki, Xəzərya-

nı  ölkələrin Tehran, Aşqabad,  Bakı, 

Həştərxan görüşlərində və digər mü-

şavirələrdə  Xəzərin  hüquqi  statusu-

nun həlli istiqamətində müəyyən irə-

liləyişlər  olsa  da,  tərəflərin  konkret 

ortaq  məxrəcə  gələ  bilməməsindən 

ən  böyük  ziyan  Xəzərə,  onun  flora 

və faunasına, ekologiyasına və təbii 

sərvətlərinə  dəyib.  Odur  ki,  Azər-

baycan  hər  zaman  bu  əməkdaşlığın 

mehriban qonşuluq, qarşılıqlı anlaş-

ma və hörmət ruhunda inkişafına səy 

göstərib,  suveren  hüquqları  nəzərə 

alınmaqla  Xəzəryanı  dövlətlər  ara-

sında  qarşılıqlı  faydalı  əməkdaşlı-

ğın  genişlənməsinə  tərəfdar  çıxıb 

və  Xəzərin  mineral  ehtiyatlarının 

mənimsənilməsi  üzrə  beynəlxalq 

əməkdaşlığın  inkişafını  dəstəkləyib. 

Azərbaycan Xəzər dənizinin hüquqi 

statusu  haqqında  konvensiya  üzrə 

beştərəfli  danışıqlar  prosesinin  fəal-

laşmasına da töhfə verməyə çalışıb. 

Son  toplantıda  isə  bu,  bir  daha  təs-

diqini tapıb.

Onu  da  xatırladaq  ki,  Xəzər 

həm  də  fauna  və  florasının  zəngin-

liyinə  görə  özünəməxsus  unikallığı 

ilə fərqlənir. Lakin bu su hövzəsinin 

uzun illər çirklənməyə qismən məruz 

qalması  onun  canlı  aləminə  təsirsiz 

ötüşməyib.  Son  məlumatlara  görə, 

çaylar  vasitəsi  ilə  Xəzər  dənizinə 

ildə  75  milyon  ton  neft  tullantıları 

axıdılır və bunun 95 faizi Volqa çayı-

nın payına düşür. Təəssüf ki, 5 ölkə 

ilə  həmsərhəd  olan  Xəzərə  axıdılan 

tullantıların,  çirkli  suların  onlardan 

daha çox hansına aid olduğunu dəqiq 

hesablayan  yoxdur.  Amma  həmin 

ölkələr  arasında  ekoloji  problemlə-

rin  həllinə Azərbaycan  qədər  vəsait 

sərf  edən  ikinci  dövlət  də  yoxdur. 

Azərbaycan bu illər ərzində istər ba-

lıq  ovu  kvotasının  mənimsənilməsi, 

istər  su  bioresurslarının  artırılması, 

istərsə də dənizin ekologiyasının qo-

runmasında  xüsusilə  fərqlənib.  Bu 

məsələ hələ 2008-ci ildə Azərbaycan, 

Qazaxıstan,  İran,  Rusiya,  Türkmə-

nistanın  nümayəndəliklərinin  iştirak 

etdiyi  Aşqabad  toplantısında  geniş 

müzakirə  olunmuşdu.  Təkcə  2010-

cu ildə Azərbaycan Prezidenti Xəzə-

rin  çirklənməsinin  qarşısını  almaq 

məqsədilə  iki  sərəncam  imzalayıb. 

Ümumilikdə  isə  ölkəmizdə  Xəzər 

dənizinin  canlı  aləminin  qorunması 

və ətraf mühitin mühafizəsi ilə bağlı 

mütəmadi olaraq tədbirlər görülüb və 

bu tendensiya indi də davam edir.

Xəzərin hüquqi statusunun müəy-

yən olnunması bu sahədə sözsüz ki, 

digər ölkələri də hərəkətə gətirəcək. 

Xalqların, dövlətlərin dostluq, əmək-

daşlıq  rəmzinə  çevrilən  Xəzər  də-

nizi, onun canlı aləmi 5 ölkənin hər 

biri  tərəfindən  mühafizə  olunacaq. 

Ən  azından  tərəflərin  imzaladıqları 

öhdəliklər qarşılıqlı tərəfdaşlıq şəra-

itində  Xəzər  dənizinin  qorunmasına 

da öz töhfəsini verəcək.

Elnur HADIYEV 

5 öLkƏnİ BİRLƏşDİRƏn DoSTLUq DƏnİZİ

Ümummilli Lider Heydər 

Əliyevin xatirəsi  “Azərbaycan 

Xəzər Dəniz Gəmiçiliyi” QSC-

nin İstanbulda yerləşən Türkiyə 

nümayəndəliyində də anılıb.

Belə ki, nümayəndəliyin işçiləri 

Ulu Öndərin vəfatının 14-ci ildönü-

mü  ilə  əlaqədar  İstanbulun  Sarıyer 

rayonundakı  Heydər  Əliyev  par-

kında  toplaşıblar.  Dahi  şəxsiyyə-

tin  parkdakı abidəsini ziyarət edib, 

önünə gül dəstələri düzüb və xatirə-

sini dərin ehtiramla yad ediblər.  

Ulu Öndər Heydər Əliyevin mi-

silsiz xidmətlərini, gəmiçiliyin inki-

şafına  göstərdiyi  diqqət  və  qayğını 

xatırlayan  ziyarətçilər  onun  dəniz-

çilərin  qəlbində  hər  zaman  yaşaya-

cağını bildiriblər. 

üMUMMİLLİ LİDERİn XATİRƏSİ gƏMİçİLİYİn 

TüRkİYƏ nüMAYƏnDƏLİYİnDƏ DƏ AnILIB

Xəzəryanı dövlətlər 

su səthinin bölgüsü ilə 

bağlı saziş imzalaya-

caqlar. Razılaşdırılan 

Konvensiya layihəsində 

Xəzərdə su səthinin 

bölgü prinsipi əksini 

tapıb. 15 millik suve-

renlik zonasına dövlətin 

suverenliyi şamil olunur, 

dövlətin ərazisi 15 mildə 

davam edir. 15 mildən 

sonra 10 mildə balıqçılıq 

zonası müəyyənləşdirilib. Qalan su 

səthi ümumi istifadədə olacaq.

Bu  barədə  jurnalistlərə  açıqla-

masında xarici işlər nazirinin müavi-

ni Xələf Xələfov bildirib.

Nazir  müavini  qeyd  edib  ki,  su 

səthinin  bölünməsi  ilə  bağlı  bölgü 

prinsipləri ayrıca sazişlə razılaşdırı-

lacaq və qəbul olunacaq.



İranın xarici işlər naziri 

Məhəmməd Cavad Zərif Twitter 

səhifəsində maraqlı status yazıb.

Nazir  dekabrın  5-də  Moskvada 

Xəzəryanı  dövlətlərin  xarici  işlər 

nazirlərinin  görüşündən  çəkilən  fo-

tonu  paylaşaraq,  “Əgər  əllər  çiyinə 

qoyulubsa, deməli, hər şey yaxşıdır. 

Xəzəryanı 

dövlətlərlə 

münasibətlərin  yaxşı  ol-

ması İranın xarici siyasə-

tinin  prioritetidir”  sözlə-

rini yazıb.

Nazir  qeyd  edib  ki, 

Xəzəryanı dövlətlərin xa-

rici  işlər  nazirləri  İRNA 

agentliyinin  fotomüxbi-

rinin çəkdiyi fotonu yük-

sək qiymətləndiriblər.

Xatırladaq ki, dekab-

rın 5-də Moskvada Azər-

baycan, İran, Rusiya, Qazaxıstan və 

Türkmənistan  xarici  işlər  nazirləri-

nin Xəzər dənizinin hüquqi statusu-

nun  müəyyənləşdirilməsi  ilə  bağlı 

Konvensiyanın  müzakirə  olunması 

üçün 7-ci iclası keçirilib.



Rabil Kətanov

XƏZƏRYAnI DöVLƏTLƏR SU SƏThİnİn 

BöLgüSü İLƏ BAğLI SAZİş İMZALAYAcAqLAR

“ƏgƏR ƏLLƏR çİYİnƏ qoYULUBSA, 

DEMƏLİ, hƏR şEY YAXşIDIR”

Azərbaycan Dövlət Dəniz 

Akademiyasında Ulu öndər 

Heydər Əliyevin anım günü 

qeyd olunub.

Akademiyanın professor- müəl-

lim  heyəti,  tələbələrinin  iştirak  et-

diyi tədbirdə çıxış edən ADDA-nın 

tədris və tərbiyə işləri üzrə prorek-

toru  Z.Z.Şərifov  türk  dünyasının 

böyük oğlu, Ulu öndər Heydər Əli-

yevin  xalqımızın  tarixi  taleyində, 

mənəvi, siyasi və ictimai həyatında, 

dövlət  quruculuğundakı  misilsiz 

xidmətlərindən  bəhs  edib.  Dahi  li-

derin elm, təhsilin inkişafına göstər-

diyi əvəzolunmaz rolundan danışan 

prorektor  bu  siyasətin  Prezident 

İlham Əliyev tərəfindən uğurla da-

vam etdirildiyini diqqətə çatdırıb.

Ulu Öndərin misilsiz həyat fəa-

liyyətini  əks  etdirən    video-filmin 

nümayişindən  sonra  Azərkitab  – 

Kitab  Təbliğatı  Mərkəzinin  layihə 

rəhbəri Sabir Həsənov çıxış edərək 

Heydər  Əliyev  irsinin  gənc  nəslə 

çatdırılmasında  Mərkəzin  rolundan 

söz açıb.

Daha sonra akademiya tələbələ-

ri “Heydər Əliyev və gənclər siyasə-

ti”, “Azərbaycan və Heydər Əliyev” 

mövzularında  çıxışlar  edərək  müa-

sir Azərbaycan gəncinin böyük lide-

rin gənclər siyasətinə sadiqliyini bir 

daha nümayiş etdiriblər.

Tədbir  Leyla  Əliyevanın  Ulu 

öndər Heydər Əliyevin əziz xatirə-

sinə həsr etdiyi “Elegiya”nın nüma-

yişi ilə yekunlaşıb.

“Azərbaycan Xəzər Dəniz Gəmi-

çiliyi” QSC-nin Dəniz Nəqliyyat Do-

nanmasında “matros”, “motorçu” 

və “elektrik” peşələri üzrə işə qəbul 

prosesinin test mər-

hələsində uğurlu nəticə 

göstərmiş namizədlərlə 

görüş keçirilib.

Görüşdə  “AXDG” 

QSC  sədrinin  birin-

ci  müavini  Mübariz 

Cabbarov,  İnsan  Re-

surslarının 

İdarəedil-

məsi  Departamentinin 

rəisi  Sevda  Məmmədo-

va,  Hüquq  departamen-

tinin rəisi Zaur Nağıyev, 

KSƏTƏMM  departa-

mentinin  rəisi  Ələkbər 

Əzizli, 


Donanmanın 

Texniki İstismar Depar-

tamentinin rəisi Balakişi 

Səfərov,  Xəzər  Dəniz 

Neft 

Donanmasının  



rəisi  Taqət  Qurbanov, 

Dəniz  Nəqliyyatı  Do-

nanmasının baş mühən-

disi Şahid Orucov, DND DÜTX-nin 

rəisi  Elxan  Hacıyev,  DND  DTİX-

nin rəisi Mikayıl Osmanov və digər 

əməkdaşlar iştirak ediblər.

Çıxış edən “AXDG” QSC İnsan 

Resurslarının  İdarəedilməsi  Depar-

tamentinin rəhbəri Sevda Məmmə-

dova işə qəbul prosesi ilə əlaqədar 

ətraflı  məlumat  verib.  Bildirib  ki, 

“AXDG”  QSC-nin  rəsmi  internet 

səhifəsində elan olunmuş “matros”, 

“motorçu”  və  “elektrik”  peşələ-

ri  üzrə  müraciət  edən  namizədlər 

arasında    23-24  noyabr  2017-ci  il 

tarixlərində  ilk  dəfə  test  imtahanı 

keçirilib.  İmtahanda  ümumilikdə 

76 nəfər iştirak edib. Onlardan 41-

nin göstərdiyi nəticə keçid balından 

yüksək olub.

Sevda  Məmmədova  Gəmiçi-

likdə  üzən  heyətin  karyera  inkişa-

fı  barədə  də    danışıb,  namizədlərə 

gələcəkdə  idarəetmə  səviyyəsində 

mütəxəssis  kimi  formalaşmaları 

üçün tövsiyələr verib. 

“AXDG”  QSC  sədrinin  birinci 

müavini  Mübariz  Cabbarov  gəmi-

nin idarə edilməsi üçün texniki bi-

liklərin yüksək səviyyədə olması ilə 

yanaşı,  müasir  gəmiçilik  standart-

larının tam həyata keçirilməsi üçün 

kompyuter və xarici dil biliklərinin 

vacibliyini önə çəkib. Qeyd edib ki, 

təhsil və öyrənmək yalnız universi-

tetlə məhdudlaşmamalı,  iş başında 

olarkən  belə  hər  bir  dənizçi  istər 

nəzəri, istərsə də praktiki biliklərini 

daima  təkmilləşdirməyə  çalışmalı-

dır.


Namizədlərə,  həmçinin,  Gəmi-

çilikdə ətraf mühitin mühafizəsi ilə 

bağlı görülən işlərdən də danışılıb. 

Bildirilib ki, “AXDG” QSC əmək-

daşlar,  müştərilər  və  podratçıları 

üçün,  ətraf  mühitin  mühafizəsi  də 

daxil olmaqla, sağlam və təhlükəsiz 

əmək  şəraitinin  yaradılmasını  əsas 

məqsəd kimi qarşıya qoyub. 

Xatırladaq  ki,  “Azərbaycan 

Xəzər  Dəniz  Gəmiçiliyi”  QSC-nin 

İnsan  Resurslarının  İdarəedilmə-

si  Departamenti  tərəfindən  üzən 

heyətin işə qəbulunda  yeniliyin tət-

biqinə başlanılıb. Bundan sonra na-

mizədlərin nəzəri bilikləri işə qəbul 

prosesinin  ilkin  mərhələsində  test 

imtahanı  vasitəsi  ilə  yoxlanılacaq. 

Məqsəd prosesi təkmilləşdirmək və 

güclü kadr bazası yaratmaqdır.



ADDA-DA ULU önDƏR hEYDƏR ƏLİYEVİn ƏZİZ XATİRƏSİ YAD EDİLİB

İşƏ qƏBUL MüSABİqƏSİnDƏ UğURLU nƏTİcƏ 

göSTƏRƏn DƏnİZçİLƏRLƏ göRüş kEçİRİLİB


Yüklə 494,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə