2017-ci il dekabrın 19-dən “Gəncə” tankeri xarici sularda maye yükdaşımalarına cəlb olunub



Yüklə 494,57 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix06.05.2018
ölçüsü494,57 Kb.
#42722
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


20 dekabr 2017-ci il   № 89-92 (9183)

BAş REDAkToR

Rasif İman oğlu

TAhİRoV

ünvanımız:

AZ1029, Bakı şəhəri,

heydər Əliyev prospekti, 152

TELEfonLARIMIZ:

Baş redaktor

(050) 670-33-76; 

30-67 (daxili)

qəzetin təsisçisi:

“Azərbaycan Xəzər Dəniz

gəmiçiliyi”

qapalı Səhmdar 

cəmiyyəti

qəzet “Dəniz” qəzetinin 

kompyuter mərkəzində 

yığılmış, səhifələnmiş və 

“Azərbaycan” nəşriyyatında 

çap olunmuşdur

şəhadətnamə: 275

Tiraj: 2000

Sifariş: 3705

8

www.seanews.az

Nyu-Yorkda yer-

ləşən Montefiore Tibb 

Mərkəzinin oftalmoloq-

ları qadınların görmə 

qabiliyyətinin itirilməsi 

halları ilə daha çox (75 

faiz halda) rastlaşdıqları-

nı bildirib və nəticəsi qla-

ukomaya gətirib çıxaran 

gözlənilməyən səbəbləri 

açıqlayıblar. Həkimlərin 

fikrincə, bu səbəblər-

dən biri ultrabənövşəyi 

şüalardır.

 “Medikforum.ru” saytı 

xəbər verir ki, oftalmoloq-

lar  gün  eynəyindən  bütün 

il  ərzində  istifadə  etməyi 

məsləhət  görürlər.  Çünki 

birbaşa  günəş  şüaları  gö-

zün  buynuz  qişasına  son 

dərəcə dağıdıcı təsir göstə-

rir. Bununla yanaşı, alimlə-

rin sözlərinə görə gözün tor 

qişasında  ağrı  reseptorları 

olmadığından gözün aldığı 

termik yanıqlar barədə gü-

man da etmək olmaz.

İnsan  yaşa  dolduq-

ca  görmə  qabiliyyətinin 

zəifləməsinin  bir  səbəbi 

də  siqaretçəkmə  ola  bilər.  

Tədqiqatçılar  qeyd  edirlər 

ki,  siqaret  çəkənlər  arasın-

da  makulanın  yaşlanma 

degenerasiyasından əziyyət 

çəkənlər siqaret çəkməyən-

lərlə  müqayisədə  iki  dəfə 

çoxdur. Görmə qabiliyyəti-

nin itməsi ilə siqaretçəkmə 

arasında  bağlılıq  o  qədər 

güclüdür  ki,  bunu  siqaret-

çəkmə ilə ağciyərlərin xər-

çəngi  arasında  olan  bağlı-

lıqla müqayisə etmək olar.

Alimlərin 

fikrincə, 

kontakt linzalardan istifadə 

də risk amillərindən biridir. 

Bu  vərdiş  gözün  patogen 

bakteriyalarla  yoluxdurma 

ehtimalını  sürətlə  artırır, 

pozulmanı  inkişaf  etdirir 

və  sonda  korluğa  gətirib 

çıxarır. Amerikalı oftalmo-

loqlar  bildirirlər  ki,  bakte-

riyaları  dezinfeksiyaedici 

məhlulların  köməyi  ilə 

öldürmək  mümkün  deyil, 

əgər  üzgüçülük  zamanı 

linzadan  istifadə  olunursa 

və  ya  onların  konteynerlə-

ri axar su ilə yuyulursa, bu 

hallarda amöb keratiti (gö-

zün buynuz təbəqəsinin il-

tihabı) ilə yoluxma riski bir 

neçə dəfə artır.

Bundan başqa, dərman 

preparatları da görmə qabi-

liyyətinə və gözün müxtəlif 

hissələrinə əks-təsir göstərə 

bilər.

Futbol üzrə Almaniya milli 

komandası gələn il Rusiyada keçi-

riləcək dünya çempionatının qalibi 

olacağı təqdirdə yığmanın hər bir 

üzvü 350 min avro məbləğində 

mükafat alacaq.

Bu  barədə Almaniya  Futbol  Fe-

derasiyası açıqlama yayıb.

Açıqlamada  2012-ci  və  2016-cı 

illər Avropa, 2014-cü il dünya çempi-

onatlarındakı  kimi,  mükafatın  məb-

ləğinin millinin mundialda necə çıxış 

etməsindən asılı olacağı vurğulanıb. 

Belə  ki,  komanda  dörddəbir  fina-

la vəsiqə qazansa hər futbolçuya 75 

min, yarımfinal üçün 125 min, final 

üçün  isə  200  min  avro  məbləğində 

mükafat  nəzərdə  tutulub.  Əgər  Al-

maniya  yığması  üçüncü  yeri  tutarsa 

futbolçulara 150 min avro məbləğin-

də mükafat veriləcək.

Beləliklə, Almanya milli koman-

dası dünya çempionu adını qazanar-

sa hər futbolçu ümumilikdə 350 min 

avro məbləğində mükafata sahib ola-

caq.

Nyukasl Universitetinin 

(Böyük Britaniya) alimləri 

müəyyən ediblər ki, ağrıkəsici 

dərmanlar insanda piylən-

mənin və yuxusuzluğun 

inkişaf etməsinə gətirib 

çıxarır. Tədqiqatçılar 

bildirirlər ki, həkimlər 

belə preparatların qəbul 

edilməsi ilə bağlı əlavə 

təsirlərin, o cümlədən 

gecələr tənəffüsün və 

yuxunun pozulması 

hallarının sayının son 

vaxtlar artdığını qeydə 

alıblar.

 “MedikForum.ru” say-

tı xəbər verir ki, tərkibində opiat 

komponentləri  olan  ağrıkəsici 

dərmanların  daxilə  qəbul  edil-

məsi  piylənmə  riskini  95  faiz, 

hipertoniya riskini 63 faiz artırır. 

Bu səbəbdən xroniki ağrıları ara-

dan qaldırmaq üçün tətbiq edilən 

ağrıkəsici  preparatlar  qısa  müd-

dətə təyin edilməlidir.

Mütəxəssislər  ürəyi  xəstə 

olan 133 min pasiyent haqqında 

toplanmış  məlumatı  “UK  Bio-

bank” layihəsi çərçivəsində təh-

lil  edərək  bu  qənaətə  gəliblər. 

Pasiyentləri şərti olaraq iki qru-

pa  ayırıblar:  kardiopreparatlarla 

yanaşı, ağrıkəsici vasitələr qəbul 

edənlərə və yalnız ürək dərman-

ları  qəbul  edənlərə.  Sonra  onla-

rın  bədən  kütləsi,  bel  dairəsi  və 

arterial təzyiq göstəriciləri tutuş-

durulub.


Alimlər müəyyən ediblər ki, 

ağrıkəsici dərmanlar içən insan-

larda  piylənmə  və  hipertoniya 

ehtimalı xeyli yüksəkdir.

Tədqiqatçılar deyiblər: “Belə 

bir fakt böyük narahatlıq doğurur 

ki, tərkibində opiat komponentlə-

ri olan preparatlar getdikcə daha 

çox təyin olunur. Nəticədə onla-

rın qəbul edilməsi ilə bağlı əlavə 

təsirlərin  sayı  artır.  Pasiyentləri 

tez-tez  ağrıkəsici  dərmanları  ar-

tıq  dozada  qəbul  etdikləri  üçün 

xəstəxanaya  yatırırlar.  Bundan 

əlavə,  onlar  gecələr  tənəffüsün 

pozulmasından  və  yuxusuzluq-

dan əziyyət çəkirlər”.

Dünya Taekvondo Federasiya-

sının Olimpiya çəkiləri üzrə yeni 

reytinq cədvəli Azərbaycan idman-

çıları üçün uğurlu olub.

Dekabr  üçün  tərtib  olunan  siya-

hıda  yığmamızın  üç  taekvondoçusu 

yer alıb.

Hesabında 435,66 xal olan “Rio-

2016” Yay Olimpiya Oyunlarının qa-

libi, dünya və Avropa çempionumuz 

Radik İsayev 80 kiloqramdan yuxarı 

çəki dərəcəsində yenə də birinci pil-

lədədir.


Dünya çempionumuz Milad Be-

iqi  Harçeqani  (80  kq)  469,86  xalla 

reytinq  cədvəlində  birinci  yerdə  qə-

rarlaşıb.

Altmış  səkkiz  kiloqram  çəki 

dərəcəsində  “Bakı-2015”in  və  İsla-

miadanın  çempionu  olan Ayxan  Ta-

ğızadə 207,15 xalla yeddinci pillədə 

yer alıb.

Qeyd  edək  ki,  reytinq  xalları 

Dünya  Taekvondo  Federasiyasının 

təşkil  etdiyi  yarışlarda  idmançıların 

aktivinə yığılan xallara əsasən verilir. 

Taekvondo qaydalarına görə 2020-ci 

ildə  Tokioda  keçiriləcək  Yay  Olim-

piya  Oyunlarınadək  reytinq  xalları 

sayəsində cədvəldə ilk altılıqda ola-

caq idmançılar Olimpiadaya birbaşa 

vəsiqə qazanacaqlar.

kRİşTİAnU RonALDU 

BEşİncİ DƏfƏ “qIZIL ToP” 

MükAfATI qAZAnDI 

Portuqaliyanın futbol üzrə yığma komandasının 

və İspaniyanın “Real Madrid” klubunun hücumçusu 

Kriştianu Ronaldu beşinci dəfə “Qızıl top” mükafatı 

alıb.

Bu barədə mükafatın təsisçisi olan “France Football” 

jurnalının  Twitter  səhifəsində  məlumat  yerləşdirilib. 

2017-ci il üçün bu mükafata ümumilikdə 30 futbolçu id-

dia edib.

Kriştianu Ronaldu “Qızıl top”a 2008, 2013, 2014 və 

2016-cı illərdə də layiq görülüb. Bundan bir müddət əv-

vəl isə FIFA onu ilin ən yaxşı futbolçusu elan etmişdi. 

İndiyədək “Qızıl top” mükafatına beş dəfə yalnız argen-

tinalı futbolçu Lionel Messi layiq görülmüşdü.



2017-ci ildə Bakıda keçirilən For-

mula-1 yarışı dünyanın aparıcı kütləvi 

informasiya vasitələrində keçirilmiş 

sorğularda avtoidman azarkeşləri, media 

nümayəndələri və “Paddok Klub”un 

təmsilçilərinin əksəriyyəti tərəfindən 

mövsümün ən həyəcanlı və ən gözlənil-

məz anlarla dolu yarışı kimi qiymətlən-

dirilib.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkə-

tindən (BŞH)  bildiriblər ki, yarış zamanı 

Luis Hamilton ilə Sebastian Fettel arasında 

baş vermiş toqquşma avtoidman tarixinin 

ən yaddaqalan hadisələrindən biri olub.

Bakıda  təşkil  olunan  sonuncu  yarışda 

“Red  Bull”  komandasının  pilotu  Daniel 

Rikkardo  gözlənilməz  şəkildə  qələbə  qa-

zanmışdı.  Onu  ardıcıl  olaraq  “Mercedes” 

və  “Williams”  komandalarının  pilotları 

Valteri Bottas ilə Lens Stroll izləmişdilər. 

Üçüncü pilləyə çıxan Lens Strol bu nəticə 

ilə Formula-1 tarixində debüt ilində podiu-

ma çıxan ən gənc pilot ünvanına məhz bu 

yarışda yiyələnmişdi.

Bundan  başqa,  Formula  1-in  təkər  

təchizatçısı  “Pirelli”  şirkətinin  yayımla-

dığı  son  hesabatında  bildirilir  ki,  2017-ci 

ildə bütün Qran-Prilər arasında Bakı yarışı 

42 ötmə ilə ən çox ötmə edilən yarış olub. 

Həmin ötmələrin birində D.Rikkardo 1-ci 

döngədə bir dəfəyə üç bolidi keçmişdi və 

bu,  Formula-1  şirkəti  tərəfindən  minlərlə 

azarkeş  arasında  ilin  ən  yaxşı  10  ötməsi 

arasında ən çox bəyənilən ötmə olub. “Red 

Bull”un pilotu da bu ötməni özünün yarış 

mövsümündə reallaşdırdığı ən yaxşı ötmə 

kimi qiymətləndirir.

Qeyd  edək  ki,  2017-ci  il  Formula-1 

Azərbaycan Qran-Prisi bir sıra beynəlxalq 

media  qurumları  tərəfindən  yarış  mövsü-

münün  nəticələrinə  dair  keçirilən  sorğu-

ların əksəriyyətində ilin yarışı adına layiq 

görülüb.

DünYA çEMPİonU oLSALAR, 

hƏR fUTBoLçUYA 350 Mİn AVRo 

MükAfAT VERİLƏcƏk

2017-cİ İL foRMULA-1 

AZƏRBAYcAn qRAn-PRİSİ İLİn 

Ən YAXşI YARIşI SEçİLİB

İDMAn ARAşDIRMALAR MƏRkƏZİ MüXTƏLİf 

noMİnASİYALAR üZRƏ İLİn qALİBLƏRİnİ MükAfATLAnDIRIB

göRMƏ qABİLİYYƏTİnİn İTMƏSİnİn 

göZLƏnİLMƏYƏn SƏBƏBLƏRİ AçIqLAnIB

AğRIkƏSİcİ DƏRMAnLARIn qƏBUL EDİLMƏSİ 

PİYLƏnMƏ VƏ hİPERTonİYA RİSkİnİ ARTIRIR

YAXInLAşAn öLüMün DAhA BİR 

ƏLAMƏTİ MüƏYYƏn EDİLİB

İngiltərənin Ekseter Universite-

tinin tibb məktəbinin alimləri yaşlı 

insanlarda ölümdən 14-18 il əvvəl 

arterial təzyiqin aşağı düşdüyünü 

müəyyən ediblər.

 “Rossiyskaya qazeta” saytı xəbər 

verir  ki,  bu  nəticə  60  və  daha  yuxarı 

yaşda vəfat etmiş 46 min Böyük Bri-

taniya  vətəndaşı  haqqında  məlumat-

larının  tədqiqi  zamanı  əldə  olunub. 

Vəfat etmiş bu insanlar arasında sağ-

lamlığından heç bir şikayəti olmayan-

larla  yanaşı,  ürək-damar  xəstəlikləri, 

demensiya,  yüksək  təzyiqdən  əziyyət 

çəkənlər də olub.

Müxtəlif  təbəqələrdən  olan  bu  in-

sanların  hər  birində  ölümündən  təx-

minən  14  il  əvvəl  tədricən  qan  təz-

yiqinin  aşağı  düşməsi  faktı  alimlərin 

təəccübünə səbəb olub.

Tədqiqatçıların  fikrincə  alınan  nə-

ticələr tibb işçilərinə “yaşlı insanlarda 

qan  təzyiqinin  aşağı  düşməsinin  nəyə 

işarə  etdiyini”  anlamağa  və  müalicə 

üsulunun  düzgün  seçilməsinə  kömək 

edəcək.


DünYA TAEkVonDo fEDERASİYASInIn 

YEnİ REYTİnq cƏDVƏLİnİn İLk onLUğUnDA 

üç AZƏRBAYcAn İDMAnçISI YER ALIB

İdman Araşdırmalar 

Mərkəzinin “İlin qaliblə-

ri-2017” layihəsi çərçivəsində 

“9 ilə 13” adlı mükafatlan-

dırma mərasimi keçirilib.

Bakı Olimpiya Stadionunda 

təşkil  olunan  tədbirdə  ümumi-

likdə 17 mükafat sahibinə təq-

dim edilib.

Tədbirdə  çıxış  edən  İdman 

Araşdırmalar  Mərkəzinin  səd-

ri  Elşən  Məmmədov  bildirib 

ki,  səsvermədə  60  KİV  iştirak 

edib.  Seçim  zamanı  aktivlik 

müşahidə olunub. Bu il ilk dəfə 

olaraq  ali  nominasiya  var.  Bu, 

futbol  üzrə  ilin  baş  məşqçisi 

nominasiyasıdır.  Bəzi  nomina-

siyalarda,  xüsusən,  ilin  idman-

çısı  və  futbolçusu  seçimində 

ciddi rəqabət oldu. Bəzilərində 

isə  aşkar  üstünlük  müşahidə 

olundu.

Tədbirin  adının  “9  ilə  13” 



olması  təsadüfi  deyil.  Qurban 

Qurbanov  9  ildir  “Qarabağ”ın 

baş məşqçisidir, çıxış etdiyi 

klublarda  9  və  13  nömrəli 

formaları  geyinib.  Həmçi-

nin  tədbir  dekabrın  13-də 

keçirilir  və  saat  13:00-da 

start götürüb.

Daha  sonra  mükafatlar 

təqdim  edilib. Ali  nomina-

siya  üzrə  İlin  məşqçisi  – 

“Qarabağ” futbol klubunun 

baş  məşqçisi  Qurban  Qur-

banov təltif olunub.

Digər  nominasiyalar  üzrə  qa-

liblər bunlardır: İlin idman xadimi 

–  “Qarabağ”  klubunun  vitse-pre-

zidenti Tahir  Gözəl,  ilin  idmançısı 

–  sərbəst  güləş  üzrə  üçqat  dünya 

çempionu  Hacı  Əliyev,  ilin  əcnəbi 

idmançısı  –  “Qarabağ”ın  futbol-

çusu  Dino  Ndlovu,  ilin  futbolçu-

su  –  “Qarabağ”ın  kapitanı  Rəşad 

Sadıqov, ilin komandası (futbol və 

digər)  “Qarabağ”  və  şahmat  üzrə 

kişilərdən  ibarət  Azərbaycan  milli 

komandası, ilin baş məşqçisi (digər 

növlər üzrə) – cüdo üzrə Azərbay-

can  milli  komandasının  baş  məşq-

çisi Fərhad Məmmədov, ilin ən nü-

fuzlu yarışı – “Bakı 2017” IV İslam 

Həmrəyliyi  Oyunları,  ilin  yazarı 

–  Komanda.az  saytının  əməkdaşı 

Elnur  Həmidov,  ilin  idman  qurğu-

su  –  Bakı  Olimpiya  Stadionu,  ilin 

idman verilişi - 3-cü hissə, ilin fəal 

fotoqrafı - Firudin Səlimov, media 

ilə sıx əməkdaşlığa görə - Qarabağ” 



klubunun mətbuat katibi Nurlan İb-

rahimov.

Yüklə 494,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə