■ Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə a
Q E Y R İ - N E F T S E K T O R U
YUSİF ZEYNALOV
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
A kadem iyasının İqtisadiyyatın dövlət tənzim lənm əsi kafedrasının müdiri,
kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru, dosent
AZƏRBAYCANDA QEYRİ-NEFT SEKTORUNUN
İNKİŞAF ETDİRİLMƏSİ
PREZİDENT İLHAM ƏLİYEVİN
HƏYATA KEÇİRDİYİ UNİKAL İQTİSADİ SİYASƏTDİR
Azərbaycanda davamlı iqtisadi inkişafın
əsası kimi ölkədə sənayeləşməyə, xüsusilə də
iqtisadiyyatın şaxələndirilməsi yolu ilə qeyri-
neft sektorunda bu işin inkişaf etdirilməsinə
son illər böyük əhəmiyyət verilir. Respublika
da son 10 ildə sənaye məhsullarının həcmi
6,9 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə
3,3 dəfə artmışdır. Bu rəqəmlər ölkədə 2 0 14-cü
ilin sənaye ili elan edilməsi və güclü sənaye
ləşmə prosesinin getməsindən, iqtisadiyyatın
şaxələndirilməsindən və qazanılmış uğurlar
dan xəbər verir.
Azərbaycanda sənayenin ölkə iqtisadiyya-
tındakı xüsusi çəkisi dünya üzrə orta göstəri
cini - 30,5%-i təxminən 2 dəfə üstələyir.
BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının
məlumatına əsasən Azərbaycan Avropada sə
nayenin ÜDM-dəki payına görə 2010-cu ildə
birinci yerdə olub. Həmin il Azərbaycanda
sənayenin ÜDM-dəki xüsusi çəkisi 55,4%
olub ki, bu da ən yaxın avropalı rəqib olan
Norveçdən də 35,1% - xeyli yüksəkdir. Məlu
mat üçün bildirək ki, bu göstərici Azərbaycanın
MDB-dəki ənənəvi rəqibləri Qazaxıstanda -
34,0%, Rusiyada isə 28,2%-dir. Avropanın ən
çox sənayeləşmiş ölkəsi olan Azərbaycanda
sənaye strukturunda mədənçıxarmanm payı
2012-ci ildə 78,8% təşkil etmişdir. Mədənçı-
xarma sənayesində neft və qaz hasilatının həc
mi 76,2%-dir, yəni metal filizlərinin, daş, qum,
duz və s. sənaye məhsullarının payı isə cəmi
2,6%-dir [3].
Lakin bu bir həqiqətdir ki, Azərbaycan iqti
sadiyyatının əsasını neft-qaz sənayesi təşkil
etsə də, son illərin inkişaf dinamikasının təhlili
göstərir ki, ölkədə paralel olaraq qeyri-neft
sənayesi, ümumilikdə qeyri-neft, xüsusilə də
aqrar sektorun çəkisi sürətlə artmaqdadır. Bu
həm yeni açılan qeyri-neft müəssisələrinin sa
yında, həm də istehsal və ixrac olunan qeyri-
neft məhsullarının həcmində aydın şəkildə
görünür. Bunu təmin etmək üçün isə ölkədə
düzgün iqtisadi siyasətin tətbiq edilməsi zəruri
şərtdir. Birmənalı şəkildə deyə bilərik ki, son
10 ildə Azərbaycanda davamlı iqtisadi inkişa
fın təmin olunmasında Prezident İlham Əliye
vin böyük uzaqgörənliklə həyata keçirdiyi
unikal sosial-iqtisadi siyasət, o cümlədən bu
siyasətin prioritet istiqamətlərindən olan iqtisa
diyyatın innovativ inkişafı və dərindən şaxə
ləndirilməsi həlledici rol oynamışdır. Məhz
bunun nəticəsidir ki, son on ildə iqtisadiyyatın
artımı, əsasən, qeyri-neft sektorunun inkişafı
hesabına təmin olunmuşdur və ÜDM-də bu
sektorun xüsusi çəkisi 70%-ə yaxınlaşmışdır.
Şübhəsiz ki, qeyri-neft sektorunun inkişafında
neft gəlirləri hesabına iqtisadiyyatın şaxələn
dirilməsi istiqamətində reallaşdırılan tədbirlərin
mühüm əhəmiyyəti olmuşdur. İqtisadiyyatın
şaxələndirilməsi və qeyri-neft sektorunun inki
şafına zəmin yaratmaq üçün Prezident İlham
Əliyevin imzaladığı sərəncamlar və təsdiq et
diyi inkişaf proqramları əsasında kiçik və orta
sahibkarlığın dəstəklənməsinə, bu fəaliyyətlə
■ 1 (57) 2017 ■
■ 181 ■
■ Y.Zeynalov ■
məşğul olanlara güzəştli kreditlərin ayrılması
na, kənd təsərrüfatına subsidiyaların yönəldil
məsinə, ölkə ərazisində nəqliyyat-kommunika
siya infrastrukturunun yenidən qurulmasına
milyardlarla dollar xərcləmişdir. Bütün bunlar
iqtisadiyyatın qeyri-neft sektorunda böyük
canlanmaya səbəb olmuşdur [6].
Azərbaycanda istehsal edilən qeyri-neft
məhsulları, o cümlədən elektrik maşınları və
avadanlıqları, onların hissələri, kimya sənayesi
məhsulları, tikinti materialları, bitkiçilik və
heyvandarlıq məhsulları, hazır toxuculuq mə
mulatları və s. dünyanın m üxtəlif bölgələrinə
ixrac edilir. Göründüyü kimi, davamlı iqtisadi
inkişafa nail olan Azərbaycan öz təbii resurs
larından səmərəli şəkildə istifadə edərək
iqtisadiyyatını uğurla şaxələndirir və onun
neftdən asılılığım ildən-ilə azaldır. Bu
strategiya nəticəsində ölkədə tikinti, turizm,
kənd təsərrüfatı, nəqliyyat, informasiya və
kommunikasiya texnologiyaları sektorunda
davamlı artım tendensiyası davam edir. Ölkə
iqtisadiyyatının şaxələndirilməsinin uğurlu
nəticələrindən sayılan qeyri-neft sektorunun
dinamik inkişafını müsbət amil kimi dəyərlən
dirən Prezident İlham Əliyev Respublika N a
zirlər Kabinetində 2015-ci ildə sosial-iqtisadi
inkişafın altı ayına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasda demişdir: “Bizim uğur
larımız, doğrudan da, tarixi xarakter daşıyır.
Altı ay ərzində iqtisadiyyatımız inkişaf edib,
baxmayaraq ki, neftin qiyməti çox aşağı səviy
yədədir. Baxmayaraq ki, qonşuluqda iqtisadi
vəziyyət hələ ki, o qədər də müsbətə doğru
dəyişməyib, Azərbaycan iqtisadiyyatı inkişaf
edir. Bax, indi gətirəcəyim rəqəmlər bunu gös
tərəcək və sübut edəcək ki, bu, doğrudan da,
tarixi nailiyyətdir. Beləliklə, 6 ayda iqtisa
diyyat 5,7% artmışdır. Bu çox gözəl göstə
ricidir, ölkəmizin dinamik inkişafını sübut edir.
Bundan da gözəl göstərici qeyri-neft sektoru
nun inkişafıdır. Burada da biz 9,2% artımı
görürük”.
Dövlət Statistika Komitəsinin məlumatına
görə, Azərbaycanda 2015-ci ilin yanvar-iyun
aylarında 26 milyard 265,1 milyon manatlıq
ümumi daxili məhsul istehsal olunmuşdur ki,
■ 182 ■ -------------------------------------------------------
bunun da 17 milyard 568,1 milyon manatı və
ya 66,8%-i qeyri-neft sahələrinin payına düşür.
Qeyd etdiyimiz kimi, son illər neftdən əldə
edilən gəlirlər hesabına iqtisadiyyatın şaxələn-
dirilməsi ölkədə qeyri-neft sektorunun bütün
sahələrində inkişafa səbəb olmuşdur. Məhz
bunun nəticəsidir ki, 2016-cı ildə qeyri-neft
sektorunun mühüm növ məhsullarının istehsa
lında əhəmiyyətli artım qeydə alınmışdır.
Prezident İlham Əliyev tərəfindən 2014-cü
ilin “Sənaye ili” elan edilməsi və bununla bağlı
təsdiq edilmiş tədbirlər planının icrası qeyri-
neft sənayesinin inkişafına yeni impuls ver
mişdir. Artıq “Sənaye ili” çərçivəsində həyata
keçirilmiş tədbirlərin m üsbət'nəticələri açıq-
aydın hiss olunur. 2015-ci ilin birinci yarısında
Azərbaycanda 13 milyard 276,5 milyon m a
natlıq sənaye məhsulu istehsal olunmuşdur ki,
bu da əvvəlki ilin eyni dövründəkindən 3,8%
çoxdur. Ölkə iqtisadiyyatının şaxələndirilməsi
istiqamətində həyata keçirilmiş ardıcıl və
məqsədyönlü tədbirlər qeyri-neft sənayesinin
də sürətli inkişafına səbəb olmuşdur. Təkcə
onu qeyd etmək lazımdır ki, 2015-ci ilin altı
ayında Azərbaycanda 3 milyard 669,4 milyon
manatlıq qeyri-sənaye məhsulları istehsal
olunmuşdur. Bu isə ötən ilin müvafiq dövrünə
nisbətən 14,1 % çoxdur. Bütün bunlar, heç
şübhəsiz, ölkədə son illər sənayeləşmə, yeni
sənaye zonalarının yaradılması ilə bağlı görül
müş işlərin, məqsədyönlü tədbirlərin nəticə
sidir. Hazırda ölkənin regionlarında qeyri-neft
sənayesinin inkişaf etdirilməsi üçün güclü
iqtisadi potensial mövcuddur. Belə ki, 2015-ci
il yanvarın 27-də regionların 2 0 1 4 -2 0 18-ci
illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı
nın icrasının birinci ilinin yekunlarına həsr olu
nan konfransda ölkə Prezidenti İlham Əliyev
bu barədə demişdir: “Keçən il Azərbaycanda
“Sənaye ili” elan edilmişdir. Bu, bizim siyasə
timizi göstərir. Çünki sənayeləşmə Azərbaycan
da uğurla aparılır. Sənayeləşmə aparılmasaydı,
biz həmişə neft amilindən asılı vəziyyətdə
olacaqdıq. Mənim göstərişimlə indi hər bir
rayonda sənaye zonası yaradılmalıdır”.
Hazırda Azərbaycanda kənd təsərrüfatı,
turizm, informasiya-kommunikasiya texnolo
■ Yanvar - Fevral - M a rt ■
■ Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə ■
giyaları, emal sənayesi qeyri-neft sektorunun
inkişafında əsas prioritet sahələr hesab edilir.
Beynəlxalq maliyyə institutları Azərbaycanda
kənd təsərrüfatı və turizmin əhəmiyyətini xü
susi qeyd edirlər. Hazırda ölkənin məşğul əha
lisinin 38%-ə yaxmı məhz kənd təsərrüfatında
çalışır. Bu səbəbdən də Azərbaycanda kənd
təsərrüfatının inkişafına yönələn ardıcıl dövlət
proqramlarının icrası, bir sıra islahatların və
yeni texnologiyaların bu sahəyə cəlb edilmə
sini sürətləndirir. Təsadüfi deyil ki, üçüncü
regional inkişaf proqramının icrasının ilk ilinin
yekunlarına həsr olunmuş konfransda Prezi
dent İlham Əliyev demişdir: “... Kənd təsər
rüfatının inkişafı prioritet məsələdir. Bu,
sosial-iqtisadi sahədir, qeyri-neft sektorunun
inkişafı üçün dəstəkdir” . Dövlət başçısı İlham
Əliyevin 2015-ci il yanvarın 12-də imzaladığı
sərəncamla 2015-ci ilin Azərbaycanda “Kənd
təsərrüfatı ili” elan olunması da bu məqsədə
xidmət edir. Artıq ölkəmizdə aqrar bölmənin
sürətli inkişafını təmin etmək məqsədilə bir
sıra ciddi və təsirli tədbirlər görülür. Azərbay
canda iqtisadiyyatın mühüm və aparıcı sahələ
rindən sayılan kənd təsərrüfatı sahəsində
mövcud potensialın hərəkətə gətirilməsi isti
qamətində həyata keçirilən mühüm işlər son
nəticədə qeyri-neft sektorunun inkişafına təkan
verəcəkdir. Məlumdur ki, Azərbaycan Cənubi
Qafqaz əhalisinin 55%-ni, ərazisinin 47%-ni,
strateji valyuta ehtiyatlarının 90%-ni, ÜDM-nin
73%-ni və ixracın 86%-ni əhatə edir.
Azərbaycan Dünya İqtisadi Forumunun
hazırladığı hesabata görə 2010—2011-ci illərdə
rəqabətqabiliyyətlilik reytinqinə görə 57-ci,
2012-ci ildə 55-ci, 2013-cü ildə 46-cı, 2014-cü
ildə 39-cu, 2016-cı ildə 37-ci yerdədir. Ölkə
Prezidenti İlham Əliyev Azərbaycanın bu uğu
runu olduqca yüksək qiymətləndirir.
Azərbaycan makroiqtisadi mühit göstərici
sinə görə 148 dövlət arasında 8-ci, əmək baza
rının effektivliyi göstəricisinə görə 30-cu,
texnoloji hazırlıq səviyyəsi və innovasiyalara
görə 50-ci yerdədir [3].
Qeyd edək ki, Azərbaycan dünyada sürətlə
inkişaf edən: Braziliya, Rusiya, Hindistan, Cə
nubi Afrika və s. dövlətləri geridə qoyubdur.
MDB ölkələri arasında ən yaxın rəqibi olan
Qazaxıstandan rəqabətqabiliyyətliliyinə görə
11 pillə irəlidədir.
Azərbaycanda 2012-ci ildə 2003-cü ilə nis
bətən kənd təsərrüfatında ümumi məhsul 43%
artmışdır, bu illər ərzində taxıl istehsalı 36%,
kartof 26%, tərəvəz 16%, bostan bitkiləri
20%, meyvə və giləmeyvə 42%, ət 54%, süd
47%, yumurta 80% artmışdır [1].
Göründüyü kimi, Respublika Prezidenti
İlham Əliyevin ölkə iqtisadiyyatını davamlı
şəkildə şaxələndirməsi siyasəti nəticəsində öl
kənin ərzaq təhlükəsizliyi ən yüksək səviyyədə
təmin edilmişdir. 2015-ci ildə Azərbaycanda
915 min hektar taxıl sahəsindən 2 milyon 350 min
ton taxıl yığılıbdır, məhsuldarlıq hektardan
30,7 sentner olubdur ki, bu da rekord göstəri
cidir. Artıq dövlət iri fermer təsərrüfatları yara
dılması üçün öz üzərinə böyük vəzifələr
götürmüşdür. Dövlətin dəstəyi ilə 12 rayonda
30 min hektardan artıq sahədə 19 iri fermer
təsərrüfatının yaradılması üçün tədbirlər hə
yata keçirilməkdədir, gələcəkdə 50 iri fermer
təsərrüfatı yaradılacaqdır ki, bu da aqrar
sektorun inkişafını sürətləndirəcəkdir.
Azərbaycanda 2003-cü ildə yoxsulluğun
səviyyəsi 49% idi, bu göstərici 2009-cu ildə
16%-ə enmişdir, hal-hazırda isə yoxsulluq
5%-dir. Dünya əhalisinin isə 9,6%-i yoxsuldur.
Son 10 ildə 1,2 milyon yeni iş yeri açıl
mışdır ki, bunun da 900 mini daimidir, ölkədə
işsizlik 5%-dir. Respublikada 2015-ci ildə
212 min yeni iş yeri açılmışdır ki, bununda
100 mini daimi olubdur. Ölkədə 01.03.2016-cı
il tarixinə iqtisadi fəal əhalinin sayı 4,9 milyon
nəfər olubdur. Azərbaycanda 01.01.2017-ci il
tarixinə muzdla işləyənlər 1,514 milyon nəfər
olub ki, bunların da 889 mini iqtisadiyyatın
dövlət sektorunda, 624 mini isə qeyri-dövlət
sektorunda çalışıblar.
Azərbaycanda uğurlu iqtisadi inkişafı xa
rakterizə edən ÜDM istehsalı son 10 ildə 3,4
dəfə, sənaye istehsalı 2,7 dəfə artıbdır. Ölkədə
ÜDM 2008-ci ildə 11%, 2009-da 9%, 2010-da
4%, 2013-də 6%, 2014-də 2,5%, 2015-də
1,1%, qeyri-neft sektoru 8,4%, 2016-cı ildə qey
ri-neft sektoru 5%, kənd təsərrüfatı 2% artıbdır.
---------------------------------------------------------------- ■ 183 ■
■ 1(57)2017 ■
■ Y.Zeynalov ■
Azərbaycanda iqtisadiyyatın davamlı in
kişafından bəhs edən akademik U.Ələkbərov
Dünya Bankının m əlum atlarına əsaslanaraq
qeyd edib ki, 2 0 0 3 -2 0 13-cü illərdə dünya
dövlətləri arasında 3 dəfədən çox iqtisadi
artım Çində və Azərbaycanda müşahidə edi
lib. Lakin Çində adambaşına ÜDM artımı 3,1
dəfə olduğu halda, Azərbaycanda 3,4 dəfə ol
muşdur [2].
Dünya bazarında neftin qiymətinin son il
lər kəskin enməsi nəticəsində Azərbaycan döv
ləti gündə 18 milyon dollar, ayda 550 milyon
dollar və ildə 5 -6 milyard dollar vəsait itirdiyi
bir şəraitdə, yuxarıda sadalanan iqtisadi göstə
riciləri dünyada 2007-2008-ci illərdən davam
edən maliyyə iqtisadi böhran fonunda böyük
nailiyyət hesab etmək olar.
Azərbaycanda neft ixracından itirilən gə
lirlərin azaldılması üçün qeyri-neft məhsulla
rının ixracının artırılm asına böyük ehtiyac
duyulur. Bunun da ən yaxşı və qısa yollarından
biri ölkədə aqrar sektorun modemizasiyası və
burada intensiv texnologiyaların, innovasiyalann
daha geniş tətbiq edilm əsidir [4; 5]. Azər
baycanda aqrar sektorun inkişafı və moderni-
zasiyası kənd təsərrüfatı məhsullarının ixrac
payını kəskin artırar və bu da ölkəyə valyuta
idxalını çoxaldar.
Məlumat üçün bildirək ki, məsələn, 2012-ci
ildə Azərbaycanda məşğul əhalinin 38%-i aq
rar sektorda çalışıbdır, dünya üzrə orta göstə
rici isə 35%-dir. Lakin inkişaf etmiş ölkələrdə
isə bu göstərici 5%-dir. Məsələn, Belçikada
2%, Kanadada 2%, ABŞ-da 1%-dir. Lakin
Kanadada bu 2% əhali ölkə ÜDM-nin 2,2%-ni,
ABŞ-da 1% isə ÜDM-nin 1,2%-ni istehsal
edir. Azərbaycanda isə aqrar sektorda çalışan
38% əhali ÜDM-nin cəmi 5%-ni istehsal edir.
Göründüyü kimi, Azərbaycanda aqrar sektor
əsaslı şəkildə modernizasiya olunmalıdır [3].
Son illər Azərbaycanda informasiya-kom
munikasiya texnologiyalarının (İKT) inkişaf
etdirilməsi sahəsində də əhəmiyyətli tədbirlər
həyata keçirilir. Dövlət Statistika Komitəsinin
məlumatına görə 2015-ci ilin altı ayı ərzində
informasiya və rabitə müəssisələri əhaliyə,
müəssisə və təşkilatlara 771,8 milyon manatlıq
■ 184 ■ -------------------------------------------------------
xidmət göstərmişdir. Ötən ilin eyni dövrü ilə
müqayisədə informasiya və rabitə xidmətləri
nin həcmi 10,7% artmış, xidmətlərin 72,5%-i
əhaliyə göstərilmiş və əldə edilmiş gəlirin
80%-i qeyri-dövlət sektorunun payına düşmüş
dür [1].
Azərbaycanın gələcək iqtisadi tərəqqisi və
davamlı inkişafı, xüsusən də qeyri-neft sekto
runun inkişafı özəl bölmənin fəaliyyətindən
çox asılıdır və hazırda ölkə iqtisadiyyatının
83%-i özəl sektorda istehsal edilir. Son illər
respublikada yaradılmış əlverişli biznes mü
hiti, özəl sektora dövlət dəstəyinin getdikcə
artırılması ölkədə sahibkarlığın sürətlə inkişa
fına səbəb olüb. “ Sahibkarlığın inkişafı ilə
bağlı əlavə tədbirlər haqqında” Prezident fər
manına uyğun olaraq ötən il ölkədə biznes və
investisiya mühitinin daha da yaxşılaşdırıl
ması, o cümlədən prosedurların sadələşdiril
məsi, elektron xidmətlərin əhatə dairəsinin
genişləndirilməsi, əsassız müdaxilələrin qarşı
sının alınması və digər istiqamətlər üzrə işlər
davam etdirilib. Sahibkarlığın inkişafına dəs
tək olaraq 2015-ci ilin altı ayında Sahibkarlığa
Kömək Milli Fondunun xətti ilə iqtisadiyyatın
m üxtəlif sahələri üzrə 2972 sahibkara 96 mil
yon manat həcmində güzəştli kreditlər verilib.
Bütövlükdə isə fond tərəfindən maliyyələşdi
rilmiş güzəştli kreditlər hesabına ölkədə çox
saylı iri istehsal, emal və infrastruktur müəssi
sələri istifadəyə verilib. Məlum olduğu kimi,
ölkəmizin davamlı sosial-iqtisadi inkişafının
təmin olunmasında, makroiqtisadi tarazlığın
qorunmasında iqtisadiyyatın şaxələndirilməsi
siyasətinin prioritet istiqamətlərindən olan
regionların inkişafı strategiyasının müstəsna
əhəmiyyəti var. Respublikada 2004-cü ildən
uğurla icra olunan regionların sosial-iqtisadi
inkişafı dövlət proqramları rayonların iqtisadi
potensialının artmasına, infrastruktur təminatı
nın, kommunal xidmətlərin keyfiyyətinin daha
da yüksəlməsinə, biznes və investisiya mü
hitinin və əhalinin rifahının yaxşılaşdırılmasına
səbəb olmuşdur. Bu baxımdan 2 0 1 5 -2 0 16-cı
illərdə “Azərbaycan Respublikası regionları
nın 2 0 1 4 -2 0 18-ci illərddə sosial-iqtisadi inki
şafı Dövlət Proqramı” çərçivəsində mühüm
■ Yanvar - Fevral - M a rt ■
■ Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə ■
işlər görülmüş, bir sıra uğurlu layihələr həyata
keçirilmiş, regionların inkişafına bütün mən
bələr hesabına kifayət qədər vəsait yönəldil
mişdir və bu məsələlər ölkə başçısı Prezident
İlham Əliyevin daim diqqət mərkəzində və nə
zarətindədir.
Qeyri-neft sektomnun ÜDM-də payı 2012-ci
ildəki 52,7%-dən 2017-ci ildə 72%-ə yüksəl
məsi gözlənilir. Bu dövr ərzində dövlət büdcə
sinin gəlirlərinin formalaşmasında neft sekto
runun payı nəzərə çarpacaq dərəcədə aşağı
enəcək ki, bu da iqtisadiyyatımızın neftdən
asılılığının ildən-ilə azaldığını göstərməklə
iqtisadiyyatın şaxələndirilməsi hesabına qeyri-
neft sektorunun davamlı inkişaf etdirilməsi
Ədəbiyyat:
1. Azərbaycanın statistik göstəriciləri. 2014-
2016-cı illər.
2.
Ələkbərov U.
İnnovativ idarəetmə siyasəti
Azərbaycan Respublikasının iqtisadi və so
sial inkişafının təminatçısı kimi. Dövlət İda
rəçiliyi, nəzəriyyə və təcrübə jurnalı (xüsusi
buraxılış). Bakı, 2016, №4.
3.
Qasımlı
V. İqtisadi modemizasiya. Bakı,
2014.
sahəsində həyata keçirilən genişmiqyaslı fəa
liyyətin nəticəsi kimi qiymətləndirilə bilər.
Ölkə Prezidenti cənab İlham Əliyev tərəfin
dən həyata keçirilən tarazlaşdırılmış unikal
iqtisadi siyasət hal-hazırda Azərbaycanda iqti
sadiyyatın innovativ inkişafı və dərindən şaxə
ləndirilməsi nəticəsində istehsal edilən qeyri-
neft məhsulları, o cümlədən elektrik maşınları və
avadanlıqları, onların ehtiyat hissələri, müxtəlif
çeşidli maşınqayırma məhsulları, kimya səna
yesi məhsulları, əczaçılıq məhsulları, tikinti ma
terialları, toxuculuq məmulatlan, çoxçeşidli kənd
təsərrüfatı məhsulları və s. bir çox dünya dövlət
lərinə ixrac edilir, ölkəyə valyuta idxalı artır və
son nəticədə iqtisadiyyat davamlı inkişaf edir.
4.
Mehdiyev R.
Modernləşmə xətti yenə də
gündəlikdədir, Bakı, 2008.
5.
Mehdiyev R.
İnkişafın Azərbaycan modeli,
Bakı, 2010.
6.
Salahov S.
Aqrar sektorun innovasiyon
inkişafı. AZETKTİ və Tİ Elmi əsərləri, 2012,4.
7. sc@azstat.org
8. www.economy.gov.az
9. http:Avww.azerbaijan-news.az
Açar sözlər:
modemizasiya, şaxələndirmə, davamlı inkişaf, strategiya, innovasiya, intensiv
texnologiya
Key words:
modernization,diversification, sustainable development, strategy, innovation, in
tensive technology
Ключевые слова:
модернизация, разветвление, устойчивое развитие, стратегия, ин
новация, интенсивная технология
• 1 (57) 2017 в
■ 185
в
■ Y.Zeynalov ■
Yusif Zeynalov
The Academy o f Public Administration under the President o f the
Republic o f Azerbaijan, Plead o f the Department State Regulation
o f the Economy, PhD in Agricultural Sciences, Associate Professor
DEVELOPMENT OF THE NON-OIL SECTOR IN AZERBAIJAN
AS THE UNIQUE ECONOMIC POLICY IMPLEMENTED
BY PRESIDENT ILHAM ALIYEV
SUMMARY
The article explores the basis o f sustainable economic development in Azerbaijan,
industrialization o f the country, especially improving the non-oil sector through diversification o f
the economy. The volume o f industrial production in the country increased by 6.9 times in the last
decade, the non-oil sector increased by 3.3 times. In Azerbaijan average share o f manufactured
products exceeds by 30.5% the world indexes, and its about 55.4%.
Unique socio-economic policy carried out by the President o f the Republic o f Azerbaijan Ilham
Aliyev ensured the sustainable economic development in the last 10 years in Azerbaijan. Economic
growth was due to non-oil sector and proportions o f GDP is 70%.
For example, during the first six months in 2015, GDP calculated 26.3 billion manats, 17.6 billion
manats or 67% o f which accounts for non-oil sector. Declaring o f 2014 as the «Year o f Industry»
and the «Year o f Agriculture» o f 2015, by President Ilham Aliyev in Azerbaijan stimulated the
development o f non-oil sector and diversification o f economy in the country.
As a result, in Azerbaijan 2.4 million tons o f grain were harvested from 915 thousand hectares
o f grain field, the growth reached 30.7 centners per hectare, which became a record index in the
history o f the country.
In the republic growth o f GDP was 1.1%, while growth o f non-oil sector was 8.4% in 2015.
■ 186 ■
■ Yanvar - Fevral - M art ■
■ Б
оу
Ш 1йагацПуГ пагэпууэ
уэ
1эсгиЬэ ■
Юсиф Зейналов
Заведующий кафедрой Государственное регулирование экономики
Академии Государственного Управления
при Президенте Азербайджанской Республики,
доктор философии по сельскохозяйственным наукам, доцент
РАЗВИТИЕ НЕНЕФТЯНОГО СЕКТОРА
В АЗЕРБАЙДЖАНЕ КАК УНИКАЛЬНАЯ ЭКОНОМИЧЕСКАЯ ПОЛИТИКА,
ОСУЩЕСТВЛЯЕМАЯ ПРЕЗИДЕНТОМ
ИЛЬХАМОМ АЛИЕВЫМ
РЕЗЮМЕ
В статье уделяется большое внимание индустриализации, особенно развитию ненефтя
ного сектора путем разветвления экономики в стране как основы устойчивого экономиче
ского развития Азербайджана. За последние 10 лет в республике объем промышленной
продукции вырос в 6,9 раза, в том числе в ненефтяном секторе в 3,3 раза. Проведенный ана
лиз показывает, что в Азербайджане средний показатель удельного веса промышленности
превышает на 30,5% общемировой уровень и составляет 55,4%. За последние 10 лет, благо
даря дальновидной политике Президента Ильхама Алиева, претворяющего в жизнь уникаль
ную социально-экономическую политику, достигнуто устойчивое развитие экономики в
стране. Экономический рост в основном был достигнут за счет ненефтяного сектора и его
удельный вес в общем объеме ВВП составил 70%.
Таким образом, видно, что в Азербайджане за шесть месяцев 2015 года было произведено
ВВП на 26,3 миллиарда манат, из них на долю ненефтяного сектора приходилось 17,6 мил
лиарда манат или 67%.
Именно благодаря политике Президента Ильхама Алиева и его дальновидности 2014 год
был объявлен «Годом промышленности», а 2015 год - «Годом сельского хозяйства», которые
впоследствии стимулировали развитие ненефтяного сектора и развитие всей экономики
страны. В итоге в 2015 году в Азербайджане с 915 тысяч гектаров зерновых посевов было
собрано 2,4 миллиона тонн зерна, продуктивность которых составила 30,7 центнера с каж
дого гектара, что стало рекордом в истории страны.
В целом, по республике общий рост ВВП в 2015 году составил 1,1%, а на долю ненефтя
ного сектора - 8,4%.
■ 1 (57) 2017 ■
■ 187 ■
Dostları ilə paylaş: |