Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə125/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   121   122   123   124   125   126   127   128   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
228 
Azərbaycanda  əkin  sahəsinə  görə  pomidor  və  ağ  baş  kələmdən  sonra  üçüncü  yerdə  durur.  Açıq 
sahədə ümumi tərəvəz əkini sahəsinin 19%-ni, soyuqdan qorunan sahələrdə isə yarıya qədərini təşkil edir. 
Açıq  və  soyuqdan  qorunan  sahələrdə  bu  bitkinin  bu  qədər  sahələrdə  becərilməsi  onun  çox  böyük  xalq 
təsərrüfatı əhəmiyyətinə malik olması ilə izah edilir. 
Xiyar  meyvələri  qidalılıq  dəyərinə  görə  başqa  tərəvəz  bitkilərindən  geri  qalsa  da,  yüksək  dad 
keyfiyyətinə malikdir.  
İstixanada  becərilən  xiyarın  tər  meyvələri  əsasən  təzə  halda  salat  kimi  istifadə  olunur.  Xiyar, 
pomidor, bibər və ədviyyatlardan (şüyüd, cəfəri, soğan ) hazırlanmış salat əksər xörəklərlə ( xüsusilə ətli 
xörəklərlə ) iştahla yeyilir. İstixanadan iyul ayında yığılan məhsul marinad hazırlamaq və turşuya qoymaq 
üçün də istifadə olunur.  
Xiyar meyvələri iştahı yaxşılaşdırmaq xüsusiyyətinə malikdir. Onun tərkibində olan qələvi duzlar 
və  mikroelementlər,  onu  yedikdə  mədə  şirəsinin  turşuluğunu  neytrallaşdırır,  orqanizmdə  olan  zərərli 
maddələri  xaric  edir.  Tər  meyvələrdə  olan  peptonlaşdırıcı  maddələr,  yəni  fermentlər,  zülalların  və  B 
qrupu  vitaminlərinin  orqanizm  tərəfindən  daha  yaxşı    mənimsənilməsinə  şərait  yaradır.  Ona  görə  də 
xiyardan hazırlanmış salat ətli xörəklərlə yeyilir ki, o daha yaxşı həzm olunsun.  
Ədəbiyyat  məlumatlarına  görə  tər  xiyar  meyvəsinin  95-96  %-ə    qədəri  sudur.  Onun  quru 
maddəsinin  0,  86%-ni  azotlu  maddələr,  1,8-2,8  %-ni  şəkərlər,  0,4  %-ni  isə  zülallar  təşkil  edir.  Xiyar  
meyvələrində    həmçinin    A,    B  və    C    (8  mq  %-ə  yaxın)  vitaminlər  də  vardır.Tərkibində  olan  qələvi 
duzların miqdarına görə ancaq turpdan geri qalır. Meyvədə olan efir yağları iştahı artırır, qələvi duzlar isə 
ürək və böyrəyin fəaliyyətinİ yaxşılaşdırır. 
Əlverişsiz  şərait  xüsusilə  havanın  istiliyinin  və  rütubətin  normadan  aşağı  olması  onun 
meyvələrində xüsusi maddələr-qlükozidlər əmələ gətirir ki, bunun da nəticəsində meyvə acılaşır və təzə 
halda yeyilməyə  yararsız olur. 
Xiyar meyvələri həmçinin müalicəvi əhəmiyyətə də malik olub, onun yeyilməsi böyrək ,qaraciyər 
xəstəliklərinin  müalicəsində yaxşı təsir göstərir.  
Revmatizm xəstəliyinə qarşı xiyar şirəsinin istifadə edilməsi yaxşı nəticə verir. Xiyar meyvəsinin 
tərkibində  olan  yüksək  dozada  olan  kalium  insan  orqanizmindən  suyun  xaric  olunmasına  şərait  yaradır, 
ürəyin işini nizama salır. 
Xiyar  əsas  konserv  bitkilərindən  olub,  onun  meyvələri  turşuya  qoyulmasında,  marinad 
hazırlanmasında xammal kimi istifadə edilir. Bu məqsəd üçün açıq sahədə becərilən məhsuldan  istifadə 
edilir. Xiyarın müxtəlir uzunluqda olan meyvələri (3-5 sm; 5,1-7,0 см, 7,1-10 см) ―Pikuli‖ və ―Karnişon‖  
adlanan  marinad hazırlamaq üçün daha qiymətli xammaldır.  
Xiyar  şirəsindən  hazırlanan  lasyon,  sabun,  şampun,  krem  və  s.  məhsullar    ətiryyat  sənayesində 
geniş istifadə olunur. 
Xiyar    bitkisinin  ən  əhəmiyyətli  xüsusiyyətlərindən  biri  də  vegetasiya  müddətinin  qısa  olmasıdır. 
Yəni  kütləvi  çıxışdan  45-60  gün  sonra  əksər  sortlar  yetişməyə  başlayır.  Bu  xüsusiyyət  onu  şimal 
ölkələrində  və  Azərbaycanın  şimal  bölgələrində  yetişdirməyə  imkan  verir.  Azərbaycanın  aran 
bölgələrində bu bitkini açıq sahədə ildə iki dəfə -yazda və yayda səpin aparmaqla  əhalimizi daha uzun 
müddət təzə məhsulla təmin etməyə imkan verir.  
Xiyar  soyuqdan  qorunan  sahələrdə  becərilən  əsas  tərəvəz  bitkilərindəndir.  Örtülü  sahədə  xiyarın 
əkin sahəsi ümumi tərəvəz əkini sahəsinin yarıya qədərini təşkil edir.  
Xiyar  həmçinin  həm  açıq  sahədə,  həm  də  örtülü  sahədə  yüksək  məhsuldarlığı  ilə  fərqlənir.  
Azərbaycanda açıq sahədən 400-600 sent/ha, örtülü sahədən hər m
2
  sahədən 25-30   kq  məhsul verərək 
pomidora nisbətən  yüksək gəlir əldə olunur.  Ona  görə  də  Azərbaycanda istixanalarda  becərilən xiyarın 
əkin sahəsi ildən-ilə genişləndirilir. 
 
 
RESPUBLĠKAMIZIN QƏRB BÖLGƏSĠNDƏ YETIġDĠRĠLƏN BOZAX CĠNSLĠ 
QOYUNLARININ MƏHSULDARLIĞININ ÖYRƏNĠLMƏSĠ 
 
Sadıqlı B.N. 
Azərbaycan Dövlət Aqrar Universiteti 
 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
229 
Qərbi  Azərbaycanda  qismən  də  şərqi  Gürcüstanda  və  bir  sıra  rayonlarda  geniş  yayılmış  bozax 
qoyunu  qədim  həm  də  yerli  Azərbaycan  qoyun  cinslərindən  biri  sayılır.  Bozax  cinsli  qoyunun    yunu 
əsasən boz,nadir hallarda isə ağ və qəhvəyi rəngdə olur.Bu cinsli qoyunlar Zaqafqaziya respublikalarının 
hamısında yetişdirilir. Çox güman ki ,onun rənginin bozluğunu nəzərə alaraq ona bozax qoyun cinsi adı 
verilmişdir.Hal-hazırda  Gəncə-Qazax  bölgələrində  daha  çox  inkişaf  tapan  bozax  qoyun  cinsi 
ətlik,yunluq,südlük,və  satış  üçün  bəslənilir.Bozax  cinsli  qoyunlar  il  ərzində  1.8-2  kq-a  qədər  qaba  yun 
vermə qabiliyyətinə malikdirlər. 
Bozax cinsli ana qoyunlarının canlı kütləsi orta hesabla 40-45 kq,erkək toğluların canlı kütləsi orta 
hesabla 55-60 kq,quzular doğularkən canlı kütləsi orta hesabla 3-3.5 kq olur.Bu cinsli qoyunların hər 100 
baş ana qoyununda 110-115 bala almaq mümkündur. 
Bozax  cinsli  qoyunların  yüksək  məhsuldarlıq  xüsusiyyətini  nəzərə  alaraq  cinsin  təmiz  qanlı 
sürülərini  Goranboy  Gəncə  Göygöl  Qazax  rayonlarında  zootexniki  tələblərə  dair  təsdiq  edilmiş 
Azərbaycan  Respublikası  Kənd  Təsərrüfatı  Nazirliyi  tərəfindən  təsdiq  edilmiş  təlimata  əsasən  bozax 
cinsli qoyunları yetişdirmək lazımdır. 
 
 
ġAGĠRDLƏRƏ AZƏRBAYCAN FLORASI ÜZRƏ NƏZƏRĠ BĠLĠKLƏRĠN VERĠLMƏSĠ  
VƏ PRAKTĠK BACARIQLARIN AġILANMASI   
 
Qasımova S.E. 
Sumqayıt Dövlət Universiteti 
 
Azərbaycan florasının tədrisi  zamanı  doğma diyarın  təbiətini təsvir etməklə də təbiətə hədsiz 
məhəbbət  hissləri  aşılamaq  mümkündür.  Şagirdlər  təbiəti  dərindən  öyrəndikcə  onun  özünəməxsus 
gözəlliyinə  heyran  olur,  ondan  zövq  alırlar.  Belə  olduqda  isə  eyni  zamanda  təbiəti  sevir,  onu 
qorumağa çalışırlar.  Bu da şagirdlərin elmi dünyagörüşünün formalaşmasına zəmin yaradır. 
Zəngin  floraya  malik  Azərbaycan  təbiəti  şagirdlərə  ardıcıllıqla  öyrədilir.  İlk  növbədə  bitkilərin 
bioloji xüsusiyyətləri və yayıldığı ərazi haqqında məlumat verilir. Onların xarici əlamətləri qeyd edilərək 
hissələri  göstərilir.  Sonra  bitkilərin  təsnifatda  yeri  təyin  edilir,  təbiətdə  rolu  və  iqtisadi  əhəmiyyəti 
göstərilir. Nəhayət bitkilərin mühafizəsi və çoxalma qaydaları aydınlaşdırılır.   
Kursun  ilk  bəhsi  tədris  olunarkən  Azərbaycan  florasına  aid  ümumi  nəzəri  məsələlərin  şagirdlərə 
çatdırılması  lazımlıdır.  Bu zaman  müəllim  biologiya elminin  xüsusiyyətləri  üzərində dayanır. Təbiətdə, 
xalq təsərrüfatında və insan həyatında bitkilərin əhəmiyyətini aydınlaşdırarkən ―flora‖ anlayışına aydınlıq 
gətirilir. Şagirdlər öyrənirlər ki, ―Flora‖ sözü latınca ―Çiçək və bahar ilahəsi‖ mənasını verir. Təsviri sənət 
əsərlərində  onu  əlində  çiçək  tutmuş  qız  kimi  təsvir  edirlər.  Şagirdlərin  nəzərinə  çatdırılır  ki,  müəyyən 
coğrafi əraziyə uyğunlaşmış və yayılmış bitki növləri üzrə təsnifat vahidlərinin (fəsilə, cins, növ) toplusu 
flora adlanır. Beləliklə, flora bitki aləmi deməkdir.     
Tədris  prosesində  bitkiləri  müşahidə  etmək,  şəklini  çəkmək,  müqayisə  aparmaq,  ondan  herbarı, 
müqəvva hazırlamaq, təbii bitki üzərində təcrübə qoymaq, nəticə çıxarmaq,  bitkiyə qulluq etmək, onları 
mühafizə etmək, xəstəlik törədicilərinə qarşı mübarizə aparmaq kimi praktik bacarıqlar formalaşdırır.  
‖Bitkilərin təsnifatı‖  bəhsinin  mövzularında  müşahidə,  müqayisə  və  təyinetmə  bacarıqları inkişaf 
etdirilir. ―Bitkilərin vegetativ çoxalması‖ bəhsinin mövzularında tədrisdə bitkilərin çoxalması və onlara 
qulluqla  bağlı  bacarıqların aşılanması həyata  keçirilir.  ‖Bitkilərin  aləminin inkişafı‖  bəhsinin  tədrisində 
isə  bitkilərin  çoxalma  və  mühafizəsinə  dair  bacarıqlar  aşılanır.  Bütün  bunların  tədris  prosesində  yerinə 
yetirilməsi yolları müxtəlif  ola bilər. Bu səbəbdən də müəllim müxtəlif vasitə, əyani vəsait və yollardan 
istifadə  edir.  İstifadə  edəcəyi  metodları  isə  mövzunun  xüsusiyyətlərinə  və  aşılayacağı  bacarığın  növünə 
uyğun seçir.  
Problemin  həllinə  dair  istənilən  sayda  dərslər  küçilə  bilər.  Azərbaycan  florasının  tədrisi  zamanı 
fəal  təlim  metodlarından  istifadə  edilməsi  müsbət  nəticə  verir.  Belə  təlim  metodlarından  biri 
Klaster  metodudur.  Müəllim  bitkilərin  müxtəlifliyini  öyrədərkən  ―Flora‖  açar  sözündən  istifadə 
edir  və  sözdən  doğan  fikirlərini  şaxələrdə  yazmağı  təklif  edir.  Sonra  şaxələrdə  yazılmış  və 
Azərbaycan florasına aid olan bitkiləri ayırırlar.  
Şagirdlərin fəallığını və diqqətini artırmaq baxımından daha faydalı metodlar təlim xarakterli 
əyləncəli  və  rollu  oyunlardır.  Ancaq  bu  metoddan  bütün  mövzuların  tədrisində  deyil,  toplanmış 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə