M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi
29
Şahbaz bəyin müsyö Jordana tamamilə başqa
gözlə baxmasının səbəbləri elə özü tərəfindən açıqlanır.
Əgər əmisi ilə söhbətində sadəcə olaraq dil öyrənmək
üçün Parisə getmək istədiyini söyləyən Şahbaz bəy əslində
yalnız bunu düşünmür. Şərəfnisə ilə söhbətində məlum
olur ki, Tiflisdə, ya qeyri yerdə qulluğa düzəlmək üçün
arxa, kömək lazımdır. Parisə gedəndə Jordan vasitəsilə
kral sarayında qəbul olunmaq şərəfi gələcəkdə rus
hökumət idarələrində onun üzünə bağlı qapıları aça bilər.
Şahbaz bəy, hətta Şərəfnisə bilirlər ki, "Bu gördüyünüz
xoşbəxtlər tamam özgə yol ilə bəxtə yetişiblər." (3.53)
– Paris haqqında: nə qədər qəribə olsa da, bu şəhər
komediyada əhəmiyyətli yer tutur. Müsyö Jordan və
onun vasitəsilə Şahbaz bəy bu şəhəri elm, mədəniyyət
mərkəzi kimi qəbul edirlər. Şahbaz bəy bu şəhərə getmək
vasitəsilə mənsəb qazanmaq istəyir. Hatəmxən ağa bu
şəhər haqqında çox bəsit təsəvvürə malikdir, lakin orada
da həyatın müxtəlif rənglərdə və şəkillərdə, eyni zamanda
çox maraqlı olduğunu dərk edir. Şəhrəbanu xanım bu
şəhərdə yaşayanların halına acısa da, qızının xoşbəxtliyini
öz aləmində müdafiə etmək üçün bu şəhərin alt-üst
edilməsinə razı olur, bunu həmin şəhərdə yaşayan yaman
adamların cəzalandırılması kimi qiymətləndirir. Müəllifin
Məstəli şahın dili ilə dediyi "bu şəhərdən heç vaxt bəla
əskik olmaz" sözləri ilə Parisin inqilablar, yeni ideyalar və
siyasi hərəkatlar şəhəri olduğuna işarə edilmişdir.
– Cadugərliyə münasibət: Şəhrəbanu xanım çətinə
düşən kimi caduya müraciət edir. Xanpərinin vasitəsi ilə
məşhur Məstəli şahı tapdırır. Bu zaman Şərəfnisənin
reaksiyası maraqlıdır. Gənc qız nişanlısının qabağını ala
biləcək bir qüvvənin tapıldığına sevinir və deyir: "Yox
olsun o ölkə ki, onda cadu, pitik olmaya." (3.51) Məstəli
şah çağırılanda Şəhrəbanu xanım kişilərdən çəkinir və
Afaq Yusifli İshaqlı
30
Şahbaz bəyin Məstəli şahı görərsə, öldürəcəyindən qorxur.
Təsadüf yalanı həqiqətə, fırıldaqçını sehrbaza çevirəndə
Şəhrəbanu xanım deyir: "… kişilər həmişə bizə deyirlər:
caduya, pitiyə inanmayın! Necə inanmamaq olar ki, adam
gözü ilə belə işlər görür?" (3.64.)
– Zahirən əsərin ümumi süjeti ilə bağlı olmayan,
lakin ümumilikdə həm bu əsərin ideyasına, həm də
Axundzadənin yaradıcılıq qayəsinə xidmət edən epizodlar
və replikalar da çox maraqlıdır. Məstəli şah Şəhrəbanu
xanımla təzə tanış olanda özünü təqdim etmək, xanımı
inandırmaq
üçün
həyatında
guya
baş
vermiş
əhvalatlardan, uğurlu cadularından danışır. Guya
Şərurda və Naxçıvanda bir vaxt baş vermiş təbii fəlakəti
Məstəli şah törətmişdir və bununla da onu sərhəddən
keçirmək istəməyən qaçaqmalçıların vətənini cəzalan-
dırmışdır. Bir tərəfdən müəllif təsadüflərin, baş verən ha-
disələrin onların əlinin, cadusunun işi olduğuna adamları
inandıran cadugərlərin əməllərinə işarə edir, bu əsərin
sonluğunu hazırlayır. Digər tərəfdən Arazı keçərək
qaçaqmalçılıq edən və gələcəkdə onun əsərinin
qəhrəmanlarına çevriləcək adamların da tək olmadığını
təsdiqləyir. Başqa bir əhvalatın nəqli də maraq doğurur.
Vəzir Mirzə Ağasının öz maaşını istəyən İran sərbazlarını,
biabırçı bir üsulla, başmaq tayı ilə qovması təsvir olunur.
Əslində bu əsərlə əlaqəsi olmayan bu epizod şagirdlərin
diqqətinə çatdırılır. Müəllim qeyd etməlidir ki, gələcək
dərslərində "Aldanmış kəvakib" povestinin təhlili zamanı
bu epizoddan istifadə olunacaqdır.
Beləliklə, süjet xətti Şahbaz bəyin Parisə gedib-
gedə bilməməsi üzərində qurulan komediyada müəllifin
ayrı-ayrı
ictimai-siyasi
hadisələrə
münasibəti
də
aydınlaşır.
M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi
31
3-cü dərs komediyanın əsas surətlərinin səciyyələn-
dilirməsinə həsr olunmuşdur. Təhlil zamanı məzmun
üzərində aparılmış işdən istifadə edərək hər bir surətin
səciyyəvi xüsusiyyətlərini müəyyənləşdirmək və bu əsasda
təhlil aparmaq məqsədəuyğundur.
Şahbaz bəy – təhsillidir, türk, fars, ərəb, rus
dillərini bilir, elmləri öyrənmək, fransızca danışmaq,
dünyanı gəzmək istəyir.
Hatəmxan ağa – xeyirxah və həlimtəbiətli insandır,
qonaqpərvərdir, ailəsini, qardaşı oğlunu sevir. Lakin dün-
yagörüşü bəsitdir.
Şəhrəbanu xanım – özünə məxsus olanları nəyin
bahasına olursa-olsun qorumağa hazırdır, övladlarını
sevir, qonaqpərvərdir. Bütövlükdə insanlara, məsələn
tanımadığı parislilərə belə pislik arzulamır.
Müsyö Jordan – əsl elm adamıdır, lakin mənsəb və
şöhrət pilləsi ilə yüksəlməyin yollarını bilir, bu yolları sə-
mimiyyətinə görə sevdiyi Şahbaz bəyə də öyrətmək
istəyir. Beynəlmiləlçidir, başqa millətlərə, onların adət-
ənənəsinə hörmət edir, vətənpərvərdir, Fransadan fəlakət
xəbərini alan kimi getməyə hazırlaşır.
Şərəfnisə xanım – sadəlövh və səmimidir. Üzüaçıq
Paris qızlarına nifrət etsə də, ona çiçək dəstələri göndərib
hörmət edən müsyö Jordanı həyatı bahasına belə
qorumağa hazırdır.
Dərviş Məstəli şah – komediyanın əsas gülüş
obyektidir, özü cadugər olmadığını çox yaxşı bilir, insan
psixologiyasına, xüsusən yaşadığı mühitin qadınlarının
dünyagörüşünə yaxşı bələd olduğundan onları öz təsiri
altına sala bilir.
Beləliklə, əsas surətlərin səciyyəsini aşağıdakı kimi
yekunlaşdırmaq olar. "Əsərdə Hatəmxan ağa müsbət
surətdir. O, əsərdə hadisələrin cərəyan etdiyi Təklə-
Dostları ilə paylaş: |