Ağayar Şükürov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə16/43
tarix14.07.2018
ölçüsü0,72 Mb.
#55587
1   ...   12   13   14   15   16   17   18   19   ...   43
    Bu səhifədəki naviqasiya:
  • BAZAR

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 57 
 
olmuşdur və arxasınca müəllimim  və böyük qardaşım hesab etdiyim 
professor  Orhan Kavuncunun həyəcanlarla dolu 18 aylıq bir xidmət 
dövrü gəlir. Mən Türkistan şəhərinə ilk gəldiyim 1997-ci ildə isə bir cüt 
insanla prorektor, professor Gülçin Çandarlıoğlu və Türkistan 
bölməsinin rektoru, professor Şərif Akdaşla tanış olmuşdum. 
Belə ki, birgə həyəcanlarla şahinlərin yetişdirilməsinə çalışan və 
bizlər üçün şəhərin məhrumiyyətlərini isti dostluqları ilə unutduraraq 
burada  keçən günlərimizi gözəlləşdirən Ali Akbaş, Özer Rəvanoğlu 
Ağabəylərimi, Vehbi, Dursun, Saleh, Mehmet, Sevda kimi dostlarımın, 
Ziya Başkan və İbrahim Karaköy kimi qeyrətli  iş yoldaşlarımızın  və 
daha neçə  nəfərin bir-bir hekayətlərini anlatmaq bəlkə bu işimin 
məqsədini aşacaqdır. Lakin  ortaq universitet olması səbəbiylə 
Türkiyədən bura işləməyə gələnlərin ruh halı və davranışlarındakı ortaq 
cəhətləri öyrənmək daha yerinə düşər. Türkiyədə Yesəvi Universitetinə 
işləməyə gələnlərin ruh hallarını və bu halından doğan davranışlarını 
ümumiləşdirərək  belə xarakterizə etmək olar. I qrup kitablardan və 
eşitdiklərindən tanıdıqları Qazaxıstana üzərilərinə böyük missiyalar 
götürərək gəlirlər. Onların fikrincə “70 il kommunist idarəçiliyində olan 
və ruslar tərəfindən dilləri və mədəniyyətləri, mənəvi dəyərləri 
unutdurulan, maddi sərvətləri soyulan bu qardaşlarımızı qurtarmaq 
milli bir vəzifədir. Onlar gələcəklər və qardaşlarını qurtaracaqlar”. Bu 
qrup min çətinlik və sıxıntıya qatlanmaq məcburiyyətində qalacaqlarını 
bildikləri halda Türkistan  şəhərinə gəlirlər. Əslində bu gəliş onların 
düşündüklərinin  həyata keçirilməsinin zənn edilən qədər asan 
olmayacağını başa salır. Sonra gəldikləri zaman görürlər ki, ortada xilas 
olmağı gözləyən bir xalq yoxdur. “Xilas ediciləri”, min bir çətinliklə 
onlara çatmış olmasına baxmayaraq,  burada insanlar gələnin fərqində 
belə olmadan öz gündəlik həyatlarına davam edirlər. Bu səbəbdən  də 
onların qarşılanması bura gələnlərin ilk xəyal qırıqlığıdır. Heç kim 
“Xoş  gəldiniz” deyə qarşılarına qaçmayıb boyunlarına sarılıb 
qucaqlamayıblar. Ancaq hələ ümidləri tükənməyib; xalqla təmasda 
olduqları zaman xalq onları anlayacaqdır. Onları Türkistanda olduqları 
birinci və ya ikinci gün şəhəri tanımaqları üçün daha əvvəl bura 
gələnlər bazara aparırlar. Çoxlu adamların içərisində onların önünə 
qaçanlar yalnız “dollar alırıq, dollar varmı?” deyə dollar ticarəti edənlər 
olacaqdır. Xəyallarının yıxıldığı zamandır. Bax, bundan sonra gedərək 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 58 
 
çoxalan və tez-tez eşidilən “Ah,  biz buraya nə ideyalarla gəlmişdik” 
deyərək başlarına döymək istəyirlər. Bu mərhələdən sonra Qazaxları, 
Türkistanı, Türkiyəni hər dilinə gələni tənqid etməkdən başqa görüləsi 
bir şey qalmaz. Bu qrupun bəzilərinin dillərində xilasedicilik, 
könüllərində yaşıl dollar istiliyi, bu ay nə qədər xərcləri olacaqdır deyə 
hesab aparanlar da var. 
Digər bir qrup isə yenə bu həyəcanları yaşamaqla yanaşı, böyük 
iddialarla kiçik işlər görərək çata biləcəyini düşünənlərdir. Bir könül 
qazanmağın bir cahan qazanmaq olduğunu bilərək; ətrafdakılara sakit 
qonşuluq, dostluq əlaqələri ilə özlərini sevdirən, Qazaxları və Qazax 
mədəniyyətini sevən və öyrənməkdən zövq alan insanlardır ki, əsl 
xidməti bunlar göstərirlər. 
Qardaş xalqlarımız arasında dostluğun inkişaf etməsinə tarixi 
köklərimizin yenidən qurulmasına xidmət edən hər kəsi buradan 
salamlayıram. 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 59 
 
BAZAR 
 
 
Hər gün axşam yığışdırılıb,  hər səhər yenidən qurulan bazar 
Türkistan  iqtisadiyyatının  gündəlik fəaliyyətlərinin  ən sıx olduğu 
yerdir. Stansiya məhəlləsindən şəhərə gələn prospekt üzərində yerləşən 
bu bazar Türkistanın ən mühüm mərkəzlərindən biridir. Hər cür yeməli-
içməli şeylər, geyim əşyası, kitab,  hətta bəzi elektrik əşyalarının 
satıldığı, qısası hər cür ehtiyac üçün xalqın gəldiyi yerdir.  
Bazar “Yeni Türkistanla” stansiya məhəlləsini birləşdirən və bu 
günlərdə şəhərin ən hərəkətli prospekti vəziyyətindəki  yolun üzərində 
qurulur. Bu prospekt ilə Yesəvi Türbəsi arasında isə ruslar gəlməzdən 
əvvəlki Türkistan məhəlləsi yerləşmişdir. “Keçmiş Türkistan” evlərinin 
Yesi məhəlləsindən əsas etibarı ilə çox fərqi yoxdur. Yalnız buradakı 
küçələr daha gözəldir.  
Əslində şəhərdə buradan başqa əlavə yeddi səkkiz bazar vardır. 
Lakin ən böyük və ən sıx bazar bura olduğu  üçün xalq arasında bazar 
deyildikdə ağıla bura gəlir. Türkiyədə bələdiyyələrin hazırlayıb 
işlətdikləri bazar yerlərini burada özəl təşəbbüs qrupları işlədir. Heyvan 
bazarı, maşın bazarı özəl qruplar tərəfindən işlədilir. 
Bazar yerinə yaxınlaşması ilə birlikdə artan maşın sıxlığı və bu 
şəhərdə çox görülməyən maşın saxlamaq yeri probleminin başlanması, 
bu məkanda yaşanan canlılığın ilk işarətləridir. Bəzi piştaxtalar bazar 
yeri olan ərazinin xaricinə, yolun kənarına qədər gəlib çıxmışdır. 
Bunların başında bazar girişindəki kitab satış nöqtələri gəlir. 
Keçmiş zamanlarda şəhərdə bir neçə kitab dükanı varkən, hazırda 
onların hamısı bağlanmış və Türkistanın mədəniyyət, ədəbiyyat və elm 
dünyasına açılan pəncərələri yalnız bazar kənarında qurulan bu kitab 
satış nöqtələrinin ixtiyarına qalmışdır. Buradan ala biləcəyimiz kitablar 
yalnız piştaxtanın üzərindəkilərlə məhdudlaşmır. Əgər axtardığınız bir 
kitabın koordinatlarını satıcıya versəniz,  bir həftə və ya on gün 
içərisində tapıb sizə gətirər. Əlbəttə, bu sizi daha çox vəsait xərcləməyə 
məcbur  edəcək. Bir kitab satan piştaxta üzərində bir zamanlar Alma-
atada “Jas Türkistan”(Gənc  Türkistan) jurnalı tərəfindən Fadl Əlinin 
redaktorluğu ilə nəşr olunan “Atatürk” kitabını Türkistanlılara təqdim 
etmişdim. Mustafa Çokay Vəkfi tərəfindən çıxarılan “Jas Türkistan” 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə