bölükdən ibarət taborda isə 19 zabit, 772 əsgər, 12 minik və 76 yük heyvanı olmalı idi.
238
Əli ağa Şıxlinskinin
27 iyun tarixli 189 saylı əmri göstərir ki, Korpusun tərkibində 115 saylı sanitar qatarı,
Yelizavetpol stansiyasındakı 200 nəfərlik lazaret mövcud olmuş, həmçinin döyüşlərdə bir Azərbaycan zirehli
qatarı da iştirak etmişdir.
239
Toplanmış əsgərlər iki hissəyə bölünürdü: türk hissələrinə göndərilən əsgərlər və Azərbaycan hissələrinə
göndərilən gənclər. Belə ki, əsgərlərin paylanması zamanı müəyyən fərqlər var idi. Türk hissələrinə göndərilən
gənclər doğulduqları yerdən asılı olmayaraq hərbi hissələr arasında bölüşdürülürdülər: Gəncədən
çağırılmış əsgər Şəkidən və Qazaxdan olan əsgərlə bərabər türk hərbi hissəsinə göndərilir və türk əsgərləri ilə
çiyin-çiyinə vuruşurdu.
Toplanmış könüllülərin Azərbaycan hissələrinə bölüşdürülməsi isə ərazi prinsipi əsasında
aparılırdı:
Qazax qəzasından toplanmış gənclər 1-ci piyada alayı, Şuşa və Qarabağ qəzasından -
2-ci piyada alayı, Ağdaş qəzasından - 4-cü piyada alayının 1 və 2-ci taborlarına və 1-
ci və 2-ci süvari bölüklərinə, Cavanşir qəzasından - 4-cü piyada alayının
3-cü
taborunun formalaşdırılmasına göndərilirdi.
Toplanma işi sürətlə gedirdi: misal üçün, iyulun 2-dən 29-dək Ağdamda 462
nəfər toplanıb. 3-cü piyada alayında 560-dan artıq nəfər, 4-cü piyada alayında 2028
nəfər, 2-ci piyada alayında 1018 nəfər, Şəki dəstəsində 285 nəfər, Bərdə dəstəsində
472 piyada və 245 süvari, Tərtər dəstəsində 245 süvari var idi. Təkcə
Cəbrayılda könüllülər yığmaq olmurdu. Raportlarda bunun səbəbi belə açıqlanırdı:
"hər bir kənd digəri ilə ədavətdədir və qan davası aparır".
240
Ənvər paşa Əlimərdan bəy Topçubaşovla görüşündə könüllülərin
toplanmasından xəbəri olmasını göstərmişdir: "Mənə məlumdur ki, çağırışda böyük
çətinlik olmayıb, adamlar həvəslə gəlirlər. Belə də olmalıdır. Qafqaz müsəlmanları
əsgəri mükəlləfiyyətə cəlb olunmamışdılar. Onlar əsgəri tələbkarlıqla tanış deyillər.
Ancaq görünür ki, əsgəri ruh hələ də qalmaqdadır. Bu isə zəruri şərtdir".
241
Ərazilər azad edildikcə gənclərin əsgərliyə çağırışı təşkil edilirdi. Belə ki, QİO
hissələri Bakıya yaxınlaşanda artıq Göyçay və Şamaxıda çağırış işi təşkil edilmişdi.
Erməni təhlükəsi olan kəndlərdə Akıncı dəstələri təşkil edilməli idi: 150 nəfərlik bölüklərə
bölünmüş dəstəyə nüfuzlu şəxs rəhbərlik edir, döyüşçülər öz evlərində yaşasalar da mütəmadi təlim keçir və
siqnal olan döyüşə çağırılırdılar.
Heyvanların da səfərbərliyi həyata keçirilirdi. İyunda QİO-da 2374 heyvan olub, onlardan 297 tələf olub,
lakin əhali tərəfindən 340 yeni heyvan gətirilib. Araba və dəvələr, həmçinin arabaçı və dəvəçilər də orduya cəlb
edilirdi.
242
Avqustda qoşunların strukturunda növbəti dəyişikliklər aparıldı. Ətrafında olan bəzi ilhaqçılar sonradan
Azərbaycanın Türkiyəyə qatılacağını bildirərək Azərbaycan milli hissələrinin yaradılmasının zərərli
olmasını gənc və siyasi cəhətdən təcrübəsiz olan Nuru paşaya təlqin etmək istəyirdilər. Digər
tərəfdən Azərbaycan Korpusunda zabit heyəti sıralarında rusların çox olması, bütün hərbi
yazışmanın və sənədləşmənin hətta azərbaycanlı zabitlər tərəfindən də rus dilində aparılması
(azərbaycanlı zabitlər rus ordusu sıralarında xidmət etmiş və bu dildə hərbi təhsil almışdılar) Nuru paşanın
narazılığına səbəb olan məqamlar idi.
Nəticədə 1918-ci il avqustun 2-də Nuru paşa Qafqaz İslam Ordusu tərkibində Azərbaycan
hissələrinin
yaradılması barəsində əmr verdi. Əmrə əsasən iki diviziyadan (firqə) ibarət korpus yaradılmalı idi və
korpus
Osmanlı komandanlığı altında xidmət etməli idi. Əmrə əsasən mövcud hissələrdən 1-ci Qazax, 2-ci Qarabağ, 3-
cü Zaqatala, 4-cü Ağdaş piyada alayları və dörd süvari alayı düzənləndi. Hər piyada alayda üç tabor, pulemyot
bölüyü, depo bölüyü, istehkam bölüyü yaradıldı. Süvari alayda iki bölük olmalı idi.
243
1918-ci il avqustun 13-də Azərbaycan Korpusunun ləğvi barəsində əmr imzalandı, 1918-ci il avqustun
20-də Nuru paşanın əmri ilə 124 azərbaycanlı zabit yeni təyinatlar aldı. Nuru paşanın avqustun 2-20-də verdiyi
əmrlər əsasən Azərbaycan Korpusunun qərargahı təşkil edən qurumların ləğvi, lakin döyüşən xətt hissələrinin
saxlanılmasına yönəlmişdi. Qərargahlar ləğv ediləndən sonra
etibarlığı şübhə doğuran qeyri-
müsəlman
zabitlər uzaqlaşdırılmış, azərbaycanlı zabitlər isə Azərbaycan və Osmanlı hərbi hissələrinə təyinat
almışdılar.
İsrafil bəy İsrafilov xatirələrində göstərir ki, "bizim piyada hissələr türk piyada hissələri tərkibində idi, mən isə
zirehli qatara komandanlıq edirdim".
238
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.173-174.
239
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.127.
240
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.174-175.
241
Топчубашев А. Дипломатические беседы в Стамбуле (1918-1919). Баку,1994, с. 17.
242
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.175.
243
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.129-130.
85
5.6. Bakıya son hücum ərəfəsində Qafqaz Ġslam
Ordusunun quruluĢu
Müasir tarixşünaslıqda Qafqaz İslam Ordusunun quruluşu və say tərkibi göstərilərkən Bakıya
hücum
zamanı mövcud olan maksimum sayda hərbi hissələr göstərilir və döyüşlərin elə birinci günündən
bütün bu hissələrin vuruşması bildirilir. Halbuki bu, belə deyil. İyun -avqust döyüşlərində Osmanlı qoşunlarından
yalnız
5-ci Qafqaz piyada firqəsi iştirak etmişdir, üstəlik onun tərkibində olan qüvvələr Azərbaycana hissə-hissə gəlir
və elə hissə-hissə də döyüşə qatılırdılar. Sovet tarixşünaslığı Bakıya qədər olan döyüşlərdə iki, Bakıya hücum
zamanı isə əlavə olaraq üç diviziyanın iştirak etməsini göstərirdi. Halbuki tarixi sənədlər sübut
edir ki,
Azərbaycanda cəmi iki Osmanlı piyada diviziyası (firqəsi) olmuş, onlardan 5-ci Qafqaz piyada
firqəsi ilk
günlərdən vuruşmuş, 15-ci piyada firqə isə yalnız sentyabrın 9-10-da Bakı ətrafına gəlmiş və təkcə
Bakı uğrunda döyüşdə iştirak etmişdir. Sovet tarixçisi E.Ludşuveyt yazırdı ki, son həmlədə 5-ci, 15-ci və 36-cı
piyada
firqələri iştirak etmişdilər, lakin onun 36-cı diviziya ilə bağlı mənbə göstərməməsi bu məlumatı şübhə
altına alır.
244
Ümumiyyətlə, sovet tarixşünaslığında türk diviziyalarının sayı olduğundan dəfələrlə çox göstərilir.
Misal üçün, "Гражданская война и военная интервенция в СССР" enklopediyasında Bakıya
hücum ərəfəsində türklərin 2 piyada diviziyası, iyulun sonlarında daha iki diviziyası, və nəhayət, avqustun
əvvəllərində daha üç diviziyanın gəlməsi və beləliklə Bakıya hücumda 7 (!) türk diviziyasının iştirakı
bildirilir.
245
5-ci Qafqaz piyada firqəsi ilə eyni quruluşa malik 15-ci piyada firqə döyüşlərin Bakı ətrafında
getdiyi vaxt QİO-nun tərkibinə qatılmışdı.
246
Firqənin komandiri miralay Süleyman İzzət bəy,
Ərkani-Hərb rəisi minbaşı İhsan bəy idi. Azərbaycan sərhəddini keçəndə firqənin tərkibində olan 38-
ci piyada alayına miralay Səlim bəy, 56-cı alaya qaimməqam Fəzli bəy, 107-ci alaya qaimməqam Fəhmi bəy
rəhbərlik edirdilər. Bununla belə, toplanmış döyüş təcrübəsi, yeni gəlmiş hərbi hissələr arasında
döyüşlərdə iştirak etmiş hərbi hissələr yerləşdirmək istəyi, çoxsaylı azərbaycanlı könüllülərdən
maksimum yararlanmaq zərurəti 15-ci piyada firqəsinin tərkibində dəyişikliyə səbəb oldu.
1918-ci il sentyabrın 10-da Qafqaz İslam Ordusu aşağıdakı quruluşa malik idi: 5-ci Qafqaz piyada firqəsi,
15-ci piyada firqəsi, Cənub qrupu (Azərbaycan diviziyası), 106-cı Qafqaz piyada alayı (əlahiddə göstərilib).
5-ci Qafqaz piyada firqəsi (komandan mirliva Mürsəl paşa, qərargah rəisi Rüştü bəy), 4 piyada
alayı
(onlardan üçü əvvəllər 5-ci firqənin tərkibində olanlar idi, biri isə 106-cı Qafqaz piyada
alayından götürülmüşdür), 1 topçu alayı və əlavə hissələrdən ibarət idi. Piyada və süvari alayların strukturunda
dəyişklik
baş verməmiş, topçu alayı gücləndirilmişdi. Onun tərkibində 4 topçu batareyası (2 Şnayder, 2 Dağ topçu), səhra
topçu, rus səhra topçu, rus dağ topçu tağımları (cəmi 33 top) var idi. Əlavə hissələrə 5-ci istehkam bölüyü, 5-ci
səhiyyə bölüyü, telsiz teleqraf taqımı, 24-cü səyyar xəstəxana, orkestr, iaşə taqımı, 20-ci və 25-ci ərzaq qolları
aid idi.
15-ci piyada firqəsi
247
(komandan Suleyman İzzət bəy, qərargah rəisi İhsan bəy), 2 piyada alayı (38-ci və
107-ci piyada alayları), Zehni bəy müfrəzəsi, Tevfiq bəy Müfrəzəsi (Maştağı könüllülər milisi), 15-
ci topçu alayından və əlavə hissələrdən ibarət olmuşdur. Firqə Rumıniyada yerləşərək Konstansadan
dəniz yolu ilə Batuma, sonra Gümrüyə gətirilmişdi.
248
Piyada alayların quruluşu 5-ci firqənin alayları ilə
eyni idi (üç piyada taboru). Zehni bəy müfrəzəsi bir Osmanlı süvari alayı (iki bölükdən ibarət
mürəttəb 2-ci süvari alayı), iki Azərbaycan süvari alayı (üç bölükdən ibarət Tatar süvari alayı və üç
bölükdən ibarət Ləzgi süvari
alayı) və
heyətləri azərbaycanlılardan olan iki dağ topundan ibarət olmuşdur. Tevfiq bəy Müfrəzəsi (Maştağı könüllülər
milisi) üç alay şəklində toplanmış
244
Лудшувейт Е.Ф. Турция в годы первой мировой войны 1914-1918 г. Москва, 1966, с.236.
245
Гражданская война. Энциклопедия, с.145.
246
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.2, s.276.
247
15-ci firqə «Çanaqqala firqəsi» adı ilə aşağıdakı əsərdə göstərilir: Лудшувейт Е.Ф. Турция, c.238.
248
Görüryılmaz M. Türk Kafkaz, s.79.
86
Dostları ilə paylaş: |