23
Belə ki, Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-
iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş
və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair
əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun
davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin
yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun
artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun
artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir.
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı"nın Tədbirlər Planında iqtisadi rayonlar üzrə alternativ və bərpa olunan enerji
mənbələrinin yaradılması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi sahəsində işlərin davam
etdirilməsi nəzərdə tutulmuşdur. Dövlət Proqramı Azərbaycan reqionlarının inkişafına yönədilmiş
fəaliyyətlər əks etdirir. Alternatif və bərpa olunan enerji mənbələrindən istifadə bu Proqramın
çərçivəsində planlaşdırılmışdır.
“Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət
qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət
Proqramı” ilə əlaqəlilik ola bilər. Proqram AR Prezidentinin 2013-cü il, 27 Dekabr Sərəncamı ilə
təsdiq olunmuşdur.
Dövlət Proqramına daxil edilən üzrə aşağıdakı digər tədbirlərin də cari “Strategiya” və ona uyğun
qəbul ediləcək Tədbirlər Planı ilə uzlaşdırılması məqsədəuyğun hesab edilmişdir:
-
Sənaye və kənd təsərrüfatı sahəsinin inkişafı
tədbirləri
-
Ekologiya və təbii sərvətlərdən istifadə tədbirləri
-
Yol təsərrüfatı və nəqliyyat tədbirləri
-
Elektrik enerjisi təchizatı
-
Su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması tədbirləri
-
Meliorasiya və irriqasiya tədbirləri
-
Turizm sahəsinin inkişafı
tədbirləri
Strategiyanın qeyd olunan proqram fəaliyyətləri ilə həmçinin bilavasitə və dolayı əlaqədar olacağı
gözlənilir. Bu baxımdan Strategiyanın, eləcə də ABEM üzrə Fəaliyyət Planı çərçivəsində aşağıdakı
dövlət orqanları ilə məsləhətləşmələr aparılması zəruri hesab edilir:
-
İqtisadiyyat və Sənaye
Nazirliyi
-
Kənd Təsərrüfatı Nazirliyi
-
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
-
Fövqəladə Hallar Nazirliyi
-
Nəqliyyat Nazirliyi
-
"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC
-
"Azərenerji" ASC
-
Mədəniyyət və Turizm Nazirliyi
-
Səhiyyə Nazirliyi
-
Xəzər
Dəniz Gəmiçiliyi
24
5.
SEQ üzrə qiymətləndirmə metodologiyası və alternativlərin təhlili
5.3.
SEQ üzrə qiymətləndirmə metodologiyası
5.4. SEQ prosesində çatışmazlıqlar və yanaşmalar
5.5. SEQ-in
təklif olunan əhatə dairəsi
5.6. SEQ-in hədəfləri ilə Strategiya hədəflərinin uzlaşdırılması (əlavə olunacaqdır 3-4 səhifə )
5.7. Alternativlərin təhlili
Layihə çərçivısində ümumi olaraq layihənin olmadığı variant üzrə müqayisə aparılmışdır.
Strategiyanın ölkə üzrə ümumi xarakter daşıdığı və hədəflərinin planlaşdırılmasının və konkret
yerləşdirilmə də daxil olmaqla, layihə təkliflərinin sonrakı mərhələdə - Fəaliyyət Planının qəbul
edilməsi zamanı, habelə konkret layihələndirmə işləri müddətində həyata keçiriləcəyi nəzərə alınaraq,
digər seçimlər üzrə, xüsusilə yer seçimi və texnoloji seçimlər və digərləri üzrə aternativlərin sonrakı
mərhələdə təhlil edilməsi məqsədəuyğun hesab edilmişdir.
Yuxarıda göstərilənləri nəzərə alınaraq, Strategiyanın icra edilmədiyi – yəni sıfır variant təhlil
edilmişdir.
Qeyd etmək lazımdır ki, ABOEM-dən istifadə edilməsinin ənənəvi enerji daşıyıcılarından istifadə ilə
müqayisədə bir çoх üstünlükləri vardır. Bunlardan ən başlıcası təbii ehtiyatları getdikcə tükənən üzvi
və qeyri-üzvi enerji daşıyıcılarından istifadənin azaldılmasıdır. Bu, bir tərəfdən təbii ehtiyatlardan
səmərəli istifadə etməyə, digər tərəfdən üzvi yanacaqların yanması zamanı alınan karbon qazının
atmosferə atılan hissəsinin azaldılmasına səbəb olur. Bu isə yaхınlaşan qlobal istiləşmənin qarşısını
müəyyən qədər almağa və bu səbəbdən yarana biləcək kataklizmlərdən qaçmağa imkan verir. AEM-in
tətbiqinin digər müsbət cəhəti onların ekoloji cəhətdən təmiz olmasıdır. Məsələn, Günəş, külək,
hidroresurslardan alınan enerjinin və digər bu növ enerjilərin istehsalı zamanı ətraf mühiti çirkləndirən
heç bir tullantı və ya zərərli aхıntı alınmır ki, bu da onların ekoloji cəhətdən təmiz olmalarını göstərir.
Digər tərəfdən bu enerji növlərinin bəzilərinin istehsalı zamanı sərf edilən məsrəflər də azalır. Bu və
dünyada enerjidaşıyıcıların qiymətlərinin durmadan artması səbəbindən AEM-dən istifadənin həm də
iqtisadi cəhətdən səmərəliliyi yüksəlir. Məsələn, tükənməz bərpa olunan enerji mənbəyi olan çayların
üzərində qurulan su elektrik stansiyalarında alınan elektrik enerjisinin maya dəyəri istilik elektrik
stansiyalarında hasil edilən elektrik enerjisinin maya dəyərindən dəfələrlə aşağı olur. Baxmayaraq ki,
AEM-lərdən istifadə hələlik baha başa gəlir. Lakin elm və teхnika inkişaf etdikcə, bu enerji
növlərindən istifadə üçün lazım olan qurğular və onların hazırlandığı materiallar ucuzlaşdıqca, təbii
yanacaqların ehtiyatları azaldıqca və qiymətləri artdıqca, həmin növ AEM-lərdən istifadə də iqtisadi
cəhətdən əlverişli olacaqdır. Bəzi AEM-lərin istifadəsi həm də ətraf mühitə atılan tullantıların
utilizasiyasına şərait yaradır. Tullantılar müəyyən dəyişikliyə məruz qalaraq istifadəyə yararlı
maddələrə çevrilir və bu zaman baş verən reaksiya nəticəsində qiymətli enerji daşıyıcısı alınır.(
əlavə
ediləcək)