17
bağlı saz və söz ənənəsini mənimsətmiş olur. Sonralar bir ustad
kimi Aşıq Şəmşirin də otuzdan çox şagirdə aşıladığı həmin
ənənədə bir səciyyəvi cəhət də var: şeirlərin dinləyiciyə yurd
yeri ilə birlikdə çatdırılması. Bu məsələyə xüsusi olaraq toxu-
nan S.Paşayev yazır: “Aşıq şeirinin yurdu olur. Şirvan-Salyan
aşıqları bu yurda “döşəmə” deyirlər. Ustad aşıqların həyat və
yaradıcılığının özlərindən sonra dastanlaşmasında bu yurdlar –
döşəmələr (şeirlərə bağlı əhvalatlar) müstəsna rol oynamışdır”
(6, 75-76). Bu yurd yeri məsələsi və Aşıq Talıbın yuxarıda
xatırlatdığımız fikri (Aşıq Ələsgərin hər səfərinin bir gecəlik
dastan olması ilə bağlı qənaət) arasında bir səsləşmə yoxdur-
mu? Bizcə, var. Əslində, S.Paşayevin, yurd yeri (döşəmə) ba-
rədə dedikləri Aşıq Talıbın, səfər sərgüzəştləri barədə söylədik-
lərinin Aşıq Ələsgərlə yanaşı, neçə-neçə başqa aşığa da arxa-
lanıb təsdiq edilməsidir. Təbii ki, S.Paşayev məlum fikri təsdiq
etməklə kifayətlənmir, fikrin imkan daxilində açılması, fakt-
larla əsaslandırılması qayğısına qalır: «Xanəndə oxuduğu qəzəl
və qoşmaya yurd düzəldib danışmır. Aşıq dilində isə şeirin,
sözün yurdu özü qədər şirin olub.
Aşıqlar bir də ona görə klassiklərin qoşmalarına az giri-
şirlər ki, onlar bu şeirlərin yurdlarından xəbərsizdirlər. Aşıq
qoşmaları isə müəyyən bir səfərlə, yerlə, əhvalatla bağlı olduğu
üçün yurd düzəltməyə geniş imkan verir» (6, 85). Göründüyü
kimi, S.Paşayev yurd yeri məsələsi ətrafında danışarkən aşıq
şeirini yazılı şeirdən fərqləndirən mühüm cəhətlərə diqqət
yetirir. O, yazılı ədəbiyyata aid qoşma-gəraylının sazdan, saz
havacatından kənarda yaranmasını bir mühüm fərq sayırsa,
yurd yerindən uzaqlığını da başqa bir mühüm fərq sayır. Əl-
bəttə, yazılı ədəbiyyata aid qoşma-gəraylının da müəyyən əh-
valatla bağlı yaranmasını heç kim inkar etmir. Burada əsas
məsələ yazılı ədəbiyyata aid şeirlə onun bağlı olduğu əhvalatın
18
qoşa xatırlanıb-xatırlanmamasındadır. Tutaq ki, M.P.Vaqifin
hər hansı bir şeirinə müraciət edilirsə, o şeirin nə vaxt, nə mü-
nasibətlə yazılmasının xanəndə üçün elə bir əhəmiyyəti yox-
dur, amma aşıq üçün çox böyük əhəmiyyəti var. Aşıq yazılı
ədəbiyyatdan o şeirlərə daha çox müraciət edir ki, həm saz
havasına uyğun gəlsin, həm də müəyyən bir sərgüzəştlə bağ-
lanmış olsun. Aşıq auditoriyası üçün yurd yerinə qulaq asmaq
şeirin özünə qulaq asmaq qədər maraqlıdırsa, deməli, bu barə-
də düşünüb-daşınmaq, məsələnin məğzinə varıb, mahiyyətini
aydınlaşdırmaq vacibdir. Məsələnin mahiyyətini aydınlaşdır-
mağın ən başlıca yolu, heç şübhəsiz, konkret nümunələri göz-
dən keçirməkdədir.
Aşıq Şəmşir şeirləri ilə bağlı yurd yeri nümunələrinə us-
tad aşığın öz xatirələrində və onun ünsiyyətdə olduğu adam-
ların danışdığı əhvalatlarda rast gəlirik. Aşıq Şəmşir atası Aşıq
Qurbanın, Aşıq Ələsgərin, Aşıq Talıbın… bir çox şeirlərinin
yurd yerini danışdığı kimi, öz şeirlərindən də bir neçəsinin ya-
ranma tarixçəsindən həvəslə danışır. Həm Aşıq Şəmşirin, həm
də onunla ünsiyyətdə olmuş adamların xatirələrində S.Vurğun
– Aşıq Şəmşir görüşünün xüsusi yeri var. Bu görüşə müxtəlif
adamlar yazı həsr ediblər. Həmin yazılardan qırmızı xətt kimi
keçən bir motiv Aşıq Şəmşirin sözə sözlə cavab verə bilmək
məharətidir: «Şəmşir, Səmədin qoşmasını («Aşıq Şəmşir, Dəli-
dağdan keçəndə» misrası ilə başlayan qoşmasını – M.K.) avaz-
la əzbərdən oxudu. Aşıq həmin şeiri bircə oxunuşla yadda sax-
lamışdı. O, cavab olaraq, bu beşbəndli qoşmanı sinədən dedi:
Qoşqarla yanaşı duran başın var,
Bizim el tanıyır uca dağ səni.
Yanır yolumuzda sənət çırağın,
Bilirik şeirdə bir mayaq səni.
19
…Şəmşirlə görüşün qaldı yadigar,
Unutmaz nə qədər canında can var.
Səndən dərs almağa diyarbadiyar
Gəzərəm əlimdə şam-çıraq səni.
Səməd Vurğun sevinib əlini gur saçlarına çəkdi:
– Ayə, – dedi və güldü, – bu lap mənim şeirimdən qüv-
vətli çıxdı ki...” (8, 63).
Aşıq Şəmşir şeirlərindən bir çoxunun tarixçəsini Hacı
Ziyadxan Əliyev imzalı müəllifin ustad sənətkarla söhbətləri
əsasında daha ardıcıl izləmək olur. H.Z.Əliyevin qələmə aldığı
Aşıq Şəmşir söhbətlərindən biri belədir: “Bir neçə ay bundan
qabaq yenə Kəlbəcərdə idim. Qocalıq bir tərəfdən, üstəlik xəs-
təlik də məni əldən salmışdı. Yazın yaxınlaşdığı aylar idi. Gör-
düm ki, cavanlar yığışıb qartopu oynayırlar. Bunları görəndə
mənim də yadıma cavanlıq düşdü. Dedim, mən də istəyirəm bir
az sizinlə oynayam. Sözümü zarafata salıb güldülər. Kimsə kə-
nardan dedi ki, ustad, sənə bir qartopu dəysə, axırın necə olar?
Bu söz məni ayıltdı, fikirləşdim ki, doğrudan da, düz deyirlər.
Axı mənim qocalıq niyə yadımdan çıxır? Ürəyimdə qövr
eləyənləri bu məqamda şeirə çevirməyi özümə qənimət bildim:
Cavanlar oynaşır yalda-yamacda,
Mən də pəncərədən baxıram evdə.
Qıçım tutmur, qocalığın əlindən
Yandırıb qəlbimi, yaxıram evdə.
...Tərlan könül şikar almış sar kimi,
Soluxuram şaxta vurmuş bar kimi.
Xəstə üçün gətirilmiş qar kimi,
Əriyib ocağa axıram evdə.
Dostları ilə paylaş: |