23
Мухтар Казымоглу (Иманов)
АШЫГ-МАСТЕР И ИСТОРИЧЕСКАЯ
ТРАДИЦИЯ
Резюме: Одной из основных традиций ашыгского ис-
кусства является единство-синтез ашыгской поэзии с мелодией
саза. Существуют отдельные мелодии саза принадлежащие к
таким жанрам как гошма, герайлы, теджнис, дивани, мухаммас
и т.д. Каждый жанр исполняется на соответствующий ему лад.
Сазовая музыка играет основную роль в формировании
ашыгской поэзии (стиха). Мастер-ашыг под ритмы сазовых
мелодий сочиняет экспромтом стихи. То есть во многих слу-
чаях мастер-ашыг создает стихи в процессе исполнения. Сочи-
нение стихотворений экспромтом в народе воспринимается как
принадлежность к божественному происхождению. Результа-
том такого поверья является существование в народе многочис-
ленных преданий о святости мастеров ашыгов.
Одной из основных традиций в ашыгском искусстве
является параллельное исполнение стихов с событиями
связанными с этими стихами перед слушателями. Эти
легенды воспринимаются с таким же интересом как и сами
стихотворения и исполненные сазовые мелодии. Сазовая
мелодия, ашыгский стих и события связанные с этим сти-
хом, а также ашыгские предания являются источником для
дастанов. Дастанное исполнительство раскрывает широкие
горизонты сазу и слову, и представляет большие возмож-
ности раскрыть сущность ашыгского творчества.
Высокий голосовой тембр, виртуозное исполнение на
сазе, словотворчество экспромтом, исполнение дастанов на
торжествах говорит о мастерстве Ашыга Шамшира и его
привязанности к традициям.
Ключевые слова: Ашыг Алескер, Ашыг Шамшир,
сазская мелодия, ашыгский стих, дастанное исполнитель-
ство, прозаическая часть дастана, традиция
24
Adil CƏMİL
AMEA Folklor İnstitutu
Filologiya üzrə fəlsəfə doktoru, dosent
adilcamil8@rambler.ru
AŞIQ ŞƏMŞİR POEZİYASINDA
XALQ GÜLÜŞÜNÜN İZLƏRİ
Özət: Aşıq-ozan təhkiyəsinin bir qatını da xalqdan gələn
incə yumor, gülməcə və bəzəmələr təşkil edir. Aşığın el məc-
lislərindəki nitqini bəzəyən, bəzən əsas mətnin önündə, bəzən
ortalarında, bəzən də sonda gələn qaravəlli, təkərləmə, gülməcə
və bəzəmələr əslində dinləyicini yorulmağa qoymayan düşü-
nülmüş ədəbi fənd, yaxud, məxsusi mizanlardan sayılır. Bəzən
də bu yumor aşıq-söyləyicinin təhkiyəsindən poetik leksiko-
nuna keçir (bu atribut təbii ki, yaradıcı aşıqlara aiddir - A.C.).
Sinkretik aşıq sənəti “əslində sənətin bir çox növünü -
rəqsi, musiqini, deklamasiya xüsusiyyətini, aktyorluq məha-
rətini, dastan söyləmə və deyişmə mədəniyyətini və s. özündə
ehtiva edir” (3.7) Deyilən atributlara fövqəl istedadı ilə tam sa-
hib çıxan ustad sənətkarlarımızdan biri Aşıq Şəmşirdir. Aşıq
Şəmşirin çoxşaxəli yaradıcılığında diqqəti cəlb edən xüsusiy-
yətlərdən biri də onun söz palitrasına parlaq rəng qatan incə
yumor, xəfif gülüşdür. Təbii ki, bu gülüş xalqın, xalq təfəkkü-
rünün özündən gəlir və qüdrətli saz-söz sənətkarı həmin gülüşü
ustalıqla öz poeziyasına «həzm etdirdikdən» sonra xalqa qay-
tarır.
Açar sözlər: Dədə Şəmşir, aşıq poeziyası, xalq gülüşü
Aşıq Şəmşirin doğulub boya-başa çatdığı Kəlbəcər bölgə-
si hazırcavab, baməzə, zarafatçıl insanlarla zəngin idi. Alxaslı
25
Rəfi kişinin, Kərbəlayı Fərəcin, Kalvalı kişinin, Dəli Bavışın,
Kilsəli Qafarın və adını çəkmədiyim onlarla, bəlkə də yüzlərlə
insanın hazırcavab, yumorlu deyimləri hələ də xalq arasında
yaşamaqdadır. Aşıq Şəmşir məhz belə bir mühitdə şəxsiyyət və
sənətkar kimi formalaşmışdı.
Həmişə insanların arasında olan, el-obanın yığnaqlı məc-
lislərində sazı, sözü, söhbəti ilə yadda qalan, seçilən və sevilən
Dədə Şəmşir bu təmasdan, bu ünsiyyətdən çox şeylər əxz et-
diyi üçün onun ədəbi irsinə fərqli aspektlərdən yanaşmaq im-
kanı genişdir.
Aşıq-şairin müxtəlif biçimli şeirlərində - gəraylı, qoşma,
təcnis, divani, deyişmə və hərbə-zorbalarında xalq glüşünün
poetikləşmiş versiyası ilə tez-tez üzləşirik:
Səni qaxdılar başıma
Tez ağardın, qara saqqal.
İndi bir bax göz yaşıma,
Vurdun mənə yara, saqqal!
…Şəmşir dərdin necə deyir,
Gündüz deyir, gecə deyir.
Kim ki, görür, qoca deyir,
Çəkir məni dara saqqal. (1.344)
İki bəndini diqqətə yönəltdiyimiz bu gəraylıda xəfif bir
yumor var. Dialektikanın düsturuna qarşı çıxaraq ağaran saqqa-
lı məzəmmət etməyin özü gülməli bir ovqat yaradır. Ümumiy-
yətlə, Aşıq Şəmşirin şeirlərində qocalığa ünvanlanmış zarafat-
yana motivlər çoxdur:
Səni qarı gördüm, bağrım qan oldu -
Mənim saqqalımın çal vədəsində.
26
Qəlbimə dəydiyin yadıma düşdü,
Çox dedim könlümü al vədəsində. (1.50)
Yaxud:
Mən dedim: - bilənə deyək bu halı,
Sən dedin: - küyləmə eli, mahalı.
Bu Aşıq Şəmşirin saçı-saqqalı
Mən dedim: - qaradı, sən dedin: - çaldı. (1.53)
Yaxud:
Sizin bağçalarda, a bağban, dedim:
Yetişməsin turş gavalı, pis üzüm.
Cavanlıqda gözəllərə can dedim,
Qocalıqda nələr gördü pis üzüm. (1.40)
Yaxud:
Təkcə mən deyiləm xətti çal olan,
Baxıram qocalan çoxdu, qocaldım.
Cavanlıq eşqini əlimdən alan
Axır mənə belə baxdı, qocaldım. (1.92)
Sözügedən motivlə bağlı bu nümunələrin sayını kifayət
qədər artırmaq da olar. Lakin, məqsədimiz yalnız bir istiqaməti
təhlilə cəlb etmək yox, ümumən Dədə Şəmşirin yaradıcılığın-
dakı islahedici, bəzən də ifşaedici gülüşün izlərini diqqətə yö-
nəltməkdir.
Yeri gəlmişkən vurğulamaq istəyirik ki, gülüş folklorun
bütün janrlarını (yas mərasimləri istisna olmaqla – A.C.) çev-
Dostları ilə paylaş: |