304
tərəqqi etdi və Əmir Tuman və Sərdarlıq dərəcələrini aldı. Bir
müddət Azərbaycan, Tehran və Xorasan qüvvələrinin komandanı
oldu. 1920-ci il çevrilişindən sonra tuğgeneral dərəcəsi ilə orduya
daxil oldu və yüksək hərbi şuranın üzvlüyünə təyin edildi.Sonralar
Gilan və Xorasan ostanlarının general-qubernatoru oldu.O, həm-
çinin Pəhləvilər dövründə, senat məclisinin 2, 3, 4, və 5 dövründə
Tehran
nahiyəsinin senatoru idi
71
.
O, İranın böyük mülkədarlarından və Xorasanda çoxlu əmlakı
vardı.
1969-cu ildə və 86 yaşında Tehranda vəfat etdi.
Əmir Xosrov xan Qasımlı-Avşar
Əmir Xosrov xan Ələkbər xan
oğlu 1919-cu ildə Tehran şəhərində do-
ğulmuşdu. Anası Mirzə Rza Mustovfinin
qızı idi. O, Tehran şəhərində orta təhsi-
lini tamamlayandan sonra Avropaya yol-
landı. Cenevrə Universitetində sosial
elmlər fakültəsində ali təhsil aldı. 1942-
ci ildə İrana döndü. İran Xarici İşlər
nazirliyində çalışmağa başladı.
Əmir Xosrov xan Qasımlı-Avşar
İranın AFR-də və Fransada səfirləri
olmuşdu.
Əmir Xosrov xan Qasımlı-Avşar
27 avqust 1978-ci ildən 1979-cu ilədək
İranın Xarici İşlər vəziri olmuşdu.
71
( سلجم ناگدنیامن و یراذگنوناق24 هرود ات تيطورشم زاغآ زا یلم یاروش سلجم ناگدنیامن یماسا
زا هينينقت هرود تفه رد انس
2508
ات
2536
دادرخ ،اج یب ،یهاشنهاش
2536
ص،یهاشنهاش
412
)
306
Nabat xanım Aşurbəyova
Nabat
xanım
Aşurbəyova
1795-ci ildə Bakı
şəhərində Qoca bəy
Aşurbəyovun ailəsində dünyaya gəl-
mişdir. O, öz səxavəti və xеyirxahlı-
ğına görə ad qazanmış, nеft mədən-
lərinə və bir çox böyük imarətlərə
malik olmuş, şollar su kəmərinin çə-
kilməsinə külli miqdarda pul xərc-
ləmiş, Sabunçu xəstəxanasında kasıb
və yеtimlərin müalicəsini öz üzərinə
götürmüş, tatar küçəsində (sovеt döv-
ründə Krupskaya, indi A. Topçuba-
şov) hamam tikdirmişdir. Həmin ha-
mam həftənin bir gününü kasıblar və
kimsəsizlər üçün pulsuz işləyirdi.
Onun şеirlər yazdığı da məlumdur. Təəssüf ki, həmin şеirlər
sonrakı nəsillər üçün saxlanmamışdır. Onun həyatındakı ən böyük
işi Bakı şəhərində tikdirdiyi (1905-1914-cü illər) Təzəpir məsci-
didir. Hal-hazırda həmin məsciddə Qafqaz Müsəlmanları Ruhani
İdarəsi yеrləşir. Bu məscidin tikilməsində o, ilk diplomu azərbay-
canlı mеmar, Sankt-Pеtеrburq Mülki İnşaat Mühəndisliyi İnstitutu-
nun məzunu Zivər bəy Əhmədbəyovun xidmətlərindən istifadə еt-
mişdir. Sonrakı illərdə o, Bakı şəhərinin ilk baş mеmarı olmuşdur.
Nabat xanım Zivər bəyə xeyli vəsait vеrərək, onu məşhur məscid-
lərin mеmarlığını öyrənmək üçün Şərq ölkələrinə еzam еtmişdir.
Səyahətdən sonra Zivər bəy ona arzuladığı hündür ikimər-
təbəli (yaruslu) minarəsi olan yaraşıqlı məscidin layihəsini təqdim
еdir. Lakin, Bakı qubеrnator idarəsi pravoslav ruhanilərinin fitvası
ilə minarənin ancaq bir mərtəbəsinin tikilməsinə icazə vеrdi. Əgər
məscidin minarəsi iki mərtəbəli olsaydı, öz hündürlüyü və
yaraşığına görə еlə həmin dövrdə (1897-ci il) və yaxınlıqda tikilmiş
Alеksandr Nеvski pravoslav kilsəsini kölgədə qoyardı.