29
maskanı
nişan
verir.
Düzdür,
üzün
neytrallaşdırılması, daha doğrusu, konkret bir
ifadəni mütləqləşdirib sabit durum vəziyyətinə
gətirilməsi kifayətdir ki, maska yaransın. Ona görə
də səhnədə heç vaxt üzün fərdiliyi görünmür:
görünən yalnız maskadır (aktyor sənəti maskasız
maskalanmaq bacarığı kimi). Bu mənada səhnədə
yalnız maska hökmranlıq edir. Təsadüfi deyil ki, ən
dahi aktyorlar bir qayda olaraq “üzsüz” və ya “min
maskalı” adamlardır. Çünki aktyor teatrda yalnız
bir işlə məşğuldur: bu işin adı üzləri tez-tez
dəyişmək,
tez-tez
maskalanmaqdır.
Lakin
eyni
zamanda aktyor “mən”inin üzü nişansız üzdür, heç
nəyi ifadə etməyən üzdür, yəni ağ vərəqdir,
yazılmamış vərəqdir, sirli lövhədir. Məhz bu
məqamda bəlli olur ki, elə həmin nişansız üzün
köməyilə hər şeyi ifadə etmək mümkündür: ağ vərəqə
istədiyini
yazmaq
azadlığı
var.
Bu
baxımdan
nişansız üz ən ifadəli maskadır. Bica deyil ki, Noh
teatrosunun
maskalarının
üzündə
həmişə
yalnız
qeyri-müəyyən yarımifadə mövcuddur. Bu yarımifadə
ancaq
tamaşa
vaxtı
səhnə
oyununun
müxtəlif
komponentləri
kontekstində
konkretləşib
mənaya
çevrilir. Ona görə ideal aktyorun da maskalı cəllad
kimi kimliyini bilmək müşkül məsələdir. Çünki ideal
aktyorun təkcə bədəni yox, bütün varlığı muma
bənzəyir. Nə zaman ki, aktyorun üzü, əsl üzü,
maskasız üzü göründü, seyrçi, daha böyük miqyasda
götürsək, kütlə ona qarşı öz marağını itirir. Teatr
ideaL,
nümunəvi
maskalar
dünyasıdır.
Lakin
maskaların hamısı (karnavaL, kosmetik, tibb və s.
və i.a. maskalar) iki əsas maska, -
ƏCDAD və
TƏLXƏK, - maskaları ətrafında qruplaşdırılır: yəni
nə ki maska varsa, “əcdad və təlxək” cütlüyünün
variantı kimi yozulur. Maska geymiş aktyor əcdadı
təmsil etsə də, o şaman funksiyasını yerinə
yetirir, ruhlar aləmilə əlaqə yaradır və dönüb
30
tamaşaçılarla əcdad arasında ötürücü, medium olur.
Teatrda təlxək maskası əcdadın hiperbolizə edilmiş
şeytanlığını, qoçaqlığını bildirir. Nüfuzdan düşmüş
əcdad
gülüş,
ironiya
obyektidir,
potensial
təlxəkdir. Toplum içrə bütün maska tipləri faktiki
olaraq bir-birilə qütbləşib sonra təzədən birləşən
bu
iki
maskanın
arasındakı
məsafədə
öz
gerçəkliklərini tapırlar.
YEKUN SÖZÜN MASKASI. Mən dedim, danışdım,
neçə-neçə mətləbləri aydınlatdım. Amma indi baxıb
görürəm ki, yenə heç nə deməmişəm. Məsələni tam
işıqlandırmaq üçün gərək mənim məqaləm olsun, iki
mənim məqaləm qədər olsun, bu üç məqaləmin üç misli
qədər olsun, bir də tədqiqat olsun, bəlkə onda
mövzu fraqmentarlıqdan yaxa qurtara.
Qısa izahat
1
Əksərən surətin (modelin) surətinə və ya kölgəsinə
“simulyakr” deyilir. Simulyakrın surətlə heç bir
obraz oxşarlığı yoxdur, amma bir işarə statusunda
surəti əvəzləyə bilir.
2
Bax: Mehdi N.M. Çətin və dolaşıq durumların
kulturolojisi. - B.:Qanun, 2001. - S.234-298.
3
Levi-Stross K. Strukturnaya antropoloqiya. - L.: Nauka,
1985. - c.238.
4
Bax: Patris Pavi. Slovar teatra. - M.: 1991. - s. 171.
1991-2008-ci illər
31
KÜTLƏ: TEATR VƏ KİNO
(lal quzular üçün eşafot marşı)
“Bir deyil, beş deyil,
milyonlarca müxtəsər,
qoyun kimisən qardaşım!”
Nazim Hikmət
Dənizin
dərinliklərində
milyonlarla
xırda
balıq bir yerə toplaşıb iri-iri şarlar (və ya hava
zondları) formasında sürülər əmələ gətirir və sa-
kitcənə bir-birinin böyrünə qısılıb üzür, yaşayır;
yaşayır, üzür: təhlükə qarşısında isə başılovlu
ətrafa səpələnib yenidən birləşir, şarın çevrəminə
qayıdır. Bu “şarlar” onların evləri olur, dünyaları
olur, indiləri və əbədiyyətləri olur. Dəniz dünyası
bu xırda balıqlar üçün elə bu “şarlar” qədərdir,
elə bu “şarlar” boydadır.
Şəhərin küçələrilə hər gün minlərlə adam ora-
bura gedir; sağa gedir, sola gedir, düz gedir, əyri
gedir, tinləri burula-burula gedir; yavaş gedir,
bərk gedir, bəzən qaça-qaça gedir; amma gedib də
hökmən həmən yolla təzədən öz evinə dönür. Bizim
yolumuz təkcə şəhərin küçələrindən keçmir, eyni
zamanda
minlərlə
tanımadığımız
adamların
energetikası, aurası, danışığı, baxışları içindən
keçib gedir. Yəni sürü latent şəkildə həmişə
bizimlədir. Bu o deməkdir ki, şəhərdə sürü
permanent görünməsə də, onun təzahürləri hər dəqiqə
gerçəkdir. SÜRÜ DAİM ŞƏHƏRDƏDİR. Odur ki, evimizdən
çıxan kimi biz sürünün qlobal təmas məkanına, əgər
belə ifadə eləmək caizsə, onun qlobal təmas dəni-
zinə düşürük. Biz evimizdə olanda şəhər bizim
deyil. Biz küçəyə çıxanda şəhər bizim olur. Fərdlər
və bu fərdlərin qurduğu ailələr ayrı-ayrı evlərdə
ayrıca ömür sürür. Şəhər isə sürüyə məxsusdur.
Şəhər sürünün mümkün mövcudluq zonasıdır, onun