YANVAR-MART, 2010
137
qanlarında yaxşı iş tapmağı mümkünsüz edirdi. Beləliklə, rus dili
nəinki bütün keçmiş ittifaq respublikalarında, o cümlədən Varşa-
va müqaviləsi ölkələrində lingua franca (millətlərarası ünsiyyət
vasitəsi – GP) kimi istifadə edilirdi, çünki o, sosializmin beynəlxalq
vasitəsi hesab edilirdi.
10
1970, 1979 və 1989-cu illərdə aparılmış əhalinin siyahıyaalma
məlumatlarına əsasən
11
azərbaycanlılar ölkə əhalisinin müvafiq
qaydada 73.8%, 78.1% və 82.7%-ni təşkil edirdilər. ruslar - 10%,
7.9% və 5.6 %; ermənilər - 9.5%, 7.9% və 5.6%; ləzgilər - 2.7%,
2.6% və 2.4%; digər etnik qruplar – avarlar, ukraynalılar, tatarlar,
yəhudilər, talışlar, məshəti türklər, gürcülər, kürdlər, tatlar, udinlər,
dağ yəhudilər və s. - 4.0%, 3.5% və 3.7% səviyyəsində idilər.
əhalinin siyahıya alınmasından əldə olunmuş məlumatlar
göstərir ki, rus dilini ana dili hesab edən şəxslərin faiz nisbəti
təxminən iyirmi il ərzində kəskin şəkildə dəyişmişdir: tatlar - 34%
(1970-ci il), 49% (1979-cu il) və 31% (1989-cu il); tatarlar - 24%
(1970-ci il), 32% (1979-cu il) və 26% (1989-cu il); ermənilər -
16% (1970-ci il), 22% (1979-cu il) və 16% (1989-cu il) rus dilini
öz ana dili hesab edirdi. ruslaşdırma siyasətinin nəticələrini sü-
buta yetirən oxşar tendensiya azərbaycanda linqvistik azlıqların
əksər hissəsində müşahidə olunurdu. qeyd edilməlidir ki, rus di-
lini öz ana dili hesab edən şəxslərin sayının 1989-cu ildə azalması
ssrİ-də parçalanma prosesləri, azərbaycanda linqvistik çoxluq
və linqvistik azlıqlar arasında milli özünüdərketmənin artması ilə
bağlıdır.
Həmçinin qeyd etmək vacibdir ki, azərbaycanın dil icmaları
ikidilli idi. 1970, 1979 və 1989-cu illərdə əhalinin siyahıya alın-
masından əldə olunmuş məlumatlara əsasən həmin linqvistik az-
lıqların bəziləri (ermənilər, ukraynalılar, tatarlar, tatlar, udinlər
və s.) sərbəst rus dilində, digərləri isə (ləzgilər, avarlar, talışlar,
kürdlər və s.) azərbaycan dilində danışırdılar.
10. radnai Z. (1994). the educational effect of language policy. In: ethnicity in
eastern europe. multilingual matters ltd. Clevedon, 1994, səh.. 68
11. Itogi vsesojuznoj perepisi naselehija 1970 goda, tom 4. natsionalnyj sostav
naselenija. moskva, 1973; Chislennost i sostav naselenija sssr. Po dannym
vsesojuznoj perepisi naselehija 1979 goda. moskva,1985; Goskomitet sssr po
statistike. Itogi vsesojuznoj perepisi naselehija 1989 goda, moskva, 1989.
138
YANVAR-MART, 2010
AZERBAIJAN FOCUS
1923-1939-cu illər ərzində
azərbaycanda və mərkəzi
asiyanın türkdilli dövlətlərin-
də sovet dil planlaşdırmasının
ən qeyri-adi cəhətlərindən
biri orfoqrafiya qaydaları
və əlifbalarda edilən daimi
dəyişikliklər idi. Həmin vaxt
azərbaycan dili ərəb əlifbası ilə yazılırdı. ərəb əlifbasından latın
qrafikalı əlifbaya keçid 1923-cü ildə başladı. Bu dövrdə əhali hər
iki əlifbadan eyni şəkildə istifadə edə bilərdi, lakin “1929-cu ildən
etibarən sovetlər ərəb əlifbasını qadağan etdi və islamla bağlı olan
hər şeyi, o cümlədən əlifbanı birdəfəlik aradan qaldırmaq məqsədilə
azərbaycanın və mərkəzi asiyadakı türkdilli dövlətlərin bütün
rayon mərkəzləri və kəndlərində əski əlifbada olan kitabların yandı-
rılması kampaniyalarına başlanıldı. 1939-cu ildə mədəni istiqamət
yenidən dəyişdirildi. Bu vaxt latın qrafikasından kiril əlifbasına ke-
çid baş verdi, belə ki, stalin çox narahat idi ki, latın qrafikası bütün
türkdilli sovet xalqlarını türkiyə ilə ona qarşı birləşdirəcək faktora
çevrilə bilər. Beləliklə, o, kiril əlifbasını zorla tətbiq etdi”.
12
sovet
dövründə azərbaycan əlifbasında baş vermiş həmin dəyişikliklər
azərbaycan dilinə münasibətdə nadir və görünməmiş təqibi açıq-
aydın şəkildə nümayiş etdirirdi.
eyni zamanda, “hələ 50-ci illərdə sovet azərbaycanının höku-
məti azərbaycan dilinə dövlət dili statusunun verilməsi prosesinə
başladı. Bu, azərbaycan sovet sosialist respublikasının 1937-ci il
tarixli konstitusiyasına 1956-cı ildə əlavənin edilməsi ilə nəticələn-
di və beləliklə, azərbaycan dilinə dövlət dili statusu verildi. 1978-
ci ilin konstitusiyasında (o cümlədən 1989-cu il tarixli konstitusiya
qanununda) azərbaycan dilinin bu statusu yenidən təsdiqləndi”.
13
Bununla belə, həmin qərarın təsiri olmadı, çünki azərbaycan dili
hökumət orqanları, təşkilatlar, müəssisələr, təsisatlar və digər
yerlərdə istifadə edilmədi. rəsmi iş və yazışma dili rus dili olaraq
qalırdı.
12. Betty Blair. alphabet & language in transition. In: azerbaijan Internatio-
nal/8.1 spring 2000, səh.10
13. Garibova j. & asgarova m. (2009). language-policy and legislation in
post-soviet azerbaijan. In: language Problems and language Planning 33:3.
2009. iv, səh.194
1923-1939-cu illər ərzində Azər-
baycanda və Mərkəzi Asiyanın türk-
dilli dövlətlərində sovet dil planlaşdır-
masının ən qeyri-adi cəhətlərindən biri
orfoqrafiya qaydaları və əlifbalarda
edilən daimi dəyişikliklər idi.
YANVAR-MART, 2010
139
sovet dövrü orta təhsil sistemində dil seçimi zamanı müəmmalı
yanaşma azərbaycanın xüsusən də şəhər yerlərində tətbiq edilirdi.
təhsildə dil seçimi tələbələri dilemma qarşısında qoyurdu: onlara
daha yaxın və anlaşılan olan ana dilini və yaxud o dövr üçün daha
etibarlı və populyar olan rus dilini seçməli? Bu baxımdan, rusdilli
məktəbləri bitirmiş tələbələr həm məktəbdə, həm də evdə bu dildən
ana dili ilə müqayisədə daha çox istifadə edirdilər.
azərbaycan təhsil nazirliyinin verdiyi məlumatlara əsasən
10 il ərzində (1978-1988-ci illərdə) azərbaycandilli məktəblərdə
şagirdlərin sayı müntəzəm olaraq azalırdı. Belə ki, azərbaycan
dilində oxuyanların sayı 1978-1979-cu illərdə şagirdlərin ümu-
mi sayının 83.7%-ni, 1988-1989-cu illərdə isə artıq 79.6%-ni
təşkil edirdi. Oxşar tendensiya Bakıda da baş verirdi: 1978-1979-
cu illərdə azərbaycandilli məktəblərdə oxuyan şagirdlərin sayı
ölkə üzrə ümumi sayın 47%-ni təşkil etdiyi halda, 1988-1989-cu
illərə bu rəqəm 45% səviyyəsində idi. qeyd etmək vacibdir ki,
azərbaycanda erməni və gürcüdilli məktəblərdə də şagirdlərin sayı
azalırdı. Şagirdlərin sayı yalnız rusdilli məktəblərdə artırdı: 1978-
1979-cu illərdə azərbaycanda bu şagirdlərin sayı ümumi sayın
13.6%-ni, 1988-1989-cu illərdə isə 18,3%-ni təşkil edirdi. Bakıya
gəldikdə isə həmin göstəricilər 1978-1979-cu illərdə 52.7%, 1988-
1989-cu illərdə isə 54.9% səviyyəsində idi.
azərbaycanda həmin dövrdə ikidilli və üçdilli məktəblər də
var idi. İkidilli məktəblər azərbaycan–rus, azərbaycan–erməni,
rus–erməni, azərbaycan–gürcü; üçdilli məktəblər isə azərbaycan–
rus–erməni və azərbaycan–rus–gürcü bölmələrindən ibarət idi. Bu
cür məktəblər həmin vaxt bütün məktəblərin ümumi sayının 8%-ni
təşkil edirdi.
Bu baxımdan, azərbaycan sovet respublikasının dağlıq qara-
bağ muxtar Vilayətində dil ilə bağlı vəziyyəti müqayisə etmək
maraqlı olardı.
14
1970, 1979 və 1989-cu illərdə dağlıq qarabağ
14. azərbaycanın dağlıq qarabağ muxtar Vilayəti uğrunda ermənistan və
azərbaycan arasında ilk və ən uzunmüddətli münaqişə keçmiş sovet İttifaqı
ərazisində 1988-ci ildə başladı. erməni hərbi qüvvələri bütöv dağlıq qarabağ və
muxtar vilayətin hüdudlarından kənarda yerləşən yeddi qonşu rayondan (laçın,
Kəlbəcər, Füzuli, Cəbrayıl, Zəngilan, ağdam və qubadlı) ibarət azərbaycan
ərazisinin təxminən beşdə bir hissəsini işğal etdi. tərəflər arasında 1994-cü ildə
atəşkəs rejimi əldə olunandan sonra problemin siyasi yolla həlli istiqamətində bir
çox səylər göstərilsə də, münaqişə hələ də həll olunmamış qalır. (GP)
Dostları ilə paylaş: |