Azerbaijan focus



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə44/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   40   41   42   43   44   45   46   47   ...   63

 YANVAR-MART, 2010  
  
137 
qanlarında yaxşı iş tapmağı mümkünsüz edirdi. Beləliklə, rus dili 
nəinki bütün keçmiş ittifaq respublikalarında, o cümlədən Varşa-
va  müqaviləsi  ölkələrində  lingua  franca  (millətlərarası  ünsiyyət 
vasitəsi – GP) kimi istifadə edilirdi, çünki o, sosializmin beynəlxalq 
vasitəsi hesab edilirdi.
10
1970, 1979 və 1989-cu illərdə aparılmış əhalinin siyahıyaalma 
məlumatlarına  əsasən 
11
azərbaycanlılar  ölkə  əhalisinin  müvafiq 
qaydada 73.8%, 78.1% və 82.7%-ni təşkil edirdilər. ruslar - 10%, 
7.9% və 5.6 %; ermənilər - 9.5%, 7.9% və 5.6%; ləzgilər - 2.7%, 
2.6% və 2.4%; digər etnik qruplar – avarlar, ukraynalılar, tatarlar, 
yəhudilər, talışlar, məshəti türklər, gürcülər, kürdlər, tatlar, udinlər, 
dağ yəhudilər və s. - 4.0%, 3.5% və 3.7% səviyyəsində idilər.
əhalinin  siyahıya  alınmasından  əldə  olunmuş  məlumatlar 
göstərir  ki,  rus  dilini  ana  dili  hesab  edən  şəxslərin  faiz  nisbəti 
təxminən iyirmi il ərzində kəskin şəkildə dəyişmişdir: tatlar - 34% 
(1970-ci il), 49% (1979-cu il) və 31% (1989-cu il); tatarlar - 24% 
(1970-ci il), 32% (1979-cu il) və 26% (1989-cu il); ermənilər - 
16% (1970-ci il), 22% (1979-cu il) və 16% (1989-cu il) rus dilini 
öz ana dili hesab edirdi. ruslaşdırma siyasətinin nəticələrini sü-
buta yetirən oxşar tendensiya azərbaycanda linqvistik azlıqların 
əksər hissəsində müşahidə olunurdu. qeyd edilməlidir ki, rus di-
lini öz ana dili hesab edən şəxslərin sayının 1989-cu ildə azalması 
ssrİ-də parçalanma prosesləri, azərbaycanda linqvistik çoxluq 
və linqvistik azlıqlar arasında milli özünüdərketmənin artması ilə 
bağlıdır.
Həmçinin qeyd etmək vacibdir ki, azərbaycanın dil icmaları 
ikidilli idi. 1970, 1979 və 1989-cu illərdə əhalinin siyahıya alın-
masından əldə olunmuş məlumatlara əsasən həmin linqvistik az-
lıqların  bəziləri  (ermənilər,  ukraynalılar,  tatarlar,  tatlar,  udinlər 
və s.) sərbəst rus dilində, digərləri isə (ləzgilər, avarlar, talışlar, 
kürdlər və s.) azərbaycan dilində danışırdılar.
10. radnai Z. (1994). the educational effect of language policy. In: ethnicity in 
eastern europe. multilingual matters ltd. Clevedon, 1994, səh.. 68 
11. Itogi vsesojuznoj perepisi naselehija 1970 goda, tom 4. natsionalnyj sostav 
naselenija. moskva, 1973; Chislennost i sostav naselenija sssr. Po dannym 
vsesojuznoj perepisi naselehija 1979 goda. moskva,1985; Goskomitet sssr po 
statistike. Itogi vsesojuznoj perepisi naselehija 1989 goda, moskva, 1989. 


138
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
1923-1939-cu illər ərzində 
azərbaycanda və mərkəzi    
asiyanın türkdilli dövlətlərin-
də sovet dil planlaşdırmasının 
ən  qeyri-adi  cəhətlərindən 
biri  orfoqrafiya  qaydaları 
və  əlifbalarda  edilən  daimi 
dəyişikliklər idi. Həmin vaxt 
azərbaycan dili ərəb əlifbası ilə yazılırdı. ərəb əlifbasından latın 
qrafikalı əlifbaya keçid 1923-cü ildə başladı. Bu dövrdə əhali hər 
iki əlifbadan eyni şəkildə istifadə edə bilərdi, lakin “1929-cu ildən 
etibarən sovetlər ərəb əlifbasını qadağan etdi və islamla bağlı olan 
hər şeyi, o cümlədən əlifbanı birdəfəlik aradan qaldırmaq məqsədilə 
azərbaycanın  və  mərkəzi  asiyadakı  türkdilli  dövlətlərin  bütün      
rayon mərkəzləri və kəndlərində əski əlifbada olan kitabların yandı-
rılması kampaniyalarına başlanıldı. 1939-cu ildə mədəni istiqamət 
yenidən dəyişdirildi. Bu vaxt latın qrafikasından kiril əlifbasına ke-
çid baş verdi, belə ki, stalin çox narahat idi ki, latın qrafikası bütün 
türkdilli sovet xalqlarını türkiyə ilə ona qarşı birləşdirəcək faktora 
çevrilə bilər. Beləliklə, o, kiril əlifbasını zorla tətbiq etdi”.
12
  sovet 
dövründə azərbaycan əlifbasında baş vermiş həmin dəyişikliklər 
azərbaycan dilinə münasibətdə nadir və görünməmiş təqibi açıq-
aydın şəkildə nümayiş etdirirdi.
eyni zamanda, “hələ 50-ci illərdə sovet azərbaycanının höku-
məti azərbaycan dilinə dövlət dili statusunun verilməsi prosesinə 
başladı. Bu, azərbaycan sovet sosialist respublikasının 1937-ci il 
tarixli konstitusiyasına 1956-cı ildə əlavənin edilməsi ilə nəticələn-
di və beləliklə, azərbaycan dilinə dövlət dili statusu verildi. 1978-
ci ilin konstitusiyasında (o cümlədən 1989-cu il tarixli konstitusiya 
qanununda) azərbaycan dilinin bu statusu yenidən təsdiqləndi”.
13
  
Bununla belə, həmin qərarın təsiri olmadı, çünki azərbaycan dili 
hökumət  orqanları,  təşkilatlar,  müəssisələr,  təsisatlar  və  digər 
yerlərdə istifadə edilmədi. rəsmi iş və yazışma dili rus dili olaraq 
qalırdı.
12. Betty Blair. alphabet & language in transition. In: azerbaijan Internatio-
nal/8.1 spring 2000, səh.10 
13. Garibova j. & asgarova m. (2009). language-policy and legislation in 
post-soviet azerbaijan. In: language Problems and language Planning 33:3. 
2009. iv, səh.194 
1923-1939-cu  illər  ərzində  Azər-
baycanda  və  Mərkəzi Asiyanın  türk-
dilli dövlətlərində sovet dil planlaşdır-
masının ən qeyri-adi cəhətlərindən biri 
orfoqrafiya  qaydaları  və  əlifbalarda 
edilən daimi dəyişikliklər idi.


 YANVAR-MART, 2010  
  
139 
sovet dövrü orta təhsil sistemində dil seçimi zamanı müəmmalı 
yanaşma azərbaycanın xüsusən də şəhər yerlərində tətbiq edilirdi. 
təhsildə dil seçimi tələbələri dilemma qarşısında qoyurdu: onlara 
daha yaxın və anlaşılan olan ana dilini və yaxud o dövr üçün daha 
etibarlı və populyar olan rus dilini seçməli? Bu baxımdan, rusdilli 
məktəbləri bitirmiş tələbələr həm məktəbdə, həm də evdə bu dildən 
ana dili ilə müqayisədə daha çox istifadə edirdilər.
azərbaycan  təhsil  nazirliyinin  verdiyi    məlumatlara  əsasən  
10  il  ərzində  (1978-1988-ci  illərdə) azərbaycandilli  məktəblərdə 
şagirdlərin  sayı  müntəzəm  olaraq  azalırdı.  Belə  ki,  azərbaycan 
dilində  oxuyanların  sayı  1978-1979-cu  illərdə  şagirdlərin  ümu-
mi  sayının  83.7%-ni,  1988-1989-cu  illərdə    isə  artıq  79.6%-ni 
təşkil edirdi. Oxşar tendensiya Bakıda da baş verirdi: 1978-1979-
cu  illərdə  azərbaycandilli  məktəblərdə  oxuyan  şagirdlərin  sayı 
ölkə üzrə ümumi sayın 47%-ni təşkil etdiyi halda, 1988-1989-cu 
illərə  bu  rəqəm  45%  səviyyəsində  idi.  qeyd  etmək  vacibdir  ki, 
azərbaycanda erməni və gürcüdilli məktəblərdə də şagirdlərin sayı 
azalırdı. Şagirdlərin sayı yalnız rusdilli məktəblərdə artırdı: 1978-
1979-cu  illərdə  azərbaycanda  bu  şagirdlərin  sayı  ümumi  sayın 
13.6%-ni, 1988-1989-cu illərdə isə 18,3%-ni təşkil edirdi. Bakıya 
gəldikdə isə həmin göstəricilər 1978-1979-cu illərdə 52.7%, 1988-
1989-cu illərdə isə 54.9% səviyyəsində idi.
azərbaycanda  həmin  dövrdə  ikidilli  və  üçdilli  məktəblər  də 
var  idi.  İkidilli  məktəblər  azərbaycan–rus,  azərbaycan–erməni, 
rus–erməni, azərbaycan–gürcü; üçdilli məktəblər isə azərbaycan–
rus–erməni və azərbaycan–rus–gürcü bölmələrindən ibarət idi. Bu 
cür məktəblər həmin vaxt bütün məktəblərin ümumi sayının 8%-ni 
təşkil edirdi.
Bu baxımdan, azərbaycan sovet respublikasının dağlıq qara-
bağ  muxtar  Vilayətində  dil  ilə  bağlı  vəziyyəti  müqayisə  etmək 
maraqlı  olardı.
14
  1970,  1979  və  1989-cu  illərdə  dağlıq  qarabağ 
14.  azərbaycanın  dağlıq  qarabağ  muxtar  Vilayəti  uğrunda  ermənistan  və 
azərbaycan  arasında  ilk  və  ən  uzunmüddətli  münaqişə  keçmiş  sovet  İttifaqı 
ərazisində 1988-ci ildə başladı. erməni hərbi qüvvələri bütöv dağlıq qarabağ və 
muxtar vilayətin hüdudlarından kənarda yerləşən yeddi qonşu rayondan (laçın, 
Kəlbəcər,  Füzuli,  Cəbrayıl,  Zəngilan,  ağdam  və  qubadlı)  ibarət  azərbaycan 
ərazisinin təxminən beşdə bir hissəsini işğal etdi. tərəflər arasında 1994-cü ildə 
atəşkəs rejimi əldə olunandan sonra problemin siyasi yolla həlli istiqamətində bir 
çox səylər göstərilsə də, münaqişə hələ də həll olunmamış qalır. (GP) 


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə