Azerbaijan focus


      YANVAR-MART, 2010    AZERBAIJAN FOCUS



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə63/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   55   56   57   58   59   60   61   62   63

196
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 


 YANVAR-MART, 2010  
  
197 
AZƏRBAYCANIN AVRATLANTİK  BAXIŞLARI*
Alexandros Petersen
                                                                                                               
amerika Birləşmiş Ştatlarının atlantika Şurasının avrasiya enerji 
mərkəzinin  direktor köməkçisi və  transatlantik   enerji 
təhlükəsizliyi mövzusunda dinu Patriciu tədqiqatçısı
Bütöv xəzər regionu ilə daha geniş qara dəniz regionu arasında 
əlaqənin strateji əhəmiyyəti bu günə qədər yalnız qərb təsisatlarının 
məsuliyyətsiz  yanaşması  səbəbindən  diqqətdən  kənarda  qalmış-
dır. rusiya ilə Gürcüstan arasında həssas və ağır gərginlik bu cür 
boşluğun  nəticələrini  aydın  şəkildə  nümayiş  etdirir.  lakin  Gür-
cüstan regionda qərbə inteqrasiyanın illər boyu mərkəzində oldu-
ğu  və  sərhədlərin  açılması  ilə  bağlı  aparılan  müzakirələrlə  bağlı 
ermənistan və türkiyə medianın diqqətini özünə çəkdiyi şəraitdə 
regionun iqtisadi və enerji məkanı olan azərbaycan, çox güman ki, 
bundan sonra ətrafda olan dövlətlərin geosiyasi kursunu təyin edən 
dövlətə çevriləcəkdir. azərbaycan təkcə enerji baxımından deyil, 
həmçinin, avropa Birliyinin qonşuluğunda onun məqsədləri üçün 
vacib regional əməkdaşlığın lokomotivi və natO-nun əfqanıstanda 
fəaliyyəti üçün  mühüm əhəmiyyət kəsb edən avrasiyadan qeyri-
döyüş hərbi ehtiyatlarla təchizat məsələlərində tədricən avratlantik 
birliyin etibarlı tərəfdaşı kimi çıxış edir. 
Bunu qeyd etdikdə həm avropa İttifaqı, həm də Birləşmiş Ştatlar 
rusiya ilə münasibətləri bərpa etməyə və əməkdaşlığı canlandır-
mağa çalışdıqları bir vaxtda, qara dəniz-xəzər regionunda liderlər 
avratlantik birliyin avrasiya qarşısında öhdəliklərini sual altına al-
mağa başlamışlar. Birbaşa qafqaza aid olmasa da, aBŞ-ın mərkəzi 
avropada  raket  əleyhinə  müdafiə  planına  yenidən  baxması  şərq 
______________________
* Bu məqalə 2009-cu il iyunun 2-də Brüsseldə strateji araşdırmalar İnstitutu tərəfindən keçirilmiş 
“azərbaycanın avropaya və avratlantikaya inteqrasiyası” adlı konfransda təqdim edilmiş hesabatın 
genişləndirilmiş və yeniləndirilmiş formasıdır.


198
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
istiqamətində etimad böhranını yaratdı. əgər Vaşinqton natO və 
aİ üzvləri, o cümlədən Polşa və Çexiya respublikası qarşısında 
götürdüyü öhdəlikləri bu qədər sürətlə dəyişmək arzusundadırsa, 
onda qərblə əməkdaşlığa dair razılaşmalar və işbirliyi qeyri-üzv 
ölkələrə hansı uzunmüddətli dividentləri gətirər? 2008-ci ilin av-
qustunda rusiya ilə Gürcüstan arasında baş vermiş müharibənin 
səbəbləri  haqqında avropa  İttifaqının  son  hesabatında  toplanmış 
sübutlar rusiyanın hərəkətlərini açıq-aydın ifşa etdi, lakin sənəddə 
vurğulanan siyasi manevr əsas məsuliyyəti Gürcüstan Prezidenti 
mixail  saakaşvilinin  üzərinə  qoydu.  əgər  avratlantika  liderləri 
qara  dəniz  və  xəzər  regionunda  ən  fəal  tərəfdaşlarına  arxaları-
nı çevirsələr, onda onlar ən çətin vəziyyətdə Gürcüstanın qonşu-
larına arxalana biləcəklərmi? azərbaycanın avratlantik baxışlarını 
formalaşdıracaq  mühüm  məsələlərdən  yalnız  ikisini  qeyd  etmək 
yerinə düşərdi.
Enerji və geosiyasət
azərbaycan tarazlığı saxlamağa çalışır. 1990-cı illərin ortaların-
dan etibarən Bakı avratlantika yolu ilə irəliləmiş, xəzər sahillərini 
Gürcüstan və türkiyə vasitəsilə qərb bazarları ilə birləşdirən “Şərq-
qərb” nəqliyyat dəhlizi və enerji-nəqliyyat infrastrukturu qovşağı 
sayəsində öz suverenliyini və müstəqilliyini gücləndirmişdir. Bakı-
tbilisi-Ceyhan (BtC) neft boru kəməri və ona paralel çəkilmiş qaz 
üçün Cənubi qafqaz boru kəməri dəhlizin ən mühüm layihələridir 
və qərb istehlakçılarına alternativ marşrutlarla təbii qazın çatdırıl-
ması məqsədilə rusiya və İrandan yan keçirlər. lakin Bakı hər iki 
güclü qonşusu ilə yaxşı münasibət saxlayır. Bu, qərb üçün geniş 
xəzər regionuna çıxış deməkdir, lakin onun ən böyük potensialı 
azərbaycan vasitəsilə istifadə edilə bilər. Bakının strateji məkanda 
yerləşməsi  və  qazaxıstan,  Özbəkistan,  hətta  türkmənistanla 
münasibətlərinin  get-gedə  dərinləşməsi  bu  ölkənin  Cənubi  qaf-
qazdakı digər qonşularla müqayisədə strateji əhəmiyyətini artırır. 
lakin avropa İttifaqı və natO-nun ermənistanla dağlıq qa-
rabağ  münaqişəsinə  dair      kifayət  qədər  məşğul  olmaması  və 
azərbaycandakı idarəçilik bu günə qədər Şərq-qərb əməkdaşlığını 
məhdudlaşdırmışdır. 
Bununla  belə,  zəif  iştirakın  nəticələri  tədricən  daha  aydınla-


 YANVAR-MART, 2010  
  
199 
şır:  türkiyə  avropa  ilə  xəzər  regionu  arasında  enerji  vasitəçisi 
olaraq  rusiyanın  maraqlarına  uyğun  mövqeni  ortaya  qoydu  və 
beləliklə,  xarici  siyasətdə  öz  prioritetlərinə  baxmayaraq,  Bakı 
hətta  iyul  ayında  mərkəzi avropaya  gedən  strateji  nabukko  qaz 
boru  kəməri  istiqamətində  gözəçarpan  irəliləyiş  əldə  olunmasına 
rəğmən, moskva  və tehranla enerji razılaşmalarını sürətləndirdi. 
azərbaycanda  sərt  kursun  tərəfdarları  hələ  də  közərən  dağlıq 
qarabağ  münaqişəsini  həll  etmək  üçün  atət-in  vasitəçiliyi  ilə 
gedən danışıqlar çərçivəsini dəyişdirmək məqsədilə qətiyyətli ad-
dımların atılmasını daha təkidlə tələb etməyə başlamışlar. moskva 
azərbaycanda və regionda daha böyük təsir imkanlarına malik ol-
maq üçün bu fürsətdən istifadə etməyə çalışır.
aşqabad  və  Bakı  arasında  xəzər  dənizinin  dibində  yerləşən 
“sərdar-Kəpəz” qaz yatağına görə mübahisə “Şərq-qərb” nəqliyyat 
dəhlizinin  gələcək  inkişafına  əsas  maneə  kimi  qiymətləndirilir. 
yayın  ortalarında  türkmənistan  Prezidenti  qurbanqulu 
Berdıməhəmmədovun məsələni beynəlxalq arbitraj vasitəsilə həll 
edəcəyi haqqında verdiyi bəyanat nəticəsində gərginlik azalsa da, 
görünür nabukko daha çox xəzər dənizinə yox, İraqdakı qaz ehti-
yatlarına yönələcək. Çünki bu cür strateji layihənin türkmənbaşıdan 
Bakıya qədər transxəzər qaz boru kəməri kimi digər böyük marşru-
tun işə düşməsindən asılı olması ilə bağlı vəziyyət qeyri-müəyyən 
olaraq qalır. əgər həmin layihələr mərkəzi avropanı xəzərin şərq 
sahili ilə birləşdirməyəcəksə, həm azərbaycan, həm avratlantik bir-
liyi bundan itirəcək. Bununla nəinki avropanın enerji təhlükəsizliyi 
zəifləyəcək, o cümlədən qara dəniz-xəzər məkanında regional və 
avratlantik    inteqrasiyaya  zəmin  yarada  biləcək  əsas  funksional 
xətlərdən  birinin  mühüm  təsiri  heç  vaxt  əldə  olunmayacaq.  Bu 
halda,  BtC  təcrübəsindən  irəli  gələn  dividendləri  artırmaq  şansı 
birdəfəlik itiriləcəkdir.
İdarəetmə və strateji tərəfdaşlıq
 son geriləməyə baxmayaraq, azərbaycanın bütöv qərb üçün 
strateji əhəmiyyətini və öz tarixində bu anın mühüm mənasını qeyd 
etməmək çətindir. qərb ölkəyə avropa layihələri və qərb təsisatları 
vasitəsilə sabitlik və çiçəklənmə vəd edir. azərbaycandan şərqə doğ-
ru enerji daşıyıcıları ilə zəngin və böyük potensiala malik geniş av-
rasiya torpaqları və get-gedə daha dinamik inkişaf edən xəzər      regi-


200
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
onu yerləşir. qərb siyasətçiləri 
ölkənin geosiyasi və idarəetmə 
baxımından  qeyri-müəyyən 
vəziyyətini tam anlayaraq, bü-
tün  səviyyələrdə  azərbaycan 
liderləri və cəmiyyəti ilə dialo-
qa başlamalıdırlar.
  mərkəzi  avropa  hüdudla-
rından  kənarda  idarəetmə  ke-
çidi avropa İttifaqının hazırkı 
şərq üzvləri arasında müşahidə olunan hadisələri mütləq qaydada 
əks etdirməli deyil. qara dəniz-xəzər regionunda dəyişikliklər hər 
zaman mürəkkəb geosiyasi və təhlükəsizlik reallıqlarını tarazlaş-
dırmağa yönəlmişdir. Bundan əlavə, keçidin sürəti dövri olaraq ba-
carığın kəskin şəkildə çatışmaması və təsisat quruculuğuna birbaşa 
təsirlə əngəllənib. Gürcüstandakı hadisələr və rusiyanın zorakı güc 
siyasətinə meyilli olması baxımından, azərbaycanın daxili islahat-
lar və idarəetmə sahəsində davamlı uğurları, tərəqqisi ölkənin av-
ropa və bütövlükdə qərblə münasibətləri ilə birbaşa bağlıdır.
azərbaycan  ilə  yüksək  interaktiv  və  qarşılıqlı  asılı  olan 
tərəfdaşlığın inkişaf etdirilməsi avropa ölkələri və aBŞ tərəfindən 
danılmaz prioritet hesab edilir. İslahatları həyata keçirən, sabit və 
mütərəqqi azərbaycan qərbin mərkəzi asiyaya çıxışının təməl da-
şına çevriləcək. İdarəetmə ilə bağlı narahatlıq doğuran məsələlərə 
görə azərbaycanı kənarda qoymaq qara dəniz-xəzər regionunda 
uğursuz iştirak strategiyasına aparan yoldur. azərbaycanın iştirakı 
olmadan, aİ və natO xəzərdə iddialı moskvaya cavab vermək 
iqtidarında olmayacaqdır.
Bunları nəzərə alaraq qeyd etmək olar ki, azərbaycanla tərəfdaşlıq 
rusiyanın mühüm konstruktiv rol oynadığı əfqanıstan-da sabitli-
yin yaradılması səylərinə töhfə vermək məqsədilə bütün avrasiya 
məkanında daha geniş əməkdaşlığın vacib hissəsidir. azərbaycanın 
nəinki  öz  coğrafi  mövqeyi,  o  cümlədən  Bakının  natO  və aBŞ 
qüvvələri  ilə  işləməyə  açıq  olması  ilə  əlaqədar        xəzər  qovşa-
ğı  azərbaycandan  əfqanıstandakı  aBŞ  və  natO  qüvvələrinə 
təchizatın  təmin  edilməsi  baxımından  Şimal  Paylayıcı  Şəbəkədə 
iki əsas təchizat marşrutlarından biri hesab olunur. təchiz olunan 
materiallar türkiyədən və ya qara dənizdən Gürcüstan limanlarına 
Azərbaycan  ilə  yüksək  interaktiv  və 
qarşılıqlı asılı olan tərəfdaşlığın inki-
şaf etdirilməsi Avropa ölkələri və ABŞ 
tərəfindən  danılmaz  prioritet  hesab 
edilir.  İslahatları  həyata  keçirən,  sa-
bit  və  mütərəqqi Azərbaycan  Qərbin 
Mərkəzi Asiyaya çıxışının təməl daşı-
na çevriləcək.


 YANVAR-MART, 2010  
  
201 
daşınır, oradan Bakıya və sonra isə qazaxıstan və Özbəkistana ötü-
rülür. 2009-cu ilin martında Vaşinqton və azərbaycan ay ərzində  
30.000  konteyner  həcmində  qeyri-döyüş  ehtiyatlarının  daşınması 
üzrə razılığa gəlmişlər.
almaniyadakı  son  seçkilərin  nəticələri  avropa  İttifaqının 
mərkəzi asiya  strategiyasının  güclənməsinə  yeni  müsbət  imkan-
lar açdı. almaniyanın avrasiyada diplomatik və biznes sahələrində 
yüksək səviyyədə fəal olması üçün bu ölkənin avropa İttifaqında 
sədrliyi zamanı əsas ideyası olmuş strategiya sonrakı sədrlik edən 
ölkələr  tərəfindən  həvəslə  davam  etdirilməmişdir.  Bununla  belə, 
avropa İttifaqı azərbaycanı ukrayna və Gürcüstan kimi digər qon-
şularla  qruplaşdıran  Şərq  tərəfdaşlığını  həyata  keçirməyə  başla-
dı. azərbaycanın  bu  proqrama  daxil  edilməsi  həvəsləndirici  olsa 
da,  Şərq  tərəfdaşlığının  geosiyasi  reallığı  göstərir  ki,  Brüsselin 
fikrincə,  Bakı  həddindən  artıq  uzaq  məsafədə  görünən  körpüyə 
bənzəyir. əgər avropa İttifaqının paytaxtları ilə Bakı arasında Şərq 
tərəfdaşlığı  baş  tutarsa,  istifadə  olunmamış  böyük  potensial  işə 
düşə  bilər,  ancaq  bir  şərtlə  ki, avropa  İttifaqının  mərkəzi asiya 
strategiyası və avropada qərarları qəbul edən tərəflər qara dəniz 
və mərkəzi asiya regionlarında Venn cədvəlinin kəsişdiyi yer kimi 
azərbaycanın böyük strateji vacibliyini anlamağa qadir olsunlar. 
almaniyada sağ mərkəzçi hökumətə doğru irəliləyiş rusiyanın 
avrasiyada  avratlantik  strukturlarının  iştirakına  reaksiyasından 
daha  az  ehtiyatlanan  xarici  siyasətin  formalaşdırılmasına  səbəb 
olmalıdır. aBŞ-ın mərkəzi avropada raketlərdən müdafiə planla-
rından imtina etməsi rusiyanın yaxınlığında yerləşən avratlantik 
tərəfdaşlarında tərketmə hissi yaratsa da, hazırda enerji, təhlükəsizlik 
və idarəetmə kimi üç sütun əsasında bütöv xəzər regionunda avro-
pa liderlərinin daha ardıcıl yanaşmanın inkişaf etdirilməsi və həyata 
keçirilməsi prosesini sürətləndirməsinin vaxtı artıq yetişib. Həmin 
strategiyanı  formalaşdırarkən,  avratlantik  liderləri  azərbaycanla 
əlaqələrin qurulmasını prioritet məsələ kimi nəzərdə tutmalıdırlar. 
avratlantik tərəflərin xəzər regionunda iştirakı ilə bağlı hər han-
sı dəyişikliyin olmaması uğursuz əməkdaşlıq, qeyri-sabit rejimlər, 
mürəkkəb qeyri-təhlükəsizlik, eləcə də idarəetmə və iqtisadi isla-
hatlar sahəsində zəif irəliləyişlə nəticələnəcəkdir.


202
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
Sərhədləri, yoxsa siyasətləri 
dəyişməli?
azərbaycan 
barəsində 
qərbin 
fikrində 
enerji 
geosiyasəti  və  avrasiyaya 
çıxış  əsas  yer  tutsa  da,  Bakı 
üçün  ermənistanla  təxminən 
iyirmi  il  davam  edən  dağlıq 
qarabağ  və  onun  ətrafındakı 
ərazilər uğrunda mübahisənin 
həlli  strateji  prioritetlər  sırasında  olması,  şübhəsiz  ki,  anlaşılan-
dır.  azərbaycan  rəhbərliyinin  nöqteyi-nəzərinə  görə,  ölkənin 
beynəlxalq səviyyədə tanınmış ərazisinin beşdə birinin işğal olun-
ması nəinki azərbaycanın suverenliyi və ərazi bütövlüyü baxımın-
dan qəbuledilməzdir, o cümlədən böyük ictimai problemdir, çünki 
ölkənin  digər  yerlərinə  səpələnmiş  təxminən  1  milyon  vətəndaş 
məcburi köçkün vəziyyətində yaşayır və onlar böyük seçici qru-
punu təşkil edir. Bakı ilə istənilən faydalı tərəfdaşlıqda bu prioritet 
nəzərə alınmalıdır və reallıq onu göstərir ki, qərbyönümlü regional 
inteqrasiya, iqtisadi rifah və qara dəniz–xəzər regionuna rusiya-
nın müdaxiləsini məhdudlaşdırmaq kimi məsələlər yalnız qarabağ 
münaqişəsinin nizamlanmasından sonra öz həllini tapa bilər.
türkiyənin  ermənistanla  sərhədlərinin  açılması  məqsədilə  at-
dığı  addımlar  tarixi  dəyişən  oyuna  bənzəyir.  türkiyə  regionda 
ticarəti və iqtisadiyyatı canlandırmaq, enerji və nəqliyyat xətlərini 
gücləndirmək,  regiona  düşmənçilik  və  inadkarlıqdan  başqa  heç 
bir  digər  siyasəti  gətirməmiş  tarixi  inciklikləri  kənara  qoymaq 
prosesini  başlamaq  istəyini  nümayiş  etdirir.  Bunları  nəzərə  ala-
raq,  ermənistanla  sərhəd  statusunun  dəyişməsi,  şübhəsiz,  qara-
bağda  təmas  xəttində  mövcud  həssas  status-kvoda  dəyişikliyə 
səbəb  olacaqdır.  Bu,  tək  onunla  bağlı  deyil  ki,  qarabağ  uğrunda 
azərbaycanla həmrəylik əlaməti olaraq, bağlanmış sərhədlərin açıl-
ması münaqişənin nizamlanmasında danışıqların mühüm vasitəsini 
Bakının  əlindən  alaraq  güclərin  tarazlığını  pozacaq,  o  cümlədən 
qarabağ  məsələsinin  həll  olunmamış  statusda  qalması  regionda 
gözəçarpan irəliləyişin mümkün olmayacağı ilə bağlıdır. yenidən 
açılacaq sərhədlərin bəhrəsi ermənistanın azərbaycanla olan digər 
əsas  sərhədi  beynəlxalq  miqyasda  tanınmamış  ərazinin  ətrafında 
Geosiyasi  baxımdan  Türkiyə  ilə 
sərhədlərin  açılmasına  bəslənilən 
ümidlər  ondan  ibarətdir  ki,  yalnız 
Qarabağda  münaqişə  həll  olunduğu 
halda Ermənistan Rusiya və İrandan 
kənar  münasibətlərini  hərtərəfli  in-
kişaf  etdirə    və  regionda  inteqrasiya 
amilinə çevrilə bilər.


 YANVAR-MART, 2010  
  
203 
yerləşdirilmiş silahlı qüvvələrin təcridində qaldığı təqdirdə tam po-
tensialı ilə hiss olunmayacaqdır. Geosiyasi baxımdan türkiyə ilə 
sərhədlərin açılmasına bəslənilən ümidlər ondan ibarətdir ki, yalnız 
qarabağda  münaqişə  həll  olunduğu  halda  ermənistan  rusiya  və 
İrandan kənar münasibətlərini hərtərəfli inkişaf etdirə  və regionda 
inteqrasiya amilinə çevrilə bilər.
lakin bu, o demək deyil ki, avropa İttifaqı və natO bir təsisat 
kimi həmin mübahisədə azərbaycanın tərəfində olmalıdır. Bununla 
belə, hesab edilir ki, əgər azərbaycan təklikdə qalarsa, türkiyə ilə 
ermənistan arasında yaxınlaşmanı gücləndirmək qərb üçün böyük 
nailiyyətlər gətirməyəcək. Buna baxmayaraq, azərbaycan yenə də 
avratlantik yolu ilə getməkdə davam edir və hətta bu vaxta qədər 
ermənistan və türkiyədən daha çox irəliləyib. lakin bu kurs, qara-
bağla bağlı vədlərə görə, “etibarlı” enerji sazişləri, yaxud “regional 
tərəfdaşlıq”da  asanlıqla  moskvaya,  tehrana  və  hətta  Çinə  doğru 
yönələ bilər. məhz azərbaycan strateji enerji ehtiyatlarına və xəzər 
dənizi-mərkəzi asiya regionuna açardır və məhz azərbaycan hətta 
qlobal böhran zamanı regionun ən dinamik iqtisadi artımını nüma-
yiş etdirir. azərbaycan özünün geosiyasi baxımdan mühüm ərazidə 
yerləşməsi  və  artan  hərbi  gücü  nöqteyi-nəzərindən  əfqanıstanda 
natO qüvvələrinin təchizatı və gələcək potensial strateji tərəfdaşlıq 
baxımından qara dəniz–xəzər marşrutunda əsas yer tutur.
Azərbaycanın Avratlantik baxışları
Brüssel  və  Vaşinqtonda  qərarları  qəbul  edənlər,  həm  avro-
pa İttifaqı, həm natO-ya üzv dövlətlərin rəhbərləri azərbaycanı 
səciyyələndirən  coğrafi  ərazi,  regional  dəyişikliklər,  enerji 
təhlükəsizliyi,  hərbi  təchizat  xətləri,  ticarət,  iqtisadi  dinamizm 
və  dondurulmuş  münaqişələrin  həlli  baxımından  ilk  öncə  stra-
teji  əhəmiyyətə  xüsusi  diqqət  yetirməlidirlər.  İkincisi,  onlar 
azərbaycanı avratlantik  baxışlara  bağlamaq  üçün  xüsusi  siyasət 
qəbul etməlidirlər. İstər Şərq tərəfdaşlığı, istərsə də digər proqramlar 
vasitəsilə avropa İttifaqı öz qonşularını cəlb etməlidir. eyni zaman-
da, natO qara dəniz-xəzər təchizat marşrutundan istifadəni ar-
tırmalıdır. avratlantik enerji təhlükəsizliyinin möhkəmləndirilməsi 
sahəsində  əsas  tədbirlərlə  yanaşı, azərbaycan  həmin  səylərdə  də 
əsas rol oynamışdır. Hər iki təsisatda bir-birini təkrarlayan qərarları 
qəbul edən tərəflər azərbaycana xüsusi yanaşmanı, ölkənin bütöv 


204
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
xəzər strategiyası çərçəvəsində strateji əhəmiyyətinə uyğun olaraq 
formalaşdırmalıdırlar.
  Bu  cür  strategiya  aşağıdakıları  özündə  əks  etdirə  bilər,  lakin 
bununla məhdudlaşmalı deyil: 
1. türkiyə-ermənistan yaxınlaşması kontekstində qarabağ proble-
minin həllində minsk qrupunun səylərini sürətləndirmək üçün ay-
dın plan hazırlanmalı; 
2.  qazın  ixracı  ilə  bağlı  Bakıya  açıq-aydın  dövlət-özəl  sektorun 
marağı nümayiş etdirilməli
3.  natO-nun  xüsusi  və  müvafiq  təhlükəsizlik  zəmanəti, 
azərbaycanda  və  ya  onun  yaxınlığında  münaqişə  baş  verərsə, 
avropa  İttifaqı  tərəfindən  vasitəçilik  və  sülhyaratma  səyləri 
göstərilməli; 
4.  İdarəetmə,  peşəkarlaşdırma,  vətəndaş  cəmiyyəti  və  media 
təlimləri  sahəsində  təsisat  quruculuğu  üçün  məsləhət  xarakterli 
proqram həyata keçirilməli
5.  qəbələ  radiolokasiya  stansiyasının  2012-ci  ildə  cari  icarə 
müqaviləsi bitdikdən sonra stansiyanı natO-nun icarəsinə vermək, 
“xəzər  sipəri”  proqramını  yenidən  canlandırmaq  və  potensial 
təhlükəsizlik tərəfdaşlığı üçün təminatlar hazırlanmalıdır.
yalnız  azərbaycan  və  regionun  bu  cür  genişmiqyaslı,  lakin 
hərtərəfli iştirakı ilə avratlantik liderlər və təsisatlar Bakıdan olduq-
ca  faydalı  geosiyasi  yolla  getməsinin  davamını  gözləyə  bilərlər. 
rəmzi geriləmələrə baxmayaraq, qərb məhz yuxarıda göstərilmiş 
konkret öhdəliklərlə irəliyə doğru getməlidir. azərbaycana gəldikdə 
isə Bakıda qərarlar qəbul edənlər səbrin zəruri olduğunu nəzərə al-
malı və işi davam etdirməlidirlər. dəyərli qruplaşma kimi müəyyən 
edilmiş avratlantik birliyi yuxarıda müzakirə edilən bir çox əsas 
məsələlər  üzrə  yekdil  olmaqdan  uzaqdır.  Konkret  öhdəliklərin 
götürülməsi  prosesi  ləng  işləyəcək.  lakin  Bakının  qarşısında 
bir  çox  geosiyasi  variantların  olmasına  baxmayaraq,  avratlantik 
tərəfdaşlığın yekun nəticələri lazımi qaydada qiymətləndirilməlidir. 
soyuq  müharibənin  bitməsindən  sonra  ən  uğurlu  tarix  Çinin 
yüksəlişi, rusiyanın yenidən güclənməsi, yaxud Birləşmiş Ştatların 
şöhrət və əziyyətləri deyil,  mütəşəkkil olmasa da, daha çox dəyişən 
avratlantik birliyidir. azərbaycanın avratlantik baxışları bu günə 
qədər aydın olub. lakin bu, o demək deyil ki, günlərin bir günü bu 
ölkə öz baxışlarını digər istiqamətə yönəltməyəcək.


 YANVAR-MART, 2010  
  
205 


206
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
QEYD ÜÇÜN


 YANVAR-MART, 2010  
  
207 
QEYD ÜÇÜN


208
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
QEYD ÜÇÜN

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə