Azerbaijan focus



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə55/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   51   52   53   54   55   56   57   58   ...   63

 YANVAR-MART, 2010  
  
171 
diqqət yetirməyərək və onları öz çərçivəsində daha aydın şəkildə həll 
etməyə cəhd göstərərək uğurlu olmaq şansını əldən buraxır. Bu elə 
bir sahədir ki, 2009-cu ilin mayından oktyabr ayına qədər qdİət-
də azərbaycanın sədr olmasını nəzərə alaraq, azərbaycanın verəcəyi 
töhfə qiymətli ola bilərdi. Çünki bu ölkə (rusiya ilə birlikdə) qdİət 
üzvləri  arasında  yeganə  iki  karbohidrogen  hasilatçısından  biri-
dir. Beləliklə, azərbaycan qdİət ölkələrinin və təşkilatın özünün 
üzləşdiyi bürokratik, enerji və siyasi çətinlikləri tam şəkildə anlamaq 
imkanına malikdir və həmin məsələlərdə qara dəniz İş Birliyi ami-
linin hansı şəkildə nəzərə alındığını avropa İttifaqına bildirərək, öz 
imkanlarını konstruktiv şəkildə idarə etmək iqtidarındadır. qdİət, 
həmçinin,  elə  bir  təşkilatdır  ki,  azərbaycan  və  ermənistan  orada 
1991-ci ildən etibarən bir masa arxasında oturur və bu, hətta məhdud 
səviyyədə olsa da, iki ölkə arasında mövcud olan siyasi gərginliyə 
baxmayaraq, müəyyən formada baş verən əməkdaşlıqdır.
nəticədə, qara dəniz İş Birliyi regional əlaqələndirmə və enerji 
dialoqunu təkmilləşdirmək məqsədini güdən Bakı təşəbbüsündən 
bir addım öndədir və hətta onun bu istiqamətdə göstərdiyi səylərini 
özündə  əks  etdirir.  lakin  qdİB-in  mövcud  proqramların  daha 
təkmil əlaqələndirilməsi vasitəsilə regional idarəetmə gündəliyini 
irəli  sürmək  cəhdi  nəticəsində  qara  dəniz  İş  Birliyini  regionda 
əməkdaşlıq üçün uzunmüddətli strateji baxışların bir hissəsi kimi 
formalaşdıracaq  siyasi  iradənin  çatışmaması  səbəbindən  təkmil 
enerji idarəçiliyinin möhkəmləndirilməsi və qara dəniz dövlətləri 
arasında daha böyük ümumi marağın formalaşması, hələ ki, baş tut-
mayıb. 
29
Şərq Tərəfdaşlığı
Şərq tərəfdaşlığı (Şt) siyasi ölçü əlavə edərək, daha geniş re-
gional  əməkdaşlığa  yönəlmiş  qara  dəniz  İş  Birliyi  çərçivəsində 
edilən cəhdlə Bakı təşəbbüsü əsasında layihəyə yönəlmiş yanaş-
manı bir araya gətirərək, irəliyə doğru atılmış addımdır. Buna görə 
də,  Şt  regional  əməkdaşlıq  səviyyəsinin  yüksəldilməsində  daha 
29. southeast europe association conference proceedings, “the Black sea re-
gion:  new  Challenges  and  Opportunities  for  regional  Cooperation,”  Berlin, 
14-15 may 2009.  available at the Harvard university Black sea security Pro-
gram website,  http://www.harvard-bssp.org/bssp/news/388.  also see Gültekin-
Punsmann and nikolov (2008), səh. 123. 


172
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
böyük  potensiala  malikdir  və  bütövlükdə,  enerji  idarəetməsi  ilə 
bağlı regional dialoqu özündə əks etdirir, baxmayaraq ki, bu yanaş-
ma hələ yenidir və bəzi regional iştirakçılar tərəfindən birmənalı 
qarşılanmır.
xüsusilə  də,  rusiyanın  2008-ci  ilin  avqustunda  Gürcüstana 
müdaxiləsindən sonra avropa İttifaqı etiraf etdi ki, aqs siyasəti 
Şərqdəki  üzv  ölkələrin  üzləşdiyi  siyasi  reallıqları  və  çətinlikləri 
lazımınca  aradan  qaldırmır  və  bu  məqsədlə,  “avropa  qonşu-
luq  siyasətinin  xüsusi  şərq  ölçüsünə”  ehtiyac  duyulur.
30
  Şərq 
tərəfdaşlığı (Şt) məqsədləri şərqdə yerləşən qonşu ölkələrdə avro-
pa İttifaqının daha güclü mövqedə olmasına yönəlmiş Polşa və İsve-
çin birgə təklifindən irəli gələn bir məhsul kimi qara dəniz regional 
səhnəsində ən yeni idarəetmə təşəbbüsü kimi irəli sürüldü. İştirakçı 
dövlətlər azərbaycan,  Belarus,  ermənistan,  Gürcüstan,  moldova 
və ukraynanı əhatə edir – onların hamısı Bakı təşəbbüsünün və 
(Belarusu istisna etməklə) qara dəniz İş Birliyinin üzvləridir.
rəsmən 2009-cu ilin mayında qəbul olunmuş Şt avropa İtti-
faqı ilə üzv ölkələr arasında ikitərəfli münasibətlərin dərinləşməsi 
işində mövcud aqs-nin hüdudlarından kənara çıxır. 
31
 Buna görə o, 
qara dəniz İş Birliyindən fərqli olaraq, daha güclü siyasi istiqaməti 
götürür, çünki onun əsas məqsədi “avropa İttifaqı ilə maraqlı olan 
tərəfdaş ölkələr arasında siyasi birliyin və növbəti iqtisadi inteq-
rasiyanın  sürətləndirilməsi  üçün  lazımi  şəraitin  yaradılmasından 
ibarətdir…  Bu,  avropa  İttifaqı,  tərəfdaş  ölkələr  və  bütövlükdə,   
avropa  qitəsində  sabitlik,  təhlükəsizlik  və  rifah  kimi  ümumi 
öhdəliklərə xidmət edir.
32
texniki  baxımdan,  Şərq  tərəfdaşlığı  iştirakçı  dövlətlər  üçün 
avropa  İttifaqına  üzv  olmaq  qapısını  açıq  saxladığından  o, 
eyni  zamanda  qara  dəniz  İş  Birliyindən  fərqli  olaraq,  regional 
əməkdaşlığın daha yüksək səviyyədə olması üçün ümumi məqsəd 
və təkanverici amillər yaradır. O, əməkdaşlıq fəaliyyəti, dialoq və 
tərəfdaş  ölkələr  arasında  məlumat  mübadiləsini  yüngülləşdirmək 
üçün  hazırlanmış  çoxtərəfli  çərçivə  vasitəsilə  həmin  amillərə 
30. Council of the european union - joint declaration of the Prague eastern 
Partnership summit. 7 may 2009.  
31. tsantoulis (2009), s. 2. 
32. Council of the european union -  joint declaration of the Prague eastern 
Partnership summit. 7 may 2009. 


 YANVAR-MART, 2010  
  
173 
dəstək verir. Bu çərçivə dörd platformadan ibarətdir və onlardan 
biri enerji təhlükəsizliyidir.
33
  Şərq tərəfdaşlığının təklif etdiyi altı 
ilkin çoxtərəfli əsas layihələrindən ikisi həmin platformaya aiddir: 
onlardan  biri  regional  enerji  bazarlarının  və  təkmil  enerji  qənaət 
sisteminin yaradılmasını, digəri isə cənubi enerji dəhlizinin forma-
laşdırılmasını nəzərdə tutur. 
34
İlkin baxışda Şərq tərəfdaşlığının enerjiyə aid əməkdaşlıq möv-
zuları  qara  dəniz  İş  Birliyi  və  ya  Bakı təşəbbüsündəki  mövzu-
lardan  o  qədər  çox  fərqlənmir.  Faktiki  olaraq,  Şt  açıqlamasında 
xüsusi olaraq etiraf edilir ki, orada əks olunmuş bir çox təkliflərə 
InOGate proqramında da baxılır.  qısaca olaraq, Şərq tərəfdaşlığı 
aşağıdakıları təklif edir:
35
•   qarşılıqlı  enerji  dəstəyini  və  təhlükəsizlik  mexanizmləri, 
o   cümlədən  ilkin  xəbərdarlıq  sistemlərini  və  birgə  təhlükəsizlik 
tədbirlərini müəyyən etmək;
•   tərəfdaşların  enerji  siyasəti  və  qanunvericiliyinin  aİ-nin 
təcrübəsi  və  acquis  ilə  uyğunlaşdırılmasını  sürətləndirmək  və 
bunu elektrik enerjisi, qaz, neft, bərpa olunan enerji daşıyıcıları və 
enerjiyə qənaət sahələrinə də aid etmək;
•   aİ  ilə  tərəfdaşlar  arasında  bir-biri  ilə  bağlı  olan  faydalı  və 
müxtəlifləşdirilmiş enerji bazarını yaratmaq;
•   Bakı Prosesinin lazımi enerji tərəfdaşlığı kimi gücləndirilməsinə 
töhfə  verən  Şt,  o  cümlədən  cənub  dəhlizinin  və  transxəzər 
marşrutunun  inkişafı  vasitəsilə  təchizat  və  tranzit  marşrutlarını 
müxtəlifləşdirmək. 
36
Bu  siyahı  siyasi  deyil,  daha  çox  texniki  əməkdaşlığı  xüsusi 
vurğulayaraq,  Bakı  təşəbbüsündəki  problemləri  təkrarlayır.  Şərq 
33. “eastern Partnership multilateral Platforms: General Guidelines and rules 
of Procedure.” Brussels, 5 june 2009. available at http://ec.europa.eu/exter-
nal_relations/eastern/platforms/rules_procedure_en.pdf. 
34. european Commission website: external relations. “eastern Partnership – 
Flagship Initiatives.” http://ec.europa.eu/external_relations/eastern/initiatives/
index_en.htm.  accessed 28 august 2009. 
35. Commission of the european Communities.  Commission staff Working 
document accompanying the Communication from the Commission to the 
european Parliament and the Council: eastern Partnership. {COm (2008) 823} 
36. Commission of the european Communities.  Communication from the 
Commission to the european Parliament and the Council: eastern Partnership. 
{seC(2008) 2974} Brussels 3.12.2008, COm (2008) 823 final.


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə