Azerbaijan focus


      YANVAR-MART, 2010    AZERBAIJAN FOCUS



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə54/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   50   51   52   53   54   55   56   57   ...   63

168
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
möhkəmləndirilməsi baxımından o qədər də uğurlu olmamışdır. 
20
qara dəniz İş Birliyində komissiya aydın şəkildə bəyan etmişdir 
ki, digər regional yönümlü təşəbbüslərdən fərqli olaraq, yeni qara 
dəniz strategiyasının yaradılması özü-özlüyündə bir məqsəd kimi 
qoyulmur, çünki avropa qonşuluq siyasəti, türkiyə ilə qəbuldan 
öncəki strategiyası və rusiya ilə strateji tərəfdaşlığı, ümumilikdə, 
region üçün aİ siyasətinin mühüm çərçivəsini artıq formalaşdırır.
21
  
qdİB  siyasi  diqqəti  regional  səviyyəyə  yönəldərək  və  cari 
əməkdaşlıq proseslərini möhkəmləndirərək, özünün əlaqələndirici 
mahiyyətini vurğulayır. 
22
avropa İttifaqının qara dəniz regionunda enerjiyə aid öncədən 
mövcud  olan  çoxtərəfli  proqramlarını  müzakirə  edərək,  komissi-
ya avropa  İttifaqının  dəstəklədiyi  bir  sıra  “sektorlar  üzrə  regio-
nal münasib təşəbbüslərdən” biri kimi Bakı təşəbbüsünə diqqəti 
yönəldir” 
23
 və qeyd edir ki, qara dəniz İş Birliyi əsasında formala-
şan dialoq Bakı təşəbbüsü, o cümlədən aqs və aİ-rusiya enerji 
dialoqu vasitəsilə hüquqi və tənzimləyici əlaqələndirməyə təşviq 
edəcəkdir. O, eyni zamanda, regional təşkilat sayılan qara dəniz 
İqtisadi əməkdaşlıq təşkilatını daxilində regional səviyyədə dia-
loqu asanlaşdıraraq qara dəniz İş Birliyinin uğurlarına töhfə verən 
qurum kimi xüsusi olaraq qiymətləndirir.
enerjiyə gəldikdə isə qdİB, demək olar ki, enerji təchizatının 
təhlükəsizliyini möhkəmləndirən əməkdaşlığa yönəlir. Bu sahədə 
həmin təşəbbüs öz məqsədləri barəsində aşağıdakıları xüsusi olaraq 
qeyd edir:
•   Hüquqi və tənzimləyici uzlaşdırmaya təşviq etmək.
•   regionda alternativ enerji mənbələrinə və enerji effektivliyinə  
    diqqətin artırılmasında region ölkələrinə kömək etmək.
•   sərmayələr hesabına infrastrukturun müasirləşdirilməsini və 
    inkişafını təmin etmək.
•   yeni transxəzər-transqara dəniz enerji dəhlizini inkişaf   
20. yenə orada. 
21. Commission of the european Communities.  Communication from the Com-
mission to the Council and the european Parliament.  Black sea synergy – a 
new regional Cooperation Initiative. Brussels, 11.04.07 COm (2007) 160 fi-
nal. 
22. yenə orada, səh. 9. 
23. yenə orada, səh. 2. 


 YANVAR-MART, 2010  
  
169 
    etdirmək.
•   təchizatın təhlükəsizliyi, tranzit və tələbata aid ümumi 
    maraqları nəzərə alan aİ və aqs ölkələri arasında yeni 
    qanunverici çərçivənin yaradılmasını araşdırmaq. 
24
Bununla belə, qdİB nə həmin məqsədlərə nail olmaq yollarını, 
nə əlaqələndirəcəyi digər təşəbbüslər arasında dərin bağlılığın hansı 
şəkildə yaradılacağına dair əlavə təfərrüatları açıqlamır. Buna görə 
də, qara dəniz İş Birliyinin müəyyən funksional, siyasi mənada 
regional  inteqrasiyaya  təşviq  etmək  əvəzinə,  yüksək  səviyyəli 
dialoqun  formalaşdırılmasında  qeyri-effektiv  olmasına  dair 
azərbaycanın bəzi rəsmi dairələri və regional ekspertlər tərəfindən 
söylənilən rəy heç də təəccüblü deyil. Bu, yenə də onunla bağlıdır 
ki, qdİB nə öncədən kifayət qədər yüksək siyasi səviyyəyə qaldırı-
lıb, nə də ki region ilə qarşılıqlı əlaqələrin uzunmüddətli cədvəlinin 
bir hissəsi olub. qara dəniz İş Birliyi siyasi dialoq formatlarının 
təklif  edilməsi  istiqamətində  edilən  cəhddir  və  nəzərdə  tutur  ki, 
dövri  nazir görüşləri  yalnız  “hiss  olunan  irəliləyiş” çərçivəsində, 
bu  irəliləyişin  hansı  yolla  əldə  olunması  müəyyən  edilmədən 
qiymətləndirilsin.
25
  qara  dəniz  İş  Birliyinin  fəaliyyətinin  birin-
ci  ilində  enerji  məsələləri  sahəsində  irəliləyiş  haqqında  hesabat, 
faktiki olaraq, göstərir ki, enerji təchizatının təhlükəsizliyi, tranzit 
və tələbata aid aİ ilə aqs arasında hüquqi çərçivənin formalaş-
dırılması üçün tədqiqat işlərinin başlanmasından başqa, çox az iş 
görülmüşdür.
26
eyni zamanda, qdİB avropa İttifaqı adından region üçün mü-
hüm mövqeni nə əks etdirir, nə də ki onu özündə birləşdirir. Hətta 
əgər  aqs,  türkiyə  ilə  qəbuldan  öncəki  strategiya  və  aİ-rusiya 
strateji tərəfdaşlığı region üçün avropa İttifaqının olduqca mühüm 
çərçivəsini formalaşdırsa da, qdİB-nin bu çərçivədə olmaması av-
ropa İttifaqının qara dəniz İş Birliyinin region üçün strateji və geo-
siyasi planlarının uzunmüddətli perspektivində görünən, siyasi əsası 
olan təşəbbüs kimi qura bilməməsinə nisbətdə yalnız rəmzi xarakter 
24. yenə orada, səh. 5. 
25. Burcu Gültekin-Punsmann and Krassimir y. nikolov (2008). “european 
union approaches to fostering synergies of cooperation and integration around 
the Black sea.” southeast european and Black sea studies, 8:2 səh. 121
26. Grotsky and Isic (2008). 


170
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
daşıyır. 
27
qara  dəniz  İş  Birliyi-
nin    qeyri-effektiv  olma-
sından  xəbər  verən  digər 
bir  amil  ondan  ibarətdir  ki, 
hazırda  qdİət  əsl  regio-
nal  dialoqun  gücləndirilməsi 
işində  həddindən  artıq  daxili 
çəkişmələr  və  qeyri-effektiv 
fəaliyyətdən əziyyət çəkir. ən yaxşı formalaşmış regional təsisat 
hesab  edilməklə  yanaşı,  qdİət  bir  təşkilat  kimi  xüsusən  enerji 
məsələlərində vahid mövqedən çıxış edə bilməmiş və daxili siyasi 
fərqləri aradan qaldırmamışdır. Bu, nəinki həmin təşkilatın region-
da ən iri hasilatçı olan rusiyanın maraqlarını nəzərə alması ilə, o 
cümlədən qara dəniz bürokratları arasında region üçün qarşılıqlı 
faydanı təmin edən formada milli maraqları hansı şəkildə nəzərə 
alarkən  ümumi  mövqenin  olmaması  ilə  bağlıdır.  Bundan  əlavə, 
qdİət daxilində bürokratik əngəllər və daxili siyasiləşdirmə onun 
fəaliyyətinin miqyasını və təsirini məhdudlaşdırmışdır.
28
 Gültəkin 
Punsmann və nikolovun (2008-ci ildə) yazdıqlarına  görə,  kon-
sensus  əsasında  qərarların  qəbul  edilməsi  “effektiv  siyasət  üçün 
zəruri hesab edilən dinamizmi qdİət daxilində aradan qaldıran 
və daha geniş məqsədlərə nail olmaqda maneə yaradan” təkliflərə 
hər hansı üzv dövlət tərəfindən vetonun qoyulmasını nəzərdə tutur. 
nəticədə,  qdİət  regional  dialoqun  siyasi  səviyyədə  aparılması 
üçün lazım olan baxışların ümumiliyini və ya bir növ təsisat gü-
cünü təmin etmir. Buna görə də avropa İttifaqı  ən münasib digər 
variantlar olsa da, qdİB-in mühüm elementini nə ümumi, nə də ki 
enerji idarəçiliyi sahəsində yüksək səviyyəli dialoqun formalaşma-
sına hazırda yardım edə bilməyən təşkilata həvalə etdi.
qdİət-ə aid olan problemlərin bütövlükdə qara dəniz regionu 
daxilində mövcud olan problemlərin kiçildilmiş formasını əks etdir-
diyini  nəzərə  alsaq,  qara  dəniz  İş  Birliyi  həmin  siyasi  maneələrə 
27. southeast europe association conference proceedings, “the Black sea re-
gion:  new  Challenges  and  Opportunities  for  regional  Cooperation,”  Berlin, 
14-15 may 2009.  available at the Harvard university Black sea security Pro-
gram website,  http://www.harvard-bssp.org/bssp/news/388.  also see Gültekin-
Punsmann and nikolov (2008), səh. 123. 
28. Gültekin-Punsmann and nikolov (2008), səh. 122. 
  Qara  Dəniz  İş  Birliyinin  qeyri-
effektiv  olmasından  xəbər  verən 
digər bir amil ondan ibarətdir ki, ha-
zırda  QDİƏT  əsl  regional  dialoqun 
gücləndirilməsi  işində  həddindən  ar-
tıq daxili çəkişmələr və qeyri-effektiv 
fəaliyyətdən əziyyət çəkir.


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə