Azerbaijan focus


      YANVAR-MART, 2010    AZERBAIJAN FOCUS



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə43/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   39   40   41   42   43   44   45   46   ...   63

134
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
hüm keyfiyyətlərindən biridir. aİ-yə üzv dövlətlərdə yaşayan xalq-
ların danışdığı regional və azlıq dilləri, o cümlədən bir sıra digər 
dillərlə yanaşı, avropa İttifaqında iyirmi üç rəsmi dil mövcuddur. aİ 
çərçivəsində dil məsələsi ilə bağlı ümumi bir siyasətin olmaması və 
bu məsələnin onun üzv dövlətlərinin məsuliyyəti hesab edilməsinə 
baxmayaraq, aİ öz vətəndaşlarını bir çox dillərdə danışmağa, yəni 
öz ana dilindən başqa əlavə iki dili bilməyə həvəsləndirir və xari-
ci dillərin tədrisini təbliğ etmək məqsədilə bir sıra maliyyələşmə 
proqramlarını təmin edir.
müstəqil,  çoxmillətli  dövlət  kimi  azərbaycan  da  avropa 
dəyərləri,  adət-ənənələri  və  dil  müxtəlifliyi  baxımından  bir  sıra 
ümumi cəhətlərə malikdir. avropa və avratlantik təsisatlarına inteq-
rasiya azərbaycanın xarici siyasət gündəliyində ən mühüm məsələ 
olaraq qalır. Ölkəmiz atət və avropa Şurasının üzvüdür və 2004-
cü ildən avropa İttifaqı ilə avropa qonşuluq siyasəti çərçivəsində 
sıx əməkdaşlıq edir. azərbaycan insan hüquqlarına dair çoxlu say-
da beynəlxalq sənədlərə, 2000-ci ildən isə milli azlıqların qorun-
ması üzrə Çərçivə sənədinə qoşulmuşdur. O, eləcə də avropa dil 
xartiyasını imzalamış, lakin hələ ratifikasiya etməmişdir.
rusiya imperiyasının müdaxiləsi nəticəsində bir əsrdən çox bu 
imperiyanın işğalı altında yaşamağa məcbur olmuş azərbaycan 
asılı  vəziyyətdən  qurtulmaq  üçün  azadlıq  uğrunda  mübarizə 
aparmış, qısa zaman kəsiyində olsa belə (23 ay) ilk müstəqillik 
dövrünü  yaşamış,  lakin  çox  keçmədən,  1922-ci  ildə  ssrİ-nin 
tərkibinə  daxil  edilmişdir.  ssrİ  daxilində  ittifaq  respublika-
sı  kimi  şərti  müstəqil  olan  azərbaycan,  nəhayət,  1991-ci  ildə 
yenidən    müstəqilliyinə  qovuşmuşdur.  Keçmiş  ssrİ-nin  digər 
respublikaları ilə yanaşı, azərbaycan da 70 il ərzində nəinki lin-
qvistik azlıqların (yəni yaşadıqları ölkədə rəsmi dildən fərqlənən 
ana dilində danışan insan qrupları), eləcə də linqvistik çoxluğun 
dillərinin  mövcudluğuna  təhlükə  yaradan  xüsusi  dil  situasiyası 
ilə qarşılaşmışdır.
Qısa tarixi arayış
azərbaycan hər zaman çoxdilli əhalisi ilə seçilən ölkə olub. Bu, 
asiya ilə avropanın qovuşuğunda yerləşən azərbaycanın tək coğ-
rafi mövqeyi ilə bağlı deyil. Onun ərazisindən daim insan kütlələri 
keçmiş, bu diyar millətlər, mədəniyyətlər və dillərin fəal təmas zo-


 YANVAR-MART, 2010  
  
135 
nası olmuşdur.
xIx əsrdə bir sıra xanlıqlardan ibarət olan azərbaycan rusiya 
ilə İran arasında bölündü və müstəmləkəyə çevrildi. rusiya imperi-
yasının dövlət dili olan rus dili o zaman bu regionda hamı tərəfindən 
istifadə oluna bilən ünsiyyət vasitəsi rolunu effektiv şəkildə oynaya 
bilmirdi, çünki onun yerli əhalinin təfəkküründə, xüsusən də kənd 
yerlərində qavranılmasında önəmi çox az idi. 
Həmin vaxt ruslar azərbaycanlıları “tatar” adlandırırdı və müvafiq 
olaraq azərbaycan dili bütöv azərbaycanın ərazisində, o cümlədən 
Cənubi dağıstanda türk-tatar dili adlanıb geniş şəkildə istifadə olu-
nurdu. 1888-ci ilin yayında dağıstana səfər etmiş K.F.qan 1902-ci 
ildə tiflisdə çap edilmiş “Kaxetiya və dağıstana səfər” adlı kitabın-
da yazırdı: “Bütün dağıstanda türk-tatar dili beynəlxalq dil hesab 
edilir. Heç kəs rus dilini bilmir”.
4
 azərbaycan dili keçən əsrin 30-cu 
illərinin əvvəlinə qədər dağıstanda hamı tərəfindən istifadə edilən 
ünsiyyət vasitəsi rolunu qoruyub saxlamışdır.
5
1918-ci il mayın 28-də azərbaycan çoxmillətli və çoxpartiyalı 
parlamentə malik ilk müsəlman ölkəsi kimi öz müstəqilliyinə qo-
vuşdu. azərbaycan demokratik respublikası (adr) həmin dövrdə 
demokratik  prinsipləri  elan  etdi,  insan  hüquq  və  azadlıqlarının 
qorunmasını prioritet məsələ kimi önə çəkdi. 1919-cu il avqustun 
11-də  qəbul  edilmiş  “azərbaycan  vətəndaşlığı  haqqında”  qanun
6
  
milli və dini mənsubiyyətinə fərq qoymadan azərbaycan respub-
likasının  ərazisində  anadan  olmuş  keçmiş  rusiya  imperiyasının 
vətəndaşlarını bərabər hüquqlarla təmin edirdi.  
azərbaycan  hökuməti  azərbaycan  dilinin  rəsmi  dil  kimi 
istifadəsinə ciddi diqqət yetirirdi. Bunun nəticəsidir ki, 1918-ci il 
iyunun 27-də 
7
 respublika hüdudlarında azərbaycan dilinin rəsmi 
dil kimi tətbiq edilməsi haqqında qərar qəbul edildi və iki il ərzində 
bütün hökumət orqanlarında azərbaycan dilinə tam keçilməsi plan-
laşdırıldı. əfsuslar olsun ki, adr-in 1920-ci il aprelin 28-də süqu-
tu həmin dil siyasətinin tamamlanmasına imkan vermədi.
4. yenə də orada, səh. 34. 
5. sultanov K (1993). azərbaycanlılar dağıstanda. “yurddaş” qəzeti, 2 oktyabr 
1993-cü il, səh. 4. 
6. azərbaycan tarixi (2001-ci il). 5-ci cild, səh. 559. 
7. azərbaycanın xx əsr tarixi (2004-cü il), səh. 184, 186. 


136
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
Sovet hakimiyyəti dövründə dil siyasəti
1922-ci  ildən  1991-ci  ilə  qədər  ssrİ-nin  tərkibində  olan 
azərbaycan  ittifaq  respublikalarından  biri  idi.  Keçmiş  sovet  İt-
tifaqının  bütün  respublikalarında  yayılmış  ruslaşdırma  siyasəti 
azərbaycanda da dil situasiyasına öz təsirini göstərmişdi.
qeyd edilməlidir ki, sovet dil planlaşdırılmasında dil məqsəd-
lərini  siyasi  məqsədlərdən  fərqləndirmək  faydalı  olardı.  ssrİ-də 
dil məqsədləri hər zaman siyasi məqsədlərə qurban verilirdi. “altı 
onillikdən artıq dövrdə sosial planlaşdırıcılar və təlimatçılar sovet 
vətəndaşlarını üst-milli sosialist özünəməxsusluğunu qəbul etmək 
ruhunda  maarifləndirərək,  özünəməxsusluğun  yeganə  göstəricisi 
hesab  edilən  milli  dilin  aradan  qaldırılmasına  çalışırdılar.  Bu 
sovetləşmə prosesində ana dili vasitəsilə özünüdərketmə priorite-
tinin sosialist beynəlmiləlçiliyin ittifaqdaxili mexanizmi kimi rus 
dilinin  ümumən  dəyərləndirilməsi  ilə  əvəzlənməsini  nəzərdə  tu-
turdu... milli – rus ikidilliliyi öz mahiyyətinə görə sovet İttifaqın-
da geniş ünsiyyətin yeganə dili kimi rus dilinin xeyrinə olan yeni 
sosialist  özünəməxsusluğunun  inkişaf  etdirilməsinə  doğru  keçid 
mərhələsi hesab edilirdi”.
8
 
Beləliklə, “bir çox sovet respublikalarında olduğu kimi, bu təşviq 
edilən asimmetrik ikidilliliyin təsiri ilə ruslar və yalnız rus dilində 
danışanlar işdə çalışarkən və xidmətlərdən yararlanarkən yalnız rus 
dilindən istifadə etmək imkanı əldə etdikləri halda, qeyri-rusdilli 
insanlar  (azərbaycanlılar  və  digər  yerli  azlıqlar)  yalnız  rus  dilini 
bilənlərə xidmət göstərmək və ya onların xidmətlərindən yararlan-
maq üçün ikidilli olmalı idilər” 
9
Bu  dövrdə  keçmiş  sovet  İttifaqının  bir  çox  respublikalarında 
yaşayan və rus dilində danışmayan şəxslər de-fakto ikinci dərəcəli 
vətəndaş  hesab  edilirdilər.  sovet  İttifaqında  mədəniyyət  və  dillə 
bağlı vəziyyət rus dilində danışmayanlar üçün dövlət və partiya or-
8. Haarmann H. (1991). language politics and the new european identity. In: a 
language policy for the european community. Prospects and quandries. mou-
ton de Gruyter. Berlin. new york, 1991, səh.108 
9. Garibova j. (2009). language policy in post-soviet azerbaijan: political as-
pects. In: International journal of the sociology of language. sociolinguistics 
in azerbaijan: new Perspectives on language and society. mouton de Gruyter. 
Berlin. new york, 2009, səh..14. 


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə