Azerbaijan focus



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə40/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   36   37   38   39   40   41   42   43   ...   63

 YANVAR-MART, 2010  
  
125 
xüsusilə İraqdan qaynaqlanan təhdidlərlə o qədər məşğul olmuş-
dur ki, xarici siyasətdə problemlərlə məşğul olan bir dövlət imicinə 
malik olmuşdur. Həmçinin günahsız və tərəfsiz bir gücün var olma-
sı qeyri-mümkündür. Heç bir ölkəni qıcıqlandırmayan bir ölkənin 
güc  sahibi  olması  iddiası  da  doğru  deyildir.  regional  güc  iddia-
sında olan bir ölkənin bölgəni yenidən düzənləmə arzu və iradəsi 
olan İran kimi bir ölkə ilə gərginlik yaşamaması qeyri-mümkündür. 
regional güc iddiasında olan bir ölkə qarşıdurmanı gözə alan və 
onu davam etdirməyə qüdrəti olan bir ölkədir.   
türkiyə son dövrlərdə etdiyi cəhdlərlə regional güc olma arzu-
sunu ortaya qoymuşdur. Bu istiqamətdə bəzi addımlar da atmışdır. 
türkiyənin regional gücə çevrilə bilməsi üçün ənənəvi Orta Şərq 
siyasətindən qopub yeni bir siyasi strategiya çərçivəsi cızması la-
zımdır. Bu da, əslində, bir paradiqma dəyişikliyi ilə mümkündür. 
digər tərəfdən, bu prosesi türkiyənin imkan, motivasiya və dip-
lomatiya  bacarığı  müəyyən  etmir.  yaxın  Şərqdəki  problemlərin 
mahiyyət  etibarilə  asan  həll  edilən  olmadığı,  bir  çox  ideoloji 
cərəyanın iç-içə sığındığı və qlobal-regional bir çox güclərin vu-
ruşduğu bir bölgə olduğu nəzərə alındıqda Orta Şərq türkiyə üçün 
də bir bataqlıq ola bilər. Bunu nəzərə alaraq türkiyənin ənənəvi 
Orta Şərq siyasətini uğursuz və bacarıqsız şəkildə görənlər qarşı-
sında bu siyasi gedişləri uzun sınaqların nəticəsi kimi şərh edənlər 
də  az  deyil.  necə  ki  türkiyədən  əvvəl  bu  bataqlığa  girənlər  ya                      
Camal əbdülnasir kimi çıxa bilməmiş və hətta öz torpaqlarından 
belə olmuşlar, ya da suriya kimi çıxmağa çalışmaqdadırlar. Bəlkə 
də, türkiyənin Orta Şərq qarışıqlığından çox yara almadan çıxma-
sının səbəbi hadisələrə çox da bulaşmamasıdır.
türkiyənin Orta Şərqə baxışları daha çox avropalıların baxışları 
ilə üst-üstə düşür. türkiyə Orta Şərqdə ola biləcək bir dəyişikliyin 
tədricən və hərbi müdaxilə olmadan reallaşmasını istəmiş, ancaq 
bu  dəyişikliyin  meydana  gəlməsi  üçün  dövrəyə  girməkdə  çox 
istəkli  olmamışdır.  Bu  gün  görünən  odur  ki,  türkiyə  bölgədəki 
dəyişikliklərin reallaşması üçün istəkli görünür. ancaq türkiyənin 
nə etmək istədiyi ən əhəmiyyətli suallardan biri kimi qarşımızda 
durmaqdadır. 
Bu anda Orta Şərqdə üç oxun varlığından bəhs edə bilərik. ən 
başda İran, suriya, Hizbullah və “Həmas”ın meydana gətirdiyi bir 
ox var. Bu oxun təməl komponentləri İsrail və amerika əleyhdarlığı 


126
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
ilə  mühafizəkar  ərəb  dövlətləri  əleyhdarlığıdır.  İkincisi, aBŞ  və 
İsrail oxudur ki, bunun təməl məqsədi digər qrupların ya yox ol-
ması,  ya  da  zərərsizləşdirilməsidir.  üçüncü  ox  isə aBŞ  və  İsrail 
xəttinə  yaxınlıq  nümayiş  etdirsə  də,  onlardan  çox  fərqli  nöqtədə 
dayanmaqdadır. Bu oxu misir, səudiyyə ərəbistanı, İordaniya və 
Körfəz ölkələrinin meydana gətirdiyini söyləyə bilərik. türkiyənin 
davranışlarının ikinci və üçüncü ox ilə bənzərliyi olsa da, əslində, 
türkiyə  heç  bir  oxda  iştirak  etməməkdədir.  türkiyənin  bunların 
xaricində  dayanması  ona  oyun  sahəsi,  tərəfsizlik  görüntüsü  və 
müdaxilə etmək fürsəti yaratmaqdadır.
türkiyənin  İran  və  suriyanın  meydana  gətirdiyi  oxda  iştirak 
etməsi  qeyri-mümkün  hal  kimi  görünməkdədir.  türkiyə  bu  oxa 
sürüşməsi  ilə  qərbdən  uzaqlaşacaq.  Bundan  başqa,  türkiyənin 
Orta  Şərqə  istiqamətli  təməl  tezislərinin  İran  oxu  ilə  üst-üstə 
düşən tərəflərinin olması ilə birlikdə buna ziddiyyət təşkil etdiyi-
ni də söyləmək mümkündür. türkiyənin son zamanlar reallaşdır-
maq istədiyi siyasət nəticə verərsə, daha çox İrana zərər dəyəcək. 
açıq şəkildə dilə gətirilməsə də, 11 sentyabr hadisələrindən sonra 
bölgəmizdə İran və qərb arasındakı gərginliyin türkiyəyə yaradı-
ğını söyləmək mümkündür. Çünki qərbdə İrandan duyulan nara-
hatlıq çox dərindir. Bu kontekstdə İranın regional gücünü və lider-
lik iddialarını məhdudlaşdıra bilən tək ölkənin türkiyə olduğu da 
aydın görünür. İran ilə müqayisədə türkiyə həm ərəblər, həm də 
qərblilər üçün daha çox etibarlıdır. türkiyə bu vəziyyətin fərqində 
olmaqla yanaşı, bu rola əsas namizəd kimi görünməkdədir. necə 
ki,  türkiyənin  İran  oxuna  girmək  istəməməsinin  ən  əhəmiyyətli 
göstəricisi, qərbliləri regional mövzularda, xüsusilə də İraqın ərazi 
bütövlüyünün qorunması mövzusunda razı salarkən, İranı qorxulu 
dövlət kimi göstərmək səyidir. 
sünni  ərəb  dövlətlərinə  gəlincə  isə  bu  ölkələr  türkiyə  ilə  bir 
çox  mövzuda  ortaq  qayğılara  sahib  olmaqla  yanaşı,türkiyədən 
istədikləri nəticəni almaqda çətinlik çəkirlər. sünni ərəb dövlətləri 
türkiyəni İranın qarşısına çıxarmağa çalışarkən, türkiyə bu qarşı-
durmadan qaçmaqdadır. 
qərb  oxuna  baxdıqda  isə  türkiyənin  qərbin  tərəfli  olmasına 
müsbət yanaşmaması görünməkdədir. eyni zamanda, türk diploma-
tiyası qərblilərin bölgəni tanımadığını və dialoq qura bilmədiyini 
düşünməkdədir. türkiyənin “bu bölgəni ən yaxşı biz tanıyırıq və 


 YANVAR-MART, 2010  
  
127 
ən yaxşı biz danışarıq” düşüncəsi qərbin qeyri-kafiliyini vurğula-
mağa istiqamətlənib. ancaq bundan türkiyənin qərbin qarşısında 
yeni  bir  ox  meydana  gətirmə  səyinin  olması  nəticəsini  çıxarmaq 
səhv olardı. türkiyə burada özünü qərb ilə Şərq arasındakı körpü, 
düzənləyici və tarazlayıcı ünsür kimi görməkdədir. eyni zamanda, 
onun,  bir  tərəfdən,  Orta  Şərqdə  lider  ola  bilmək  arzusunu,  digər 
tərəfdən  isə  qərbyönümlü  güc  nümayiş  etdirdiyini  də  qeyd  edə  
bilərik. 
türkiyənin  bu  üç  ox  ətrafında  nə  qədər  hərəkət  edə  biləcəyi      
maraq doğurur. Çünki bu siyasəti kəskinləşən qarşıdurma şəraitində 
hər kəsi məmnun edəcək və özünə düşmən qazandırmayacaq şəkildə 
davam etdirmək çox çətindir. türkiyə sahib olduğu əlaqələrin hər 
hansı bir ölkəyə qarşı olmadığını iddia edir. məsələn, türkiyənin 
suriya ilə əlaqələri İsrail əleyhdarlığına söykənmədiyi kimi, İsrail 
ilə əlaqələri də suriya əleyhdarlığına söykənməməkdədir. türkiyə 
suriya və İsrail ilə əlaqələrində əsas götürdüyü bu qanuna bütün 
ölkələrlə olan əlaqələrində də diqqət yetirdiyini bildirməkdədir. an-
caq xüsusilə İsrailin qəzza bölgəsinə etdiyi hücumdan sonra İsrail-
türkiyə əlaqələrində yaşanan gərginlik bu siyasətin o qədər də asan 
başa gəlmədiyinə bir nümunədir. Həm təsirli və güclü ola bilmənin, 
həm də hər kəslə yaxşı əlaqə yaratmanın Orta Şərq məsələlərində 
adı  “hamama  girib  tərləmədən  çıxmaq”  kimi  xarakterizə  edilə 
bilər.  
türkiyənin  son  zamanlar  diqqətləri  üzərinə  çəkən  nüfuzlu 
layihəsi   suriya-İsrail arasında danışıqları başlada bilməsi olmuş-
dur. türkiyə ilə suriya arasında uzun müddət gərgin olan əlaqələr 
1998-ci  ildən  sonra  yaxşılaşmaya  doğru  inkişaf  etmişdir.  suriya 
xüsusilə PKK mövzusunda türkiyəni məmnun edərkən, türkiyə də 
suriyanı qoruyacaq siyasət yürütməyə çalışmışdır. Bu kontekstdə 
türkiyə suriyanın İsrail və qərb ilə olan problemlərini həll etməyə 
cəhd  göstərmişdir.  türkiyənin  suriya  ilə  yaranmaqda  olan  yaxşı 
əlaqələri Şamın  ərəb dünyası ilə çox da yaxşı olmayan əlaqələrinə 
də müsbət çalar gətirmişdir.
suriya türkiyə ilə əlaqələrini inkişaf etdirərək problemləri həll 
ediləcəyi təqdirdə dəyişə biləcəyi haqqında qərbə mesaj vermişdir. 
Bu səbəbdən İsrail və suriya arasında  barış təmin edilsə, türkiyə 
ilə suriya arasında regional əməkdaşlıq da gözlənilməz bir şəkildə 
genişlənə bilər. İsrail və suriya arasındakı barış cəhdi “yeni Orta 


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə