Azerbaijan focus



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə37/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   33   34   35   36   37   38   39   40   ...   63

 YANVAR-MART, 2010  
  
115 
düşünmək  labüddür.  dəymiş  ziyan  haqqında  məsələ  vacibdir, 
lakin işğal edilmiş ərazilərin tezliklə və qeyd-şərtsiz azad edilməsi, 
digər  ərazilərin  zəbt  edilməsi  məqsədilə  törədilmiş  təcavüzkar 
əməliyyatlara və onların qarşısının alınmasına görə məsuliyyət on-
dan da vacibdir. Bununla əlaqədar silahlı münaqişə tərəflərinin bu 
cür əməliyyatlarda iştirak etmiş şəxslərin təqib edilməyəcəyi barədə 
rəsmi  açıqlama  vermələri  faydalı  olardı.  Bu  halda  yalnız  hərbi 
cinayətlər törətmiş şəxslər istisna hesab edilə bilər. təzminatdan im-
tina, insanlığa qarşı cinayət törətməmiş separatçı hərəkatın və silahlı 
qarşıdurmanın təşkilatçıları və iştirakçılarının təqib edilməməsi ilə 
bağlı bəyanatlara paralel olaraq, hesab edirik ki, münaqişə tərəfləri 
üçün  xalq  diplomatiyasını  təşviq  etmək  və  onu  tədricən  həyata 
keçirmək faydalı olardı. Hazırda bir tərəfdən azərbaycan əhalisi ilə 
digər tərəfdən dağlıq qarabağ və ermənistan erməniləri arasında 
təmaslar  çox  nadir  hallarda  olur  və  bu  cür  görüşlər  çox  zaman 
xaricdə baş tutur.
Bu  məqalənin  müəllifi almaniyada  (avropa akademiyasında, 
“təmaslar” ictimai təşkilatında, Konrad adenauer adına Fondda və 
s.) alimlər və incəsənət adamları arasında bu cür görüşlərdə iştirak 
edib. Həmin görüşlərdən çıxarılmış əsas qənaət aşağıdakı kimidir: 
münaqişənin bütün tərəfləri yenə qan tökülməsini istəmir. ümumən 
məlumdur  ki,  xalq  diplomatiyası  (mədəniyyət,  incəsənət  və  elm 
xadimlərinin,  qeyri-siyasi  təşkilatların,  həmkarlar  ittifaqlarının, 
maraqlı dairələrin nümayəndələrinin görüşləri) münaqişənin dinc 
yolla  həlli  üçün  zəruri  ilkin  şərtdir.  Hazırda  isə  elə  bir  təəssürat 
yaranır  ki,  münaqişə  tərəflərinin  elitası  sülh  və  ədalət  yolunda, 
beynəlxalq  hüququn  ümumi  qaydada  tanınmış  müddəalarının 
həyata  keçirilməsi  istiqamətində  bu  cür  təmasların  potensialını 
lazımınca qiymətləndirmir.
münaqişənin  hazırkı  beynəlxalq  hüquq  əsasında  dinc  yolla 
həllində rusiya, türkiyə və İran mühüm rol oynaya bilər. Onların 
xoş  iradəsi  olmadan  Cənubi  qafqazda  sülh  və  sabitlik  mümkün 
deyil.  türkiyə  tərəfindən  irəli  sürülmüş  “qafqazda  sabitlik  və 
əməkdaşlıq  Platforması”,  o  cümlədən  onun  ermənistanla  nor-
mal  diplomatik  münasibətləri  qurmaqda  səyləri  bu  istiqamətdə 
irəliləyişə  təkan  verə  bilər.  eyni  sözləri  azərbaycan  Prezidenti 
İlham  əliyevin  və  ermənistan  Prezidenti  serj  sarkisyanın  qəbul 
etdiyi,  türkiyə  Pre-zidenti  abdulla  Gül  tərəfindən  isə  müsbət 


116
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
qiymətləndirilmiş (2    oktyabr 
2008-ci  il  tarixli)  moskva 
Bəyannaməsinə  də  aid  etmək 
olar.  qeyri-müəyyən  vəziyyət, 
azərbaycan  ilə  ermənistan 
arasında “nə hərb, nə sülh” sta-
tusu  bütün  regionun,  xüsusən 
də  bir  çox  beynəlxalq  iqtisadi 
layihələrdən  təcrid  olunmuş 
ermənistanın iqtisadi inkişafını 
ləngidir. Bu vəziyyət iqtisadi baxımdan nə tehranın, nə moskvanın, 
nə  də  ankaranın  xeyrinədir.  münaqişənin  sülh  yolu  ilə  ədalətli 
həllinə İranın şərait yaratmaq arzusunu da qiymətləndirməmək ol-
maz, xüsusən də nəzərə alsaq ki, tehran ilə Bakı arasında keçmiş 
münasibətlər heç də hər zaman ürəkaçan olmamışdır.
atət-in  minsk  qrupunun  (aBŞ,  Fransa  və  rusiyanın),  o 
cümlədən atət-in fəaliyyətini heç kim ləğv etməyib, lakin onların 
son  onillik  ərzində  göstərdiyi  səylər  münaqişənin  beynəlxalq 
hüquq  əsasında  sülh  yolu  ilə  həlli  istiqamətində  heç  bir  tutarlı 
nəticə verməmişdir. Həmin fəaliyyətin yeganə nəticəsi azərbaycan 
ərazilərinin mövcud işğalının saxlanılması və yüz minlərlə insanın 
öz doğma torpaqlarından qovulmasıdır. İşğala məruz qalmış ölkəni 
bu  cür  vəziyyət  qane  edə  bilərmi?  ritorik  sualdır.  Hətta  həmin 
danılmaz faktın, yəni bu münaqişədə ermənistanın işğalçı olmasının 
Bmt tərəfindən tanınması üçün on ildən çox vaxt tələb olundu.
2008-ci il noyabrın 2-də moskva yaxınlığında yerləşən mayndorf 
qəsrində keçirilmiş görüş zamanı prezidentlər əliyev və sarkisyan 
minsk qrupunun madrid təkliflərinin on prinsipini müzakirə etdilər. 
Onlardan ən vacibləri – dağlıq qarabağda referendumun keçirilməsi 
və dağlıq qarabağın ətrafında ermənistan tərəfindən işğal olunmuş 
yeddi azərbaycan rayonunun azad edilməsi idi. lakin aydındır ki, 
həmin referendumda hətta qarabağdan qovulmuş azərbaycanlılar 
iştirak  edərsə,  hazırkı  şəraitdə  onun  nəticələri  azərbaycan  üçün 
mənfi  olacaqdır.  İşğal  edilmiş  torpaqların  azad  olunmasına 
gəldikdə  isə  ermənistan  tərəfindən  bu  istiqamətdə  heç  bir  tutarlı 
addım  atılmayıb.  əksinə,  ərazilərə  insanlar  köçürülür,  sərvətlər 
tükədilir, azərbaycan mədəniyyətinə aid tarixi abidələr dəyişdirilir, 
məhv edilir və ya tamamilə yer üzündən silinir. Peykdən çəkilmiş 
  ATƏT-in  Minsk  qrupunun  (ABŞ, 
Fransa  və  Rusiyanın),  o  cümlədən 
ATƏT-in  fəaliyyətini  heç  kim  ləğv 
etməyib,  lakin  onların  son  onillik 
ərzində göstərdiyi səylər münaqişənin 
beynəlxalq  hüquq  əsasında  sülh  yolu 
ilə  həlli  istiqamətində  heç  bir  tutarlı 
nəticə verməmişdir.


 YANVAR-MART, 2010  
  
117 
şəkillər  bunu  tam  aydınlığı  ilə  sübut  edir.  Bir  çoxları  güzəştləri 
biabırçı addım hesab edir, lakin bu, insanın daxilində, onun ağıllı 
düşüncəsində və müdrikliyində var. Hesab etmək düzgün olmazdır 
ki, öz maraqları naminə mübarizə hər hansı güzəştləri və ya rəqibin 
maraqlarını istisna edir. Güzəştlər həyatımızın, xüsusən də siyasi 
həyatımızın bir hissəsidir. Bu, daha çox beynəlxalq siyasətə aid-
dir, çünki o, güzəştsiz sadəcə mümkün deyil. lakin elə vaxtlar və 
şəraitlər olur ki, güzəştlər potensialı da tükənir.
İstər-istəməz  belə  bir  qənaətə  gəlmək  olar  ki,  vasitəçiliyin 
əvvəlki üsulları və keçmiş vasitəçilər məsələni həll etməyə qadir 
deyil  və  buna  görə  də  onlar  ən  azı  ya  dəyişdirilməli,  ya  da  bu 
sıraya əlavə ölkələr (məsələn, türkiyə və İranla) daxil edilməlidir. 
Onların fəaliyyət üsullarına isə gözəçarpacaq dərəcədə düzəlişlər 
edilməlidir. Bu düzəlişlər ona görə edilməlidir ki, bu cür məlum klişe 
– “qərbpərəst – ruspərəst” azərbaycana uyğun gəlmir.
1
 azərbaycan 
dünyanın  bir  çox  mühüm  paytaxt  şəhərlərində  “özününkü”  he-
sab edilir. O, qərbyönümlü Guam-da iştirak edir və moskva ilə 
qarşılıqlı anlaşmada olarkən, rusiya ilə strateji tərəfdaşlığını qeyd 
edir.  Kifayət  dərəcədə  müstəqil  xarici  və  daxili  siyasətinə  bax-
mayaraq,  azərbaycan  aBŞ-ın  “qeyri-demokratik”  dövlətlərinin 
qara siyahısına düşməyib. avropa İttifaqının bəzi strukturlarından 
azərbaycandakı  siyasi  proses  tənqid  olunur,  lakin  respubli-
ka  avropanın  yeni  qonşuluq  siyasəti  və  digər  proqramlarına 
daxil  edilib.  Gözlərimiz  qarşısında  Bakı  ilə  astana  avrasiyanın 
elə  bir  nöqtələrinə  çevrilirlər  ki,  orada  aBŞ,  avropa  İttifaqı  və 
moskvanın  mövqeləri  bir-birinə  ən  yüksək  dərəcədə  yaxındır. 
Prezident  İlham  əliyevin  həyata  keçirdiyi  cəmiyyətin  birliyi  və 
dövlətin gücünün artırılması siyasəti işğal olunmuş ərazilərin azad 
edilməsi,  azərbaycan  üçün  dövlətin  ərazi  bütövlüyünün  bərpası 
və  separatçılığın  aradan  qaldırılması  məsələsini  ermənistan  və 
beynəlxalq ictimaiyyət qarşısında daha qətiyyətli formada qoymaq 
imkanını yaradır.
avropa  İttifaqının  enerji  təhlükəsizliyinin  təmin  edilməsində 
azərbaycanın artan rolu həmin təşkilata get-gedə daha çox “təzyiq 
göstərəcək”  ki,  bu  təşkilat  ermənistan  ilə  azərbaycan  arasında 
münaqişənin beynəlxalq hüquq əsasında dinc yolla həllinə daha çox 
1. s.markedonov. “məsələnin qiyməti”, “Kommersant” qəzeti, n187 (4004), 15 
oktyabr 2008-ci il. 


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə