Azerbaijan focus



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə34/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   30   31   32   33   34   35   36   37   ...   63

 YANVAR-MART, 2010  
  
105 
əlaqələrinin  inkişafını  dəyərləndirir  və  dəstəkləyir.  estoniya  iki 
ölkə arasındakı iqtisadi əlaqələrin inkişaf etdirilməsində maraqlı-
dır. Bu ölkə ilə azərbaycan arasında ticarət dövriyyəsinin ümumi 
həcmi  ötən  illər  ərzində  çox  olmamışdır,  lakin  son  bir  neçə  ildə 
gözəçarpacaq dərəcədə artmışdır. azərbaycanın sürətlə artan iqti-
sadiyyatı estoniya şirkətləri üçün cəlbedici olmuşdur.
 yekun olaraq qeyd etmək lazımdır ki, avropa siyasi və iqtisadi 
iştirakını tələb edən bəzi mürəkkəb daxili və qlobal proseslərə bax-
mayaraq, lider rolunu oynamağa hazır olmalıdır. əks halda, avro-
pa və avropa İttifaqı Cənubi qafqazda kənarda qalmaq,  getdikcə 
fəallaşan  digər  qlobal  və  regional  iştirakçılar  tərəfindən  nəzərə 
alınmamaq riski ilə üzləşə bilər. azərbaycan ilə avropa arasında-
kı  münasibətlərin  inkişafı  dünyanın  digər  regionları  ilə  mövcud 
əlaqələr hesabına baş tutmur. avropa təsisatları azərbaycana böyük 
əlavə dəyər verir. azərbaycanın avropaya inteqrasiyasında qarşı-
lıqlı hörmət prinsipinə əsaslanan münasibətlər gələcəkdə birmənalı 
şəkildə yeni səviyyəyə yüksələcək. azərbaycan üçün mövcud ola-
caq  fayda  cəlbedicidir:  daha  yüksək  yaşayış  standartları,  güclü 
rəqabət qabiliyyəti və iqtisadi artım, gözəçarpacaq dərəcədə xarici 
sərmayələrin cəlb edilməsi. Bu baxımdan azərbaycan üçün avropa 
ailəsinin üzvləri ilə güclü və konstruktiv ikitərəfli münasibətlər mü-
hüm əhəmiyyət kəsb edir. Bu amil həmin əlaqələri həm ikitərəfli, 
həm də çoxtərəfli formatda daha da intensivləşdirəcəkdir.


106
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 


 YANVAR-MART, 2010  
  
107 
ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNAQİŞƏSİNİN 
NİZAMLANMASINA DAİR AVROPANIN MÖVQEYİ
Yohannes Rau
Professor, Bundesverin aparıcı Kadrlar akademiyası yanında 
Beynəlxalq təhlükəsizlik elmi Forumunun üzvü
(Berlin, almaniya)
Giriş
müəllif  burada  bilərəkdən  “dağlıq  qarabağ  münaqişəsi” 
terminindən istifadə etmir, çünki iki dövlət arasında qarşıdurmanın 
məzmunu azərbaycanın qarabağ separatçıları ilə mübarizəsindən 
daha genişdir və tarixən dərindir. müstəqil dövlətə qarşı törədilmiş 
erməni  təcavüzü  nəticəsində  həmin  dövlətin  ərazisinin  20%-dən 
çox hissəsi işğal edilib. məhz “erməni təcavüzü” ona görə deyilir ki, 
qarabağın azərbaycanın tərkibindən çıxma hərəkatında, həmçinin 
təcavüz və işğalda böyük ideoloji, təşkilati və maddi-maliyyə rol-
unu ümumdünya erməni icması, bir çox ölkələrdə kifayət qədər nü-
fuzlu erməni diasporu oynamışdır və oynayır.
tarixi baxımdan bu münaqişənin kökləri rusiya çar hökumətinin 
yardımı  ilə  alban  kilsə  muxtariyyətinin,  sonradan  isə  qafqaz 
albanlarının kilsəsinin ləğv edildiyi, onun dilinin, mədəniyyətinin 
hərtərəfli istifadədən çıxarıldığı və onlar haqqında tarixi yaddaşın 
(xəritələrin, arxivlərin, maddi-mədəni əşyaların) məhv edildiyi dövrə 
gedib çıxır. daha sadə desək, bu, alban tarixinin, eləcə də səfəvilər 
(1502-1736)  və  qacarlar  (1737-1925)  sülalələrinin  dövründə 
azərbaycan dövlətçilik nümunələri tarixinin saxtalaşdırılması idi.
___
________
*  the  Führungsakademie  der  Bundeswehr  (FüakBw)  almaniyanın 
silahlı  qüvvələrinin  –  Bundesverin  ali  hərbi  akademiyasıdır.  1957-ci 
ildə yaradılmış və 1958-ci ildən etibarən Hamburqda yerləşən bu qurum 
1810-cu  ildə  təsis  edilmiş  Prussiya  Hərbi  akademiyasının  varisidir.


108
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
Həmin yarımmüstəqil və ya faktiki olaraq, onilliklərlə müstəqil 
olmuş  ərazi  vahidləri  (bəylərbəyilikləri,  xanlıqlar,  sultanlıqlar, 
camaatlıqlar və s.) müasir azərbaycan və ermənistanın ərazisində 
əsrlər boyu mövcud olmuşdu.
azərbaycanlıların və ermənilərin xalq yaddaşında, bir çox digər 
dövlətlərin tarixi sənədlərində və arxivlərində, müxtəlif milliyyətli 
alimlərin elmi araşdırmalarında ermənilərin xVIII əsrin sonu – xIx 
əsrin birinci yarısında azərbaycan dövlət vahidlərinin ərazilərinə 
kütləvi şəkildə köçürülməsinin əsl tarixi əks olunmuşdur. Həmin 
hadisələr  rusiya  imperiyasının  qacarlar  dövləti  və  Osmanlı 
imperiyası  ilə  hərbi  qarşıdurması  və  beləliklə,  qafqazda  yeni 
ərazilərin  birləşdirilməsi  zamanı  çarın  birbaşa  göstərişi  ilə  baş 
verirdi. Çar hökuməti tərəfindən zəbt edilmiş və ya “dinc yolla” 
birləşdirilmiş  azərbaycan  xanlıqlarında  “xristian  elementini” 
gücləndirmək məqsədilə qacarlar dövlətindən (müasir İrandan) və 
Osmanlı  imperiyasından  on  minlərlə  erməninin  Cənubi  qafqaza 
köçürülməsi  təşkil  olunmuş  və  bu  proses  maliyyələşdirilmişdir. 
Həmin  rəsmən  tənzimlənən  və  qeyri-rəsmi  köçürülmə,  eləcə  də 
köçürülənlərə  verilən  imtiyazlarla  bağlı  bir  çox  rəsmi,  ədəbi  və 
digər sənədlər qorunub saxlanılmışdır. Bu prosesə qədər ermənilər 
qeyd edilən ərazilərdə, o cümlədən rusiya imperiyasının özündə, 
əsasən, “tacir elementi” və kifayət qədər fəal “erməni” kapitalı ilə 
təmsil olunmuşlar.
1917-ci  ildəki  rusiya  inqilabına  qədər  keçmiş  azərbaycan 
dövlət vahidlərinin ərazilərində erməni dövlətinin yaradılması ilə 
bağlı  beynəlxalq  diplomatiyada  heç  bir  ciddi  planlar  müşahidə 
olunmayıb. avropa dövlətləri və aBŞ erməni muxtariyyətinin və 
ya  dövlətinin  yaradılması  məqsədilə  məkan  axtararaq  birmənalı 
şəkildə  Osmanlı  imperiyası  və  ya yaxın  Şərq  torpaqlarına nəzər 
yetirirdilər.  misal  üçün,  aBŞ-ın  28-ci  prezidenti  t.V.Vilsonun 
(1856-1924)  fikrincə,  erməni  dövlət  vahidi  qara  dənizə  100  ki-
lometrlik dəhlizi təmin edərək Osmanlı imperiyasının şimal-şərq 
vilayətlərində  yaradıla  bilərdi.  lakin  Osmanlı  imperiyasının 
özü və bundan başqa, onun avropa müttəfiqləri də bu məsələ ilə 
razılaşmadılar.  eyni  sözləri  rsFsr-in  xalq  Komissarları  sove-
tinin (31.12.1917 tarixli) “türk ermənistanın” öz müqəddəratını 
azad təyinetmə ilə bağlı sərəncamına da şamil etmək olar. erməni 
dövlətinin  rusiyanın  deyil,  türkiyənin  ərazisində  yaradılması 


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə