Azerbaijan focus



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə48/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   44   45   46   47   48   49   50   51   ...   63

 YANVAR-MART, 2010  
  
149 
AZƏRBAYCANIN QAZININ İXRACI ÜÇÜN 
BİR ÇOX VARİANTLARI
Vladimir Sokor
                                                                                                               
Ceymstaun Fondunun Baş tədqiqatçısı
Vaşinqton, dC
avropada  nabukko  marşrutu  boyunca  ölkələr  (Bolqarıstan,            
rumıniya, macarıstan, avstriya, almaniya) və şirkətlər, eləcə də 
yunanıstan, İtaliya və İsveçrə azərbaycan qazının alınmasına ma-
raq göstərirlər. əgər türkiyə tranzit sazişinə mane olmaqda davam 
edərsə və avropa İttifaqı ilə aBŞ aKP (türkiyədə hakimiyyətdə 
olan  adalet  ve  Kalkınma  Partisi  (ədalət  və  İnkişaf  Partiyası) 
hökumətinə  təzyiq göstərə bilməzsə, azərbaycan öz qazının ixra-
cında alternativ həll variantlarına əl ata bilər.
Hazırda Bakı digər bazarları və boru kəməri variantlarını fəal 
şəkildə nəzərdən keçirir. Oktyabrın 14-də azərbaycan dövlət neft 
Şirkəti 2010-cu il yanvarın 1-dən etibarən ilkin olaraq rusiyanı il-
lik 500 milyon kubmetr həcmində qazla təchiz etmək  haqqında 
qazpromla saziş imzaladı. azərbaycan ilə rusiya arasındakı bu ra-
zılaşma iyunun 29-da Prezident İlham əliyev və Prezident dmitri 
medvedevin iştirakı ilə Bakıda hər iki şirkət rəhbərinin imzaladı-
ğı iki ölkə arasında qaz ticarətinə dair sazişin əsas prinsiplərinin 
məntiqi davamı idi. 
1
Bu saziş azərbaycanı tarixində ilk dəfə olaraq rusiya qazının  
idxalçısından, kiçik həcmdə olsa da, daxildə artan hasilat hesabı-
na rusiyaya qaz ixracatçısına çevirir. avropa İttifaqı və türkiyə 
tərəfindən  bu  məsələ  lazımi  şəkildə  başa  düşülərsə  və  nəzərdən 
keçirilərsə, bu hadisə rusiya tərəfindən nabukko ilə azərbaycan 
1. eurasia daily monitor, 2 iyul 2009-cu il. 


150
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
qaz təchizatının qarşısının alın-
ması  ilə  bağlı  avropa  media-
sında  gedən  yazılara  baxma-
yaraq,  nabukko  boru  kəməri 
layihəsinin  avropa  İttifaqı  və 
Birləşmiş  Ştatlar  tərəfindən 
dəstəklənməsinə  təkan  verə 
bilər.
rusiyanın  qaza  verdiyi  qiymət  ictimayyətə  açıqlanmır. 
azərbaycanın dövlət neft Şirkətinin Prezidenti rövnəq abdulla-
yevin imzalanma mərasimi zamanı söylədiyi fikirlərə uyğun ola-
raq qiymətin formalaşması düsturu “azərbaycan tərəfinə uyğun-
dur”  mövqeyi  aydın  şəkildə  göstərir  ki,  qiymət  2010-cu  il  üçün 
avropada  qaza    nəzərdə  tutulan  xalis  qiymətlər  səviyyəsindədir. 
qazpromun İdarə Heyətinin sədri aleksey miller iyunun 29-da il-
kin  razılaşmaya  əsasən azərbaycan  qazının  min  kubmetrini  350 
aBŞ dolları qiymətinə almağı təklif etmişdi.
azərbaycanda  qaz  hasilatı  2009-cu  ildə  27  milyard  kubmetrə 
çatmalıdır.
2
  artım  tempi  daha  sürətli  ola  bilərdi,  lakin  dənizdə 
yerləşən nəhəng “Şahdəniz” yatağında irəliləyişin ləngiməsi buna 
təsir göstərmişdir. Öz növbəsində, bu ləngimə nabukko boru kəməri 
layihəsini də yubadır. azərbaycanla qaz sazişinin bağlanmasında 
türkiyə  hökumətinin  yaratdığı  maneələr  də  layihəyə  mənfi  təsir 
göstərən amillər sırasındadır. Həmin iki amil azərbaycan qazının 
qərbə ixracı marşrutunun açılmasını da təxirə salmışdır. Belə bir 
vəziyyətdə azərbaycan  nabukko  və  türkiyə  ilə  bağlı  irəliləyişi 
gözləyərək yalnız rusiyaya gedən ixrac marşrutunu aça bildi.
Bununla  belə,  azərbaycan  nabukko  layihəsinə  sadiq  olaraq 
qalır.  Hökumət  və  dövlət  neft  Şirkəti  boru  kəmərinin  birinci 
mərhələsində Bakının ildə 7 milyard kubmetr qaz ilə təchiz etməyə 
hazır  olduğunu  dəfələrlə  təsdiq  etmişdir.  nabukko  üçün  tikin-
ti  işlərinə  2011-ci  ildə,  ilk  qazın azərbaycandan avropaya  nəql  
olunmasına isə 2015-ci ildə başlamaq nəzərdə tutulur.
nəticədə, Bakı qazpromla imzaladığı sazişin vaxt çərçivəsini 
2014-cü  ilə  qədər  müəyyən  etmişdir  ki,  həmin  ildən  sonra 
azərbaycan  qazprom  qarşısında  götürdüyü  öhdəliklərdən  azad 
2. day.az, 8 oktyabr 2009-cu il. 
  Azərbaycanda  qaz  hasilatı  2009-
cu  ildə  27  milyard  kubmetrə  çatma-
lıdır.  Artım  tempi  daha  sürətli  ola 
bilərdi, lakin dənizdə yerləşən nəhəng 
“Şahdəniz”  yatağında  irəliləyişin 
ləngiməsi buna təsir göstərmişdir. 


 YANVAR-MART, 2010  
  
151 
olsun.  Bununla  belə,  oktyabrın  14-də  baş  tutmuş  imzalanma 
mərasimində aleksey miller açıq şəkildə bəyan etmişdir ki, rusiya 
azərbaycan qazını daha böyük həcmdə almaq üçün həmin sazişi 
2015-ci ildən sonra da uzatmaq niyyətindədir. Bu, nabukko üçün 
risklidir. amma 14 oktyabr tarixli saziş isə yox.
Buna baxmayaraq, həmin saziş 29 iyunda ilkin razılaşmaya nail 
olan avropa İttifaqı, türkiyə və aBŞ üçün müəyyən dərsləri xa-
tırladır və artırır. əslində, azərbaycanın atdığı bu addım nabuk-
ko layihəsi ətrafında gəzən fikirlərə diqqətin cəmləşdirilməsinə və 
aşağıdakı mülahizələrin üzə çıxmasına şərait yaradır.
Birincisi,  qazproma  vəd  edilmiş  həcm  kiçikdir  və  müəyyən 
edilmiş  vaxt  çərçivəsi azərbaycanın  qərb  seçimini  reallaşdırma-
sını və qərbin lazımi dəstəyi olacağı təqdirdə nabukko layihəsini 
heç  də  pozmur.  nabukkonun  istismara  verilməsini  gözləyərək, 
azərbaycan  üçün  hazırkı  dövrdən  etibarən  2014-cü  ilə  qədər  ar-
tan qaz həcminin ixracı məqsədilə rusiyaya gedən mövcud boru 
kəmərindən (kəmərlərindən) istifadə etmək məqsədəuyğundur.
İkincisi, bu saziş qazproma azərbaycan qazı uğrunda nabukko-
ya qarşı rəqabət aparmaq imkanı yaratmır. lakin əgər türkiyənin 
aKP  hökuməti  azərbaycan  qazının  alınması  və  onun  nabukko 
vasitəsilə nəqlindəki qiymət razılaşmasında inadkarlıq göstərərsə, 
vəziyyət rusiyanın xeyirinə dəyişə bilər.
Üçüncüsü,  Bakının  qazpromla  razılaşması ankaraya  bir  daha 
xatırladır ki, azərbaycan bütövlükdə türkiyənin qaz bazarı və ya 
türkiyənin  qaz  ötürücü  marşrutundan  asılı  deyil.  azərbaycanın 
fikrincə, rusiya vasitəsilə, hətta kiçik də olsa, ixrac marşrutunun 
əlavə edilməsi ixracın diversifikasiyası deməkdir və bu halda  aKP 
hökumətinin istifadə etməyə çalışdığı türkiyənin nəql sahəsindəki 
inhisarı  aradan  qalxır.  azərbaycan  həmçinin  İrana  gedən  Bakı–
astara  boru  kəmərindən  istifadə  edə,  yaxud  2014-cü  ilə  qədərki 
dövr ərzində həmin qonşu ölkə ilə həcmlərin mübadiləsi variantına 
əl ata bilər.
Dördüncüsü, Bakı rusiyanın xeyirinə olaraq və xəzərdəki ha-
silatçıların hesabına xəzərdə hasil edilən qazın avropa ölkələrinə 
qazpromun yenidən ixrac etmək arzusunu uğurla aradan qaldırmış-
dır. Bakı bildirmişdir ki, onun qazı rusiyanın Şimali qafqazında 
istifadə edilməlidir. Və əgər rusiyanın verdiyi qiymət avropanın 


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə