Sual 14. Bilmək istərdim ki, vurulmuş mənəvi zərərin
məbləğini necə müəyyənləşdirmək olar? Bu sahədə məhkəmə
təcrübəsi necədir?
Cavab: Bildirmək istəyirik ki, məhkəmə mənəvi zərərin
miqdarını işin konkret hallarından (zərərvuranın hərəkətinin
(hərəkətsizliyinin) təhlükəlilik dərəcəsi, zərərçəkənin keçirdiyi
mənəviz iztirab və sarsıntıların xarakteri və ağırlığı,
zərərçəkənin subyektiv xüsusiyyətləri və sair) asılı olaraq
müəyyən edir. Daha ətraflı məlumat əldə etmək üçün
―Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü
maddələrinin şərh edilməsinə dair‖ Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarı və
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun
―Mənəvi
zərərin
ödənilməsi
barədə
qanunvericiliyin
məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında‖ 3 noyabr
2008-ci
il tarixli, 7 nömrəli Qərarından istifadə edə bilərsiniz.
Sual 15. Yuxarı mərtəbədə yaşayan qonşum suyu açıq
buraxmış, nəticədə yaşadığım mənzili su basmışdır. Bununla
da mənə külli miqdarda maddi zərər dəymişdir. Mən bu halla
bağlı kimə şikayət edə bilərəm?
Cavab: Siz yaşadığınız ərazi üzrə
müvafiq mənzil
istismar sahəsinə müraciət edə bilərsiniz ki, öz nümayəndələrini
göndərsinlər və mənzilinizi su basması faktını təsdiq edən
müvafiq Akt tərtib etsinlər. Siz gələcəkdə məhkəməyə müraciət
edəcəyiniz halda iddia tələbinizin dəlillərini sübut etmək üçün
həmin aktın tərtibi əhəmiyyət kəsb edir. Siz ilk əvvəl
qonşunuzla danışın və vurulmuş ziyanı məhkəmədən kənar