66
şəhəri, möhkəm qala divarları ilə əhatə olunmuşdu.
1
Şəhərdə
ictimai əhəmiyyət kəsb edən çoxlu binalar, gözəl saraylar,
köşklər, məscidlər, məqbərələr, mədrəsələr var idi.
2
Bu dövrdə Naxçıvan şəhəri, özünün yüksək keyfiyyətli
sənətkarlıq məhsulları ilə də məşhur idi. Yerli sənətkarlar həm
daxili, həm də xarici bazar üçün müxtəlif parçalar, xalça, palaz,
xurcun, keçə, çuxa, müxtəlif ev əşyaları, dulusçuluq məmulatları
və həmçinin misdən, qiymətli metallardan hazırlanmış
məhsullar
istehsal edirdilər. Tədqiqatçıların hesablamalarına görə, bu dövr-
də, Naxçıvan şəhərində təxminən 150-200 min nəfər əhali ya-
şayırdı
3
.
Monqol işğallarının başlanması ilə Azərbaycan şəhərlərinin
inkişafında yeni bir mərhələnin, iqtisadi tənəzzül və dağıntı mər-
hələsinin bir növ «əsası» qoyuldu. Səfəvilər dövlətinin yaranma-
sınadək davam etmiş bu mərhələdə, xüsusilə onun ilk çağlarında
Azərbaycanın digər şəhərləri kimi Naxçıvan şəhəri də, kütləvi
dağıntıya və qırğına məruz qalmışdı.
4
XIII əsrin ortalarında
Azərbaycanın bir çox şəhərlərini gəzmiş
səyyah Vilhelm Rubruk
monqol işğallarının ağır nəticələri haqqında qiymətli məlumatlar
verir. Naxçıvan şəhərinin vəziyyətini təsvir edərkən V.Rubruk
yazırdı ki, monqollar, şəhəri demək olar ki, boş səhraya çevir-
mişdilər.
5
Monqol işğallarının ağır nəticələrinə baxmayaraq Azərbay-
canın digər şəhərləri kimi, Naxçıvan şəhəri də, XIII əsrin
sonlarından başlayaraq tədricən bərpa olunmağa başlamışdı.
1
Н.Д.Миклухо-Маклай. Географическое сочинение XII в. на персидском
языке. «Ученые записки ИВ АН СССР». Т. IX, 1954, с. 208-209.
2
Yenə orada.
3
R.Məmmədov
. Göstərilən əsəri, s. 60-61 (t.e.d. M.X.Heydərov bu rəqəmə
şübhə ilə yanaşır və göstərir ki, həmin dövrdə Naxçıvan şəhərində təxminən
80-100 min nəfər əhali yaşayırdı. Bax:
M.X.Heydərov
. Göstərilən əsəri, s.
31).
4
И.П.Петрушевский. Земледелие и аграрные отношения в Иране XIII-
XIV вв. - М. - Л., 1960, с. 36.
5
Вильгельм де Рубрук. Путешествие в Восточные страны - СПб., 1882,
с. 171.
68
istinad edən t.e.d. Ə.Ə.Rəhmaninin yazılarından məlum olur ki,
Culfa şəhəri uzun müddət xaraba vəziyyətində qalmaqda davam
etmişdir.
1
Orta əsrlərdə Naxçıvan bölgəsinin yüksəliş dövrü keçirən
şəhərlərindən biri
Ordubad idi. XVII əsrin əvvəllərində Səfəvi-
Osmanlı müharibələri zamanı dəfələrlə dağıntıya məruz
qalmasına baxmayaraq, şəhər hər dəfə bərpa olunmuş və əvvəlki
qüdrətini yenə də özünə qaytara bilmişdir. Bunu, hər şeydən
əvvəl, Səfəvi hökmdarlarının, ilk növbədə I Şah Abbasın
Ordubada göstərdiyi himayədarlıqla əlaqələndirmək lazımdır.
Şah Abbasın əmri ilə Ordubad şəhəri dövlətə verilən bütün
vergilərdən azad edilmişdi.
2
Çox güman ki, ordubadlılara vergi
immunitetinin verilməsində, I Şah Abbasın əslən Ordubaddan
olan baş vəziri Hatəm bəy Ordubadinin rolu az olmamışdır.
Naxçıvan diyarının şəhərləri içərisində XVI-XVII əsrlərdə
yenidən yüksəliş dövrü keçirən
Azad (Aza) şəhəri də diqqəti
çəkir. Bu şəhər Araz çayının sol sahilində, Culfa ilə Ordubad
arasında yerləşirdi.
3
Azad şəhəri beynəlxalq ticarətdə mühüm rol
oynayırdı. Şəhərdə və onun ətrafında istehsal edilən biyan kökü,
əhalinin xarici ticarət əlaqələrində mühüm rol oynayırdı. Şəhərin
geniş xarici ticarət əlaqələrinin və burada dörd karvansaranın
mövcud olması dediklərimizi bir daha sübut edir.
4
Azad şəhəri,
XVII əsrin ikinci yarısında Naxçıvan bölgəsinin çiçəklənən şə-
hərlərindən biri olduğundan, səyyahların diqqətini cəlb etmişdi.
XVII əsrə aid mənbələrdə şəhərin adı müxtəlif formalarda —
Azad, Azadciran və s. şəkillərdə verilir. Fransız səyyahı Taver-
nye bu şəhəri Əsədabad, Məcidəddin əl-Hüseyni isə Azadabad
adlandırırlar.
Naxçıvan bölgəsinin mühüm ticarət mərkəzlərindən biri də
1
А.А.Рахмани. Азербайджан в
конце XVI и в XVII веке, с. 170.
2
Azərbaycan tarixi, I cild. Bakı, 1961. s. 191;
M.S.Neymətova
. Azərbaycanın
epiqrafik abidələri (XVII-XVIII əsrlər). Bakı, 1963, s. 31-37.
3
M. X. Heydərov
. «Aza» — Azərbaycan Sovet Ensiklopediyası. I çild. Bakı,
1976.
4
М. Х. Гейдаров. Города.., с. 869.