Azərbaycan miLLİ elmlər akademiyasi a. А. Bakixanov adına tariX İnstitutu sahiBƏ budaqova



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə22/33
tarix03.08.2018
ölçüsü0,84 Mb.
#60700
1   ...   18   19   20   21   22   23   24   25   ...   33

 
 
66 
şəhəri,  möhkəm  qala  divarları  ilə  əhatə  olunmuşdu.
1
  Şəhərdə 
ictimai  əhəmiyyət  kəsb  edən  çoxlu  binalar,  gözəl  saraylar, 
köşklər, məscidlər, məqbərələr, mədrəsələr var idi.
2
 
Bu  dövrdə  Naxçıvan  şəhəri,  özünün  yüksək  keyfiyyətli 
sənətkarlıq  məhsulları  ilə  də  məşhur  idi.  Yerli  sənətkarlar  həm 
daxili, həm də xarici bazar üçün müxtəlif parçalar, xalça, palaz, 
xurcun, keçə, çuxa, müxtəlif ev əşyaları, dulusçuluq məmulatları 
və həmçinin misdən, qiymətli metallardan hazırlanmış məhsullar 
istehsal edirdilər. Tədqiqatçıların hesablamalarına görə, bu dövr-
də,  Naxçıvan  şəhərində  təxminən  150-200  min  nəfər  əhali  ya-
şayırdı
3

Monqol  işğallarının  başlanması  ilə  Azərbaycan  şəhərlərinin 
inkişafında yeni bir mərhələnin, iqtisadi tənəzzül və dağıntı mər-
hələsinin bir növ «əsası» qoyuldu. Səfəvilər dövlətinin yaranma-
sınadək davam etmiş bu mərhələdə, xüsusilə onun ilk çağlarında 
Azərbaycanın  digər  şəhərləri  kimi  Naxçıvan  şəhəri  də,  kütləvi 
dağıntıya  və  qırğına  məruz  qalmışdı.
4
  XIII  əsrin  ortalarında 
Azərbaycanın bir çox şəhərlərini gəzmiş səyyah Vilhelm Rubruk 
monqol işğallarının ağır nəticələri haqqında qiymətli məlumatlar 
verir.  Naxçıvan  şəhərinin  vəziyyətini  təsvir  edərkən  V.Rubruk 
yazırdı  ki,  monqollar,  şəhəri  demək  olar  ki,  boş  səhraya  çevir-
mişdilər.
5
 
Monqol  işğallarının  ağır  nəticələrinə  baxmayaraq  Azərbay-
canın  digər  şəhərləri  kimi,  Naxçıvan  şəhəri  də,  XIII  əsrin 
sonlarından  başlayaraq  tədricən  bərpa  olunmağa  başlamışdı. 
                                                 
1
 Н.Д.Миклухо-Маклай. Географическое сочинение XII в. на персидском 
языке. «Ученые записки ИВ АН СССР». Т. IX, 1954, с. 208-209. 
2
 Yenə orada. 
3
 R.Məmmədov.  Göstərilən  əsəri,  s.  60-61  (t.e.d.  M.X.Heydərov  bu  rəqəmə 
şübhə ilə yanaşır və göstərir ki, həmin dövrdə Naxçıvan şəhərində təxminən 
80-100  min  nəfər  əhali  yaşayırdı.  Bax:  M.X.Heydərov.  Göstərilən  əsəri,  s. 
31). 
4
 И.П.Петрушевский.  Земледелие  и  аграрные  отношения  в  Иране  XIII-
XIV вв. - М. - Л., 1960, с. 36. 
5
 Вильгельм де Рубрук. Путешествие в Восточные страны  -  СПб., 1882, 
с. 171. 


 
 
67 
Bununla  belə,  XIV-XV  əsrlərdə  baş  vermiş  siyasi  çəkişmələr 
şəhərin  inkişafına  mane  olmuş,  ona  özünün  əvvəlki  qüdrət  və 
əzəmətini tamamilə canlandırmağa imkan verməmişdi [56-57]. 
XVI  əsrin  əvvəllərində  Azərbaycanın  ərazisində  Səfəvilər 
dövlətinin meydana  gəlməsi, ölkənin iqtisadi  həyatının,  o cüm-
lədən  şəhərlərinin  yüksəlişi  üçün  əlverişli  şərait  yaratdı.  Bu 
dövrdə, Azərbaycanda əvvəllərdən mövcud olan mühüm ticarət, 
sənətkarlıq  və  mədəniyyət  mərkəzləri  olan  şəhərlər  yenidən 
fəaliyyətə  başladı.  Yaranmış  siyasi  şərait  Naxçıvan  bölgəsində 
də şəhər həyatının inkişafına müsbət təsir göstərmiş oldu. Vaxtı 
ilə  kiçik  yaşayış  məntəqələri  olan  Ordubad,  Əylis,  Culfa  və 
qismən  də  Azad  (bəzi  mənbələrdə  Aza)  nəinki  Naxçıvan  böl-
gəsinin, eləcə də bütün Azərbaycanın iqtisadi həyatında mühüm 
rol oynayan şəhərlərə çevrilmişdilər.
1
 
XVI-XVII əsrlərdə Naxçıvan bölgəsində mövcud olan şəhər-
lər  arasında  Culfa  xüsusilə  diqqəti  çəkir.  Aparılan  tədqiqatlar 
göstərir  ki,  Araz  çayı  sahilindəki  qayalıqlar  arasında  yerləşən 
Culfa şəhərində, əhalinin başlıca məşğuliyyəti ticarət olmuşdur.
2
 
Bu da təsadüfi deyildir ki, səkkiz min ailənin yaşadığı Culfa şə-
hərinin  əhalisi  «əkinə  yararlı  torpaq  sahələri  olmadığından  öz-
lərini  ancaq  ticarətlə  saxlaya  bilirdilər».
3
  Lakin  XVII  əsrin  əv-
vəllərində  yeni  qüvvə  ilə  qızışan  Səfəvi-Osmanlı  müharibələri, 
Culfa şəhərinin yerlə yeksan olunmasına və onun bir şəhər kimi 
sıradan çıxmasına  gətirib çıxartdı.  Şəhər türklərin əlinə keçmə-
sin deyə, Səfəvi hökmdarı I Şah Abbas 1603-cü ildə şəhər əha-
lisini İsfahan şəhərinin yaxınlığına köçürdü, Culfanı isə tamami-
lə xarabazarlığa çevirdi.
4
 I Şah Abbasın əsas məqsədi bu idi ki, 
Culfa tacirlərinin fəaliyyətindən istifadə edərək, paytaxt seçdiyi 
İsfahan  şəhərinin  ticarətini  genişləndirsin.  XVII  əsrin  ikinci 
yarısında  Azərbaycanda  olmuş  Avropa  səyyahlarının  əsərlərinə 
                                                 
1
 M.X.Heydərov. Göstərilən əsəri, s. 868. 
2
 С.В.Тер-Аветисян. Город Джуга. Материалы по истории торговых сно
-
шений джульфинских купцов в XVI-XVII вв. Тбилиси, 1939, с. 66-68. 
3
 İ.Şopen. Göstərilən əsəri, s.868. 
4
 Yenə orada. 


 
 
68 
istinad edən t.e.d. Ə.Ə.Rəhmaninin yazılarından məlum olur ki, 
Culfa şəhəri uzun müddət xaraba vəziyyətində qalmaqda davam 
etmişdir.
1
 
Orta  əsrlərdə  Naxçıvan  bölgəsinin  yüksəliş  dövrü  keçirən 
şəhərlərindən biri Ordubad idi. XVII əsrin əvvəllərində Səfəvi-
Osmanlı  müharibələri  zamanı  dəfələrlə  dağıntıya  məruz 
qalmasına baxmayaraq, şəhər hər dəfə bərpa olunmuş və əvvəlki 
qüdrətini  yenə  də  özünə  qaytara  bilmişdir.  Bunu,  hər  şeydən 
əvvəl,  Səfəvi  hökmdarlarının,  ilk  növbədə  I  Şah  Abbasın 
Ordubada  göstərdiyi  himayədarlıqla  əlaqələndirmək  lazımdır. 
Şah  Abbasın  əmri  ilə  Ordubad  şəhəri  dövlətə  verilən  bütün 
vergilərdən azad edilmişdi.
2
  Çox  güman  ki,  ordubadlılara  vergi 
immunitetinin  verilməsində,  I  Şah  Abbasın  əslən  Ordubaddan 
olan baş vəziri Hatəm bəy Ordubadinin rolu az olmamışdır. 
Naxçıvan  diyarının  şəhərləri  içərisində  XVI-XVII  əsrlərdə 
yenidən  yüksəliş  dövrü  keçirən  Azad  (Aza)  şəhəri  də  diqqəti 
çəkir.  Bu  şəhər  Araz  çayının  sol  sahilində,  Culfa  ilə  Ordubad 
arasında yerləşirdi.
3
 Azad şəhəri beynəlxalq ticarətdə mühüm rol 
oynayırdı. Şəhərdə və onun ətrafında istehsal edilən biyan kökü, 
əhalinin xarici ticarət əlaqələrində mühüm rol oynayırdı. Şəhərin 
geniş  xarici  ticarət  əlaqələrinin  və  burada  dörd  karvansaranın 
mövcud olması dediklərimizi bir daha sübut edir.
4
  Azad şəhəri, 
XVII  əsrin  ikinci  yarısında  Naxçıvan  bölgəsinin  çiçəklənən  şə-
hərlərindən biri olduğundan, səyyahların diqqətini cəlb etmişdi. 
XVII  əsrə  aid  mənbələrdə  şəhərin  adı  müxtəlif  formalarda  — 
Azad, Azadciran və s. şəkillərdə verilir. Fransız səyyahı Taver-
nye  bu  şəhəri  Əsədabad,  Məcidəddin  əl-Hüseyni  isə  Azadabad 
adlandırırlar. 
Naxçıvan  bölgəsinin  mühüm  ticarət  mərkəzlərindən  biri  də 
                                                 
1
 А.А.Рахмани. Азербайджан в конце XVI и в XVII веке, с. 170. 
2
 Azərbaycan tarixi, I cild. Bakı, 1961. s. 191; M.S.Neymətova. Azərbaycanın 
epiqrafik abidələri (XVII-XVIII əsrlər). Bakı, 1963, s. 31-37. 
3
 M. X. Heydərov. «Aza» — Azərbaycan Sovet Ensiklopediyası. I çild. Bakı, 
1976. 
4
 М. Х. Гейдаров. Города.., с. 869. 


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə