Azərbaycan miLLİ elmlər akademiyasi a. А. Bakixanov adına tariX İnstitutu sahiBƏ budaqova



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə24/33
tarix03.08.2018
ölçüsü0,84 Mb.
#60700
1   ...   20   21   22   23   24   25   26   27   ...   33

 
 
72 
yaşadığı  Naxçıvan  şəhərində,  XVII  əsrin  sonuncu  rübündə  cə-
misi  2  min  ev  var  idi.
1
  Bununla  belə,  Şarden  şəhərdə  gedən 
qızğın  bərpa  işlərindən  söhbət  açaraq  Naxçıvanın  «hər  cür 
mallarla  və  ərzaqla»  dolu  olan  zəngin  bazarlarından  və  digər 
ticarət mərkəzlərindən də danışır.
2
 
XVII  əsrin  sonu  —  XVIII  əsrin  əvvəllərində  bütün  ölkəni 
bürümüş ümumi iqtisadi tənəzzül şəraitində, Naxçıvan şəhəri də 
geriləmişdi.  Bu  dövrdə  şəhərdə  cəmi  6  min  nəfər  əhali 
yaşayırdı
3
. XVIII əsrin birinci yarısında Naxçıvan daha iki dəfə 
dağıntıya  məruz  qalmışdır.  Əsrin  20-ci  illərində  şəhəri  ələ 
keçirib  dağıdan  Osmanlı  əsgərləri,  burada  1735-ci  ilə  qədər 
qalmışlar. Bundan bir qədər sonra isə şəhər İran hökmdarı Nadir 
şahın  orduları  tərəfindən  işğal  olunub  dağıdıldı.  Naxçıvan 
şəhərinin keçirdiyi dağıntıları xarakterizə edən və Azərbaycanda 
fəaliyyət göstərən rus tarixçisi V.M.Sısoyev yazırdı:  
«Şübhəsiz ki, çox qədim şəhər olan Naxçıvan X əsrə qədər, 
bəlkə də çox əvvəllər meydana gəlmişdir. Onun sonrakı tarixini 
qısaca  olaraq  aşağıdakı  şəkildə  ifadə  etmək  olar.  Hər  200-300 
ildən bir şəhər özülünə qədər dağıdılmış, lakin hər dəfə yenidən 
bərpa edilmişdir».
4
  
XIX  əsr  rus  müəlliflərindən  biri  isə  Naxçıvan  haqqında 
yazırdı  ki,  hər  dağıntıdan  sonra  «bu  şəhər  əvvəlki  görkəmi  ilə 
olmasa  da,  əfsanəvi  simurq  quşu  kimi  yenidən  dirçəlirdi.  O, 
XVIII  və  XIX  əsrlərə  özünün  əvvəlki  zənginliyi  və  gözəlliyini 
tamamilə itirmiş bir şəhər kimi daxil olmuşdu».
5
 
Göründüyü  kimi,  Naxçıvan  diyarı  xanlıqlar  dövrünə  qədər 
özünün şəhərləri ilə zəngin olmuşdur. Lakin iqtisadi və xüsusilə 
siyasi  amillərin  təsiri  altında  bu  şəhərlər  ya  özlərinin  əvvəlki 
qüdrətini  itirərək  zəifləmiş,  ya  da  tamamilə  dağılaraq  bir  şəhər 
kimi  tarix  səhnəsindən  silinmişdir.  XVIII  əsrin  sonu  —  XIX 
                                                 
1
 Путешествие Шардена. Тифлис, 1902, с. 12. 
2
 Yenə orada. 
3
 И. П. Петрушевский. Göstərilən əsəri, s. 302. 
4
 Е. М. Сысоев. Древности Нахичеванской АССР. - Баку, 1928, с. 89. 
5
 K.N.Nikitin. Göstərilən əsəri, s. 114. 


 
 
73 
əsrin  əvvəllərində  Naxçıvan  bölgəsində  yalnız  iki  şəhər  — 
Naxçıvan  və  Ordubad,  sözün  tam  mənasında,  orta  əsr  şəhərləri 
kimi  qalmışdı.  Azərbaycan  ərazisində  müstəqil  xanlıqların  mey-
dana  gəlməsi,  başqa  yerlərdə  olduğu  kimi,  Naxçıvan  bölgəsində 
şəhər  həyatına  müsbət  təsir  göstərmişdir.  Bir  sıra  şəhərlərin, 
xanlıqların  inzibati  mərkəzinə  çevrilməsi,  xarici  hücumların 
müvəqqəti  olaraq  dayanması  şəhərlərdə  ticarət  və  sənətkarlığın 
inkişafı üçün əlverişli şərait yaratdı. Naxçıvan xanlığının inzibati 
mərkəzinə  çevrilən  Naxçıvan  şəhərində,  XVIII  əsrin  ortalarında 
yaşayış  və  inzibati  binaların  bir  hissəsi  bərpa  olunmuş,  iqtisadi, 
ictimai  və  mədəni  həyat  müəyyən  dərəcədə  dirçəlməyə 
başlamışdı. 
Lakin  XVIII  əsrin  70-80-ci  illərindən  başlayaraq  Naxçıvan 
xanlığında,  feodal  ara  müharibələrinin  Yeni  qüvvə  ilə  şiddətlən-
məsi,  əsrin  80-ci  illərində  Kartli-Kaxetiya  çarlığının  və  Qarabağ 
xanlığının  Naxçıvan  xanlığını  hədələməsi,  90-cı  illərdə  İran  və 
rus  qoşunlarının  hücumları,  XIX  əsrin  əvvəllərində  baş  vermiş 
Rusiya-İran  müharibələri  iqtisadi  həyatın  digər  sahələri  kimi, 
şəhərlərə  də  olduqca  mənfi  təsir  göstərmişdir.  Bu  təsir  o  qədər 
böyük olmuşdur ki, Naxçıvan şəhəri rus qoşunları tərəfindən işğal 
edildikdən  (1828)  sonra  da  uzun  müddət  öz  simasını  dəyişdirə 
bilməmiş,
1
  feodal  şəhəri  olaraq  qalmışdır.  Tədqiq  etdiyimiz 
dövrdə Naxçıvan öz möhtəşəm bina və abidələri ilə fərqlənmirdi.  
«Xan sarayından başqa, demək olar ki, Naxçıvandakı evlərin 
əksəriyyəti  birmərtəbəli  idi.  Evlərin  damları  yastı  və  bir-birinə 
oxşayırdı».
2
 
Şəhər  evlərinin  əksəriyyəti  daş  və  palçıqla  hörülmüş  hündür 
hasarlarla  əhatə  olunmuşdur.  Evlərin  belə  hasarlarla  əhatə  olun-
masını tədqiqatçı K. Engelqard belə izah edir:  
«Evlərin bu tipdə tikilməsini həm asiyalıların qısqanclığı ilə, 
həm  də  özlərini  müdafiə  etmək  hissləri  ilə  izah  etmək  lazımdır. 
Çünki  ardı-arası  kəsilməyən  basqınlar  və  təhlükə  gözlənildiyi 
                                                 
1
 NƏST, s. 68. 
2
 Yenə orada. 


 
 
74 
zamanda,  hər  ev  bir  qalanı  əvəz  edirdi».
1
  Xanlıqlar  dövründə 
«Azərbaycanda  elə  bir  şəhər,  yox  idi  ki,  yadelli  işğalçıların 
hücumundan  və  ya  qanlı  feodal  ara  vuruşmalarından  zərər  çək-
məsin».
2
  
Bütün  bunlar  ona  gətirib  çıxarmışdı  ki,  vaxtı  ilə  mühüm 
əhəmiyyət  kəsb  edən  bir  sıra  şəhərlər  dağılmış  və  kiçilmiş, 
şəhərlərin aqrarlaşması prosesi güclənmişdi. 
Tədqiq  etdiyimiz  dövrün  siyasi  hadisələri  göstərir  ki,  bu 
dövrdə  Naxçıvan  bölgəsinin  şəhərlərinə,  ilk  növbədə  Naxçıvan 
şəhərinə  ciddi  ziyan  vurmuşdu.  Məsələ  burasındadır  ki,  XVIII 
əsrin  80-ci  illərinin  sonlarında  İranda  Qacar  sülaləsinin  əsasını 
qoymuş, lakin şah tacını qoymağa tələsməyən Ağa Məhəmməd 
xan  90-cı  illərin  əvvəllərində,  demək  olar  ki,  bütünlükdə  İranı 
(Xorasandan  başqa)  öz  hakimiyyəti  altında  birləşdirdi.  O,  eyni 
zamanda özünü Cənubi Qafqazın da hakimi kimi hiss etdi. Çün-
ki İranda Səfəvi hakimlərinin dövründə qərarlaşdırılmış ənənəyə 
görə, şah həm də Azərbaycanın, Gürcüstanın və Ermənistanın ali 
hakimi olmalı idi.
3
 
Cənubi Azərbaycan xanlıqlarının bəzilərini özünə tabe edən 
Ağa  Məhəmməd  xan,  1791-ci  ildən  başlayaraq  öz  qoşunlarını, 
Şimali  Azərbaycana  yürüş  etmək  üçün  hazırlamağa  başladı. 
Qəribədir ki, hətta bu bəd xəbəri eşidən bəzi Azərbaycan xanları 
yenə də bir-birilə ədavət etməkdən əl çəkmədilər. Belə ki, 1792-
ci ildə qarabağlı İbrahim Xəlil xan Naxçıvana əl uzatmaq fikrinə 
düşdü.  O,  öz  qohumu  Dağıstanın  nüfuzlu  feodallarından  olan 
Ümmə  (Ömər)  xanla  ittifaqa  girərək,  onu  da  əsasən  muzdlu 
qoşunlarla Naxçıvan qalasına yürüş etməyə dəvət etdi. Müttəfiq 
qoşunlarının  sayı  on  bir  minə  çatdı.  Lakin  qalanın  mühasirəsi 
uzun  çəkmədi.  Tezliklə  Xoy  və  İrəvan  xanlarının  köməyi  ilə 
Kəlbəli xan düşmən qoşunları ilə birlikdə döyüşdə qələbə çaldı. 
Bu barədə P.Q.Butkovun əsərində oxuyuruq:  
                                                 
1
 K. Engelqard. Göstərilən əsəri, s. 350. 
2
 F. M. Əliyev. Şimali Azərbaycan şəhərləri, s 30 
3
 В.Н.Левиатов. Göstərilən əsəri, s.163. 


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə